Ulduz (film, 1964)

Ulduz (film, 1964)

«Ulduz» — rejissor Ağarza Quliyevin filmi. 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb.

Ulduz filmi

Məzmun

Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.

Film haqqında

Film bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Bəzi kadrlar Lənkəranda, toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb. Filmin sınaq çəkilişlərində Şubay roluna namizəd kimi aktyor Tariyel Qasımov iştirak edib. Hacıbaba Bağırovun kinoda ilk işi olub. Filmin maraq doğuran tvist səhnəsində Məleykə Ağazadə(Nazilə) və Hacıbaba Bağırov (Möhsün) Çubbi Çekerin ifasında ing. Let's Twist Again mahnısını həqiqətən də özləri oynayıblar.

Tamilla Rüstəmovanın (Ulduz) peşəkar aktrisa deyil, televiziya diktoru olması, Suğra Bağırzadənin(Yetər) isə hələ məktəb şagirdi olması film tənqidçiləri tərəfindən tənqid olunub.

Ulduz filmi

                Rollarda

  1. Tamilla Rüstəmova- Ulduz
  2. Hacımurad Yegizarov- Bəxtiyar
  3. Lütfəli Abdullayev- Məhəmməd
  4. Nəsibə Zeynalova- Züleyxa
  5. Məleykə Ağazadə- Nazilə
  6. Bəşir Səfəroğlu- Gülümsərov
  7. Hacıbaba Bağırov- Möhsün
  8. Səyavuş Aslan- Şubay
  9. Suğra Bağırzadə — Yetər
  10. Bahadur Əliyev- Qədir
  11. Əzizağa Qasımov- Əliş
  12. Nəcibə Behbudova- Tamam
  13. Məmmədsadıq Nuriyev- Bayram
  14. Fazil Salayev- Foto-müxbir
  15. Ramiz Məlikov- Kənd sakini
  16. Hacı İsmayılov- Rəqs edən
  17. Mirzəbala Məlikov-Kənd sakini
  18. Əliheydər Həsənzadə-Əbilqasım
  19. Azad Dadaşov-Mahir
  20. Filmi səsləndirənlər
  21. İsmayıl Əfəndiyev-Gülümsərov (Bəşir Səfəroğlu)
  22. Məlik Dadaşov-Möhsün (Hacıbaba Bağırov)
  23. Əminə Yusifqızı-Ulduz (Tamilla Rüstəmova)
  24. Müxlis Cənizadə-Bəxtiyar (Hacımurad Yegizarov)
  25. Həsənağa Turabov-Şubay (Səyavuş Aslan)

    Mənbə : ens.az
Top