Uğur qazanmanın başlıca düşmənləri

Uğur qazanmanın başlıca düşmənləri

1. Uğurun ilk düşməni tənbəllikdir.

Uğur qazanma yolunda sənin ən böyük düşmənin tənbəllikdir. Burada sənə tənbəlliyin tərifini açası deyiləm. Onu mən, sən, hamımız az-çox tanıyırıq. Tənbəllik insan qarşısına çıxan , onunla kişi kimi savaşan bir düşmən deyildir. Əksinə, qədim sehirli nağıllardakı qəhrəmanlar kimi , cilddən -cildə girərək və min bir hiylə quraraq məğlub etməyə çalışan bir nakişidir. Təhlükənin böyüklüyü də buradan irəli gəlir. Tənbəlliyin digər adları öləziklik, yüngüllük, yelbeyinlik, ətalətlilik, keylik, kefcillik, cansevərlikdi. Tənbəllik aktyor kimi tez-tez rolunu dəyişir. Bəzən səmimi və yaxşılığını istəyən dost görkəmi alır. Bəzən ən ədalətli insan olur, yorğun düşür, xəstə olur. Bəzən iş tutan kimi görünür, amma heç bir iş görmür.
- Əşi , sən də… Çalışanlar nə qazanıblar ki!?
- Beş günlük dünyadı, özünü yorma, çalışmaq adam üzəndi
- Həyat dediyin bir fürsətdi, bəxtin olsa hər şeyin olacaq. Bəxtin yoxsa özünü yırtsan da bir şey hasil olan deyil.
- Bir iş olacaqsa , arxası üstə yatsan da olacaq.
- İndi kefin yoxdu, sabah edərsən..
- Sənə çalışmaq düşmür, iştahan qaçır, nəşən sönür.
- Xasiyyət belə olar: Mən il boyu kitab, dəftər qoltuğumda gəzməkdən, kitabxanalarda mürgü vurmaqdan xoşlanmıram… İmtahana bir ay qalmış hazırlaşıram, imtahanlardan yağ kimi keçirəm.
- Nədənsə imtahana yaxın beynim açılır, zehnim itilənir, il boyu sanki yuxudaymışam.
- Həm də nə mənası var , onsuzda hamımız öləcəyik də, yerimiz birdir – qəbir…

Tənbəlliyin kitabında daha nələr var, nələr!

2. Uğurun başqa bir düşməni pis yoldaşdı.
Yoldaş seçimində çalışqan , düzgünlüyü və yaxşılığı sevən xüsusiyyətlərinə sahib birisinə üstünlük vermək məsləhətdir.

3 .Uğurun bir düşməni də pis örnəkdir.
Qarışqa səbri iə çalışıb qazanılan misilsiz həyatın dadını , təəssüf ki, bunlar qaçırır. Hər pislik kimi, pis örnəklərin içlərinin pisliyini göstərən , zəhərli bir dili və fəlsəfəsi vardır. Bu fəlsəfənin ana xəttini " eqosentrizm"  deyilən, sırf özünü düşünmə və özünü bütün varlıqların mərkəzində və hər şeydən üstün saymaqdır. Etiyatlı ol və bunları özünə rəhbər tutma. Fırıldaqçılığın və tüfeyliliyin dəbdəbəli həyatından gözlərin qamaşmasın. Bil ki, insane yaraşan yol - doğruluq və namusluluqdur. Namusluluq , insan öz vicdanı ilə baş-başa qaldığı zaman ona verəcək utandırıcı hesabın olmaması deməkdi. .Bu isə məsudluğun və daxili sakitliyin olması üçün vacib şərtlərdəndir. Bütün bunlara qarşı iki böyük silah var: İradəli olmaq və səbirlə çalışmaq.   
Top