Mandarin çayı

Mandarin çayı

Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var. Mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.

Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.

Bu çayın bir çox faydalı xüsusiyyətləri var:
— immun sistemini möhkəmləndirir
— öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir
— ishal zamanı bağırsaqları «yığır»
— bağırsaqlara antiseptik təsir edir
— qurdqovucu təsirə malikdir
— stresi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır
— qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)
— soyuqdəymə zamanı çox faydalıdır.
Top