Yəhudilik

Yəhudilik

Yəhudilər İbranilərin nəslindəndilər. Bu nəsil Ərəblər, Assuriyalılar və Yaxın Şərq regionunda olan bir neçə başqa xalqla müştə- rək kökə malikdir. Bu xalqların dili, ədəbiyyatı, mədəniyyəti, adət- ənənələri və dini etiqadları o qədər bir-birinnə yaxındır ki, alimlər bütün bu xalqların özəyinin bir qövmə, yəni Sam qövmünə çatması qənaətinə gəliblər. Bu xalqalrın hər birisinin mədəniyyəti sahəsində tədqiqat və araşdırma aparmaq üçün digər Sam xalqlarının da mədə- niyyətinə nəzər salmaq lazımdır. Məsələn; əgər biz Ərəb ədəbiyyatı barədə araşdırma işləri aparmaq istəsək İbrani, Süryani və Həbəşi dilləri sahəsində də tədqiqat və mütaliə işləri aparmaqla daha böyük nailiyyətlər əldə etmiş olarıq.
İbrani xalqının tarixi keçmişi barəsində dəqiq məlumatımız yoxdur. Bəzi alimlərin nəzərincə “İbrani” adını Kənan əhli Həzrət İbrahi- min (ə) Kənan ərazilərinə daxil olmasından sonra onu İbrani adlan- dırmağa başlamışlar.1 Bu ad onun bütün ailəsi üzərində qaldı, çünki İbrani çaydan keçmək mənasını verir. Yəni onların nəzərincə Həzrət İbrahim (ə) Fərat çayından keçərək Kənana daxil olmuşdur.
Bəzilərinin nəzərincə isə İbrani sözü Həzrət İbrahimin (ə) babası və əcdadı olan Abirə qayıdır. Eləcə də, bəziləri Həzrət İbrahimin (ə) atasının (əmisi) adının Azər olması səbəbindən onun ailəsinin əslən Ariyayi qövmündən olmasını bildirirlər. Amma alimlər bu nəzəri təs- diqləmirlər, çünki Qurani-Kərimdə və İslami mətnlərdə qeyd olunmuş Azər sözünün lüğəti mənası barəsində düzgün informasiyaya malik deyilik. Tövratda İbrahimin (ə) atasının adı Tarəh qeyd olunmuşdur.
 

1. Həzrət İbrahim (ə)


Həzrət İbrahim Xəlil (ə) daim əzəmətli peyğəmbər olmuşdur və bütün tarix boyu müsəlmanlar, xristiyanlar və yəhudilər arasındakı çəkişmələrin mərkəzində dayanmışdır. çünki, hər üç dinin davam- çıları O Həzrətin onalara aid olduğunu bildirmişlər: “İbrahim nə yə- hudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.” (Ali İmran, 67) O, hətta müşriklər ara- sında belə böyük hörmət və ehtirama malik bir şəxsiyyətdir və onun Məkkədə qalan izləri onlar tərəfindən müqəddəs bir irs kimi ziyarət edilirdi. Bəzi insanlar da ad oxşarlığına görə Brahmanizm dininin (yəni Hinduizmin, Caynizmin və Buddizmin) də Həzrət İbrahimdən (ə) başlanması iddiasını irəli sürmüşlər. Yəhudilər özlərini Həzrət İb- rahimin (ə) nəvəsi olan Həzrət Yaqubun (ə) nəslindən bilirlər və həm cismani, həm də ruhani baxımdan Həzrət İbrahimin (ə) nəslindən ol- malarına görə böyük iftixar hissi keçirirlər.
Tövratda O Həzrətin nəslinin Həzrət Adəmə (ə) qədər uzanması qeyd olunur. Tövratda olan nəsil sənədləri İslami kitablara da yol tap- mışdır və bu sənədin düzgünlüyünə və mənbəyinə diqqət yetirilmə- dən qəbul edilmişdir.
Kitab əhlinin (bu nəzər müqəddəs kitablarda qeyd olunmuş hə- dislərdən nəticə kimi çıxarılmışdır) nəzərincə Həzrət İbrahim (ə) Eradan əvvəl 2000-ci ildə, yəni 4000 il öncə Ur şəhərində dünyaya gəl- mişdir və Tövratda qeyd olunduğuna əsasən öncə Abram (yəni mə- qam sahibi) adını daşıyırdı. Allahu-taala onun adını doxsan doqquz yaşında dəyişərək İbrahim (yəni Qövmlərin atası) etdi.1 Ur şəhəri təxminən bir əsr bundan öncə İraqda Fərat çayının sahilində torpaq altından aşkar edildi və həmin məkanda saysız-hesabsız antik tapıntı- lar əldə olundu.
Tövratda qeyd olunduğuna əsasən Tarəh oğlu Həzrət İbrahim (ə), onun həyat yoldaşı Sara və qardaşı oğlu Həzrət Lutu (ə) götürərək Fələstinin qərbində yerləşən Kənan torpaqlarına köçdü. Onlar yolun yarısında köçdüklərinə görə peşiman olaraq Hərran şəhərində yerləş- dilər. Bu şəhər bu günkü Türkiyənin cənubunda Suriya ilə sərhəddə yerləşmişdir.
Həzrət İbrahimin (ə) atası Tövratda Tarəh adlandırılır, amma Qurani-Kərim onu bütpərəst Azər kimi təqdim edir: “(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrı- larmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” (Ənam surəsi, 74) Həzrət İbrahim (ə) atası İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) əcdadları sırasında yerləşmiş- dir. Bütün şiyə və sünni alimlərinin əksəriyyəti o Həzrətin Həzrət Adəmə (ə) qədər olan bütün atalarının hamısının tək Allahlığa inandı- ğını bildirirlər. Elə buna görə də, Azərin Həzrət İbrahimin (ə) həqiqi atası olmadığını vurğulayırlar və bunu təsdiqləmək üçün lazımi dəlil- lər də gətirirlər.
Tövratda qeyd olunduğuna əsasən həzrət İbrahim (ə) 75 yaşında Allahın əmri ilə Hərran şəhərindən Kənan torpaqlarına tərəf yola dü- şür. O, həyat yoldaşı Sara və qardaşı oğlu Həzrət Lut (ə) və Hərran əhalisindən başqa bir neçə nəfəri də özü ilə götürərək Kənana aparır. Onlar həmən məkanda Beytu İyl-in şərqindəki dağın üzərində çadır qurur. Həzrət İbrahim (ə) bir müddətdən sonra Hebronda (Əl Xəlildə) məskunlaşır və ömrünün sonuna qədər orada yaşayır. Hal-hazırda da onun ailəsinin məqbərəsi bu məkanda yerləşir. Amma Həzrət Lut (ə) Səmud və onun ətrafındakı şəhərlərə gedir. Bu şəhərlərin sakinləri onun dediklərinə itaətsizlik etdiklərinə görə Allah tərəfindən cəzalan- dırılaraq təmamilə yer üzərindən silinirlər. Bu hadisə Qurani-Kərim- də də qeyd olunmuşdur.
Həzrət İbrahimin (ə) həyatında iki olduqca mühim məsələ möv- cuddur və hal-hazırda mövcud olan Tövratda bu məsələlərə işarə olunmamışdır: Birincisi bütlərin sındırılması və O Həzrətin oda atıl- ması, ikincisi Kəbə evinin inşası.
Qurani-Kərimdə (Ənbiya və Saffat surələrində) Həzrət İbrahim (ə) bütləri sındırması və O Həzrətin oda atılması hekayəsi qeyd olunmuşdur.
Qurani-Kərimdə eləcə də, Həzrət İbrahimin (ə) Həzrət İsmail (ə) ilə birlikdə Kəbə evini inşa etməsi də qeyd olunmuşdur: “Onu da ya- dına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.” (Bəqərə su- rəsi, 127) Həzrət İsmail (ə) O Həzrətin qoca yaşlarında əta olunma- sını nəzərə alsaq, Həzrət İbrahim (ə) Kəbə evini şərəfli ömrünün son- larında inşa etdiyi qənaətinə gəlmiş olarıq: “İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir! (İbrahim surəsi, 39) Qeyd etmək lazımdır ki, Kəbə və Məkkə kitab əhli tərəfindən müqəddəs sayılmır.
Digər tərəfdən Tövratda belə bir iddia irəli sürülür ki, Allahu- Taala Həzrət İbrahimi (ə) Nil çayından Fərat çayına qədər olan əra- zini onun oğlu Həzrət İsraildən (ə) törəyən övladlarına əta edəcəyi əhd etmişdi. (Yaranış 15:1-18 və 17:18-21) Bu vədənin Bəni-İsrailə aid olacağını da müşahidə edəcəksiniz.
 

2. İslamil və İshaq (ə)


 
Qurani-Kərimdə və Tövratda qeyd olunduğu kimi Həzrət İbrahi- min (ə) həyat yoldaşı Sara sonsuz idi və Tövratda qeyd olunduğu ki- mi Allahu-Taala dəfələrlə Həzrət İbrahimin (ə) onun nəslini artıraca- ğı barədə əhd bağlamışdı. O Həzrətin Hacər adlı kənizi dünyaya oğlan uşağı gətirdi və onun adını İsmail (yəni Allah eşidir) qoydular. On dörd ildən sonra Sara (hər ikisi, həm Həzrət İbrahim (əs), həm də Sara qocalmışdılar) Allahın əmri ilə dünyaya bir oğlan gətirdi və adını İshaq (yəni Gülür) qoydular.
Tövrat bu barədə az söz açır və yalnız Həzrət İsmailin (ə) Faran- da yaşaması, anasının ona Misirli qız alması barədə məlum verməklə kifayətlənir. O Həzrətə aid digər məsələlər Tövratda unudulmuşdur və Kəbə evinin inşa edilməsi barədə bir söz belə gözə dəymir. Ismail (ə) üçün yerdən suyun çıxması İslam hədislərinə əsasən Məkkədə olduğu və hal-hazırda “Zəmzəm” adı ilə tanındığı halda Tövratda qeyd olunanlara əsasən bu su Fələstinin cənubundakı Biiru Şibəə1 adlanan yerdə olmuşdur.
Tövrat övladının qurban kəsilməsi məsələsini qeyd edir və yazır ki, Həzrət İbrahimin (ə) Həzrəti İshaqı (ə) qurban kəsmək məmuriy- yətini alır. O Həzrət bu məsələni İshaqa (ə) açıqlamayaraq onun sua- lına cavab olaraq deyir: “Ey mənim oğlum! Allah özü üçün qurbanlıq qoyun hazırlayacaq” (Yaranış, 22:8) Amma Qurani-Kərimdə İbrahim (ə) oğlanlarından biri barədə söz açılır:
ﻓَﻠَﻤﱠﺎ ﺑَﻠَﻎَ ﻣَﻌَ ُﻪ اﻟ ﱠﺴ ْﻌﻲَ ﻗَﺎ َل ﻳَﺎ ﺑَُﻨﻲﱠ إِﻧﱢﻲ أَرَى ﻓِﻲ اْﻟ َﻤَﻨﺎمِ َأﻧﻲ أَ ْذﺑَ ُﺤﻚَ َﻓﺎﻧ ُﻈﺮْ ﻣَﺎذَا ﺗَﺮَى ﻗَﺎ َل ﻳَﺎ أَﺑَﺖِ
ا ْﻓﻌَﻞْ ﻣَﺎ ﺗُ ْﺆ َﻣﺮُ َﺳﺘَﺠِﺪُﻧِﻲ إِن ﺷَﺎء اﻟﱠﻠ ُﻪ ﻣِﻦَ اﻟﺼﱠﺎﺑِﺮِﻳ َﻦ
“O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Ata- can! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (Saffat surəsi, 102)
Bildiyiniz kimi O Həzrət ölümdən xilas olur və Allahu-Taala onun yerinə qurban kəsilməsi üçün qoç göndərir. Şiyələrin və əhli- sünnənin bir qrupunun nəzərincə bu Həzrət İsmail (ə) və bir dəstə- sinin nəzərincə isə Həzrət İshaq (əs) olmuşdur.
 

3. Həzrət Yaqub (İsrail)


Tövratda qeyd olunduğuna əsasən Həzrəti İshaq (ə) Həzrət İbra- himin (ə) canişini oldu və onun əkiz oğlu dünyaya gəldi. İlk dünyaya gələnin adı İsu idi. Bu sözün mənası “tüklü” deməkdir. Tövratda qeyd olunduğuna əsasən körpə dünyaya gələrkən bədənində çoxlu tük var idi. İkinci əkiz uşaq isə Yaqub idi. Yaqub sözü tərcümədə “arxasınca gələn” deməkdir. çünki, dünyaya gələrkən özündə öncə gələn uşağın arxasınca gəlmişdir.
Həzrət Yaqubun (ə) on iki oğlu var idi və O Həzrət İsrail ləqəbi- lə tanınırdı. Kitab əhli bu adın belə məna verdiyini bildirirlər: Allaha qalib gələn şəxs. Amma bu sözün İbrani dilindəki əsil mənası “Qəh- rəmana qalib gələn şəxs” mənasını verir. Tövratda qeyd olunduğuna əsasən Həzrət Yaqubun (ə) Allahla güləşməsi və ona qalib gəlməsi onun belə adlandırılması ilə nəticələnmişdir.(Yaranış 32: 24-32) Ki- tab əhli lap qədim zamanlardan belə iddia edir ki, bu hekayədə Allah deməkdə məqsəd Allahım mələklərindən biri mənasını daşıyır.
Bir müddətdən sonra Həzrət Yusifin (ə) hadisəsi meydana çıxdı və sonda Bəni-İsrailin (İsrail övladlarının) Misir torpaqlarında qalma- sı ilə nəticələndi. Tövratın “yaranış” bölümünə aid olan bütün mət- ləblər Həzrət Yusifin (ə) vəfatından sonra sona çatdı.
“Xuruc” bölümünün başlanğıcında Həzrət Yaqubun (ə) on iki oğlunun hamısının Misirdə vəfat etmələrini və onların nəsillərinin bu ölkədə çoxalmalarını oxuyuruq. Bəni-İsrailin Sibt adlanan on iki qə- biləsi müxtəlif elm və peşə sahələrində inkişaf etdilər və bu da Misir- lilərin onlara paxıllıq etməsinə gətirib çıxartdı. Bundan əlavə Misirli- lər hakimiyyətin də Bəni-İsrailin əlinə keçməsindən qorxmağa baş- ladılar. Elə buna görə də, onları zəiflətməyə başladılar və ən çətin işləri onlara həvalə etdilər. Eləcə də, Misir qəbilələrinin yeni dünyaya gəlmiş Bəni-İsrail oğlanlarını qətlə yetirmək üçün həvəsləndirdilər. Onlara yalnız qız uşağı dünyaya gətirməyə icazə verilmişdi.
İbranilər ilk öncə səhrada yaşayan qövm idilər və onlar ilk ola- raq Həzrət Yusifin (ə) zamanında şəhərdə yaşamağa başladılar.1 Səh- rada yaşamaq onların dini etiqadlarına və mərasimlərinə güclü təsir göstərmişdir. Musa (ə) onları Fironun əlindən xilas edəndə qırx il Si- na səhrasında yaşamaq məcburiyyətində qaldılar. Amma ondan sonra həmişə şəhərlərdə yaşamağa və Yəhudi qövmünün qiymətli irsinin yaranması üçün mədəniyyət yaratdılar. Bundan sonra həmin ərazi- lərdə xristyanlıq meydana çıxdı.
Xalqlarda düşüncə tərzinin dəyişilməsi adi və təbii haldır. İb- ranilər köç zamanı müxtəlif xalqların düşüncə təsiri altına düşdülər. Məsələn; dənizdən keçəndən və Fironun əlindən xilas olduqdan sonra bir dəstə bütpərəstlə üzləşdilər və Həzrəti Musadan (ə) onlar üçün büt hazırlamalarını xahiş etdilər. Onların bu istəyi kəskin şəkildə rədd edildi: “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlə- rinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!” (Əraf surəsi, 138). Eləcə də, Misirdə yerləşəndə Misirlilərin dini inancları onlara güclü şəkildə təsir göstərdi. Belə ki, onlar bu ölkəni tərk etdikdən sonra belə Misirlilər kimi inəyi müqəddəsləşdirdilər. Bunun nəticəsində onlar qızıldan inək bütü yaradaraq ona ibadət etməyə başladılar.
 

