Psixoloqların dediyinə görə, insan özünü sevməlidir. Razıyam, amma, hər şeydə olduğu kimi bunun da bir qaydası var. Hətta, bu barədə bir kitab (“Öz həyatıvı, öz bədənivi sağalt. Güc bizim daxilimizdədir.”) da oxumuşam, hansı ki, bu kitabda Luiza L.X. yəni, müəllif özü haqda məlumat verir və bildirir ki, o həyatda müxtəlif çətinliklərlə üzləşmiş, həyatın ən ağır zərbələrinə tuş gəlmiş və xərçəng xəstəliyinə belə tutulmuş biri idi. O, öz düşüncələrini, fikirlərini tamamilə dəyişərək xəstəliyi belə yendiyini yazır və bundan sonra bir psixoloq kimi milyonlarla insana da bu yolda kömək edərək onların da sağalmasına bir növ vəsilə olur. Onun tövsiyyə etdiyi dərman budur:
Mən düşünürəm ki, bu insanla güzgünün, insanla özünün, öz kölgəsinin arasında olan və qalan bir şey olmalıdır. Yəni ki, əgər bu sərhədindən kənara çıxırsa və başqalarının mənfi reaksiyasına səbəb olursa yəqin ki, yersizdir. Mən əslində kitab barəsində yox, insanların özlərinə olan sevgini necə başa düşdükləri haqqında öz fikirlərimi bölüşmək istəyirəm. Əslində bir tərəfədən yuxarıda qeyd elədiyim kitabın müəllifi Luizayla razılaşıram, çünki onun bəzi yazdıqlarında mənfi bir şey görə bilmirəm. Sadəcə olaraq, özüm də belə bir nəticəyə gəlmişəm ki, bəli insan özünü sevməlidir, özünə hörmət etməlidir. Amma, bu sevgini o hala salmaq lazım deyil ki, sonra bir tək özün özünü sevəsən. Böyüklük maniyasına qapılaraq kiçildikcə kiçilərsən. Əgər insan özünü sevməklə özünə və ətrafındakılara ziyan vurmursa, nə yaxşı. Bəzilərimiz tənqidi sevmir, onlardan qaçır və onları bizə yönləndirəni bizi sevmirmiş kimi düşünürük. Amma, bu belə deyil. İnsan özünü nə qədər sevsə də, özünü nə qədər ağıllı, kamil saysa da tənqidi rədd edirsə bu onun kamilliyinin boş bir şey olduğunu göstərir. Yox, əgər, təniqidi doğru alqılayır, tənqidi yönləndirəni doğru başa düşüb, düzəlməyə çalışırsa, bu onu daha da yüksəldir və insan tənqidi qəbul etməkdən çoxlu qazanc əldə edir, nəinki rədd etməkdən. İndi hal-hazırda bəzi insanlar da var ki, paxıllıqları ucbatından bəzilərinin işlərinə "çomaq taxmaq" istəyilə yalandan ona yön çəkir, guya kömək olmaq istəyir və bəzilərimiz də ki, buna qanırıq. Sadəcə olaraq diqqətli olmaq lazımdır. Özünü sevmək və bununla yanaşı sadə olaraq qalmaq. Tənqidi qəbul etmək, məsləhətlərə qulaq asmaq və sonra isə bu barədə yaxşıca düşünərək qərar qəbul etmək. Məncə belə olsa heç də uduzmarıq.
Bu kitabda deyilir ki, insan özünü sevməli və bəyənməlidir. Bir çoxları bunda çətinlik çəkir deyə, müəllif tövsiyyə edir ki, insan hər gün güzgünün qarşısında dayanmalı və özünün necə də gözəl olduğunu təkrarlamalıdır. Belə proseslər onun fikrini həqiqətən də bu yönə çəkir və onun daxilən rahatlanmasına gətirib çıxarır.
Bizdə özünü bəyənən bəzi insanlar özündən başqa heç kimi bəyənmir, dünyanı özləri yaratmışlar kimi, özlərini elə böyük hesab edirlər ki…gəl, görəsən! Bunun isə heç nəyə xeyri yoxdur. Bu sadəcə eqoistlikdir. Bu, insanlara məncə xeyir yox, ziyan vuracaq. Çünki, özünü bu yolla bəyənən insan bəzən səhvlərinin fərqində olmayacaq və ona səhvləri göstərildiyi zaman isə o bu səhvləri qəbul etməyəcək – “nə, mən hər şeyi düz edirəm, mən özüm bilərəm, sən kimsən ki, mənə ağıl verəsən?!” – kimi ifadələr işlədərək, səni də alçaldacaqdır.