Taosizm

Taosizm

Taoizm, yaxud Daoizm eradan əvvəl 517-ci ildə dünyadan köçmüş filosof Laotseyə mənsubdur. Onun həqiqətən mövcud oması, ya- xud tam əfsanəvi şəxs olması sahəsində alimlər arasında ciddi fikir ayrılıqları mövcuddur. Dini adət-ənənə və tarix nöqteyi nəzərindən o eradan əvvəl 604-cü ildə Çində dünyaya gəlmişdir və ömrünün bir hissəsini şahın sarayında sənədlərin saxlanıldığı yerin, dövlət arxivi- nin başçısı vəzifəsində çalışmışdır. Bir müddət bu vəzifədə çalışdıq- dan sonra işindən istefa vermişdir və ruhi paklığını kamilləşdirmək üçün bu işlərini, hətta təhsilini belə dayandırmışdır və evdə xəlvətə çəkilmişdir. İnsanlar onun barəsində maraqlanmağa başladılar və onun düşüncələri ilə tanış olmaq üçün görüşünə tələsdilər. Qeyd etmək lazımdır ki, Konfutsi də onun görüşünə getmişdir. O, insanların müraciətlərindən yorulduqdan sonra öz el-obasını tərk edərək müha- cirət etməli olmuşdur. Şəhər qapılarının qoruyucularından biri onu səfər edərkən gördü və ona nəsə öyrətməyini xahiş etdi. Laotsey bir kənarda dayanaraq ona bir mətn yazdı və həmin mətn hələ də möv- cuddur. Həmin mətnin adı Taute Çinq, yəni “Taunun vəhyi və onun xasiyyəti”-dir. Bu risalə qısa hikmətli sözlərdən ibarətdir və bəziləri- nin mənası aydın deyildir. O, bu risaləni qapıçıya verdi, oradan getdi və bundan sonran ondan xəbər çıxmadı. Bəzilərinin iddialarına görə o, eradan əvvəl 517-ci ildə dünyasını dəyişdi.
Laotseyni əfsanəvi şəxs qəbul edən insanlarin nəzərincə onun meydana çıxardığı fəlsəfə Konfusiusun yaratdığı fəlsəfədən daha qə- dimidir və qeyd olunmuş risalə qədim zamanlardan mövcud olmuş- dur.
 

1. Laotsey və Taute Çinq fəlsəfəsi

Laotseyə aid olan bu risalə bir nəfərin düşüncəsinin yaratdığı məhsul deyildir. Belə ki, əsrlər boyu onun üzərində bir çox dəyişik- liklər aparılmışdır. Amma bu risalənin məzmununun əksər hissəsi eradan əvvəl dördüncü əsrə qayıdır.
Antik Çin filosoflarının nəzərincə dünyada baş verən bütün ha- disələr Tao adlanan quruluşunu təsiri altında meydana çıxır. Tao Çin dilində düzgün yol və ən dərin mənasında çayın dibi mənasını verir. Bu fəlsəfə davamçıları dünyada baş verən dəyişikliklər sahəsində ça- yın dibinə bənzər və həmişə sabit qalan qanunun olmasını bildirir- dilər. Onlar deyirdilər ki, Taonun əvvəli və sonu yoxdur və maddi dünyanın yaranmasından sonra Tao da uyğunluqların, tarazlığın mey- dana çıxması üçün mövcud olmuşdur. Elə bu səbəbdən də, Tao sözü məna baxımından Yunanlıların Kosmos, yəni tənasüb (qanunauy- ğunluq) sözünə yaxındır. Yunanlılar dünyanı kosmos adlandırırlar.
Taote Çinq risaləsində belə qeyd olunmuşdur ki, əşya hər zaman öz təbii məkanında hərəkət edərsə, onun bu hərəkəti ən yüksək tə- nasüb və qanunauyğunluqla olacaqdır. Amma öz təbii mühitindən kə- nara çıxdığı halda bu qanunauyğunluq itəcəkdir. İnsanın ən son məqsədi özünü Tao ilə ahəngdar etməkdən ibarətdir.
 

2. Çuanq Tse və onun məqalələri

Çuanq Tse Laotseydən sonra mövcud olan ən tanınmış Taoizm filosofudur. O, eradan əvvəl dördüncü əsrdə öz fərzi müəllimi Laot- seyin təlimlərini yaymaqla məşğul olmuşdur. Bu böyük  filosofun otuz üç məqaləsi olduğu bildirilmişdir və bu məqalələrin əksəriyyəti həqiqətən də ona aiddir. O, dünyada baş verən dəyişiklikləri dövran və zaman formasında nümayiş etdirmişdir. O eləcə də, ziddiyyət  təşkil edən şeylərin bir-birinə təsir göstərməsinə və bundan sonra məhv olmasına inanırdı. Çuanq Tse xeyirlə şər arasında nisbiliyin mövcud olmasına inanırdı və öz düşüncələrini ifadə etməkdən ötrü təmsillər- dən geniş şəkildə istifadə edirdi.
 

3. Rəsmi din

İlk dəfə olaraq 165-ci ildə Çin şahlarından biri Laotseyin adına məbəd inşa etdirdi və bu məbədə hədiyyələr verdi. Amma Taoizm heç vaxt geniş şəkildə inkişaf etmədi və çox zəif inkişaf edərək yalnız 7-ci əsrdə Çində rəsmi din statusunu əldə edə bildi. Həmin zamanlar Çində Buddizm və Konfusius fəlsəfə məktəbi güclü şəkildə inkişaf etmişdilər. Bir qrup insan Buddizmin Çinin yerli dini olmaması və Hindistandan bu ölkəyə gəldiyi üçün Taoizmi inkişaf etdirməyə başladı. Onlar yeni adət-ənənələr yaratdılar və müxtəlif şeylər üçün Tanrılar yaratmağa başladılar. Amma buna baxmayaraq Çində bu dinin davamçıları az olması səbəbindən səhnədən getdi. Çinin kom- munist hökumətinin dini düşüncələrlə mübarizə aparmasına bax- mayaraq, bəzi insanlar hələ də Taoizmin cadu tərəfləri ilə maraqlanırlar.
 
Müəllif: Hüseyn Tövfiqi
Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5
Top