Robot balıq sizin robotlar haqqında olan düşüncələrinizi həmişəlik dəyişəcək: fotolar və video

Robot balıq sizin robotlar haqqında olan düşüncələrinizi həmişəlik dəyişəcək: fotolar və video

«The Washington Post» qəzetinin verdiyi məlumata əsasən Massaçusets Texnologiya İnstitutunun mühəndisləri quruluşca balıqa bənzəyən, balıq kimi hərəkət edən robot hazırlayıblar. Bu yumuşaq robotu yaradan dahilər mühəndislər Andryü Marçese, Kagdas Onal və Rus Danieladır. Onların yaratdıqları qeyri adi elastik və çevik robot real qaçış rejimində olan balıq kimi «C-dönüşü» etmək bacarığına malikdir. Real balıq kimi saniyənin onda biri müddətində qaçış manevri etməyə qadir olan bu robot balıqlar 1,5 metr uzunluğa və 45 kiloqram çəkiyə malikdirlər. Zahiri görünüşcə balıqa bənzəyən robotlar balıqların hərəkətini ustalıqla yamsılayır və səssiz rejimdə üzürlər. 

Digər robotlardan fərqli olaraq bu robotlar yumuşaq olduqlarından qəza əsnasında sizə çırpılarsa o zaman sizə heç bir zərər yetirməyəcək. Massaçusets Texnologiya İnstitutununda Kompüter Elmləri və Süni İntellekt laboratoriyasının direktoru Elektrik Mühəndisliyi və Kompüter Elmləri üzrə professor Daniela Rus bildiri ki, bu yumuşaq robotlar mahiyyət etibarilə təhlükəsizdirlər. Bu robotlar heç bir reaktiv motorlar və ya pərlə təchiz edilməyiblər və üzən zaman yalnız quyruqlarından istifadə edirlər.

Bu yeni texnologiya cərrahiyyə, yardımçı səhiyyə cihazları, axtarış və fövqəladə hallarda xilasetmə, kosmik alətlərin təmiri, mina axtarışı və bir sıra başqa sahələrdə yeni imkalar gətirəcək unikal ixtiradır.

Daniela Rus qeyd edir ki, yaratdığımız süni qaçış sınağı zamanı robot balıq saniyyənin onda biri müddətində 100 dərəcə ölçüdə yumuşaq bədənini əyərək qaçışlar etmişdir. Beləliklə, robotla apardıqları sınaqlar onun yaradıcılarını belə çox heyrətləndirib. Balıq robot gözləniləndən də çevik və sürətli manevrlər edib.

Robot balıqlar həm uzaq məsafədən idarə edilmək, həm də avtonom rejimə keçmək bacarığına malikdir.

Dəyəri bir milyon dollar olan və ABŞ hərbi dəniz qüvvələrinin sualtı kəşfiyyatı üçün nəzərdə tutulan bu robotların gələn ildən ölkənin hərbi dəniz qüvvələrinin sərəncamına verilməsi gözlənilir. 

Tərcümə etdi: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Mənbə:www.washingtonpost.com

Top