Corc Soros-onun kimi milyoner olaq

Corc Soros-onun kimi milyoner olaq

Corc Soros investisiya aləminin ən məşhur simalarındandır. Əgər Uorren Baffetin, Con Templtonun, Tomas Rou Praysın və ya Eddi Lampertin adları yalnız iqtisadiyyata, maliyyəyə və investisiyalara aidiyyatı olan insanlara məlumdursa, Corc Sorosun şöhrəti bu əhatə dairəsindən çoxdan çıxmışdır.
Bu gün Corc Sorosun əsasını qoyduğu fondlar Şərqi Avropanın 50 ölkəsində, keçmiş Sovet İttifaqında, Afrikada, Latın Amerikasında, Asiyada və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərir. Bu fondların prospektlərində qeyd olunduğu kimi, onların işinin məqsədi fəaliyyət göstərdikləri ölkələrdə açıq cəmiyyət institutlarının yaradılması və fəaliyyətinin təmin edilməsidir.
Corc sorosHesablamalara görə, Corc Sorosun xeyriyyə fondları şəbəkəsi hər il təhsil, səhiyyə, vətəndaş cəmiyyətinin inkişafına və s. sahələrdə layihələrin dəstəklənməsinə 400 milyon dollar vəsait sərf edir.
Corc Soros 1930-cu il avqustun 12-də Budapeştdə ortabab ailədə, Tivador Şvarsın ailəsində anadan olmuşdur. Tivador vəkil, həyat yoldaşı Elizabet çox zəngin və adlı-sanlı ailədən idi. Atası vəkil olsa da, hüquq çərçivəsindən çıxaraq, əlavə işlərlə də məşğul idi. O, həm də yazıçı-esperantist idi, ədəbi jurnal nəşr etdirir, burada öz yazılarını dərc edirdi. Lakin ömrünün çox hissəsini hovuzda, kafedə, buz meydanlarında və başqa əyləncə yerlərində keçirdiyindən, bacardığı qədər işlə məşğul olmurdu. Təhlükələrdən həzz alan bu şəxs tez-tez riskə getməyi xoşlayır, birjada daim oynayardı. Onu hətta vətənpərvərlik hissi deyil, sadəcə riskdən həzz almaq həvəsi Birinci Dünya müharibəsinə aparmışdı. Avstriya-Macarıstan tərəfində döyüşən Şvars əsir düşmüş, Sibirə göndərilmiş və oradan qaçaraq Budapeştə qədər gəlib çıxa bilmişdi.
Tivador Şvars heç vaxt oğulları Corc və Pavelə cib xərcliyi verməkdə xəsislik etmirdi. İstədikləri qədər onlara pul verir, bununla da onları pula qarşı məsuliyyətli olmağa öyrəşdirirdi. Tivadorun həyat tərzi ailə büdcəsində daim çətinliklərə səbəb olurdu. Yəqin ki, uşaq yaşlarından maddi çətinliklərlə üzləşmiş bu qardaşlar pulun qədrini bilməyə başlamışdılar. Corc Soros işlədikcə nəhəng kapitallar yığa bilmiş və bunu asanlıqla xeyriyyə məqsədlərinə sərf etməyə başlamışdı.
İndi Corc Soros Nyu-Yorkun göydələnlərindən birində yaşayır. 50 il əvvəl böyük ambisiyalarla və cibində 2 dollarla Manhettenə gəlmişdi. Bu gün o, evinin yaxınlığında BMT-nin baş qərargahının yanında bayraqları dalğalanan dövlətlərdən daha zəngin və nüfuzludur.
Lakin buna baxmayaraq, bir il ərzində milyard dollar qazana bilən insan kimi bütün dünya üçün tapmaca olaraq qalır. Onun maliyyə və iqtisadiyyat haqqında fəlsəfi açıqlamaların və fikirlərin müəllifinin birmənalı fiqur olmadığını təsdiqləyir. Jurnalistlər və bioqraflar hələ də onun uğurlarının sirlərini öyrənə bilməmişlər.
MÜƏLLIF: SƏBINƏ

Mənbə iqtisadiyyat.com

Sorosun məşhur funt sterlinq fırıldağında İngiltərə bankı (bank of England) 20 milyard dollar itirmişdi.

Top