Ərəblər iki dəstəyə bölünürdülər: Qəhtani və Ədnani. Qəhtani ərəbləri Sam qövmünə aid və daha qədim tarixə malik idilər. Onlar Ərəbistan yarımadsında və xüsusən də, onun cənub hissələrində yaşa- yırdılar. Ədnani ərəblər isə Həzrət İsmailin (ə) nəslindən olan Ədnan adlı şəxsdən yaranmaışdırlar. İstər İslam dinindən öncəki cahiliyyət dövründə, istərsə də İslamdan sonra Ərəblərin ən məşhur və ən güclü qəbiləsi Qureyş qəbiləsi idi və bu qəbilə Ədnani Ərəblərdən sayılır- dılar. Allahın Rəsulu Həzrət Muhəmməd (s), onun xəlifələri və İsla- mın yarandığı illərdə böyük zəhmətləri olan insanlar bu qəbilədən idilər.
Islamdan öncə olan Ərəblər səhrada yaşayan, savadsız qövm idilər. İslam dini nöqteyi-nəzərindən bu mədəniyyətdən uzaq olan tarixi dönəm Cahiliyyət dövrü adlandırılır.
Elə bu səbəbdən də, həmən zaman barədə əsaslı tarix yoxdur və əldə olunan bütün məlumatlar İslam mədəniyyətinin meydana çıxmasından sonra şifahi şəkildə nəql olunan məlumatların yazılı hala gətirilməsindən sonra yaranmışdır. Hal-hazırda alimlərin böyük əksəriyyəti bu tarixi məlumatları qəbul etmirlər. Qurani-Kərimdə və İslami hədislərdə bu barədə mövcud olan dəyərli məlumatlar cahiliyyət ərəblərinin etikasına və dini eti- qadlarına aid ümumi məlumatlardır. Çünki, qeyd etdiyimiz mənbə- lərdə qeyd olunan məlumatlar tarixi məsələləri bəyan etmək deyildi.
Misirin böyük alimlərindən olan Taha Hüseyn məşhur şərqşü- nasların yolunu davam etdirərək cahiliyyət ərəbləri barədə mövcud olan məlumatların böyük əksəriyyətini tənqid atəşinə tutdu və bu sahədə yeni əsərlər yaratdı. İraqlı alim Doktor Cəvad Əli də Ərəb dilində on cilddə “Əl Məfsəl fi tarixil Ərəb qəbləl İslam” ensklope- diyasını qələmə aldı. O, bu dəyərli əsərdə cahiliyyət Ərəblərinin bü- tün mədəni və tarixi tərəflərini işıqlandırdı.
Cahiliyyət dövründə ərəblərin sitayiş etdiyi ən məşhur din Büt- pərəstlik idi və bu sitayiş növü Ədnani Ərərblərin arasında da geniş yayılmışdı. Bəzi Ərəblər isə yəhudiliyə və xristiyanlığa iman gətir- mişdilər.
1. Ərəblərin Tanrıları
Ərəblər də digər bütpərəstlər kimi müxtəlif formalara malik çoxlu sayda Tanrılara inanırdılar. Bu Tanrıların bəziləri insan, bəzilər heyvan, bəziləri insanla heyvanın qarışığından yaranan məxluq for- masında, yaxud xüsusi forması olan daş idi. Tarixçilər Ərəblər ara- sında bütpərəstliyin Əmr ibn Luhəy tərəfindən yaradılmasını bildi- rirlər. Onların nəzərincə Əmr Şama səfər edərkən ilk dəfə olaraq büt- pərəstləri görmüşdür. Həmin insanlardan büt barədə soruşanda cavab vermişlər ki, bu büt bizə kömək edir və bizim diyarda yağışın ya- ğmasının əsas səbəbkarı odur. Əmr bütə sahib olmaq fikrinə düşdü və
Hubəli onlardan alaraq Məkkəyə gətirdi. Hubəl Məkkə əhalisinin ən sevimli və böyük bütü idi. Hal-hazırda alimlər bu hekayəyə heç bir dəyər vermirlər və bütpərəstliyin başlanğıcının məlum olmadığını bildirirlər. Onların nəzərincə Hicaz bütpərəstlərinin də digər bütpə- rəstlər kimi başqa yerlərdən idxal etdiyi bütləri olmuşdur. Məsələn; Zuşşəra (Duschara) əslində İordaniya Nəbətilərinin bütü olub.