4. Həzrət Musa (ə)


 Tövratın Xuruc bölümünün ikinci fəslində belə qeyd olunmuş- dur ki, Bəni-İsraildən bir nəfər2 öz qəbilələrindən olan qızlardan biri ilə ailə qurur və onların oğulları dünyaya gəlir. Yeni doğulmuş kör- pənin anası onu Fironun məmurlarının əlindən xilas etmək üçün üç ay gizlədir. Uşağı daim gizli saxlamaq mümkün olmadığı üçün anası bir sandıq düzəldir, taxtaların birləşən yerlərini qırla doldurur, uşağı həmin sandığın içərisinə qoyaraq Nil çayının qamışlıqları arasında suya buraxır. Körpənin bacısı isə həmin ətrafda dayanaraq onun ba- şına nə gələcəyinə tamaşa edir.
Qısa bir müddətdən sonra yuyunmaq üçün Nil çayının sahilinə gələn Fironun qızının gözü sandığa sataşır və kənizlərdən birini san- dığın arxasınca göndərir. Sandığı onun yanına gətirirlər və o sandığı açanda içərisində ağlayan uşaq görür. Onun ürəyi uşağın halına yanır, amma həmin körpənin Bəni-İsraildən olduğunu bilir. Bu zaman kör- pənin bacısı Fironun qızına yaxınlaşır və uşağa süd vermək üçün qadın tapmasını ona təklif edir. Fironun qızı onun bu təklifini qəbul edir və qız öz anasını onların yanına gətirir. Fironun qızı həmin xanı- ma deyir: “Uşağı özünlə apar, ona süd ver və mən də sənin bütün xər- cini ödəyəcəm.” Bir neçə ildən sonra uşaq böyüyür və anası onu Firo- nun qızının yanına aparır. Fironun qızı onu oğulluğa qəbul edir və ona Musa (Muşe, İbri dilində “Sudan çıxarılmış”) adını verir. Bu ha- disə Qurani-Kərimin Qisəs surəsində qeyd olunmuş hekayə ilə yaxın- dır. Bəzi tarixi hesablamalara və hadisələrin analizinə görə bu hadi- sənin eradan 1250-1300 il öncə baş verməsi bildirilir.
 

5-1. Peyğəmbərliyi

Tövratın Xuruc bölümünün üçüncü fəslində oxyuruq ki, Həzrət Musa (ə) Hurib1 səhrasında dağın ətəyində Allahu-Taalanın səsini bir kol topasından qalxan alovun içərisindən eşitdi və onunla danışdı. Qurani-Kərimdə Allahın Tuva səhrasındakı ağacdan buyurduğu söz- lər belədir:
 
إِﱠﻧﻚَ ﺑِﺎﻟْﻮَا ِد اْﻟ ُﻤﻘَ ﱠﺪسِ ﻃُﻮًى* وَأَﻧَﺎ
ِإﻧﻲ أَﻧَﺎ رَﱡﺑﻚَ َﻓﺎﺧَْﻠﻊْ ﻧَ ْﻌﻠَْﻴﻚَ
ُﻣﻮﺳَﻰ *
ﻓَﻠَﻤﱠﺎ أَﺗَﺎ َهﺎ ﻧُﻮدِي ﻳَﺎ
ا ْﺧﺘَ ْﺮُﺗﻚَ َﻓﺎ ْﺳﺘَﻤِ ْﻊ ِﻟﻤﺎ ﻳُﻮﺣَﻰ* ِإﱠﻧِﻨﻲ أَﻧَﺎ اﻟﱠﻠ ُﻪ ﻟَﺎ إِﻟَﻪَ ِإﻟﱠﺎ أَﻧَﺎ ﻓَﺎﻋْﺒُﺪْﻧِﻲ وَأَﻗِﻢِ اﻟﺼﱠﻠَﺎَة ﻟِﺬِآْﺮِي* ِإنﱠ
َﻣﻦْ ﻻَ ﻳُ ْﺆ ِﻣﻦُ ﺑِﻬَﺎ
ﻓَﻼَ َﻳﺼُﺪﱠﻧﱠ َﻚ ﻋَﻨْﻬَﺎ
ى آُﻞﱡ ﻧَ ْﻔﺲٍ ﺑِﻤَﺎ ﺗَﺴْﻌَﻰ *
أُ ْﺧﻔِﻴﻬَﺎ ِﻟُﺘ ْﺠ
اﻟ ﱠﺴﺎﻋَﺔَ ءاَﺗِﻴَ ٌﺔ َأآﺎ ُد
 َواﱠﺗﺒَﻊَ َه َﻮاﻩُ َﻓَﺘ ْﺮدَى
 
“(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! * Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə — Tuvadasan * Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə! * Mən, həqiqətən, Allaham. Məndən baş- qa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! * O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cə- zasını) alsın. (Və ya: Mən onu az qala özümdən belə gizlədirəm; və ya: Mən onu özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə büruzə verir). * Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!” (Taha surəsi. Ayə 11-16)
Tövratda belə qeyd olunur ki, Allahu-Taala Həzrət Musa (ə) Bəni- İsraili Misirlilərin əlindən xilas edəcəyini və bərəkətli, məhsuldar Kə- nan torpaqlarını onlara əta edəcəyini vədə verdi. Elə bu səbəbdən də, Həzrət Musa (ə) Fironun yanına getməsi, ondan Bəni-İsraili azad bu- raxması üçün peyğəmbərliyə çatdı. Qurani-Kərimdə Həzrət Musa (ə) üçün başqa bir mühim risalət məsələsinə də işarə olunmuşdur. Bu risalət Fironu imana, yaxşı əməllərə dəvət etməkdən, kafirlik və zülm- dən uzaqlaşdırmaqdan ibarət idi. Həzrət Musa (ə) müxtəlif möcüzələrlə Misirə yola düşdü və qardaşı Harun (ə) onun köməkçisi oldu.
 

5-2. Möcüzələri

Həzrət Musa (ə) Fironu Bəni-İsrailə zülm etməkdən əl çəkməsi və onları azad buraxmaları üçüm müxtəlif yollardan istifadə etməklə təzyiq altına saldı.
Qurani-Kərim və Tövratda qeyd olunduğuna əsasən Allahu-Taa- la Həzrət Musaya (ə) möcüzə etmək bacarığı verdi. Həzrət Musa (ə) əsa ağacını (tövratda qardaşı Harunun da əsası qeyd olunmuşdur) əj- dəhaya çevirə bilirdi və əli ağ nur saçırdı. Firon bir dəstə cadugərləri- ni çağıraraq Musa (ə) ilə yarışmalarını istədi. Qeyd etdiyimiz əjdəha onları bütün cadugərlik sehirlərini və alətlərini uddu. Onlar Həzrət Musanın (ə) gördüyü işlərin sehir olmadığını anladılar. Qurani-Kə- rimdə qeyd olunmuşdur ki, cadugərlər Fironun heç bir hədə-qorxu- suna baxmayaraq Allahu-Taalaya iman gətirdilər. Onların iman gətir- mələri Tövratda qeyd olunmamışdır və kitab əhli tərəfindən qəbul olunmur.
Bu möcüzələrdən sonra Misirlilərə bir neçə əzab nazil oldu. Fi- ron isə Bəni-İsraili azad buraxacağı barədə dəfələrlə vədə versə də öz vədələrinə dönük çıxdı. Tövratda on cür əzab qeyd olunmuşdur:
  1. Misirlilərin suyunun qana çevrilməsi
  2. Sularda qurbağaların çoxalması
  3. Ağcaqənədlərin çoxalması
  4. Milçəklərin çoxalması
  5. Vəba xəstəliyi nəticəsində Misirlilərin heyvanlarının kütləvi  şəkildə tələf olması
  1. Misirlilərin və onların minik heyvanlarının dəri xəstəliklərinə düçar olmaları və bədənlərində yaraların (cüzamın) çıxması
  2. İri həcimli dolunun yağması və çoxlu sayda heyvanın və əkin sahələrinin tələf olması
  3. çəyirtkənin çoxalması
  4. üç gün ərzində Misirlilərin yaşadıqları hər yerin qaranlığa qərq olması
  5. Misirdə yaşayan bütün insanların, heyvanların, hətta Fironun özünün də ilk övladlarının həlak olması
Bu əzabların bəziləri Qurani-Kərimdə başqa formalarda qeyd olunmuşdur:
“Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmaz- lığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar! * Biz ayrı- ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb ka- fir bir tayfa oldular.” (Əraf surəsi, ayə 130 və 133)
İstər Qurani-Kərimə, istərsə də Tövrata görə O Həzrətin möcü- zələrinin sayı qeyd etdiyimizdən çox idi. Həzrət Musanın (ə) doqquz nişanəsini özündə əks etdirən Qurani-Kərim ayəsində O Həzrətin Fi- ronun dəvəti üçün nəzərdə tutduğu nişanələr qeyd olunmuşdur:
“Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İs- rail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir)”, — demişdi.” (İsra surəsi, ayə 101)
 

5-3. Dənizdən keçiş

Tövratda qeyd olunduğuna əsasən, sonda Firon təslim oldu, Həzrət Musa və Həzrət Harunu (ə) gecə vaxtı yanına çağırtdırdı və onlara dedi: “Bəni-İsraillə hara istəyirsəniz gedə bilərsiniz.” Onlar Misirin şərqində yerləşən Qırmızı dənizə tərəf yola düşdülər və hə- min məkanda çadır qurdular. Bir müddətdən sonra Firon peşiman ol- du və öz ordusu ilə onların arxasınca getdi. Musanın (ə) qövmü uzaq- dan Fironun öz qoşunuyla gəlməsini gördülər. Həmin anda Musa (ə) əlini dənizə tərəf uzatdı, dəniz parçalandı, qurudu və Bəni-İsrail asan- lıqla dənizdən keçə bildilər.1 Onların ardınca Fironun döyüşçüləri də- nizə daxil oldular və Həzrəti Musa (ə) Allahu-Taalanın əmrinə əsasən bir əlinin işarəsilə onların hamısını suda boğdu. Tövratda Fironun özü- nün dənizdə qərq olması barədə heç nə yazılmamışdır və kitab əhli bu- nu inkar edirlər. Tövratda qeyd olunanlara əsasən Misirdən çıxan za- man uşaqları çıxmaq şərtilə Bəni-İsrailin sayı altı yüz min nəfər olmuşdur. Bəni-İsrailin Həzrət Yusifin (ə) zamanında Misirə daxil olduğu vaxtla onların Həzrət Musanın (ə) rəhbərliyi altında Misirdən çıxarılmarı vaxtı arasında dörd yüz otuz il keçmişdir. (Xuruc 12:37- 40)
Qurani-Kərimdən və İslami hədislərdən belə qənaətə gəlmək olar ki, Bəni-İsrail Fironun izni ilə deyil Allahın əmri ilə Misiri tərk etdilər: “(Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Mi- siri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərə- findən) təqib ediləcəksiniz!” (Şüəra surəsi, ayə 52) Eləcə də, Qurani Kərimdə açıq şəkildə bildirirlir ki, Həzrət Musa (ə) Allahu-Taalanın əmri ilə əsasını dənizə vurdu, əlini dənizə tərəf uzatmadı.
Bəni-İsrail Sina yarımadası ətrafında yerləşdilər və onlar üçün səmadan şehə bənzər maddə və bildirçin quşu nazil edildi və bu hadi- sə onların səhrada olduqları qırx il ərzində hər gün təkrarlanırdı. Töv- ratda qeyd olunduğuna əsasən bu yeməyin adı “Mənnə” idi. çünki Bəni-İsrail onu görən kimi İbri dilində “Man huvə”, yəni “O nədir?” sualını verdilər.
 

5-4. Lövhələr və on əmr

Bəni-İsrailin Misiri tərk etməsindən üç ay keçdikdən sonra Həz- rət Musa (ə) Allahu-Taala ilə söhbət üçün Tur1 dağına getmək əmrini aldı. O Həzrət dağda iki lövhə aldı və bu lövhələrin üzərində Allahın əmrləri həkk olunmuşdu. Qurani-Kərimdə bu sözü “Əlvah” forma- sında, yəni cəm halında istifadə etmişdir: “Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyur- duq: ) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axi- rətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!” (əraf surəsi, ayə 145) Tövratda qeyd olunduğuna əsasən (Xuruc 29 və Təs- niyə 5) Bu iki lövhənin üzərində məşhur olan “On əmr” həkk olun- muşdu. Əmrlə belədirlər
  1. özünüzə məndən başqa Allah seçməyin.
  2. Bütə səcdə etməyin.
  3. Allahın adını yalandan çəkməyin
  4. Şənbə gününü müqəddəs
  5. Ata və ananıza hörmət göstərin
  6. İnsan qətlə yetirməyin
  7. Zina etməyin
  8. Oğurluq etməyin
  9. Qonşu1 üçün yalandan şahidlik etməyin
  10. Qonşunun malına və namusuna qarşı tamahkarlıq etməyin2
 

5-5. Bəni-İsrailin buzova sitayiş etməsi

Tövratda belə qeyd olunmuşdur ki, Bəni-İsrail Həzrət Musanın (ə) Sina dağından geri dönməsinin gecikdiyini görəndə Həzrət Haru- nun (ə) yanına gəldilər və onlar üçün Tanrılar hazırlamağı istədilər. O Həzrət də onların qıymətli əşyalarından bir buzov hazırladı və onları həmin inəyə sitayiş etməyə həvəsləndirdi. Allah-Taala bu hadisəni Həzrət Musaya (ə) çatdırdı və onları məhv etmək istədi. Amma O Həzrətin şəfaət istəməsi ilə bunu etmədi. Həzrət Musa (ə) həmin löv- hələri götürüb Bəni-İsrailin yanına qayıtdı. O Həzrət onların bu nala- yiq hərəkətlərini gördükdən sonra həmin lövhələri yerə vurdu və məhv etdi. Sonra qardaşını mühakimə etməyə başladı və buzovu yan- dırdıqdan sonra parçalayaraq suya tökdü və suyunu Bəni-İsrailə içirt- di. Sonra da onlara qılınclarını çıxararaq yarım gün ərzində döyüşə- rək bir-birilərini qətlə yetirməyi əmr etdi. Qurani-Kərimdə də bu hekayə təxminə elə bu şəkildə, amma müxtəlif tərzlərdə qeyd olun- muşdur. Amma Quranda Həzrət Harunun (ə) belə nalayiq hərəkət et- məsi qeyd olunmamış və O Həzrətin belə səhv addımlardan uzaq ol- ması bildirilmişdir. Qurani-Kərimdə inəyi duzəldən insanın adı “Sa- miri” kimi qeyd olunmuşdur.
“Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tə- rəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəh- mandır. Mənə tabe olub əmrimə itaət edin!” (Taha surəsi, ayə 90)
Kitab əhli Qurani-Kərimdə qeyd olunmuş Samiri adına etiraz et- dilər və belə bir insanın mövcud olmamasını bildirdilər. çünki, Sami- ri Fələstindəki Samirə şəhərinə aiddir və həmin şəhəri Həzrət Musa- dan (ə) əsrlər öncə yaşamış Umri adlı padşah yaratmışdı. (Padşahla- rın birinci kitabı 16:24)
Mərhum Şeyx Muhəmməd Cəvad Bəlaği ® cavab olaraq bu sözləri bildirmişdi ki, Bəni-İsraildə Şəmrun ibn Yəssakar ibn Yəqub adlı şəxs var idi və onun ailəsi Şəmruni adlandırılırdı (Yaranış 46:13 və Ədədlər 26:24). Şəmruni Ərəb dilində Samiri kimi tələffüz edilir.1 Tövratda belə yazılmışdır ki, Həzrət Musaya (ə) yeni nəsihət- lərini qeyd etmək üçün qabaqkı lövhələrə bənzər iki daş lövhə hazırlamağı əmr etdi. Qurani-Kərimdə də bu məsələyə işarə olunmuşdur:
“Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” — (deyə yazılmışdı).” Əl-Əraf surəsi, ayə 154)
 

