Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddizmin zərif irfani düşüncələrə malik olması və dünuyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin davamçıları çoxdur. Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır.
1. Buddanın həyatı
Tərcümədə “Oyaq” mənası kəsb edən Budda sözü əslində isla- hatçı Buddizm məktəbinin banisi Qautama Şakyamuninin ləqəbidir. Buddistlərin nəzərincə Hindistanın şimalında yerləşən Kapilavastu1 şəhərinin padşahının oğlu olan Qautama eradan qabaq 563-cü ildə dünyaya gəlmişdir və ilk öncə Siddarta, yəni xoşbəxt adını daşıyırdı. Astroloqlar bu şahzadənin gələcəkdə islahatçı və böyük fateh olaca- ğını bildirmişdilər. Eləcə də, bəzi xəstəliklərin nümunələrini, qocalı- ğı, ölümü və böyük əzab-əziyyət çəkdidən sonra dünyadan üz döndə- rəcək və nəfsinin əzab-əziyyət yolu ilə tərbiyələndirilməsi yolunu se- çəcəyini söyləmişdilər. Elə bu səbəbdən də, atası onu yorucu həyat- dan uzaqlaşdıraraq naz içərisində yaşaması üçün şərait yaratdı və onun davranışlarını nəzarət altında saxlanılmasına təkid etdi. Şahzadə əmisi qızı Yaşudhara ilə ailə qurdu və onların Rahula adlı oğlu dün- yaya gəldi. 29 yaşında onun barəsində verilən proqnozların həqiqətən də baş verdiyini görən Qutama gecə vaxtı saraydan və naz-nemətlə- rindən qaçdı. O, Alara adlı bir şəxslə tanış olduqdan sonra onun tə- limlərdən istifadə etdi və rahiblik həyatını seçdi. Nəfsinin paklaşması üçün altı il meşələrdə yaşayaraq özünə müxtəlif əzablar çəkdirdi və sonda həqiqətə nəfsani əzablarla çata bilmədiyini gördükdə bu meto- du tərk etdi, düşünmək və mənəviyyatını paklaşdırmaq mərhələsinə başladı. Onun böyük cihadı altı il çəkdi. O, sonralar “Oyanış ağacı” adlanan ağacın altında yeddi həftə oturdu, dağıdıcı şeytan Mara ilə mübarizə apardı və həqiqətə çataraq hamının yaxşı tanıdığı Budda oldu. Buddistlərin əqidəsinə görə ötən zamanlarda da bir neçə Budda mövcud olmuşdur. Buddaların hər birisi zühur etməmişdən öncə
Bodisatva adı ilə məşhurlaşmışdılar. Yəni, əxlaq, irfan və mərifətə çatmış şəxs və yaxud güclü Budda.
Budda qırx il ərzində Hindistanın müxtəlif yerlərinə səfərlər edərək öz dinini bu ölkənin hər yerində təbliğ etmişdir. Onun in- sanlarla keçirdiyi görüşlərdən sonra bir çox şagirdi meydana çıxdı və bu şagirdlərin ən tanınmışı əmisi oğlu Ananda idi. Budda sonda sək- sən yaşında təxminən eradan əvvəl 483-cü ildə bu dünyanı tərk edə- rək Nirvanaya qovuşdu.
Buddanın qeyri-adi həyat hekayəsi ən qədim zamanlardan belə hamının diqqətini özünə cəlb etmişdir və elə bu səbəbdən də, bu dini hekayə dünyanın müxtəlif dillərinə tərcümə olunaraq çap edilmişdir.
2. Quruluşun təsis edilməsi
Buddanın islahatçı düşüncələri Brahmanların təəssübkeşliyi ilə zidd idi və ictimai təbəqələr, yəni kastalar arasındakı fərqin səhv an- layiş olduğunu bildirirdi. Onun əxlaqi təlimləri
Tri-pitaka, yəni “Üç səbət” toplusunda bir yerə toplanılmışdır. Brahmanizm dini üzərində qurulmuş bu təlimlər dünyadan uzaqlaşmağı, nəfsin paklaşdırılma- sına, bu dünyanın əzab-əziyyətlə dolu girdabından qurtarmaq üçün düşünməyi və səy göstərməyi tövsiyyə edir, Nirvanaya qovuşmağa ciddi təkid göstərir. Sonrakı əsrlərdə Buddizm Hindistanın böyük his- səsini əhatə edir və qonşu ölkələrdə də kəskin şəkildə genişlənməyə başlayır. 8-9-cu əsrlərdə Brahmanizmin iki böyük alimi qədim dinin üzərində bəzi yeniliklər yaratmaqla Hinduizmi meydana gətirdilər. Bununla da Buddizm Hindistanda öz yerini yavaş-yavaş itirdi və Hinduizm onun yerini tutdu. Amma onun müxtəlif formaları uzaq şərqdə və digər regionlarda genişlənməyə başladı.
