Danəndədən hikmətli hədis

Danəndədən hikmətli hədis


Bir dəfə Bəhlul illər boyu bacısı ilə küsülü şəxsi görüb deyir: 
– Əgər sən Hüseyn ibn Əlinin (ə) bacısı Zeynəbə (ə) olan məhəbbətindən xəbər tutsaydın, bacınla bir gün də küsülü qalmazdın. 

Həmin şəxs Bəhluldan onların arasındakı münasibətlər barədə soruşduqda deyir: 

– Günlərin biri Həzrət Zeynəb (ə) açıq havada yatdığı zaman İmam Hüseyn (ə) gün şüalarının onun üstünə düşdüyünü görür. Başqa imkanı olmadığını gördükdə bədəni ilə onun üstünə kölgə salır. Beləcə bacısı yuxudan oyanana qədər, iki saata yaxın bədənini qızmar günəşin şüalarına sipər edir.
Top