5-6. Həzrət Musanın (ə) vəfatı

Həzrət Musa (ə) Bəni-İsraili azad etdikdən sonra onların işlərini qaydasına qoydu, onları kafirlərlə mübarizəyə hazırladı və onlara Allahın əhkamını öyrətdi. O Həzrət Sina səhrasında dövlət yaratdı və həyatının sonuna qədər qövmünün dini və siyasi liderliyini öhdəsində Həzrət Musa (ə) Bəni-İsrailə bərəkət bəxş etdi və ömrünün 120- ci ilində ölü dənizin ətrafında yerləşən Muab adlı yerdə dünyasını dəyişdi. Bəni-İsrail onun üçün otuz gün yas və əzadarlıq mərasimi keçirtdilər. Bu hadisə Tövratın “Təsniyə” bölümündə qeyd olun- muşdur və Tövrat bununla başa çatmışdır:
Allahın bəndəsi Musa orada Muab adlanan yerdə Allahın kə- lamlarına uyğun olaraq öldü və onu Muab adlı məkanda Beyti Fəur adlanan yerin qarşısındakı dərədə dəfn etdilər.1 Bu günə kimi heç kim onun yerini bilmir. Musa vəfat edəndə onun yüz iyirmi yaşı var idi, amma nə gözü zəifləmişdi, nə də beli bükülmüşdü. Bəni-İsrail Musa üçün Muabda otuz gün matəm saxladılar. Musanın matəm gün- ləri başa çatdı. Yuşə ibn Nun hikmət ruhuna görə tanınırdı. çünki, Musa əlini onun üzərinə qoymuşdu və buna görə də Bəni İsrail ona itaət etdilər və Allahın Musaya buyurduqlarına uyğun olaraq əməl etməyə başladılar. Bəni israil arasında Musa kimi Allahın üz-üzə tanıdığı kimsə olmayıb. Allahın ona bəxş etdiyi bütün nişanə və mö- cüzələri Misirdə Firona və onun bəndələrinə, eləcə də bütün Misirə göstərdi. Elə buna görə, də Musanın güclü əli və bütün əzəmətləri Bəni-İsraillilər üçün qalacaqdır.” (Təsniyə, 34:5-12)
 

6. Bəni-İsrailin tarixi


 
Həzrət Musadan (ə) sonra Allahın əmri ilə Həzrət Yuşə ibn Nun(ə) qövmün rəhbəri və lideri oldu. O, Fələstinin şimalından cənu- buna qədər uzanan İordaniya çayını keçdi, Kənan torpaqlarını və onun ətrafındakı əraziləri fəth etdi. Əhdi-Ətiqdə qeyd olunduğuna görə bu ərazilərin yerli əhalisi qətliam edildilər və həmin ərazilər Bəni İsrailə aid oldu. Bu müharibələrin hamısı Əhdi Ətiqdin altıncı kitabında “Yuşənin səhifəsi” adlı bölümdə mövcuddur.
Həzrət Yuşədən (ə) sonra Bəni-İsraildən olan böyük şəxsiyyətlər insanlara rəhbərlik etdilər və bu mərhələni Bəni-İsrail dövranı adlan- dırdılar. Onlar şah deyildilər və yalnız Bəni-İsrailin daxili çəkişmə- lərini həll edirdilər. Bu liderlərin tarixi “Hakimlər” bölümündə qeyd olunmuşdur.
 

6-1. Padşahların dövrü

Bəni-İsrailin sonuncu hakimi Həzrət Samuelin (ə) iki oğlu var idi və onların heç birisi hakimlik üçün yararlı deyildilər. Digər tərəf- dən Bəni-İsrailin o zamanlar onları bir yerə toplaya və qonşularının hücumları qarşısında cəmləşdirə bilən padşahı yox idi.1 Elə bu sə- bəbdən də dövrün peyğəmbəri olan Samuelin yanına getdilər və onlar üçün bir şah təyin etməsini xahiş etdilər:
“Onların bu təklifi Samuelin xoşuna gəlmədi. çünki, onlar is- təklərini belə bildirdilər: “Bizə bizim üzərimizdə hakimlik edəcək bir şah təyin et. Samuel Allaha dua etdi və Allah Samuelə dedi: “Qövmü- nün hər barədə dediyi sözləri eşit, çünki səni tərk etmədilər, əksinə onlara hakimlik etməməm üçünməni tərk etdilər. Onları Misirdən çıxardığım gündən indiyədək etdikləri bütün əməllər onların məni tərk edərək başqa Tanrılara ibadət etmələrini göstərdi. Beləliklə, səninlə də belə davranırlar. İndi onların səslərini eşit, amma onlara təkidlə şəhadət ver və onlara hakimlik edəcək şahların şahlıq tərzləri barədə xəbərdar et.” (Samuelin kitabının əvvəli, 8:6-9)
O, buna əsaslanaraq padşahlığın ağır adət və ənənələrini öz qöv- mü üçün açıqladı, amma onlar öz istəklərindən əl çəkmədilər. Elə bu- na görə də, Şaul (Talut) adlı bir gənci onların padşahı təyin etdi və onu müqəddəs yağla məhs etdi. Bu məhsdən sonra o ilahi hakim oldu və Məsihə (Maşyəh), yəni məhs olunmuşa itaət etmək şəri baxımdan hamıya vacib idi.
Bəni-İsrailin birinci padşahı Şaul təxminən əradan əvvəl 1030- cu padşah təyin olundu. Bu padşahın adı Əhdi-Ətiqdə (Samuelin bi- rinci kitabı, doqquzuncu fəsldən sonra) “Şaul” və Qurani-Kərimdə “Talut” kimi qeyd olunmuşdur: “(İsrail övladının) peyğəmbəri onla- ra dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökm- darlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüv- vəcə) ona üstünlük vermişdir. Allah öz mülkünü (səltənətini) istədi- yinə verər. Allah (öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) bi- ləndir!” (Bəqərə surəsi, ayə 247)
Birinci padşahın təyin edilməsindən sonra İsraillilərlə Fələstinli- lər arasında dəhşətli müharibə baş verdi və qələbə Bəni-İsrailin üzünə güldü. Bu qövmün ən böyük qəhrəmanı Culyat idi və Qurani-Kərim- də bu ad Calut kimi qeyd olunmuşdur. O, Həzrət Davud (ə) tərəfin- dən qətlə yetirildi və onun qoşunu döyüş meydanından qaçdı.
Həzrət Davud (ə) Talutun canişini oldu (təxminən eradan əvvəl 1015-ci ildə). Həm zikr və dua edən, həm də döyüşçü və fateh olan Davud (ə) Yəhudilər üçün çox müqəddəs bir şəxsdir və özünəməxsus yerə malikdir. O Həzrətin ən böyük uğurlarından biri Urşəlim1 (İrru- səlim) şəhərinin fəthi idi. Bu şəhər Həzrət Davudun (ə) paytaxtı oldu və həmin şəhəri “Davudun şəhəri” adlandırdı. Urşəlim Yəhudilərin qibləsidir.
Həzrət Süleyman (ə) atası Həzrət Davudun (ə) yerinə keçdi və Bəni-İsrail ən mühim və əzəmətli dövrünü bu padşahın zamanında yaşadı. O Həzrət Urşəlim şəhərində olduqca böyük bir məbəd inşa et- di və bu məbəd “Süleymanın Heykəli”1 adı ilə tanındı.
Bu məbəd bir dəfə eradan əvvəl 587-ci ildə Babilistanın padşahı “Nabukadnassar” (İslam mənbələrində bu ada “Buxtunəssər” kimi qeyd olunmuşdur) tərəfindən və ikinci dəfə 70-ci ildə Roma şahza- dəsi Titus tərəfindən viran edilmişdir.
Qeyt etdiyimiz məbəd o zamana qədər (eradan əvvəl altınci və ikinci əsrlərdə bir neçə on illiyi çıxmaq şərtilə) həmişə Yəhudilərin ixtiyarında olmuşdu və Yəhudi kişiləri ildə üç dəfə müəyyən edilmiş bayramlarda həcc mərasimini keçirmək üçün piyada olaraq səfərə çıxırdılar.
Bu məbəd tədricən xristiyanların əlinə keçdi və İslam dininin ya- ranmasından sonra ikinci xəlifənin zamanında sülh yolu ilə müsəl- manlara təslim edildi. Müsəlmanlar Süleyman məbədinin xarabalıq- larını ömər məscidi adlı əzəmətli bir məscidə çevirdilər və onun üzə- rində “Qubbətus səxrə” adlı gümbəz tikdilər. Qeyd edək ki, sonradan həmin gümbəz qızılla örtüldü. Daha sonra bu məscidin kənarında mavi gümbəzli bir xırda məscid inşa edildi və “Məscidül Əqsa” ad- landırıldı.2
Fələstin torpaqlarında yaradılan Urşəlim şəhərinin qərb hissəsi Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1948-ci ildə İsrailə və hə- min iki məscidin yerləşdiyi şərq hissəsi isə İordaniya ölkəsinə verildi. İsrail 1967-ci ildə baş vermiş altı günlük müharibədə Qüds şəhərinin şərq hissəsini də güc yolu ilə İordaniyanın əlindən aldı və həmin hissəni ixtiyarında olan qərb hissəsinə əlavə etdi. BMT-nin Təhlükə- sizlik şurasının qəbul etdiyi 242 saylı qətnamədə İsrail dövlətindən altı günlük müharibə zamanı işğal etdiyi əraziləri geri qaytarmaq tə- ləb olunsa da, İsrail dövləti hələ də bu qətnaməyə etinasızlıqla yanaşır.
Qeyd olunmuş məscidlər İslamın ilk illərindən indiyə qədər mü- səlmanların ixtiyarında olmuşdur (Xaç yürüşləri zamanı bir neçə il xristiyanlar tərəfindən həyata keçirilmiş işğalı istisna etmək şərtilə), bütün İslami mərasimlər, cümə və cəmaət namazları həmin məscid- lərdə həyata keçirilmişdir. 1967-ci ilədək Hacıların Məkkə və Mədi- nəni ziyarət etdikdən sonra Qüdsü ziyarət etmək üçün İordaniyaya sə- fər etmələri adəti də mövcud idi.
Artıq illərdir ki, arxeoloji qazıntılar bəhanəsilə həmin iki məscidin ətrafında qazıntı işləri apararaq həmin əraziləri dağıtmaq istəyir- lər. Deyilənlərə əsasən həmin bu iki məscidin yerində Süleyman mə- bədi inşa etmək fikrindədirlər.
Kitab əhli Əhdi-Ətiqdə qeyd olunan səhv məlumata əsaslanaraq belə bir nəzər irəli sürmüşlər ki, Həzrət Süleyman (ə) bütpərəst xa- nımlarının vəsvəsəsinə uyaraq həyatının sonunda bütpərəst olur. Qu- rani-Kərimdə isə Həzrət Süleymana (ə) böyük önəm verilir və pak bir bəndə kimi qeyd olunur.
 

6-2. ölkənin parçalanması

Əhdi-Ətiqdə Həzrət Süleymanın (ə) vəfatından sonra onun övla- dı Rohbiam Bəni-İsrailin padşahı olur və ölkənin idarəçiliyini ələ alır. O zülmkarlıq etdiyinə görə on iki Bəni-İsrail qəbilə başçılrında on nəfəri ona itaət etməkdən boyun qaçırır və yalnız iki qəbilə başçısı qalır. Bunlardan biri Yəhuda və digəri Benyamin olur. Həmin bu iki qəbilə başçısı nisbətən daha kiçik əraziyə malik Yəhuda (Həzrəti Ya- qubun (ə) övladlarından birinin adı ilə adlandırılmışdır) torpaqlarında qaldılar. Urşəlim şəhəri də Yəhuda torpaqlarında idi və “Yəhudi” sö- zünün də buradan əmələ gəldiyi həmin ərazilər olduqca böyük əhə- miyyətə malik idi. Qalan on qəbilə başçıları Həzrət Süleymanın (ə) böyük sərkərdəsi Yurbiamın başçılığı altında İsrail dövlətini yaratdı- lar. Bu zamandan Bəni-İsrailin iki dövləti oldu: Rohbiamın padşahı olduğu cənubda yerləşən Yəhuda ölkəsi və Yurbiamın padşahı oldu- ğu, şimalda yerləşən İsrail ölkəsi. Bu iki ölkənin şahları da həmin bu iki nəfərin nəslindən idi.
Bəni-İsrail ölkəsinin parçalanması onların zəifləməsinin və bət- bəxliklərinin əsasını qoydu. Yəhuda və İsrail ölkələrinin bir çox pad- şahları günahkarlar idilər və insanları günaha və bütpərəstliyi dəvət edirdilər. Digər tərəfdən bəzi peyğəmbərlər deyirlər ki, bu məsələ Allahın qəzəblənməsinə səbəb oldu. Onların nəzərincə Bəni-İsrail tövbə etməzsə onları çox dəhşətli sonluq gözləyir.
 

6-3. Babilistanın əsarətində

Sonda Bəni-İsrail peyğəmbərlərinin bu sözləri həqiqət donu ge- yindi1 və bir müddətdən sonra hal-hazırki Suriya və İraqın şimal böl- gələrində hökümranlıq edən və paytaxtı Nineviya olan Assuriyalılar eradan əvvəl 722-ci ildə İsrailə hücum etdilər və çoxlu sayda insanı əsir götürdülər. Bəni-İsrailin on iki qəbilə başçısından on nəfərinin də daxilində olduğu bu əsirlərin taleyi barədə tarixdə məlumat yoxdur.
Təxminən bir əsr bu hadisədən keçdikdən sonra, eradan əvvəl 587-ci ildə Buxtunnəsr Urşəlimə hücum etdi. O, Yəhudiləri qətlə ye- tirdi və bir hissəsini də əsir edərək Babilistana apardı və uzun müddət orada saxladı. İsrail və Yəhuda xalqlarının bir hissəsinin əsir düş- mələri onları Yaxın Şərq regionunda və digər ərazilərdə yayılmasına səbəb oldu. Bu əsarətin böyük əhəmiyyəti vardir, belə ki, Assuriyalı- ların bundan öncəki hücumlarında əsir tutulmuş İsraillilər bu yürüş zamanı Yəhuda ölkəsinin əhalisi ilə Babilistana köçürüldülər. Bu mə- sələ tarixdə “Babil sürgünü” kimi qalmışdır.
Yəhudilər əsirlik dövrlərində müşriklərin bəzi adət və ənənələri- ni qəbul etdilər və onların olduqca az hissəsi vətənlərini tərk etdiklə- rinə, əsir düşdüklərinə və Allaha sitayiş sahəsində çətinliklərlə üzləş- diklərinə görə əzab çəkirdi.
 

