Disk yırtığı nədir - Bu, deformasiyaya uğramış diskin fəqərə arasındakı yerdəyişməsidir. Ən çox 20-50 yaşarası insanlarda rast gəlinir və əmək qabiliyyətinin müəyyən vaxt ərzində, çox vaxt isə tamamilə itirilməsinə və əlilliyə gətirib çıxaran səbəblərdəndir.
Necə yaranır - Fəqərəarası disk yırtıqları osteoxondrozun ən çox rast gəlinən və ən böyük ağırlaşmalarındandır. Xəstəlik zamanı əmələ gələn yırtıq arxaya və kənara yayılaraq sinir kötüyünün sıxılmasına səbəb olur, iltihabi proses yaranır və ödem meydana çıxır. Bu isə ağrı və hissiyyat pozğunluqlarının məhz bir sutkadan sonra meydana çıxmasını izah edən səbəbdir. Sıxılmış sinir kötüyü beynə ağrı impulsları göndərərək, xəstələrə ağrının sanki ayaqdan gəldiyini göstərir. Yırtığın sıxılmadığı sinirlər isə ümumiyyətlə, funksiyasını itirir və nəticədə də ayaqda kəskin hissiyyatsızlıq və zəifliyə gətirib çıxarır.
Nə baş verir -
Vegetativ dəyişikliklər də meydana çıxa bilər, məsələn, dərinin temperaturu enir, yüngül dərəcəli ödemlər, tər ifrazında dəyişikliklər meydana çıxır, dəridə quruluq artır. Bəzən xəstələr ağrıdan ayaqlarını düz aça bilmirlər. Trofiki pozğunluqlar da meydana çıxa bilər ki, bu da özünü əzələlərin atrofiyası nəticəsində arıqlama ilə göstərmiş olur.
Diaqnoz: göstərilən simptomlara əsasən qoyulur. Bu xəstələrə nevropatoloqun konsultasiyası lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün müayinələrdən istifadə olunur: kompüter tomoqrafiyası, spondiloqrafiya, rentgenoqrafiya.
Müalicə: adətən, bu xəstəlik 2-3 ay ərzində yataq rejimində, sakit halda sağalır. Əksər onurğa xəstəliklərində olduğu kimi, burda da ayaqlar yuxarı vəziyyətə yastığa qoyulmuş şəkildə və ağrı yaratmayan bir pozada uzanıqlı vəziyyətdə olmaq məsləhət görülür. Ağrıların azaldılması üçün ağrı kəsicilər və iltihab əleyhinə preparatların istifadəsi mümkündür. 3-4 həftədən sonra ağrılar azalmış olur, lakin disk özü sağalmış olmur, buna görə də müxtəlif ağırlaşmaların xroniki vəziyyət almaması üçün cərrahi əməliyyat vacibdir. Əgər ağrılar (müalicə müddəti 2 həftə-3 ay) keçmirsə və nevroloji simptomatika yenə də müşahidə olunursa, bu zaman əməliyyat göstərişdir.
Kəskin dövr keçdikdən sonra onurğanın əvvəlik hərəkətliliyini qaytarmaq və zəifləmiş əzələləri möhkəmlətmək üçün müalicəvi gimnastika ilə məşğul olmaq lazımdır. Xəstəyə o cümlədən, üzmək (kürəyi üstə), sauna və massaj təyin edilməlidir. Bəzən ayağın bəzi yerlərində hissiyyatın itməsi ağrılar keçdikdən sonra da müşahidə olunur. Bu sinir kötüklərinin hələ də bərpa olmadığını göstərir. Ayağın hərəkətliyi isə normada qalır.