Ərəblər bəzən müxtəlif məfhumları büt halına gətirirdilər və ona sitayiş edirdilər. Məsələn;
Mənat qəza və qədər Tanrısı idi. Heyvan formalarında olan bütlər də ərəblər arasında mövcud idi. Məsələn;
Nəsr kərkəs formasında olan büt idi. Heyvan formasında olan bütlər Totemizmin qalıqları idi.
2. Allaha iman
Qurani-Kərim ayələrindən də məlum olduğu kimi cahiliyyət ərəbləri Allahı dünyanın yaradıcısı və bütü onun siması kimi qəbul edirdilər. İbadət və and içmə zamanı həm Allahın adında and içirdi- lər, həm də bütlərin adından istifadə edirdilər. Məsələn; İşlərini başa- layanda “Bismikə Allahummə” deyirdilər, amma ibadət və hacətlə- rini dillərinə gətirdikləri zaman bütlərin adlarını çəkirdilər. Onlarla islam Peyğəmbəri Həzrət Muhəmməd (s) arasında ən əsas ixtilaf O Həzrətin onların bütlərə sitayiş etmələri, onlardan hacət istəmələri və şirkdən əl çəkmələri sahəsində idi.
3. Əzabverici ruhlar
Ucsuz-bucaqsız çöllərdə və səhralarda həyat üçün vacib olan anlayışlardan biri də bəzi gözə görsənməyən məxluqların mövcud- luğuna inam idi. Səhrada yaşayan Ərəblər də ziyan və əziyyət verən ruhlara böyük əhəmiyyət verirdilər və həyatlarını elə qururdular ki, onların pis işlərindən qoruna bilsinlər, eləcə də onların güclərindən, bacarıqlarından istifadə edə bilsinlər. Bu məsələ Qurani-Kərimdə də (Cin surəsi, 6) qeyd olunmuşdur. Onların təsəvvürünə görə cinlər müxtəlif formalara girə və onların bəziləri insanlara ziyan və əziyyət verə bilirlər. Cindarların xidmətlərindən istifadə və həmin məxluqat- ların ürəklərini ələ almaq üçün müxtəlif mərasimlərin keçirilməsi mövcud olmuşdur. Divlər də cinlərin bir növü idilər və onlar səh- ralarda yaşayırdılar. Divlər səhralarda səfərə çıxan müsafirlərlə yol yoldaşı olurdular və fürsət tapan kimi onları öldürürdülər. İfrit cin- lərin ən qorxulu növüdür. İslam dininin məqsədlərindən biri də insan- lara bu məxluqların insan üçün xeyiri və ziyanı olmamasını başa salmaqdan ibarət idi.
4. Sabiilər
Belə nəzərə çarpır ki, Sabiilərin əvvəlcə heç bir müəyyən dini olmayıb və bu ad müxtəlif dinlərə aid edilib. Maraqlısı budur ki, İs- lam Peyğəmbəri Həzrət Muhəmmədin (s) zamanındakı müşrik ərəb- lər O Həzrəti və davamçılarını “Sabii” adlandırırdılar. Bəzən də İs- lam dinini izhar etmək üçün “Sabii olduq” sözünü istifadə edirdilər.
Islam dininin yaranmasından sonra mövcud olan Sabiilər iki dəstəyə bölünürlər və əslində onların heç birisi Ərəb deyillər: İslam dünyasında elmin yayılmasına köməklik etməklə tanınan dəstə Hər- ran Sabiiləridir. Bu dəstə Sabii adını üçüncü əsrin əvvəllərində özlərinə götürmüşlər və sonralar bu adla tanınmağa başlamışlar. İbn Nədim “Əl Fihrist” kitabının doqquzuncu məqaləsində belə yazır: “Abbasi xəlifəsi olan Məmun Hərrandan keçərkən bir dəstə insan gördü və onlardan soruşdur: “Hansı dinə qulluq edirsiniz?” Onlar bu suala düzgün cavab verə bilmədilər. Məmun dedi: “Əgər kitab əhlisi- nizsə hansı kitab əhli tayfasından olduğunuzu müəyyənləşdirin və əgər kitab əhli deyilsinizsə ondan vəziyyətinizi müəyyənləşdirin.”