6-4. Məbədin bərpası

Əhəmənilər sülaləsinin banisi Kir Babilistanı fəth edəndən sonra Yəhudilər azad edildilər və öz torpaqlarına qayıtmaq icazəsini aldılar. Amma onların böyük əksəriyyəti Babilistanı tərk etmək istəmirdilər və elə bu səbəbdən də həmin şəhərə və ətrafına yayıldılar. Kirin Yə- hudilərin azad edilməsi barəsindəki bəyannaməsi eradan əvvəl 538-ci ildə hazır oldu. Kir bu addımla Yəhudilər arasında böyük məhbubiy- yət qazandı.1
Yəhudilərin bir dəstəsi də Fələstinə qayıtdı və Qüds şəhərinin bərpasına başladı. O zamanlar həmin ölkəyə qonşu olan digər ölkələr qorxu hiss etdilər və buna görə də, Fələstin torpaqlarında güclü Yə- hudi dövlətinin yaranmasına əngəl törətdilər. Bundan sonra Fələstinin müxtəlif bölgələrində zəif dövlətlər meydana çıxdı və bir neçə əsr sürən qarışıqlıqdan sonra Qüds şəhəri növbəti dəfə 70-ci ildə Roma- lılar tərəfindən viran edildi. Romalıların Urşəlimi viran etməsindən sonra Yəhudilər dünyanın hər yerinə yayılmağa başladılar. Bu hadi- sədən sonra Yəhudilərin dünyanın müxtəlif ölkələrində çətin həyat tərzi keçirməyə başladılar və müxtəlif zülm və zillətə məruz qaldılar.
Həmin zaman kəsiyində Bəni-İsrail arasında onları bu zülmdən xilas edəcək bir şəxsin gələcəyi fikri formalaşmağa başladı. Bu dü- şüncə məhsuldar oldu və Bəni-İsrail bu düşüncə tərzinin köməyi ilə öz məğlubiyyətlərinə sinə gələ bildilər. Məsihanı2 gözləmək həmin qövmün qalmasına yardım etdi.
Yəhudilər itirdikləri dini dövlətin yenidən yaradılması üçün 2000 ilə yaxındır ki heç nə etmirlər və belə bir dövlətin yaradılması- nın onların amalları ilə zidd olduğunu bildirirlər. (Bir neçə dəfə bu sahədə qanunsuzluqlar olmuşdur və bunlardan biri də Xəzran dövlətinin yaradılması olmuşdur. Bir neçə nəfər Məsiha olması iddiasını irə- li sürsələr də bu sahədə uğur qazana bilməmişlər.)
Yəhudilərin Babilistandan qayıtmasından sonra dini cəmiyyət yeni bir qurluş tətbiq etdi və sonralar sinaqoq adlanan məbədlər inşa edildi. Bu məbədlərin digər məbədlər kimi xüsusi memarlığı yox idi. Bu məbədlər hal-hazırda da sinaqoq və yaxud Kənisə adlandırılır.
 

6-5 Yəhudilərin mübarizələri

Urşəlimin yenidən bərpa olunmasından və Yəhudilərin orada yerləşdirilməsindən sonra bir sıra problemlər meydana çıxdı. Suriya- nın zalım və bütpərəst padşahları ilə müharibələr keçirildi. Məkabilə- rin Suriya istismarçıları ilə müharibəsi Yəhudilərin qələbəsi ilə nəti- cələndi və bu hadisə Epukerifa kitabında geniş şəkildə açıqlanmışdır. Bu dövrdə Yəhudilər çox zaman müşriklərin hakimiyyəti altında olmuşlar və Həzrəti Məsihin (ə) zühur etməsi də bu dövrə təsadüf edir və bu sahədə biz ətraflı olaraq məlumat verəcəyik. Bu dövürdə eləcə də əhkam və qanunlar Yəhudi alimləri tərəfindən çıxarılırdı. Amma hökümdarlar Fələstini işğal etmiş dövlətlər tərəfindən təyin olunurdular. Yəhudi alimləri Senhedrin adlı toplumda bir araya gəlirdilər və dini məsələlər barəsində qərarlar qəbul edirdilər.
 

6-6. Urşəlimin viran edilməsi və Yəhudilərin məkansız qalması

70-ci ildə Romalı şahzadə Titus Urşəlimi mühasirəyə aldı, viran etdi və çoxlu sayda dinc sakini qılıncdan keçirdi. O, Senhedrini də məhv etdi. 135-ci ildə yaranmış qiyam da yatırıldı. Həmin şəhərin o zaman dağıdılmayan qərb divarı indiyə qədər qalmaqdadır və Yəhu- dilərin dağıdılmış şəhərə görə onun yaxınlığında matəm mərasimləri keçirdiyinə görə “Fəryad divarı” (The Wailing Wall) adlandırılmış- dır. Müsəlmanlar isə həmin divarı “Haitəl Buraq” adlandırırlar.
Bu hadisədən sonra Yəhudilər qonşu ölkələrdə, Avropada və şi- mali Afrikada məskunlaşmağa başladılar. Bu vəziyyət İbrani dilində Qalut, yəni “Vətəni tərk” və onların yayıldığı regionlar Yunan dilin- dən götürülmüş Diaspora, yəni “Dağınıqlıq” adlandırılır. Müəyyən müddətdən sonra onların bir hissəsi indi Mədinə adlandırılan və o za- manlar “Yəsrib” adlanan şəhərə köçdülər. İslam mənbələrinə əsasən Mədinəyə köçən bu Yəhudi dəstəsinin məqsədi Həzrət Muhəmməd (s)-in mübarək viladəti ilə bağlıdır.
Sonralar, ikinci xəlifənin zamanında müsəlmanlar qüds şəhərini müzakirələrin köməkliyi ilə xristiyanlardan aldılar. Təbərinin yazdı- ğına əsasən, müsəlmanların Qüdsü təhvil alarkən xristiyanlar qarşı- sında öhdəliklərinə götürdüyü vəzifələrdən biri də Yəhudilərin bu şəhərə daxil olmasına icazə verməmələri idi.
 

6-7. Yəhudilər və digər qövmlər

Bəzi insanlar kiçik yəhudi xalqının inhisarçılıq və xudbinlik xüsusiyyətinə işarə edirlər.1 Digər xalqların bəziləri onların Yəhudi- lər tərəfindən belə adlandırıldıqları üçün Yəhudilərlə düşmənçiliyə başlamışlar və onalrı təhqir etmək üçün müxtəlif işlər görmüşlər. Qeyd etmək lazımdır ki, Qüds şəhərinin ilk dəfə eradan əvvəl altıncı yüz illikdə viran edilməsinin və Bəni-İsrailin Babilistanlılar tərəfin- dən əsir götürülmələrinin əsası elə bu məsələ idi. Həmin zamanlar İr- miyay peyğəmbər Allah tərəfindən Bəni-İsrailə xəbər gətirdi ki, Bəni-İsrail düşmənə təslim olacağı təqdirdə özləri və şəhərləri toxunulmaz qalacaqlar. Onlar ilahi tərəfindən göndərilmiş bu qurtuluş xəbərinə məhəl qoymadılar, peyğəmbəri döydülər, zindana atdılar və O, Qüds şəhərinin işğal olunduğu zamana qədər zindanda qaldı. (İr- miya, 37 və 38)
Hər halda, Yəhudilər vətənlərini itirdilər, amma dinlərini, mədə- niyyətlərini, adət və ənənələrini qoruyub saxladılar və digər qövm- lərin arasında assimilyasiya olunmadılar. Belə bir vəziyyət onların müxtəlif qövmlərin arasında yaşamalarına görə meydana çıxmışdır. Onlara ilk sahiblik edən müşriklər, sonra xristiyanlar və daha sonra müsəlmanlar olmuşlar.
Onlar müsəlman ölkələrində, xüsusən də Andalosiyada yaxşı ya- şayırdılar və onların bəziləri ictimai sahələrdə yüksək məqamlara qə- dər qalxa bilmişdilər. Halbu ki, Avropa ölkələrində yaşayan Yəhu- dilər onlar üçün ayrılmış Qetto (ghetto) adlı yerlərdə zillət içərisində yaşayırdılar. Bir çox hallarda isə xristiyanlar onları güc yolu ilə öz dinlərinə gətirirdilər.
Xristyanlar 1492-ci ildə Andolosiyanı təmamilə müsəlmanlardan aldıqdan sonra Yəhudiləri də həmin ərazilərdən qovmağa başladılar. Həmin yurdsuz-yuvasız Yəhudilər sonda Şimali Afrikadakı müsəl- man ölkələrinə, Osmanlı dövlətinə sığındılar. Amma onların az bir hissəsi dəniz quldurları və acgöz dənizçilərdən yaxa qurtararaq mü- səlmanların mehr və məhəbbətlə dolu qucaqlarında yer tapa bildilər. Müsəlmanların insanpərvər və humanist xüsusiyyətləri, əcnəbilərlə xoş davranmaları Yəhudi və Xristyan tarixçiləri tərəfindən ağızdolu- su ilə qeyd olunmuşdur.
Yəhudilərin özünəməxsus ruhiyələri və onların iqtisadi bacarıq- ları onları qəbul etmiş xalqların onlara qarşı həssasiyyətini gücləndi- rirdi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, aşağıda qeyd edəcəyimiz ziddiyyətli məsələlər Yəhudilərlə digər xalqlar arasında dərin par- çalanmaların meydana çıxmasına səbəb oldu:
Onların qədim zamanlarda Həzrət İsaya (ə) qarşı kəskin möv- qedən çıxış etmələri Xristiyanların müqəddəs İncil kitablarında, eləcə də, Yəhudilərin Həzrət Muhəmmədə (s) qarşı düşmənçilik aparma ları, müharibələr törətmələri Qurani-Kərimin Bəqərə, Ali İmran, Ni- sa, Maidə, Əhzab və Həşr surələrində qeyd olunmuşdur. Tarix boyu da Yəhudilər həmişə ya xristiyan, ya da müsəlman ölkələrində yaşa- mışlar. Onların sonrakı dövrlərdə də davranışları (İslam cəmiyyət- lərində şərab paylamaları, pozğun qadınlara niyyətlərini həyata ke- çirmək üçün evlərini icarəyə vermələri, müsəlmanlara və xristiyan- lara faizlə pul vermələri) onlara qarşı etiraz yaradır. İsrail dövlətinin hal-hazırda həyata keçirdikləri təcavüzkarlıq dünya ictimaiyyəti ara- sında Yəhudilərə qarşı etiraz yaratması. Dünya səviyyəsində aparılan Yəhudiliklə mübarizə “anti-Semetizm” adlandırılır. Hitler də çoxlu sayda Yəhudiyə işkəncə verərək müxtəlif yollarla qətlə yetirmişdir. Bəzi Yəhudilər xüsusi sobalarda yandırılmışlar və insanların belə formada edam edilmələri “Holokost” adlandırılmışdır
Dünya səviyyəsində mövcud olan Yəhudi şəbəkəsi kütləvi informasiya vasitələrini ələ alaraq beyinlərə və düşüncə tərzlərinə də təsir göstərə bilmiş, bu yolla özünə tərəfdaşlar əldə edə bilmişlər. Elə buna görə də, Ağ evə və Amerika Birləşmiş Ştatlarının digər icraedici orqanlarına daxil olmaq istəyən şəxslər ilk olaraq sionistlərin itaət kəndirini öz boyunlarına salmalıdır. Yalnız bundan sonra o vəzifəyə qalxa bilirlər. Elə buna görə də, Amerika Prezidenti və digər rəsmiləri İsrailin təcavüzkar hərəkətlərini müdafiə edirlər. Fələstinin istila edilməsi yəhudilərlə müsəlmanlar arasında münasibətləri pisləşdirir.
 

6-8. Sionizmin yaranması

Avropa Yəhudiləri onlara qarşı tətbiq olunan təzyiqlərə görə xristiyanlar arasında yaşaya bilmirdilər və mütəmadi olaraq onlara qarşı həyata keçirilən sürgün siyasətləri Yəhudilərdə müstəqil vətən ideologiyasını gücləndirməyə başladı.
19-cu əsrin sonlarında Rusiya Yəhudilərinin böyük bir dəstəsi bu ölkədən çıxarıldı. Onların bir hissəsi qərbi Avropada məskunlaşdı, başqa bir hissəsi isə Fələstin torpaqlarına gedərək Aralıq dənizinin sahilllərində məskunlaşdılar və həmən əraziyə “Sehyon”1 adını qoy- dular. Fələstin o zamanlar hələ Osmanlı xilafətinin tabeliyində idi.
Elə o zamanlar Avropa Yəhudiləri özlərinə xas olan intizar adət- ənənəsini pozaraq istiqlaliyyət qazanmaq üçün səy göstərməyə başla- dılar. Avstriyalı jurnalist “Theodor Herzel” Sionizmin əsasını qoydu və bu niyyətinin həyata keçməsi üçün böyük səy göstərdi. Yəhudi- lərin iki dəstəsi onun bu işinə qarşı çıxmağa başladılar. Birinci dəstə onun bu düşüncələrinin xristiyan ideologiyası ilə zidd olduğunu bildi- rənlər, ikincisi isə millətlərin parçalanmasını qəbul etməyən assimil- yanistlər idilər. İkinci dəstəyə daxil olan şəxslər hal-hazırkı dövrdə Yəhudilərin digər millətlərlə birlikdə sülh və əmin-amanlıq içərisində yaşaya biləcəklərini bildirirdilər. Amma Sionistlər sonda din qardaş- larını müstəqil ölkə yaratmaq barədə razı sala bildilər və bundan son- ra Yəhudilərin Fələstin torpaqların geniş mühacirəti başladı. Müsəlman mütəfəkkirlər bu böyük hiylə və məkirli siyasət kimi dəyər- ləndirərək müsəlmanların köçkün yəhudilərlə əməkdaşlıq etməkdən uzaqlaşmağa səslədilər. 1 Amma müsəlmanlar bu məsələnin nə də- rəcədə faciyəvi olmasından xəbər tutuanda artıq bütün çıxış yolları bağlanmışdı.
Digər tərəfdən Sionizmin əsası qoyulmamışdan öncə bəzi xristi- yanlar belə bir ideologiya irəli sürmüşdülər ki, Həzrət İsanın (ə) dün- yanın sonunda geri qayıtması üçün Yəhudilər Fələstin ərazilərinə get- məlidirlər. Sionistlər bu düşüncəni daha da gücləndirərək sadə düşün- cəli xristiyanlar arasında özləri üçün ifratçı müdafiəçilər qazandılar.
 

6-9. İsrailin yaradılması

çox keçmədi ki, Sionistlər güclü qəsbkarlıq siyasətini yürütmək- lə ərazilərini işğal etdilər. Bunun nəticəsi olaraq 1948-ci2 ildə Fələs- tinin işğal olunmuş torpaqlarında “İsrail” adlı dünyəvi yəhudi dövləti meydana çıxdı. İsrail silahlı qüvvələri 1967-ci ildə baş vermiş müha- ribə zamanı da qonşu ölkələrin bəzi hissələrini işğal edərək öz ərazi- lərinə qatdılar. Qeyd etmək lazımdır ki, İordaniyada yerləşə Məsci- dül-Əqsanın da yerləşdiyi Beytül-Müqəddəsin şərq hissəsi də işğal edilmiş ərazilərə daxil idi.3
Müstəqil ölkə yaratmaq Yəhudi qövmünün həmişəki arzusu ol- muşdur. Amma qeyri-yəhudi millətləri arasında yaşamaq iqtisadi ba- xımdan yəhudilər üçün daha əlverişli idi və elə buna görə də, İsrail ölkəsinin yaradılmasından sonra bir çox Yəhudilər həmin ölkəyə get- məkdən boyun qaçırırdılar. Bu səbəbdən də, onları köçməyə həvəs- ləndirmək məqsədilə dünyanın yəhudilər yaşayan ölkələrində müxtə- lif təşkilatlar yaradıldı. İsrailə köçmək İbri dilində “Elya” adlandırılır
Hal-hazırda dünyada on dörd milyon yəhudi var və onların iyirmi faizi İsraildə və səksən faizi müxtəlif ölkələrdə (diaspora) yaşayırlar. İlk illərdə bir dəstə Yəhudi İsrailə köçdükdən sonra oranı tərk etdilər və başqa millətlərin arasında yaşamağa üstünlük verdilər.
İngiltərə və Amerika Sionizmi hərtərəfli olaraq dəstəkləməyə başladılar.
Qeyd etmək lazımdır ki, bəzi klassik düşüncəli yəhudilər, o cüm- lədən İsrail, Amerika və İngiltərədə olan “Neturei Karta”1 dəstəsi dai- ma İsrail adlı dövlətin yaradılması ilə müxalif olublar və bunu şəriy- yətlə zidd addım kimi dəyərləndiriblər. Onlar İsrailin yarandığı ilk il- lərdə həmin ölkədə öz dəstələri üçün xüsusi kağız əskinaslar çap et- dirdilər. çünki, onlar bəyənmədikləri dövlətin pul əskinaslarından istifadə etmək istəmirdilər. Onlar Amerikada və İsraildə İsrailə qarşı etiraz aksiyaları keçirirlər.
 

