Mənzildə aparılan təmir işlərinin texnologiyası. Divarların işlənməsi

Mənzildə aparılan təmir işlərinin texnologiyası. Divarların işlənməsi

Mənzilin təmirində əsas yeri rəngsaz işləri tutur. Təmir zamanı aparılan rəngsaz işləri səthin işlənməsi, divar kağızlarının yapışdırılması və rəngləmədən ibarətdir.
Divarların və tavanın işlənmə texnologiyası hansı mərhələlərlə aparılır?
Divarların işlənməsi bir neçə mərhələdə aparılır: köhnə rəngin və divar kağızlarının təmizlənib çıxarılması, malalama və son malalama.
Təmir işləri aparılarkən divarlardan, qapı və pəncərə çərçivələrindən köhnə yağlı boyanı qaşıyıb təmizləmək lazımdır. Təmir işinə bərkiyib qalmış rəng qatlarının çıxarılması ilə başlamaq lazımdır. Müxtəlifmateriallardan hazırlanmış məmulatlardan rəngin çıxarılması bir neçə üsulla aparılır. Bu üsullar materialın növündən asılı olaraq seçilir. Rəngin mexaniki çıxarılma üsulları
Köhnə rəngin çıxarılma üsulları bunlardır: rəngin mexaniki üsulla çıxarılması, rəngin termik üsulla (qızdırılma vasitəsilə) çıxarılması, rəngin kimyəvi tərkiblərin tətbiqi ilə çıxarılması.
Rəngin mexaniki üsulla çıxarılması üçün lazım olan əmək alətləri rəngsaz malası və rəngsaz qaşıyıcısıdır.
Rəngin termik üsulla çıxarılması üçün inşaat feni lazımdır. Bu elektrik cihazının köməyi ilə boya qabarıb qat-qat çıxana qədər divar qızdırılır və soyumamış isidilib yumşalmış rəng qaşınıb təmizlənir.Qabarmış boyanı qaşımaq üçün isidilmiş ləkənin ölçüsündə olan rəngsaz malasından istifadə edilir. Alətin dəstəyi qızdırılmadan qorunmalıdır.Rəngin kimyəvi üsulla çıxarılması xüsusi kimyəvi məhlulların köməyi ilə həyata keçirilir. Belə məhlullar «yuyucu»lar adlanır. Buməhlulların təsiri altında termik emalda olduğu kimi boya qabarır və yumşalır. Yuyucu məhlullar boya çəkilmiş məmulatın keyfiyyətini pozmur. Köhnə divar kağızından xilas olmağın ən rahat yolu onların sabun məhlulu ilə isladılmasıdır.Rəngin termik çıxarılma üsulları
Divar kağızının çıxarılması üçün sabun məhlulu süngərli mütəkkə ilə yuxarıdan aşağı olmaqla divara çəkilir.
Sabun məhlulu ilə iş aparılan yerdə döşəməyə əsgi sərmək lazımdır. Divar kağızı məhlulu tam canına çəkdikdən sonra onu çıxartmaq olar. Amma çox ləngidikdə divar kağızının soyulması çətinləşir. Yapışqanlı rəngi də divardan bu üsulla təmizləmək olar. Başqa sözlə, onu sabun məhlulu ilə yaxşıca isladıb sonra rəngsaz malası ilə qaşımaq lazımdır. Əgər mənzilin divarları yağlı boya ilə rənglənibsə, quruyub yapışmış yerlər sumbata kağızı ilə təmizlənməlidir.
Malalama işlərinin texnologiyası nədən ibarətdir?
Malalama işləri künyə (çəkmə qəlibi), kəmçə və tarazın (su tərəzisi) köməyi ilə aparılır.
Divarın malalanması quru sement qatışıqlar vasitəsilə aparılır.
Sement qatışıqlarından həm daxili, həm də xarici malalamada istifadə edilir.
Belə qatışıqlar çox davamlı suvaq materialı olduğu üçün onlardan rütubətli və soyuq mənzillərin malalanmasında da uğurla istifadə etmək olar.
Həm nazikqatlı (iki santimetrə qədər), həm də qalınqatlı (beş santimetrə qədər) malalama üçün sement qatışıqları var.
Malalama texnikası. Əvvəlcə malalamaməhlulu ilə tikişlər, tavanda beton lövhələr arasındakı aralıqlar doldurulur, sonda isə digər qüsurlar aradan qaldırılır.
Divarlar yuxarıdan aşağı malalanır (şəkil 2, d). Malalamaya otağın daxili künclərindən başlamaq lazımdır. Panel evlərdə malalama panellər arasındakı araların tutulması ilə başlayır. Ardınca panellərin səthi malalanır. Hər yeni mala qatı əvvəlki qat tam quruyandan sonra çəkilir. İlk örtücü qatın çəkilməsi üçün ələnmiş narındənəli qum istifadə edilir.malama işləriSon malalama divar kağızı çəkilməsindən və rəngləmədən öncə aparılan hamarlama mərhələsidir. Son malalama materialı quru qatışıq və hazır pasta halında istehsal edilir.
Mineral adlanan son malalama qatışıqları bir qədər dənəvər, polimerlər isə daha zərif quruluşa malikdir.
Son malalama işlərində müxtəlif ölçülü rəngsaz malalarından istifadə edilir.
Rəngsaz malasının ağzı metal və rezindən olur .
Divarın son malalanması. İşin keyfiyyəti mala materialının böyük mala ilə lazımi miqdarda götürülməsindən asılıdır.
Son malalama texnikası olduqca sadədir. Qatışığın çəkilməsi malanın düzxətli və qövsvarı hərəkətləri ilə yerinə yetirilir. Adətən, düz hərəkətlərlə divar və tavanların küncləri, dairəvi hərəkətlərlə böyük səthlər işlənir. Qövsvarı hərəkətlə işləmək daha arzuolunandır, çünki belə işləmə üsulu insanı yormur və nəticə tez əldə olunur.
Malanın səthə özünün tam müstəvisi ilə yapışması vacibdir, əks halda divarda onun kənarlarının izləri (kiçik cızıqlar) qalacaqdır.
Böyük maladakı qalıqlar kiçik mala ilə təmizlənib təkrar vedrəyə tökülür. Mütləq çəkilən qatın qurumasını gözləmək lazımdır. Sonra enli mala ilə qalıqlar divardan təmizlənir.


Müəllif: Natik Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifova
Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün TEXNOLOGİYA fənni üzrə DƏRSLİK
Top