Günlərdən bir gün qurbağaların yarışı varmış. Hədəf, çox yüksək bir qüllənin təpəsinə çıxmaqmış. Qurbağalar da yoldaşlarını seyr etmək üçün toplanmışlar.
MƏNFİ DÜŞÜNƏN İNSANLARI EŞİTMƏYİN....
Yarış başlamış. Gerçəkdə tamaşaçılar arasında heç biri yarışmacıların qüllənin təpəsinə çıxacağına inanmırmış Yalnız bu səslər eşidilə bilirmiş:
"Yazıqlar"
"Heç bir zaman bacara bilməyəcəklər!"
Tamaşaçılar qışqırırlarmış:
"Yazıqlar" Heç bir zaman bacara bilməyəcəklər!...
Sonunda biri xaric, digər qurbağaların hamısının ümidləri qırılmış yarışı buraxmışlar. Amma qalan son qurbağa böyük bir səy ilə mübarizə edərək qüllənin təpəsinə çıxmağı bacarmış.
Digərləri heyrət içində bu işi necə bacardın öyrənmək istəmişlər. Bir qurbağa ona yaxınlaşmış, soruşmuş bu işi necə bacardını deyə. O anda fərqinə varmışlar ki... Qülləyə çıxan qurbağa kar imiş!
ONLAR ÜRƏYİNİZDƏKİ ÜMİDLƏRİ OĞURLAYARLAR!