7. Tənəx (Əhdi-Ətiq)


 
Yəhudilər öz müqəddəs kitablarını Tənəx2 adlandırırlar və bu xristiyanların Əhdi-Ətiqidir. Buna görə də, tam əminliklə deyə bilərik ki, Əhdi-Ətiq xristiyanların öz müqəddəs kitablarının müqabilində yəhudilərin kitablarına verdikləri addır. Xristiyanlar bu Əhdlərin hər ikisinə inanırlar, amma Əhdi-Ətiqdə olan bəzi hökmlərin Əhdi-Cə- diddə dəyişdirilməsini qəbul edirlər. Məsələn Tövratda (Levilər 11:7) donuz ətinə bənzər ətlər haram buyurulurdusa və yəhudilər bu ətləri yeməkdən boyun qaçırırdılarsa Əhdi-Cədiddə (Həvarilərin işləri 10:9-16 və s yerlərdə) bütün ətlər halal buyurulmuşdur və xristiyanlar heç bir əti haram bilmirlər. Xristiyanların nəzərincə Əhdi-Ətiqdə qeyd olunmuş şəriyyət Əhdi-Cədiddəki şəriyyəti tərk etmək üçündür. Əhdi-Ətiq kitabı İbrani dilindədir və onun az bir hissəsi Kəldani dilində qələmə alınmışdır. Bu dillərin hər ikisi ərəb dili kimi Sam dili qrupuna aiddirlər. Əhdi-Ətiqin İbrani dilində tərtib olunmuş nüsxələri xristyanların tərcümələrindəki tərtibatla bir az fərqlidir. Amma Tövratın beş bölümü hər tərtibatda toxunulmaz olaraq qalır.
Əhdi-Ətiqin Yunan dilində də bir nüsxəsi mövcuddur və bu nüs- xə İbrani dilindən tərcümə olunmuşdur. Yunan dilində1 olan nüsxəni “Tərcumeye səbiniyyə” yaxud “Yetmiş tərcümə” adlandırırlar. Qeyd etmək lazımdır ki, bu tərcümə təxminən eradan əvvə 258-ci ildə Mi- sirin padşahı Batlaymus Filadelfusun əmri ilə 72 nəfər tərəfindən edilmişdir. Bu nüsxə ilə İbri dilində olan əsas nüsxə arasında fərqlər mövcuddur və daha mühim budur ki, qeyd etdiyimiz tərcümə nüsxə- sində İbrani dilində olan nüsxədə mövcud olmayan bölümlər möv- cuddur. Yəhudi alimləri 1-ci əsrdə öz müqəddəs kitablarını müəyyən- ləşdirmək üçün “Yavna” adlı yerə toplaşanda o zaman sayı 39-a ça- tan İbrani dilində qələmə alınmış dini kitablardan istifadə etdilər və Yunan dilində qələmə alınmış kitabları istifadə etməyərək kənara qoydular. Bu kitablar sonralar “Apokrifa”, yəni “bağlı” adlandırıldı.
Xristiyanların kitabı, yəni Əhdi-Cədid Yunan dilində qələmə alındı və onlar Apokrifa kitablarında öz Əhdi-Ətiqlərindən istifadə etdilər. Bununla da, onların Əhdi-Ətiq kitablarının sayı 46-ya çatdı və müqəddəs bilinən bu kitabları qəbul olundu. Təxminən beş əsr sonra Martin Luter Kinq bu kitabların ilhamla yazılmasına şəkk etdi və bir müddətdən sonra Protestant xristiyanlar həmin kitabları kənara qoyaraq Əhdi-Ətiqin Protestant formasını meydana çıxartdılar. Bu nüsxə Yəhudilərin Tənəxi ilə eyni idi. Protestantların daha çox dini kitab çap etmələrini nəzərə alsaq deyə bilərik ki, hal-hazırda dünyada əksər nüsxələrdə apokrifa mövcud deyildir. Katolik və Ortodoks kilsələr buna qarşı çıxırlar və qeyd olunmuş bölümləri Əhdi-Ətiqin bir hissəsi kimi qəbul edirlər və onları “İkinci qanun” (Deuterocano- nical) adlandırırlar.
Yunanlılara aid digər kitab dəstəsi Sudepiqrafa (Pseudepigrap- ha), yəni “Saxta yazılar” adlandırılır. Bu dəstəyə aid kitablrın mötə- bərliyi azdır və heç vaxt Əhdi-Ətiqdə yerləşdirilməmişdir. Eradan bir neçə on il öncə bəzi ziyalı Yəhudilər tərəfindən qələmə alınmış bu yazılar kitab əhlinin onlara diqqət ayırmaması səbəbindən aradan get- di, amma həmin əsərlərin bəzilərinin tərcümələri dünyanın müxtəlif yerlərində mövcuddur və son əsrlərdə kəşf olunmuşdur. Xristyanların da bəzi əlavələr etdikləri bu kitabların sayı çoxdur və həmin kitab- ların toplusu İngilis və digər Avropa dillərinə tərcümə olunaraq çap edilmişdir.1
Tənəx 39 kitabdan ibarətdir və xristiyanlar bu kitabı tərcümə edərək Əhdi-Ətiq adlandırdılar. Əhdi-Ətiq üç bölümdən ibarətdir:
  1. Tarixi bölüm
  2. Hikmət, münacat, dua və şeir
  3. Peyğəmbərlərin gələcək haqqında xəbərləri
 

7-1. Tənəxin tarixi bölümü (Əhdi-Ətiq)

Əhdi-Ətiqin tarixi bölümü 17 kitabdan ibarətdir və onun ilk beş kitabı “Tövrat” adlandırılır. Onun başqa bir adı isə “Pentatuk” (Pen- tateuch), yəni “Beş kitab” yaxud “Beş bölüm” adlandırılır.
Tövrat “Yaranış” bölümü ilə başlayır. Dünyanın yaradılışı, Adəm və Həvvanın xəlq edilmələri, yaxşı və pis mərifət ağacının meyvəsindən yemələri, onların “Ədən” bağından, yəni cənnətdən qovulmaları, Adəmin övladlarının hekayəsi, Nuhun tufanı, Həzrət İbra- him, İsmail, İshaq, Yaqub və Yusifin (ə)-ların başlarına gələn hadisə- lər bu bölümdə qeyd olunmuşdur.
Digər dörd bölümdə isə Həzrət Musanın (ə) həyatı və Bəni-İs- railin həyatı açıqlanır. Bu bölümdə O Həzrətin dünyaya gəlməsi, pey- ğəmbərliyə çatması, xaric olması, dövlət təşkil etməsi və dünyadan köçməsi geniş şəkildə qeyd olunmuşdur. Bu dörd bölümdə dini hö- kümlər və qanunların bir əksəriyyəti, vəhy barəsində məlumatlar da qeyd olunmuşdur. Yəhudilər və xristyanların nəzərincə Tövratın beş bölümünün müəllifi Həzrət Musa (ə) özüdür.
Bəni-İsrailin tarixi Həzrət Yuşənin (ə) zamanından sonraya aid edilir və digər on iki kitabda qeyd olunmuşdur. Əhdi-Ətiqin tarixi ki- tabları aşağıdakılardır:
  1. Yaranış bölümü; (Dünyanın yaranışı, Həzrət Adəm, Nuh,İbrahim, İsmail, İshaq, Yaqub və Yusif)
  1. Xuruc bölümü (Həzrət Musanın (ə) dünyaya gəlməsi və pey- ğəmbərliyə çatması, Bəni-İsrailin Misirdən çıxarılaraq Sinaya köçü- rülməs, Əhkam)
  2. Levilər bölümü; (Həzrət Harunun (ə) nəslindən və Lavi ailə- sindən olan Yəhudi ruhanilərinin və kahinlərinin hökümləri)
  3. Ədədlər bölümü; (Həzrət Musanın (ə) zamanında Bəni-İsrai- lin sayı, şəriyyəti və tarixi)
  4. Təsniyə yaxud ikilik bölümü; (öncəki bölümlərdə qeyd olun- muş dini əhkamların təkrarı və Bəni-İsrailin Həzrət Musanın (ə) vəfa- tına qədər tarixi)
  5. Yuşənin səhifəsi; (Həzrət Musanın (ə) canişini Yuşə ibn Nu- nun tarixi, həyatı və sərgüzəştləri)
  6. Hakimlər bölümü; (Padşahların təyin edilməsindən öncə Bəni-İsrail hakimlərinin tarixi)
  7. Rut kitabı; (Həzrət Davudun (ə) nənələrindən olan Rut adlı bir qadının həyatı)
  8. Samuelin birinci kitabı; (Samuel peyğəmbərin tarixi, Şaulun, yəni Talutun hakimiyyətə təyin edilməsi)
  1. Samuelin ikinci kitabı; (Həzrət Davudun (ə) şahlığı)
  2. Padşahların birinci kitabı; (Həzrət Davudun (ə) şahlığının davamı, Həzrət Süleymanın (ə) padşahlığı və onun canişinləri)
  3. Padşahların ikinci kitabı; (Buxtənnəsrin hücumuna qədər Bəni-İsrail padşalarının tarixinin davamı və Babilistanın tərki)
  4. Birinci günlər tarixi kitabı; (Bəni-İsrail nəslinin tarixi və Həzrət Davudun (ə) vəfatına qədər Bəni-İsrail tarixinin təkrarı)
  5. İkinci günlər tarixi kitabı; (Həzrət Süleymanın (ə) və digər padşahların “Babil sürgününə” qədər padşahlıq tarixi)
  6. Esranın tarixi; (Urşəlimin yenidən qurulması və Yəhudiləri üzeyrlə birlikdə azad edilməsi)
  7. Nehemya kitabı; (Urşəlimin yenidən qurulması, Nahamya Saqinin dilindən Yəhudilərin Əhəməni şahı Birinci Ərdəşir tərəfin- dən qaytarılması)
  8. Ester kitabı; (Xəşayarşahın Yəhudi həyat yoldaşı Esterin vasitəçiliyi ilə Yəhudilərin məhvi probleminin həll olunması)1
 

7-2. Hikmət, münacat, dua və şeir

Bu bölüm beş kitabdan təşkil olunmuşdur:
  1. Əyyub kitabı; (Xəstəliyə düçar olması, səbirsizliyi və sonda dostlarının öyüd-nəsihətilə səbirli olması)
  2. Məzamir, yəni Davudun Zəbur kitabı; (150 hissədən ibarət düa və münacat toplusu)
  3. Həzrət Süleymanın (ə) kitabı; (Hikmətli sözlər toplusu)
  4. Camiə2 kitabı; (Dünyaya pessimist yanaşmaya aid)
  5. Süleymanın qızıl kitabı; (Aşiqanə şeirlər toplusu)
 

7-3. Peyğəmbərlərin gələcəkdən xəbər verməsi

Peyğəmbərlərin gələcəkdən xəbər vermələri bölümünə Bəni-İs- railin Allaha itaət etməyəcəkləri təqdirdə onları gözləyəcək pis aqibət barəsindəki xəbərdarlıqlardan və hədə-qorxulardan ibarətdir. Gələ- cəkdən verilən bu xəbərləri anlamaq üçün oxucu o zamanlar baş ver- miş hadisələr barəsində məlumatlı olmalıdır. Bu bölüm 17 kitabdan ibarətdir:
  1. İşəya kitabı; (Əhdi-Ətiqdə gələcəkdən verilmiş xəbərlər ba- rəsində mövcud olan ən uzun və məşhur kitab)
  2. Ermiya kitabı; (Gələcəkdən verilən xəbərlər)
  3. Ermiya mirası kitabı; (O Həzrətin Urşəlimin xarabalıqlarına həsr etdiyi mərsiyyələr)
  4. Hezqiyal kitabı; (Gələcəkdən verilən xəbərlər)
  5. Daniyalın kitabı; (Həzrət Daniyal peyğəmbərin cihadları və gələcəkdən verdiyi xəbərlər barəsində)1
  6. Huşə kitabı (Gələcəkdən verilən xəbərlər)
  7. Yueyl kitabı; (Gələcəkdən verilən xəbərlər)
  8. Amus kitabı; (Gələcəkdən verilən xəbərlər)
  9. Əvbədya kitabı; (Gələcəkdən verilən xəbərlər)
  10. Yunisin kitabı; (O Həzrətin balığın qarnında həbs olunması hekayəsi)
  11. Mikah kitabı; (Gələcəkdən verilən xəbərlər)
  12. Nahum kitabı; (Gələcəkdən verilən xəbərlər)
  13. Həbəqquq kitabı; (Həzrət Həbəqququn gələcəkdən xəbər verməsi)2
  14. Sefenya kitbı; (Gələcəkdən verilən xəbərlər)
  15. Həcca kitabı; (Gələcəkdən verilən xəbərlər)
  16. Zəkəriyya kitabı; (Gələcəkdən verilən xəbərlər)
  17. Məlaki kitabı; (Gələcəkdən verilən xəbərlər)
Bu kitabların müxtəlif baxımdan mötəbərliklərinin araşdırılması ilə xristiyanlıq bölümündə tanış ola bilərsiniz.
 

7-4. Müqəddəs kitaba müraciət metodu

Bizim hamımız Qurani-Kərimə müraciət metodu ilə tanışıq. Belə ki, Qurani-Kərimdə surə və ayə bölgülərindən istifadə olunur. Yüz- lərlə antik və məşhur kitabın özünəməxsus səhifə bölgüsü vardır. Belə tanınmış kitablara nümunə olaraq Platonun, Aristotelin, Home- rin, Herodotun, Şekspirin və başqalarının kitablarını misal çəkə bilə- rik. (Qanun kitablarına və məcəllələrinə də müraciət edərkən səhifə anlayışının əvəzinə maddələrin sıralanmasını müşahidə edirik) Belə kitablara müraciət etmək üçün özünəməxsus bablar, bölümlər, his- sələr, fəsllər və sıralamalar müəyyən edilmişdir. İbri dilində olan Tövrat kitabında bu fəsllərdən və bölgülərdən əlavə özünəməxsus fəsllər də mövcuddur.
Onlar müqəddəs kitablarına müraciət edərkən ilk olaraq kitabın və yaxud bölümün adını, sonra fəslin nömrəsini və sonda fəqərənin nömrəsini qeyd edirlər. Məsələn; “Yaranış 1:27”, yəni Yaranış bölü- mü, 1-ci fəsil, 27-ci fəqərə.
 