3. Buddanın fəlsəfəsi
Həqiqəti əldə edərək ona qovuşan Budda ilk olaraq Benares şə- hərinə getdi. Onun məqsədi ondan üz döndərmiş beş rahibi tapmaq idi. Budda belə fikirləşdi ki, bu beş nəfər də onun kimi həqiqət axtarışındadırlar və onları təlimləndirmək başqalarına təlim verməkdən daha asan ola bilər.
Benares şəhərinə daxil olan kimi həmin beş nəfəri gördü. Onlar şəhərin yaxınlığındakı meşədə oturaraq söhbət etdi. Onlar Buddanı görən kimi bir-birilərinə belə dedilər: “Bu gələn Siddartadır. O, ra- hiblikdən əl çəkib və buna görə də yaxşı olar ki onunla heç biri işimiz olmasın.”
Amma Budda onlara yaxınlaşan kimi ona salam verdilər və on- dan yanlarında oturmağı xahiş etdilər. Bu zaman ondan soruşdular: “Sonda axtardığın həqiqəti tapa bildin?” Budda cavab verdi: “Bəli onu tapdım.”
Rahiblər dedilər: “Varlığın həqiqəti, hikməti və sirri nədir?” Budda soruşdu: “Siz Karmaya, yəni davranış qanunlarına inanırsı- nız?” Rahiblər cavab verdilər: “Bəli inanırıq.” Budda dedi: “Elə isə bilin ki, hikmətin və agahlığın başlanğıcı həqiqətdir. Yaxşıdan yaxşı əmələ gəlir və pisdən pis. Bu həyatın ilk qanunudur və bütün başqa şeylər bu qanun üzərində qurulmuşdur.”
Rahiblər dedilər: “Bu yeni məsələ deyil.” Budda dedi: “Əgər be- lədirsə onda qurban kəsməyin, duanın və insanın öz nəfsinə işkəncə verməsi ağıllı addım deyildir.”
Rahiblər soruşdular: “Necə?” Budda cavab verdi: “Çünki, su hə- mişə enişə doğru hərəkət edir, od həmişə yandırır və buz həmişə so- yuqdur. Əgər Hindistanın bütün Tanrılarına belə dua oxusaq su yo- xuşa tərəf hərəkət etməyəcək, od soyuq və buz isti olmayacaq. Çünki, bu həyatda elə qanunlar mövcuddur ki, bütün məsələlər bu qanun- ların üzərində qurulmuşdur. Elə buna görə də, bunu ləğv etmək olmur və dua edərək qurban kəsməyin də bu məsələyə heç bir xeyri yox- dur.”
Rahiblər bu sözlə razılaşdırlar və Budda sözlərinə davam edərək dedi: “Əgər bu söz həqiqətdirsə, onda insanlara dua etməyin və qur- banlar kəsməyin adət-ənənəsini öyrədən Vedalar kitabı da düzgün de- yildir və mən olanların dediklərinin tam əksinə olaraq demək istə- yirəm ki, Vedalar müqəddəs deyildir.”
Rahiblər onun belə cəsarətli sözlərindən təəccübləndilər və Budadan soruşdular: “Sən demək istəyirsən ki, Brahman insanları yaradanda onları müxtəlif kastalara ayırmamışdır?” Budda cavab verdi: “Mən ümumiyyətlə Brahmanın nəsə yaratmasına inanmıram.”
Rahiblər soruşdular: “Yaxşı, de görək dünyanı kim yaratmış- dır?” Budda cavab verdi: “Mənim nəzərimcə dünya əbədi və əzəlidir. Onun nə başlanğıcı, nə də sonu var. Dünyada həqiqətən də ondan uzaqlaşmağın vacib olduğu iki məsələ var: Birincisi xudbinliyin və alçaqlığın yaratdığı ləzzətlərlə dolu həyat və ikincisi əzab-əziyyətli və nəfsinə işkəncələrlə olan həyat. Belə həyatın da heç bir faydası yoxdur və bu yolun heç birisi insanı xoşbəxtliyə aparmır.”
4. Əxlaq
Sonda Rahiblər Buddadan soruşdular: “Yaxşı, onda de görək düz yol hansıdır?” Budda cavab verdi: “Ləzzətlə əzab-əziyyət arasındakı orta yol. Bunu səkkiz yolla əldə etmək mümkündür. Bu səkkiz yol həyatın səkkiz böyük qanununu öyrədir:
- Düzgün baxış; Yəni, düzgünlüyün və həqiqətin insanın əsil bələdçisi olmasına
- Düzgün düşüncə; İnsan həmişə sakit və xoş xasiyyətli ol- malıdır, heç bir canlıya zərər yetirməməlidir.
