Mənzilə su kəməri xətlərinin köməyi ilə içməli su daxil olur, kanalizasiya vasitəsilə çirkab suları axıdılır.
Vanna otağında, mətbəxdə və ayaqyolunda çanağın altındakı boru çirkab sularını kanalizasiyaya axıdır. Bu boru elə qatlanıb ki, tökülən su əvvəlcə aşağı enir, sonra bir qədər yuxarı qalxır və yalnız bundan sonra yenidən kanalizasiyaya axır. Məhz elə bu, əyilmiş borusu olan qurğu sifon adlanır.
Sifon nəyə xidmət edir?
Sifon kanalizasiya qazlarınınmənzilə dolmasının qarşısını alır. Onun xidməti sayəsində vanna otağının və mətbəxin havası təmiz qalır. Bu bükülmüş hissə boru kəsiyidir. Onun bükük hissəsində çanaqdan tökülən su bir anlıq dayanır. Yaranan bu hidrosipər kanalizasiyadan gələn qazların qarşısını alır, onların mənzilə daxil olmasını əngəlləyir.
Bəs sifonun hansı növləri var?
Santexnika sifonlarının bir neçə növü var: butulkavarı, dizşəkilli, U-şəkilli və büzm
əli sifon.
Butulkavarı sifon, adətən, vanna otağında və mətbəxdə quraşdırılır. Onun suaxıdan borusunun bir başı kanalizasiyaya, digəri isə çanağa birləşdirilir. Zaman keçdikcə gövdənin qapağında zibil yığılır və elə bu səbəbdən onu tez-tez təmizləmək lazım gəlir.Dizşəkilli sifon bir qədər başqa quruluşa malikdir. Onu vannanın, duş kabinasının və unitazın altına quraşdırırlar.
Büzməli sifon qat-qat bükülmüş şlanqdır. Onu burub xortum vasitəsilə istənilən vəziyyətdə bərkitmək olar. Büzməli sifon nadir hallarda su buraxır. Çünki olduqca az birləşmə nöqtəsi var.
Sifonu quraşdırmaq çətin iş deyil. İstənilən şəxs bu işin öhdəsindən asanlıqla gələ bilər.
Sifonun quraşdırılması üçün alət və vasitələr
a — yastıdodaq kəlbətin;
b — montaj bıçağı;
c — vintaçan;
d — boru üçün lingli açar;
e — kipləşdirici silikon. Əgər sifon axıdırsa, deməli, ya pis quraşdırılıb, ya da çirklənib, onu təmizləmək lazımdır İstifadə müddəti ərzində sifonda yığılan yağ və zibil ya mexaniki yolla, ya da müxtəlif kimyəvi vasitələrlə xaric olunmalıdır.
Yağəridici maddə kimi kaustik (yandırıcı) soda olduqca əlverişlidir. Sifonu tez-tez qaynar su axıtmaqla da uzunmüddət təmiz saxlamaq mümkündür. Sifonun mexaniki təmizlənməsi üçün vantuzdan istifadə etmək olar .
Vantuz rezin klapan (qapaq) və dəstəkdən ibarət olan mexaniki santexnika alətidir. O borularda suyun hərəkətinə mane olan tullantıların və havanın kənarlaşdırılması üçün nəzərdə tutulub. Onumətbəx çanağının içindəki suaxıdan dairəyə bir neçə dəfə sıxıb-çəkməklə yığılıb qalmış zibili kanalizasiyaya ötürmək olar .Mexaniki təmizləmə başqa yolla da aparıla bilər. Bu zaman sifonu söküb onu bıçaq və vintaçanın köməyi ilə təmizləmək və yenidən yığmaq lazımdır.