7-5. Tövratın tənqidi

Tövrat İbrani dilində “Qanun” və “Şəriət” mənasını kəsb edir, çünki Tövrat kitabında çoxlu qanun və əhkamlar mövcuddur. Yəhudi alimləri tövratdan 613 höküm çıxara bilmişlər.
Müqəddəs kitab sahəsində araşdırmalar aparan alimlər İbrani dilində qələmə alınmış Tövrat kitabının mətninin üslubuna əsasla- naraq beş bölüm üçün dörd fərziyyə edilən mənbə təyin etdilər və bu mənbələrin hər birisinə xüsusi ad qoydular:
Elohim mənbəsi (E): Allahın Elohim2 adlandırıldığı bəzi hissələrə işarə məqsədilə belə adlandırılmışdır.
Bu bölümlərin hər birisinin özünəməxsus üslubu vardır və onları müqayisə edərkən tam şəkildə anlamaq olar ki, hal-hazırda mövcud olan beş bölüm qədim zamanlarda (təxminən 2500 il bundan öncə) dörd müxtəlif mənəyə istiandən bir yerə toplanılmışdır.
Tövratın və digər müqəddəs kitabların ən qədimi və tanınmış tənqidi Hollandiyalı filosof Spinoza tərəfindən (1632-1677) “İlahiy- yat və siyasət barəsində traktat” kitabında qeyd olunmuşdur.
Spinoza öz kitabında müxtəlif dəlillərdən istifadə etməklə isbat edir ki, müqəddəs kitabın mötəbərliyini araşdırmaqdan ötrü onun ta- rixi və tənqidi aspektlərinə diqqət yetirmək lazımdır. Təəssüflə bildir- mək lazımdır ki, bizdən öncə bu işlə məşğul olanlar bu məsələləri kə- nara qoymuşlar və yaxud nəsə qələmə almışlarsa da bizə qədər gəlib çatmamışdır. O əlavə edir ki, hal-hazırki dövürdə təəssübkeşliklər din adı ilə tanınır və insanar öz etiqadlarında ağıl məfhumundan istifadə etmirlər. Elə bu səbəbdən də, mən nisbi psimistliklə bu sahəyə daxil oluram və ilk addım olaraq müqəddəs kitabların (ilk öncə Tövratın beş bölümünün müəllifini) müəlliflərini araşdırmağa başlayıram:
Demək olar ki kitab əhlinin hamısı Tövratın Musa tərəfindən yazılmasına inanırlar, belə ki Yəhudilərin Ferisilər firqəsi bu əqidəyə təkid olaraq qeyd olunmuş düşəncəyə müxalifət etməyi kafirlik kimi qəbul edirlər. Elə bu səbəbdən də, daha azad düşüncəyə malik olan alim İbn Əzra bu barədə fikir söyləməyə cürət etmədi və yalnız biz neçə qaranlıq işarələrlə bu düşüncənin səhv və yalnış olmasını bil- dirdi. Amma mən heç bir qorxu hissi keçirmədən İbn Əzranın qaran- lıq düşüncələri üzərindəki pərdəni götürəcəyəm və həqiqəti hamının diqqətinə çatdıracağam.”1
Sonra Spinoza Tövratın beş bölümünün elmi araşdırmasına baş- layır və bu kitabın müəllifinin Həzrət Musa (ə) olmadığını və O Həz- rətdən əsrlər sonra yaşamış bir şəxsin olduğunu sübut edir. Məsələn Yaranış 14:14-də “Dan” adlı yeri adı qeyd olunur, amma Yuşə Kita- bında 19:47-də Həzrət Musanın (ə) zamanında həmən yerin adının “Leşem” olması göstərilir və O Həzrətdən əsrlər sonra həmən yer “Dan” adlandırılır. Onda əgər Tövrat doğurdan da Həzrət Musanın (ə) yazısıdırsa onda nəyə görə bu məkan Leşem yox Dan olaraq qeyd olunmuşdur? Qeyd etmək lazımdır ki, yəhudi və xristyan alimləri bu sualı özünəməxsus tərzdə cavablandırmışlar.
Spinoza hal-hazırkı Tövratın bəzi bölümlərində istifadə olunan fikirlərə istinadən (Xuruc 17:14 və Ədədlər 21:14) yazır ki, Həzrət Musanın (ə) başqa yazıları da mövcud olub, amma hal-hazırda möv- cud olan Tövrat onun qələmə aldığı kitab ola bilməz.
 

7-6. Əhdi-Ətiqin Epokrifaları

İndi də Əhdi-Ətiqin epokrifaları ilə tanışlıq məqsədilə həmin ki- tabların adlarını qeyd edəcəyik. Bunu da qeyd etməyi özümüzə borc bilirik ki, epokrifaları olan müqəddəs kitabların nüsxələri istər epok- rifa kitabların sayı, istərsə də tərtibatı baxımından fərqlənirlər. Epok- rifanın fars dilinə tərcüməsi (on qədimi və mötəbər nüsxəyə əsasən) aşağıdakı on kitabdır:
Tubiyyət, Yəhudiyyət, Ester (Yunanca) Süleyman peyğəmbərin hikmətləri, Yəşu ibn Siraxın hikmətləri, Baruk, Ermiya, Danial pey- ğəmbər (Yunaca), Mekabilərin birinci kitabı və Mekabilərin ikinci kitabı.

8. Təlmud


 
Təlmud sözü İbrani dilindəki “Ləmədə” (yəni öyrətmək) feli kö- kündən əmələ gələrək təhsil və təlim mənasını kəsb edir və Ərəb dilindəki “Tilmiz” (yəni şagird) sözü ilə eyni kökə qayıdır. Təlmud içərisində Yəhudi hədisləri və əhkamları olan böyük kitabdır. Daha dəqiq desək Tövratın təfsiri və açıqlamasıdır və onu “Şifahi Tövrat” adlandırırlar.
Yəhudilər Babilistana köçürüləndə onların arasında “Suferim” (katiblər və yazarlar) adlı bir dəstə meydana çıxdı. Katiblər Tövratı və digər dini mətləbləri kağız üzərinə köçürən insanlar idilər. Ən bö- yük Sufer Ezra (üzeyr) idi və o eradan əvvəl beşinci əsrdə yaşamış- dır. Ezra Musanın (ə) şəriətini daha da genişləndirmək qərarına gəldi və Əhdi-Ətiqin köməkliyi ilə Yəhudi cəmiyyətinin ehtiyaclarını ödə- mək istədi. Onun bu addımı ilə Yəhudilərin şifahi adətləri meydana çıxdı.
Ezradan sonra dini mətnlərdə təfsir və açıqlama metodu mey- dana çıxdı və ixtiraçısı Ezra olan bu metod “Midraş” adlandırıldı. Midraş sözünün mənası “axtarış”-dır, çünki alimlər midraşın kömək- liyi ilə Tövratın gizli mənalarını axtarırdılar və bütün gündəlik məsə- lələrinin mənasını öz səmavi kitablarından çıxarmağa çalışırdılar. Dinin məsələlərin həlli sahəsində Baş Məclisin (Senehdrin) təsis olunmasından sonra Həzrət Musadan (ə) sonra Tövratın təfsirinin nəsildən nəsilə keçərək Baş Məclis üzvlərinə çatması fikiri formalaş- dırıldı. Bu məsələlər Ferisilər tərəfindən həyata keçirilirdi və Səduqi- lər bununla müxalif olduqlarını bildirərək yalnız Tövratın zahiri mə- nası ilə kifayətlənirdilər.
Bir çox alimlərin nəzərincə Yəhuda Hənnasi şifahi dini məlu- matları yazaraq sonralar Təlmud adlanacaq kitab formasına salan şəxsdir. O, 135-ci ildə dünyaya göz açmışdır və əlli ildən çox Nasi, yəni Yəhudi qövmünün dini rəhbəri olmuşdur.
Yəhuda Hənnasi bu şifahi ənənəni Mişna adlandırdı və bu da tərcümədə Tövratın təkrarı və mənası deməkdir. Miqra isə Tövratın mətni və oxunuşu mənasını kəsb edir.
Mişnanın şərhi “Qemara” adlanır və tərcümədə təfsir mənasını verir. Qemaranın yazıçıları bu kitabda istifadə olunan mətləblərin qədim zamanlarda yaşamış alimlərin sözləri olduğunu bildirirdilər. Qemara Mişna kitabını təkmilləşdirmişdir.
Mişna iki Qemaradan ibarətdir: Babilistan Qemarası və Fələstin (Urşəlim) Qemarası. Təlmud Qemaralara uyğun olaraq iki cürdür: Daha dolğun olan Babilistan Təlmudu və Fələstin (Urşəlim) Təlmu- du. Birinci Təlmudda Mişnanın bir parçası nəql olunur və sonra hə- min parçaya Qemara başlığı altında təfsir verilir.
Təlmud altı bölümdən ibarətdir və bunların hər birisi “Seder” adlanır və altı sederin daxilində 63 dini risalə vardır:
  1. Zeraim sedri; (Toxumlar, məhsulların hökmü və heyvanların nəsil verməsi) – 11 risalə
  2. Mued sedri; (Bayram bölümü, anım günləri barəsində) – 12 risalə
  3. Naşim sederi; (qadınlar bölümü, evlilim əhkamları) – 7 risalə
  4. Nezeyqin sederi; (Zərər və ziyanlar bölümü, mal və insanlara dəyən ziyan barəsindəki əhkamlar) – 10 risalə
  5. Qedaşim sedri; (Müqəddəslər bölümü, Yəhudi dininin mü- qəddəsləri) – 11 risalə
  6. Teharut sederi; (Təharət bölümü, pak və napak barəsindəkinəhkamlar) – 12 risalə
Təlmudda iki əsas məsələ ilə üzləşirik: Birincisi “Hellaxa”-dır. Hellaxa düzgün yaşmaq üçün dini əmrlərdən ibarət metod və üslub mənasını daşıyır. İkincisi “Eqada”-dır. Eqada qədim zamanlarda ya- şamış Yəhudilərin və yaxud digər qövmlərin böyük şəxsiyyətlərinin başalrına gələn hadisələrdən ibarət rəvayət mənasını kəsb edir.
Təlmuddakı mövzuların bir çoxuna İslam dininə aid kitablarda rast gəlinir və müsəlmanların bəziləri məsələnin məğzinə varmadan bu mətləblərin bir hissəsini tam olaraq qəbul etmişlər. Müsəlmanlar bu növ rəvayətləri “İsrailiyyat” adlandırırlar. Təlmudda həqiqətlə uzlaşan məsələlərə də rast gəlmək olar və bu mətləblərin bəziləri ayələr və düzgün İslami rəvayətlərlə üst-üstə düşür.
Təlmud Yəhudiliyin bütün sahələrini özündə cəmləşdirərək onu qoruyan ensklopediya mənasını daşıyırdı. Xristiyanlar Təlmudda Həzrət İsaya (ə) qarşı pis sözlərin qeyd olunması səbəbindən bu ki- taba qarşı çıxmışlar. 6-cı əsrdə kilsə başçıları bu kitabla ixtilaflarını elan etdilər, amma bir neçə əsr heç bir problem yaranmadı və Yəhu- dilər Xristyanların bu sahədəki təəssübkeşliklərini təhrik etməmək üçün məsələyə diqqətlə yanaşırdılar. 1239-cu ildə xristyanlığı qəbul etmiş bir yəhudi Roma Papasını bu kitabı yandırmağa sövq edir və Təlmudyandırma ənənəsinin əsasını qoyur. Bundan sonra Təlmudla dolu arabalar meydanlara gətirilərək yandırılırdı və kitabın üzərinə vurulmuş dəri cildlər çəkməçilərə və ayaqqabı tikənlər verilirdi.
Hal-hazırda Babilistan Təlmudunun yalnız bir neçə nüsxəsi mövcuddur və dünyanın müxtəlif ölkələrinin kitabxanalarında sax- lanılır. Amma, yalnız Almaniyanın Münxen şəhərindəki kitabxanada Təlmudun tam və dolğun forması mövcuddur.
Təlmudun İbrani dilindəki mətninin ən birinci və ən məşhur çapı İtaliyanın Venesiya şəhərində Danial Bumberq tərəfindən həyata ke- çirilmişdir.(Babilistan Təlmudu 1520-1523-cü illərdə və Fələstin Təl- mudu 1523-1524-cü illərdə). Babilistan Təlmudunun səhifələrinin sayı 5894 ədəddir və müxtəlif çaplarda da bu saya riayət olunur. Təl- mud bəzi Avropa dillərinə tərcümə edilmişdir və bu kitabın İngilis dilindəki tərcüməsi 18 cilddə Londonda çap olunmuşdur. Bu kitabın qısaldılmış forması 1971-ci ildə “Təlmuddan bir xəzinə” adı altında Tehranda çap olunmuşdur.
 

9. Qebala


 
Yəhudilərin irfanı Qebala (yəni məqbul və qəbul olunan) adlan- dırılır. Yəhudi İrfanı məhsuldar məktəbdir. Bu məktəb Bəni-İsrailin mənəvi həyatında böyük yerə malik olmuşdur və hal-hazırda da ma- likdir. Bu sahədə bəzi kitablar da mövcuddur və onlardan ən mühimi “Zuher” (yəni Parlaq)-dır. Bu kitabın həqiqi müəllifi barəsində fikir ayrılıqları mövcuddur. Qebala elmi İlahi Ərş, İsmi-Əzəm, dünyanın sonunda baş verəcək hadisələr, Məsihanın zühuru, qayıdış və qiyamət barəsində söz açır və Hüruf elmi bu fənn sahəsində olduqca böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, əbcəd ədədləri eradan əvvəl ikinci əsrdə Yəhudi icması tərəfindən ixtira olundu və sonra xristiyanlığa və İslama keçdi.
“Hesidim” irfani firqəsi 1740-cı ildə İsrail Beel Şem Tub tərəfin- dən təsis olundu və Şərqi Avropada genişlənməyə başladı. Bu Yəhu- dilərin əməli və praktik irfanlarının nümunəsidir. Qeyd etmək lazım- dır ki, bu firqədə Səma rəqsi mövcuddur.
 

10. Etiqadlar


 
Yəhudi dini alimi, filosofu və həkimi Musa ibn Meymun (1135- 1204) Yəhudi dininə yeni libas geyindirdi və onun üçün 13 əsas prin- sip və etiqad tərtib etdi. Bu etiqad sahələri aşağıdakılardır:
  1. Allahın varlığı
  2. Onun təkliyi
  3. Onun mücərrəd olması
  4. Zamanla məhdudlaşmaması
  5. Bütün işlərdə hikmət sahibi olması
  6. Ədaləti
  7. İbadət yolu ilə ona çatmağın mümkün olması (Bunların hamısı Allah barəsində idi. Digər məsələlər)
  8. Peyğəmbərliyə inam
  9. Həzrət Musanın (ə) daha üstün olması
  10. Tövratın səmavi kitab olmasına inam
  11. Dini əhkamların dəyişdirilməsinə icazənin olmaması
  12. Məsihanın zühur etməsi
  13. Qiyamət və insan varlığının əbədiliyi
Yəhudilər də digər qövmlər kimi yaşadıqları mühitin təsiri altına düşmüşlər və bəzi sivilizasiyalar ilə təmasda olanda istər istəməz on- ların bir çox düşüncə tərzlərindən və adət-ənənələrindən yararlanmışlar. Amma bunu da qeyd etməliyik ki, onlar həmişə bütün sadaladığımız məsələlərə özlərinəməxsus Yəhudi donu geyindirirdilər.
ümumiyyətlə Yəhudilər dindar və adət-ənənəyə bağlı qövmdür. Digər tərəfdən liberal Yəhudilərin dindarlıqla əlaqəsi yoxdur, hətta onlar Allahı inkar həddinə də çatırlar. Onların Yəhudiliyə olan bağ- lılığı sırf milli, mədəni bağlılıqdır. Liberal Yəhudilərin özlərinin bil- dirdikləri kimi onların bu bağlılıqları milli mentalitetə sahib olmaq üçündür. İsrailin sabiq Baş Naziri Qolda Mayer (Golda Meir, 1969- 1974) özü etiraf etdiyi kimi.
Yəhudilikdə təbliğ yoxdur, çünki Yəhudilər öz dinlərini Allahın yalnız Bəni-İsrail nəsli üçün buyurduğu ilahi nemət kimi qəbul edir- lər. Elə bu səbəbdən də, kim özü Yəhudi olmaq istəsə onu qəbul edir- lər.1 Təlmudda belə tövsiyyə olunur ki, kim Yəhudi olmaq istəsə ilk olaraq ona bu qövmün çəkdiyi zilləti anlatmaq lazımdır. Yalnız hə- min şəxs meydana girmək cəsarətini özündə topladıqdan sonra bu di- nə daxil olmaq şansını qazanır. Sonda həmin şəxsin Yəhudiliyə qəbul olunub olunmaması üçün məhkəmə qurulur.2 Nadir hallarda Yəhu- diliyin məcburi qəbul etdirilməsi mövcud olmuşdur.3 Yəhudilər bir sıra hallarda insanları sionizmə dəvət edirlər.
 

