Azәrbaycanın tarixi inkişafının xüsusiyyәtlәri, coğrafi mövqeyi, әhalisinin çoxmillәtli olması burada müxtәlif dinlәrin mövcudluğuna şәrait yaratmışdır. Ölkәdә ayrı-ayrı dövrlәrdә bütpәrәstlik, zәrdüştlük, yәhudilik, xristianlıq, islam vә digәr dinlәr yayılmışdır.
Sizcә, sәmavi dinlәrin hansı ibadәt vә mәrasimlәri bir-birindәn fәrqlәnir?
Hәr bir dinin özünәmәxsus müәyyәn ibadәt vә mәrasimlәri vardır. Bildiyiniz kimi, islamda namaz hәr bir müsәlmana vacib buyurulmuş ibadәtdir. İslam dininә görә, namaz vasitәsilә insan Yaradanına öz sәdaqәtini nümayiş etdirәrәk Ona yaxınlaşır, saflaşır və ülvilәşir.
Müsәlmanlar gündә 5 dәfә namaz qılmalıdırlar.
Cümә müsәlmanlar üçün müqәddәs gün sayılır.
Ramazan vә Qurban bayramları müsәlmanların dini bayramlarıdır. Bu bayramlarda müsәlmanlar bir sıra mәrasimlәr icra edirlər.
İnsanlar Qurban bayramı günü səhər tezdən məscidə toplaşır. Burada bayram namazı qılmır, sonra isə niyyət edənlər qurbanlıq heyvan kəsirlər. Adətən, heyvan kəsilib üç hissəyə ayrılır. Bir hissəsi qohum-qonşuya, bir hissəsi imkansızlara paylanır, qalan hissəsi isə qonaqlar üçün bişirilir. Hər bir qurban kəsən adam bütün malının, mülkünün, ruzisinin Allahdan olduğunu və bütün var-dövlətini Allah yolunda sərf etməyə hazır olduğunu bildirir. Həcc ziyarətində olan insanların kəsdiyi qurbanlar isə, adətən, ehtiyac içində olan dövlətlərin əhalisinə göndərilir. Ramazan bayramı müsəlmanların əsas bayramlarından biri hesab olunur. Bayram Ramazan ayının sonuncu gecəsi Ayın görünməsi ilə müəyyən olunur. Bayrama qədər müsəlmanlar bir ay müddətində oruc tuturlar. Oruc zamanı insanlar səhərdən gün batana kimi qida və maye qəbul etmirlər. Bayram günü oruc tutulmur, camaat məscidə toplaşır, bayram namazı qılınır. Namazdan sonra hər bir evdə süfrə açılır, müxtəlif yeməklər hazırlanır. Ramazan bayramı günü halva, fətir bişirilir və paylanılır. Orucluq zamanı müsəlmanlar kasıblara pul və ərzaq yardımı edirlər. Şənbə sevinc və istirahət günüdür. Bu gün yəhudilər dincəlir, Tövratı öyrənmək və bayram süfrəsi hazırlamaqla məşğul olurlar. Yəhudi şənbəsi təqvimlə cümə gününün axşamı Günəşin batması ilə başlayır. Evlərdə şamlar yandırılır və dualar oxunur. Bütün ailə və dəvət edilmiş qonaqlar bayram süfrəsində iştirak edir, bu zaman süfrədə mütləq xeyir-dua verilmiş şərab və xeyir-dua verilmiş iki xüsusi bayram çörəyi (xalı) olur. Adətən, şənbə günü sinaqoqu ziyarət edirlər. Bu gün xüsusi dualar oxunur, ətrafa xoş ətirlər səpilir və xüsusi şam yandırılan Xavdal mərasimi ilə bitir. Bir çox mömin yəhudilər bu gün ayaqqabı geyinmirlər. Pasxa (Pesax) yәhudi bayramıdır. Bu gün bütün dünyanın yəhudiləri Misir əsarətindən azad olunmalarım qeyd edirlər. Bayramın keçirildiyi günlər ərzində yalnız duzsuz və quru çörək (matsu) yeməyə icazə verilir. Pasxanın başlanmasının ilk iki günündən birində bütün ailə qonaqlarla birgə xüsusi pasxa süfrəsində iştirak edir. Ev sahibi Misirdən gedişin tarixçəsini danışır. O, xüsusi olaraq qeyd edir ki, yəhudilər tək Allahı tanımayan Misir fironunun əsarətindən qurtarmaq üçün oranı Musa peyğəmbərlə birlikdə tərk etmişlər. Süfrədə əyləşənlər dua edir və dörd qədəh alkoqolsuz şərab içirlər. Sinaqoqda pasxa günlərində bayram ibadətləri keçirilir.
Pasxa hәm dә xristianların dini bayramıdır. Pasxa bayramında xristianlar İsa Mәsihin dirilmә gününü qeyd edirlәr. II әsrdәn indiyәdәk bu bayram bütün kilsәlәrdә keçirilir, Mәsihin ölümü vә dirilmәsi yad edilir.
Xristianların Pasxa bayramı ilә bağlı müxtәlif adәt-әnәnәlәri vardır. Onlar Pasxadan әvvәl 40 gün müddәtindә oruc saxlayırlar. Orucun әsas şәrtlәri heyvani qida mәhsullarından vә әylәncәlәrdәn imtina etmәkdir. Pravoslav vә katolik kilsәlәrindә bayramdan әvvәlki şәnbә gününün gecәsindә, adәtәn, gecә duası oxunur. Xüsusi ayinlәr, mәrasimlәr keçirilir. Bütün xristianlar Pasxa bayramı münasibәtilә bir-birini tәbrik edirlәr.
Müxtәlif dinlәrdәki ibadәtlәrin vә mәrasimlәrin fәrqli olmasına baxmayaraq, bütün sәmavi dinlәrin oxşar cәhәtlәri vardır. Allahın tәk olmasını qәbul etmәk, yalnız Allahdan imdad istәmәk sәmavi dinlәrin ümumi cәhәtidir.
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova,
Mənbə: Həyat Bilgisi 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Həyat bilgisi fənni üzrə Dərslik