Qaraçörəkotu yağının faydaları

Qaraçörəkotu yağının faydaları

Qaraçörəkotunun yetişdiyi ölkələr Türkiyə, Cənubi Avropa, Balkan ölkələri, Şimali Afrika, Hindistandır. İnsan bədəninə çox faydası olan qaraçörəkotu çox şəfalı bitkidir.

Qaraçörəkotunun faydalarını saymaqla qurtarmaz. Bəs qaraçörəkotu yağının faydaları nələrdir? Aşağıdakı bəndlərdə qaraçörəkotu yağının faydalarını öyrənə bilərsiniz:

* Mikrop, virus və göbələklərə qarşı öldürücü təsiri malikdir.
* Bəlğəmi yox edir və tənəffüs borusunu genişləndirir.
* Xərçəngə qarşı qoruyucu təsiri var.
* Qan şəkərini tənzimləyir.
* Yorğunluq halını aradan qaldırıb, gümrahlıq verir. 
* Damar sərtliyi, damar tutulması kimi xəstəliklərin qabağını alır.
* Təzyiqin və xolesterolun normal olmasını təmin edir.
* Cinsi gücü artırıcı təsiri var.
* Həzmi asanlaşdırır.

* Bədəndəki zəhərləri süzərək yox edir.
* Sidikqovucu xüsusiyyəti var.
* Yaraların tez yaxşılaşmasını və hüceyrələrin təzələnməsini sürətləndirir.
* Allergiyanın qarşısını alar.
* Hormon sistemini möhkəmləndirər.
* Saç tökülməsi və kəpəyə qarşı güclü silahdır.
* Qrip, soyuqdəymə, baş ağrısı zamanı buruna 3 damcı tökülür.
* Qulaqda soyuqlama və iltihab vəziyyətlərində 3 damcı tökülür.
* Gözə 2 damcı tökülsə, gözdəki mikrobları öldürər.
* Sinuzitə qarşı 1 həftə ərzində səhər və axşam buruna 1-2 damcı tökülür.

Qaraçörəkotunun istifadəsi
* Qaraçörəkotudan ədviyyat kimi tez-tez istifadə olunur, xüsusilə xəmir məmulatlarının üzərinə səpilir. Bundan əlavə, qaraçörəkotu qaynadılıb və ya yağı çıxarılıb istifadə oluna bilər.

* Qaraçörəkotu suyunun sızanaqlar üzərindəki təsiri də olduqca qüvvətlidir.

* Qaraçörəkotu yağının istifadəsi saç tökülməsi və kəpək problemi olanlara təklif edilir. Saçlara sağlamlıq qazandırır və kəpəyin qabağını alır.

* Revmatizim ağrılarından əziyyət çəkənlər üçün ağrıyan bölgəyə qaraçörəkotu yağı çəkilərək masaj olunur, ağrılar gedir.

www.qadin.net
Top