10-1. Yəhudilikdə tövhid məfhumu

Yəhudilik (İslam və xristyanlıq kimi) başlanğıcdan tövhid üzə- rində qurulmuşdur və Yəhudililərin bütün peyğəmbərləri, Həzrət Mu- sadan (ə) başlayaraq bütün çoxlu sayda peyğəmbərlərin hamısı Al- laha şərik qoşmaqla mübarizə aparmışlar. Tövhidi dinlərin davamçı- larının da bəzən öz dinlərindən xəbərsiz olduqları halda şirkə üz tutma- ları halları da meydana çıxır. Amma qeyd etdiyimiz məsələ tədqi- qatçıların bu dinin əsli və əsası barəsindəki nəzərlərini dəyişdirə bilmir.
Onlar apardıqları araşdırmalardan dinin iki növ olması qərarına gəl- mişlər:
  1. İnsanları müşriklikdən və Allaha şərik qoşmaqdan uzaqlaşdıran dinlər. (Həzrət İbrahimdən (ə) yaranan dinlər kimi)
  2. İnsanlara müşrikliyi və Allaha şərik qoşmağı aşılayan din- lər. (Şərq dinləri kimi)
Allahın Yəhudilikdəki xüsusi adı “Yahveh”dir, yəni “mövcud və var olan”.Bu adın hörməti olduqca çoxdur və onu Tövrat tilavət edər- kən belə dilə gətirmək haram bilinir. Elə bu qadağaya görə heç kim onun dəqiq tələffüzünü bilmir və bəzən də belə iddialar irəli sürürlər ki, hər kim “İsmi Əzəmin” tələffüzünü dəqiq bilərsə möcüzə edə bilər. Şərqşünaslar çox vaxt ehtiyat məqsədilə bu adı sait səslərsiz “YHWH” formasında qeyd edirlər. Onlar “Yahveh”-i də düzgün sa- yırlar.
Süleyman Məbədin hələ fəaliyyət göstərdiyi 70-ci ilədək Yəhu- dilərin dini rəhbərinin ildə bir dəfə Yəhudi təqviminin aşura günündə (Teşri ayının 10-da, payız fəslinin əvvəllərinə təsadüf edir) həmin məbədin “Qüdsül Əqdas” adlanan yerində bu adı dilinə gətirərək dua edə bilərdi.1 Tövratın tilavəti zamanı bu adın əvəzinə “Adoney”, yəni “mənim Ağam” sözündən istifadə olunurdu və bu sözün sait səsləri həmin sözün samit səsləri üzərinə qoyulurdu. Beləliklə də, bəzən onu Yehuveh və bəzən də Yehuvəh tələffüz edirdilər.2
Allahın adlarından biri də “Əhiyə Əşer Əhiyə”, yəni “Nə varam- sa varam”-dir. Bu ad Xuruc bölməsi 3:14 -də və bəzi İslami dualarda (Ərəfə gecəsinin duasında) istifadə olunmuşdur. Bəzi savadsız katib- lər bu sözü “Ahiyyən Şərahiyyən” kimi qeyd etmişlər.
 

10-2. Yəhudilikdə peyğəmbərlik məsələsi

Yəhudilər peyğəmbərliyə də inanırlar və onların bu sahədə geniş kəlami bəhsləri mövcuddur. Onlar eləcə də, peyğəmbərlik üçün xüsu- si məna meydana çıxarmışlar və bu məna gələcəkdən xəbər verməkdir. Eşeya peyğəmbər, Ermiya peyğəmbər, Hezqiyal peyğəmbər və Huşe peyğəmbər gələcəkdən xəbər verən peyğəmbərlər kimi tanınırlar.
Əhdi-Ətiqdə bir çox peyğəmbərlərin adı qeyd olunmuşdur.1 Eşeya, Ermiya, Amus və bəlağətli sözlərilə Bəni-İsraili xəbərdar edərərk onları pis və çirkin əməllərdən uzaqlaşmağa çağırırdılar və düzgün yolu tutmayacaqları təqdirdə gələcəkdə onları zillətli əsirlik həyatının gözləməsindən xəbər verirdilər. Amma Bəni-İsrailin onların qiymətli sözlərinə qəti əhəmiyyət vermirdi və peyğəmbərlərin həbsi, işkəncəsi və qətli işləri sahəsində ciddi addımlar atırdılar. (Qurani-Kərimdə bu barədə ətraflı şəkildə söz açılmışdır). Əhdi-Ətiqin “Peyğəmbərlik” adlanan on yeddi kitabı gələcəkdən verilən bu xəbərlərdən söz açır.
Yəhudilərin nəzərincə vəhy məsələsi eradan dörd əsr əvvəl sona çatmışdır və dünyanı islah edəcək sonuncu şəxsin gəlməsindən sonra yenidən bərpa olunacaqdır.
 

10-3. Yəhudilikdə Məad məsələsi

Məad məsələsinə nə Tövratda, nədə Əhdi-Ətiqin heç yerində rast gəlmək olmur. (Deməli, axirətin ümumi mənası Təsniyə 8:16 və Ermiyanın mərsiyyələri 4:18 -də “dünyanın aqibəti mənasını kəsb edir). Tövrat nöqteyi-nəzərindən (Levilər 26 və Təsniyə 28) dindarlı- ğın bu dünya nemətlərini əldə etməklə və dinsizliyin dünya nemətlə- rindən məhrum qalmasında birbaşa təsiri vardır.
Digər tərəfdən Təlmud kitabında Məad barəsində geniş şəkildə söz açılmışdır. Şifahi ənənəni, yəni Təlmudu qəbul etməyən və hal- hazırda mövcud olmayan Səduqilər firqəsinin davamçıları qiyamət gününə inanmırdılar. Amma digər firqə olan Ferisilər qiyamət günunə inanırlar və onların ixtilafı qiyamətlə qayıdışın eyni vaxta olacağı barəsindədir. Onlar eləcə də cənnət və cəhənnəmə də inanırlar. Cə- hənnəm İbrani dilində olan sözdür və “Hiyunnəm dərəsi” mənasını verir və bu məkan Urşəlim şəhərinin kənarında yerləşirdi. Həmin mə- kanda Mulek (Molech, Moloch) adınında bir büt var idi və Bəni- İsrail bir zaman onun önündə olan böyük çuxurda və yaxud dərədə od qalayaraq xüsusi bir mərasim çərçivəsində öz uşaqlarını həmin bütə qurban edərək alovun içərisinə atırdılar. (Cəhənnəm Maliki sözü- nündə bu Mulekdən götürülməsi iddia edilir.)
Yəhudilərin ən əsas inanclarından olan, amma bir çox alim və tədqiqatçıların nəzərincə digər xalqalrın dinlərindən götürülmüş inanclardan biri də ölülərin dirilməsinə inamdır. Qədim zamanlarda yaşayan İranlılar xeyir tanrısının şər tanrısı üzərində qələbə çalma- sından və onu məhv etməsindən sonra ölülər diriləcəklər. Amma qeyd etmək lazımdır ki, bu mənəvi və ali təlim Yəhudilərin dini il- hamlarının məhsuludur və İranda olan Muğanların quru və ruhsuz inancları ilə heç bir oxşarlığa malik deyildir. Tədqiqatçıların bildir- diklərinə əsasən ən qədim zamanlardan belə Bəni-İsrail arasında ru- hun əbədiliyi inancı mövcud olmuşdur və müqəddəs kitablarda dəfə- lərlə buna işarə edilimişdir. Amma bu inanc Yəhudilərin Babildən qayıtmalarından sonra Məsihanın qiyamı inancı ilə cəmləşərək ölülə- rin dirilməsi inancını meydana çıxartdı.
Həzrət Musanın (ə) peyğəmbərliyə çatması hekayəsindən bəlli ol- duğu və Qurani-Kərimdə açıq-aydın şəkildə yazıldığı kimi Məad məsələsi o Həzrətin ilk sözlərində və müraciətlərində mövcud idi.
 

11. Əhkam


 
Yəhudilərin çoxlu və olduqca qarışıq dini əhkamları mövcuddur. Belə ki, bütün bu dini əhkamların hamısını bir kitabda yerləşdirmək mümkünsüzdür. Qeyd olunmuş dini əhkamlar murdar, pak, halal və haram yeməklər, digər məsələləri əhatə edir.
Əti halal və haram olan heyvanlar barədə mövcud olan əhkamlar Levilər 11 və Təsniyə 14-də yerləşdirilmişdir. Məsələn; cütdırnaqlı və gövşəyən heyvanların əti halaldır. Dəvə və dovşan gövşəyir, am- ma cütdırnaqlı deyillər. Elə buna görə də onların əti haramdır. Eləcə də, quşlar və dəniz heyvanları barəsində də çoxlu sayda dini əhkam- lara malikdirlər. Yəhudilərin əti halal olan heyvanlar, onların kəsil- məsi, haram və halal yerlərinin bölüşdürülməsi, bişirilməsi, yeməyin saxlanılması və yeyilməsi sahəsində geniş məhdudiyyətləri vardır. Heyvanı kəsən şəxs ya dini alim olmalıdır, yaxud heyvanın kəsilmə qaydalarını dini alimlərin yanında tam öyrənmiş şəxs olmalıdır. Halal və yeyilməyə münasib olan ət Kaşer adlanır.
Yəhudilikdə əti süd və yaxud süd məhsulları ilə yemək də ha- ramdır. Elə buna görə də İsraildə bəzi “Əmr be məruf və Nəyh ən munkər”-lə məşğul olan xüsusi dəstələr yeməkxanalara gedərək müş- tərilərə haram ətin və yaxud ətlə süd məhsullarının verilməməsi iş- lərinə nəzarət edirlər. Yəhudilər üçün çörəyi və bir neçə başqa ye- məyi yemək məqsədilə şəri əl yumaq qaydaları da mövcuddur. Ye- məkdən sonra barmaqların heç olmasa iki qatlanan hissəsini yumaq vacid buyurulmuşdur.
Yuxudan oyandıqdan sonra ibadət etmək üçün əlləri dirsəklərə qədər yumaq və dəstəmaz almaq, eləcə də qola və alına üzərində Tövrat ayələri yazılmış parçaları bağlamaq vacib buyurulmuşdur.
Yəhudilər gündə üç dəfə namaz qılırlar; sübh, əsr yaxud axşam- üstü və axşam namazı. Sinaqoqda namaz qılmaq daha yaxşı bilinir və sinaqoqda ən azı on kişi toplaşdıqdan sonra camaat namazı qılınır. Namaz vaxtı digərlərindən daha yaşlı və İbrani dilini daha yaxşı bilən bir kahin öndə dayanır və İbrani dilində dualar oxuyur, Tövratdan ti- lavət edir və bəzi hallarda rukuya gedir. Yəhudilərin ibadət zamanı ən çox oxuduğu dua Tövratdan götürülmüş Şema (yəni, “Dinlə” de- məkdir) adlanır:
Ey İsrail, dinlə: Bizim Allahımız olan Yahvəh vahid və tək Yah- vəhdir. Onda öz Yahvə Allahınızı bütün gücünüz və bütün ruhuunuzla sevin! (Təsniyə, 6:4-5)1
Yəhudilərin qibləsi Urşəlim şəhəridir. Yalnız Samerilər qiblənin Nablos şəhərinin yanındakı Cerezyem dağı olduğunu bildirirlər.
Yəhudilərin orucu ilin müxtəlif ayları arasında bölüşdürülmüş- dür. Onların ən əsas orucu “Yovmu Kipur”-dur. Bu gün münasibətilə həmin gündən öncəki günün axşamından başlayaraq bir gün müd- dətində oruc tutulur. Bu gün ərzində yemək, içmək, (barmaqları çıxmaq şərtilə) yuyunmaq, daranmaq, ətir vurmaq və digər gözəllik vasitələrindən istifadə etmək, kişilərin öz qadınları ilə cinsi əlaqədə olması, dəri ayaqqabı geymək olmaz və Yəhudilər sinaqoqlara topla- şaraq ibadətlə və istiğfarla məşqul olurlar. Bundan əlavə daha dörd vacib oruc vardır və bunlardan biri İbrilərin Su ayının doqquzuna tə- sadüf edir. Yəhudilər bu günün orucunu eradan əvvəl 587-ci ildə Ur- şəlimin dağdılmasını anaraq “Yovmu Kipur” orucu kimi tuturlar. Da- ha üç vacib və bir neçə müstəhəbbi oruclar da mövcuddur. Məsələn; birinci və dördünçü günlər yemək və içməkdən imtina edərək gün do- ğandan gün batanadək oruc tuturlar.
Urşəlim məbədinin mövcud olduğu 70-ci ilədək Yəhudi kişiləri ildə üç dəfə piyada olaraq ora getmək məcburiyyətində idilər. Bunun biri Fesh bayramına, digəri Həftələr bayramına və üçüncüsü Sukkot bayramına təsadüf edirdi. Sözsüz ki, ondan sonra da Urşəlimə ziyarət səfərləri var idi və İran Yəhudilərinin adət-ənənələrinə əsasən bu zəv- varlara da Hacı adı verirdilər.
İnsanın sünnət edilməsi Yəhudilikdə təkid olunmuş vacib əməl- lərdəndir və Allahın Həzrət İbrahimlə (ə)2 bağladığı əhdə əsasən uşa- ğın dünyaya gəlişinin səkkizinci günündə Yəhudi ruhaniləri tərəfin- dən həyata keçirilir. Onlar vacib əməl sayılan sünnətə çox böyük əhəmiyyət verdiklərinə görə qeyri-Yəhudi uşaqları da sünnət edirdilər. Xristyanlıqda və zərdüştlükdə sünnət yoxdur.
Həzrət Musa (ə) və Həzrət Harunun (ə) qəbiləsindən olan Yəhu- dilər Levilər adlanırlar və təxminən İslam dünyasındakı seyyid anlayışını və mənasını verir.1 Haxam Yəhudi alimi və kahin, yaxud ravvin Yəhudi ruhanisidir. Ravvin Həzrət Harunun (ə) nəslindən, ən aşağısı isə Levilərdən olmalıdır.2
 