Belə qərara alındı ki, Məmun səfərdən geri qayıdana qədər onlar öz vəziyyətlərini müəyyənləşdirsinlər. Bu müdddət ərzində həmən in- sanların bir dəstəsi müsəlman və digər dəstəsi xristiyan oldu. Üçüncü dəstə isə Qurani Kərimdə olan “Sabiin” adını seçdilər və beləliklə özlərini İslam hökumətinin nəzarəti altına saldılar.
Sabiilərin ikinci dəstəsi
Subtə, Sabiətul Bətaih, Məndayi, Muğ- təsələ və Nasuri adları ilə də məşhur idilər. Onlar dəyişilmiş və yeni formaya düşmüş qədim bir dinin davamçıları idilər. Bu dinin bəzi formaları Yaxın Şərqdə də yaranmışdı və həmin dinin davamçıların- dan sağ qalan insanlar İranın Xuzistan əyalətində və İraqın cənub bölgələrində mövcuddurlar.
Qədim Sabiilərin hər yeddi ulduz və planet üçün məbədləri var idi və maraqlıdır ki, onların nəzərincə Kəbə Saturn planetinin məbədi idi. Onlara Aya sitayişə də böyük əhəmiyyət verirdilər. Bizim dövrü- müzdə olan Sabiilər özlərini həzrət Yəhyanın (ə) davamçıları kimi qələmə verirlər. Onların məbədləri həmişə axar çayın kənarında olur və onların yalnız rahibləri bu məbədə girmək haqqına malikdirlər.
Sabiilərin təxminən yetmiş min nəfəri İraqda Dəclə çayının sahi- lində və təxminən iyirmi beş min nəfəri isə İranın Xuzistan əyalətin- dəki Karun çayının sahilində yaşayırlar. Onlar müxtəlif peşə sahib- ləri, o cümlədən zərgər, əkinçi, maldar, qayıq istehsalçısı, dəmirçi və son zamanlar həkim, tacir və mühəndis olurlar. Onların nəzərincə Həzrət Yəhyanın (ə) qiyamından sonra Urşəlim Yəhudilərinin qəzə- binə tuş gəldilər və məcburi şəkildə həmən şəhərdən mühacirət edə- rək Hərran şəhərində yerləşdilər.1 Bir müddətdən sonra onların bir dəstəsi İraqın cənubuna və digər dəstəsi İranın Xuzsitan əyalətinə köçdülər.
Sabiilər gündə üç dəfə səhər, günorta və axşam namaz qılırlar və ildə otuz altı gün oruc tuturlar. Onların müqəddəs kitablarının adı “Gənza Rəbba” (Böyük xəzinə)-dır.
Onlar Qadir Allahı Həy, yəni Həyat adlandırırlar və onu nurun xaliqi sayırlar. Qaranlıq və zülmətin xaliqi isə Ruha adlandırılır. Bu iki Tanrı bir-birilə döyüşürlər və qələbə həmişə nur Tanrısına nəsib olur.
Sabiilərin ruhanisi Gəncur adlandırılır. Ruhanilərin vəzifəsi Sa- biiləri hər həftənin bazar günü müqəddəs suya salmaqdan və onra qüsl verməkdən ibarətdir. Müqəddəs suya salınan zaman və qüsl alan, həmdə qüsl verən şəxsin üzərində beş bölümdən ibarət paltar ol- malıdır. Qüsl verənin əsası və digər ləvazimatları olmalıdır. O, mü- qəddəs suya salma işinə başlamamışdan öncə yasəmən ağacının bir budağını götürür müxtəlif dini mərasimlər keçir və dualar oxuyur. Müxtəlif münasibətlərlə və günahların kəffarəsini çıxartmaq üçün də xüsusi qüsllər mövcuddur. Qeyd etmək lazımdır ki, Sabilər də kitab əhli kimi qəbul edilirlər.
Müəllif:
Hüseyn Tövfiqi
Mənbə: "
Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5