- Düzgün söz; İnsan heç vaxt yalan danışmamalıdır və ağzını çirkin və pozğun sözlərlə açmamalıdır.
- Düzgün rəftar; İnsan heç vaxt oğurluq etməməlidir, əlini ki- minsə qanına bulamamalıdır və sonradan peşimançılığa səbəb olacaq işlər görməməlidir.
- Düzgün yaşayış; İnsan heç bir pis əməl arxasınca getməmə- lidir, sələm pul verməməlidir və onun gəlirindən istifadə etməməlidir, riyakar və ikiüzlü olmamalıdır, oğurluq maldan istifadə etməməlidir.
- Düzgün çalışmaq; İnsan həmişə yaxşılıq üçün çalışmalıdır və bütün çirkinliklərdən uzaqlaşmalıdır.
- Düzgün diqqət; İnsan həmişə sakit olmalıdır, şadlığın və qüs- sənin onun düşüncələrini dağıtmağa imkan verməməlidir.
- Düzgün fikirləşmək; Yuxarıdakı yeddi qanunun əsasını və özülünü təşkil edir
Sonra Budda düzgünlük barədə qanunları belə açıqlamağa başlayır:
- Canlılara əzab-əziyyət verməkdən uzaqlaşmaq
- Oğurluqdan uzaqlaşmaq
- Həyasızlıqdan uzaqlaşmaq
- Yalandan uzaqlaşmaq
- Sərxoşluqdan uzaqlaşmaq
- Pis söz danışmaqdan uzaqlaşmaq
- Xudbinlikdən uzaqlaşmaq
- Nadanlıqdan uzaqlaşmaq
- Düşməçilikdən uzaqlaşmaq
5. Buddizmin firqələri
Buddizmdə üç firqə mövcuddur:
- Mahayana; Yəni, “Böyük çarx”. Bu şimal firqəsi Çində da- ha geniş yayılmışdır. Buddizimdən olan bu firqə Çində Konfusizm, Lautsa və Yaponiyada Sintoizm etiqadları və adət-ənənələrilə qarış- mışdır. Onun irfani təriqətlərindən biri Sanskrit dilində Dehyana,yəni düşünmək, Çin dilində Çanq və Yapon dilində Zen adlandırılır və dünyada bu adlarla böyük şöhrət qazanmışlar.
- Hinayana; Yəni, “Kiçik çarx”. Bu cənub firqəsi Şrilankada və cənub-şərqi Asiya ölkələrində yayılmışdır. Bu firqə davamçıları öz məzhəblərini Teravada, böyüklərin və əcdadların dini adlandırırlar.
- Vacrayana; Yəni “Almaz çarx”. Bu firqə Tibetdə mövcud- dur. Onlar Buddizmi sehrbazlıq, kahinlik və Totemizimlə qarışdıra- raq özləri üçün güclü təşkilat yarada bilmişlər. Qeyd etdiyimiz firqə Lamaizm də adlandırılır və həmin firqənin qüdrətli rəhbərini Dalay- lama, yəni dənizə bənzər rəhbər adlandırırlar. Bu firqənin ən maraqlı cəhətlərindən biri də budur ki, onların dini liderləri dünyasını dəyi- şəndə rahiblər onun canişini olmağa layiq uşağın, yəni Dalaylama ölən anda dünyaya gələn uşağın axtarışına çıxırlar. Sonra onlar bu uşağı xüsusi olaraq bəsləyirlər. Həmin uşaq elm öyrəndikdən və müxtəlif məqamları geridə qoyduqdan sonra qeyd etdiyimiz dini mə- qama yüksəlir. Bizim zamanımızda Çin Kommunizminin Tibetə təsi- rindən sonra Dalaylama Hindistana köçməli və öz dini liderliyinə or- da davam etməli oldu. Bəzi Qərb ölkələrinin Çin ölkəsilə əlaqələri pisləşən kimi onlar Lamaların sürgündə olan liderini rəsmi səfərə dəvət edirlər və bunun ardınca Çinin etiraz səsləri yüksəlir. Dalayla- ma bir neçə il bundan öncə dini adət-ənənəyə zidd olaraq bir oğlan uşağını öz yerinə təyin etdi və bu hərəkətdən sonra geniş etirazla üzləşdi.
3-6. Buddizmin kitabları
Buddistlərin ən qədim müqəddəs kitabı Tripitaka, yəni “üç sə- bət” adlanır. Bu kitab üç hissədən ibarətdir:
- Rahibliyin qaydaları
- Nicat tapmağın yolları
- Fəlsəfi və psixoloji məfhum
Buddizmin müqəddəs kitabları Pali və Prakeriti dilindədir. Bud- dizmin müxtəlif firqələrinin özünəməxsus kitabları da mövcuddur.
Müəllif:
Hüseyn Tövfiqi
Mənbə: "
Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5