12. Yəhudi bayramları


 
İbrani təqvimi Şəmsi-Qəməri Təqvimidir.Yəni, bu təqvimin il- ləri şəmsi və ayları qəməridir. Belə ki, aylar sıra ilə 29-30 gündən ibarət olur. Yəhudilər Qəməri aylarını sabit saxlamaq üçün hər üç il- dən bir Adar ayından sonra ilin aylarına Adar Şeni (yəni, ikinci Adar) ayını artırırlar və həmin il 13 aydan ibarət olur. Belə illəri İbbur (yəni, hamilə) adlandırırlar. Onların ili payız fəslindəki Teşri ayından baş- layır və onun birinci yarımilliyinə 4381 və ikinci yarımilliyinə 4382 artırmaqla İbrani tarixi əldə etmiş oluruq. Bu tarixin aləmin yaranı- şından hesablanması fərz olunur.
Yəhudilərin bayramları aşağıdakılardır:
Şənbə günü: Bu gün ailənin bütün üzvləri bir yerdə yemək yeyirlər və bu ziyafət zamanı ailə başçısı əlinə bir piyalə şərab3 alaraq dua oxumağa başlayır və ailə üzvlərinə ötürür. Ailə üzvləri hamısı bir-bir həmin şərabdan içirlər. Şənbə gününün istirahət günü kimi təyin olunması on fərmandan biridir (Xuruc 20:8-11). Tövratda qeyd olunduğu kimi Həzrət Musanın (ə) zamanında bir nəfəri şənbə günündə odun topladığı üçün həbs edirlər və O Həzrətin yanına gətirir- lər. O, Allahın əmri ilə onu daşqalaq etməyi buyurdu (Ədədlər 15:32- 35). Yəhudilər şənbə günü işləməyi haram və böyük günah bilirlər. Yəhudilər şənbə günü ibadətlə məşğul olurlar, istirahət edirlər və bir- birilərinə baş çəkirlər.1
  1. Ayın başlanğıcı bayramı: İbrani dilində bu bayram “Ruş hu- deş” adlandırılır və tərcümədə mənası ayın başlanğıcı deməkdir.
  2. Yeddinci il və yaxud ayrılma ili: Tövrata əsasən hər yeddi ildən bir bütün borclar və pul ödəmələri bağışlanmalıdır, Yəhudi qul- ları azadlığa buraxmaq kimi insanpərvər işlər həyata keçirilməlidir (Təsniyə 15). Bu ilin İbrani dilindəki adı “Şemita”-dır və tərcümədə “azad olmaq” mənasını kəsb
  3. Yubil ayı: Bu bayram hər əlli ildən bir baş tutur və bu bay- ram münasibətilə bir çox insanpərvər, humanist və əxlaqi işlər həyata keçirilir. (Levilər 25)
  4. Fish (Pesəh və yaxud Pasxa) bayramı: Lüğəvi mənası göz yummaqdır. Firon və onun ətrafındakılara bəlanın nazil olduğu za- man Allahın Bəni-İsraillin ilk övladlarının qətlinə göz yumması mü- nasibətilə belə adlandırılmışdır. Amma bu bayramın belə təntənə ilə qeyd olunmasının əsas səbəbi Bəni-İsrailin Fironun zülmündən xilas olmaları münasibətilədir. Bu bayram Fələstində yeddi və başqa yer- lərdə səkkiz gün keçirilir və bahar fəslinin Nisan ayının on dördündə başlayır. Bu bayram mərasimi Tövratda (Xuruc 12) qeyd olunmuşdur. Fəsh və yaxud Pasxa Yəhudilərin ən böyük bayramıdır və qeyd olun- muş bayram müddəti ərzində fətir çörəklərdən istifadə etməyə icazə verilmişdir. Birinci gecə (İsraildən kənar yerlərdə ikinci gecə də) bayram axşamı süfrəsi açılır və Misirdə keçirilmiş acı günlərin xati- rəsini canlandırmq məqsədilə acı göyərtilər yeyilir. 12-ci əsrdən in- diyədək bəzən Yəhudilər bir uşaq və yaxud yetginlik yaşına çatmış insanı qətlə yetirməklə onun qanında bayram fətirinin hazırlanmasın- da istifadə etməkdə günahlandırılmışlar.
  1. Həftələr bayramı: Bu bayram Pasxa bayramından əlli gün sonra, yəni Pasxadan yeddi həftə keçməsi və məhsulların hazır olması münasibətilə keçirilir. Bu bayramın İbri dilindəki adı “Şavuut”-dur.
  2. İlin başlaması bayramı (Yeni İl bayramı): Bu bayram İbrani dilində “Ruş Həşşana” (yəni, ilin başlanğıcı) kimi adlandırılır. Bu gün tövbə ongünlüyü üçün hazırlaşmaq məqsədilə şeypurlar çalınır. Onuncu günün böyük əhəmiyyəti vardır və həmin günü “Yovmu Ki- pur” adlandırırdılar.
  3. Yovmu Kipur: Yəni, Kəffarə günü; Bu çox əhəmiyyətli bay- ramdır Teşri ayının onuncu gününə təsadüf edir. Bu günü “Asura”, yəni “Aşura və yaxud onuncu gün” adlandırırlar. Yəhudilər həmən gündən öncəki günün axşamından bayram gününün axşamınadək gü- nahlarının kəffarəsini vermək məqsədilə oruc tuturlar. Bu günün mü- qəddəsliyi şənbə gününün müqəddəsliyindən daha üstündür və bu bayram günü işləmək tam şəkildə haramdır (Levilər 16:29-34). Yov- mu Kipur bayramında fundamental Yəhudilər köhnə və cındır paltar- lar geyinirlər.
  4. Kölgəliklər və yaxud çadırlar bayramı: Yəhudilər Teşri ayı- nın 22-də Bəni İsrailin Həzrət Musanın (ə) zamanında Sina səhra- sındakı çadırlarda yaşamalarını anma məqsədilə bir həftə çadırlarda və kölgəliklərdə yaşayırlar. İbrani dilində bu bayrama “Sukkot” de- yirlər, yəni (kölgəliklər və yaxud çadırlar).
  5. Açılış bayramı: İbrani dilində bu bayram “Hanuka” adlanır və Yəhudilərin eradan əvvəl 168-ci ildə Yunanıstanlı istismarçılar üzərində qələbə çalması münasibətilə keçirilir. Bu gün Süleyman mə- bədi Yəhud tərəfindən düşmənin pisliklərindən və dağıntılarından paklaşdırıldı. Bu bayram Kölgəliklər bayramından bir həftə sonra ke- çirilir.
  6. Püşk bayramı: İbrani dilində “Purim” adlanır. Bu gün Əhə- məni şahı Xəşayarşanın vəziri Hamanın fitnəsilə Yəhudilərin qətlia- mının baş tutmaması münasibətilə bayram keçirilir. Bu macəra ətraflı şəkildə Əhdi-Ətiqin Ester kitabında qeyd olunmuşdur. Bayramın Püşk bayramı kimi adlandırılmasının səbəbi bundan ibarətdir ki, Ha- man öz qərarını şaha elan etmək üçün günü püşkatma yolu ilə təyin etmişdi. Bu bayram qış fəslinin axırlarına təsadüf edir.
 

13. Yəhudi firqələri


 
Bütün dinlərdə müəyyən müddətdən sonra müxtəlif firqələr meydana çıxmışdır. Firqələr ölkə, şəhər, hətta məhəllə rəhbərliyini ələ keçirmək və fərqli düşüncə tərzlərinin mövcudluğuna görə mey- dana çıxır. Digər məsələlər, o cümlədən qəza, qədər, ixtiyar və sair məsələlər sahəsindəki ixtilaflar isə sonradan meydana çıxır. Firqələ- rin bəzisi güclü və bəzisi zəif olur, eləcə də, azsaylı və çoxsaylı olur. Yəhudilərin Babilistandan geri qayıtmasından sonra bir neçə məşhur firqə əmələ gəldi. Daha qədim firqələr barəsində isə əlimizdə yetərin- cə məlumat yoxdur.
 

13-1. Ferisilər

Ferisi sözünün İbrani dilində mənası “Xəlvət axtaran” deməkdir. Bu ləqəb onların fərqli və daha böyük imtiyaza sahib olmalarına də- lalət edir. Bu firqə eradan əvvəl ikinci əsrdə meydana çıxdı və in- diyədək də Yəhudilərin əksəriyyəti bu firqənin davamçılarıdırlar. Bu firqənin əsası “Hesidim” (yəni, pərhizkarlar və təqvalılar firqəsi) fir- qəsinə qayıdır. Hesidim firqəsi eradan əvvəl 3 və yaxud 4-cü əsrlərdə Yəhudilər arasındakı bütpərəstliyi və çaşqınlığı aradan götürmək üçün yaradıldı. Onlar Məkabilərin müharibələrində iştirak etmişlər və din yolunda canlarından keçərək şəhid olmuşlar. 18-ci əsrdə Şərqi Avropa Yəhudilər arasında bu hərəkatdan ilham alan Hesidim adlı Yəhudi irfan məktəbi meydana çıxdı.
Ferisilərlə Sədduqilər arasında açıq-aydın ixtilaf var idi. Bu firqə Allahı cismdən və bütün cismani sifətlərdə uzaq bilirdi. Eləcə də, insanın iradəsi və ixtiyarı məsələsi sahəsində orta yol seçmişdi, ölülərin yenidən dirilməsi və İlahi ədalət məhkəməsinin olacağını qəbul edirdi, namaz və s. ibadətlərə olduqca böyük əhəmiyyət verirdi. Ferisilər Yəhudi cəmiyyətində güclü mövqe sahibi oldular və onların əksəriy- yət bu firqənin davamçısı oldu.
Ferisilər yazılı Tövrat olan Əhdi-Ətiqdən əlavə şifahi Tövrata da inanırdılar. Şifahi Tövrat Yəhudi alimlərinin hikmətli sözləri idi və onların nəzərincə bu sözlər Həzrət Musanın (ə) zamanından nəsildən nəsilə keçərək Yəhudi qövmü üçün qorunub saxlanılmışdır. Bu sözlər 2-ci əsrdən başlayar 5-ci əsrə qədərki zaman kəsiyində Təlmud kita- bında bir yerə toplanılmışdır və Bəni-İsrailin düşüncə və etiqadının əsasını təşkil etmişdir.
Ferisilər müxtəlif elm mərkəzləri təşkil edirdilər və vaxtlarını Tövratın mütaliəsinə və müqəddəs kitablarını daha dəqiq anlamala- rına sərf etdilər, bu sahədə yeni-yeni nailiyyətlər qazandılar. Onların nəzərincə Tövratda bir hərf belə əskik və yaxud artıq deyildir, eləcə də, məqsədsiz və mənasız olaraq yazılmamışdır. Əksinə hər bir hərfin və sözün daxilində bizə məlum olmayan sirlər və təkrarolunmaz rəmzlər gizlənmişdir.
Yəhudilərin daxili məsələləri onların Babilistandan geri dönmə- ləri ilə Qüds şəhərinin ikinci dəfə dağıdılması arasındakı zaman kəsi- yində Ferisi və Sədduqi Haxamlarının əlində idi. Eləcə də, onlar Həz- rət İsa (ə) ilə kəskin müxalif idilər və onun çarmıxa çəkilməsi üçün bütün səylərindən istifadə etdilər. Ferisilərin adı dəfələrlə dörd İncil- də qeyd olunmuşdur.
Son əsrlərdə Ferisilər ibadət tərzlərinə, eləcə də, bəzi dini və mə- dəni məsələlərə görə iki dəstəyə bölünüblər: Aşkenazi (Ashkenazi) və Sefardi (Sephardi). Birinci dəstə (dünya Yəhudilərinin 80 faizini təşkil edir) Avropa, xüsusən Almaniya Yəhudilərinə və ikinci dəstə İspaniyadan qovularaq dünyanın müxtəlif ölkələrinə səpələnmiş İspaniya Yəhudilərinin qalıqlarına şamil edilir.
 

13-2. Sədduqilər

Bu firqənin adı Həzrət Davud (ə) tərəfindən kahin təyin edilmiş Saduq ibn Exitubun adından götürülmüşdür (Samuelin ikinci kitabı 8:17 və 15:24). Həzrət Süleymanının (ə) zamanında da Saduq kahin- likdə qaldı (Padşahların birinci kitabı). Hezqiyal peyğəmbər Bəni Saduq kahinlərini tərifləmiş və onların əmanətdar olmasını alqışla- mışdır (Hezqiyal 15:44).
Sədduqilər namazın yerinə qurban kəsmək məsələsinə daha çox əhəmiyyət verirlər. Süleyman məbədinin bir çox kahinləri və Senhed- rin Haxamları bu firqənin nümayəndələridirlər və onlar ilə Roma hö- kümdarları arasında da yaxşı əlaqə var idi.
Sədduqilər keçmiş adət-ənənələri qorumağı özlərinə vacib bilir- dilər və Ferisilərin öz düşüncələrinə uyğun olaraq təfsir etmələrini qəbul etmirdilər və onların adət-ənənələrilə müxalif idilər. Onlar Al- lahın cismi olmasını bildirirdilər və Allahın yolunda kəsilmiş qurban- ları hər hansı bir şaha verilən hədiyyə və qurbanlarla açıqlamağa, bu- nula da öz əməllərinin düzgünlüyünü təsdiq etməyə çalışırdılar. Səd- duqilər nəfsin əbədiliyinə və qiyamətin baş verəcəyinə inanmırdılar. Onların nəzərincə istər yaxşılığın, istərsə də pisliyin mükafatının bu dünyada veriləcəyini və insanın tam ixtiyara sahib olduğunu bildi- ridilər.
Sədduqilər də Ferisilər kimi Həzrət İsaya (ə) qarşı çıxdılar və onların adı dörd İncildə dəfələrlə qeyd olunmuşdur. 70-ci ildə Urşəli- min dağılmasından sonra bu firqədən əsər əlamət qalmadı.
 

13-3. Samerilər

Samerilərin adı Həzrət Süleymandan (ə) sonra Fələstinin bölün- məsi nəticəsində İsrailin mərkəzi şəhərinə çevrilmiş Samere şəhərin- dən gəlir. Bu firqə Yəhudilərin Babilistandan geri qayıtmasından sonra əmələ gəldi və bəzilərinin nəzərincə onlar ümumiyyətlə İsrail nəslindən deyillər. Böyük ehtimala görə onlar İsraillilərlə Assuri- yalıların qarışığıdırlar.
Bu balaca və məhv olmaqda olan firqə Tövratın beş bölümünü qəbul edir və Əhdi-Ətiqin digər 34 kitabını rədd edir. Eləcə də, onlar- da hal-hazırda geniş yayılmış Yuşe kitabından fərqli olan başqa bir Yuşe kitabı da mövcuddur. Onların Tövratı da hal-hazırda geniş ya- yılmış Tövratdan fərqlidir. Samerilərin İbrani dili də İbrani dilindən azacıq fərqlənir.
Samerilər Nablos şəhərinin yaxınlığında yerləşən Cerezim da- ğının müqəddəsliyinə inanırlar və həmin dağı öz qiblələri bilirlər. Onların sözlərinə əsasən Həzrət Musanın (ə) da qibləsi bu dağ olmuş- dur, amma Həzrət Davud (ə) Süleyman məbədinin yerini (Məscidül Əqsanı) özündən qiblə təyin etmişdir.
 
 

13-4. İsinilər

“İsini” sözünün kökü böyük ehtimala görə “Şəfa verən” demək- dir. Belə ki, onlar öz ruhlarının şəfası fikrində idilər. Bu sözün başqa cür açıqlaması da vardır və başqa ehtimallar da mövcuddur (Müqəd- dəs suda qüsl verən).
Adı çəkilən firqə təxminən eradan əvvəl ikinci əsrdə yarandı və Urşəlimin dağıdılmasından sonra Sədduqilər və bir neçə başqa firqə- lər kimi səhnədən getdi. Bizə gəlib çatan yalnız onların adlarıdır. Amma, 1947-ci ildə ölü dənizin sahilində yerləşən Fələstin mağara- laqrında Əhdi-Ətiqin yazılı nüsxəsilə birlikdə onların bəzi yazılı kita- bələri tapılmışdır. Bununla da, onların etiqadları sahəsində qaranlıq qalmış bir çox məsələlərə aydınlıq gəlmişdir.
İsinilər fərdi malikiyyəti qəbul etmirdilər və evlilik məsələsini də yaxşı qarşılamırdılar. Gündə bir neçə dəfə qüsl alırdılar. Onlar bu məqsədlə böyük hovuzlar da inşa etmişdilər və son arxeoloji qazıntı- lar zamanı həmən hovuzlar aşkarlanmışdır. Onlar dan yerinin sökül- məsilə yuxudan ayılırdılar və ibadətlərini başa vurduqdan sonra gü- nortaya qədər öz işlərilə məşğul olurdular. Sonra işlərini saxlayaraq kollektiv şəkildə nahar və şam yeyirdilər. Şənbə günü təmamilə iş görmürdülər və ibadətlə, Tövratın mütaliəsi və təfəkkürü ilə məşğul olurdular. Qeyd etmək lazımdır ki, onların qibləsi Süleyman məbədi yox günəş idi və onların bu adəti Mitraistlərdən götürməsi nəzərə çar- pır.
Onların təfsir və irfan barədəki məlumat səviyyələri yüksək idi və birinci əsrdə onların təxmini sayı 4000 nəfərə çatırdı. O zamanlar üzv olmaq sahəsində mövcud olan çətinlikləri nəzərə alsaq bu o qədər də az say deyildir.
Bəzi alimlərin nəzərincə bu firqənin düşüncə tərzi Xristyanlığın əsasını qoydu. Hətta bu firqənin bütün davamçılarının Xristiyan ol- ması da mümkündür. Qeyd etmək lazımdır ki, Həzrət Yəhya ibn Zə- kəriyya (ə) da İsinilər firqəsindən olmuşdur. Həm İncillərə, həm də İslami hədislərə əsasən O Həzrətin səhralarda keçirdiyi həyat tərzi bunun bariz nümunəsidir.
 

13-5. Qariun yaxud Qaraim

Qariun, yaxud Qaraim həm Ərəb, həm də İbrani dilindəki “Qə- rəə” feli kökdən əmələ gəlmişdir və Ferisilərin şişirdilmiş təfsirlərinə qarşı çıxaraq səmavi kitabın qiraət və tilavət olunmasına işarədir.
Bu firqə İslam dininin yaranmasından sonra meydana çıxdı. Qa- riun firqəsinin davamçıları Təlmudu qəbul etmirdilər, Tövratın zahiri mənasına təəssübkeşliklə yanaşırdılar və daim Ferisilərlə üz-üzə gə- lirdilər. İlk öncə onların lideri Enan adlı bir Yəhudi ruhanisi idi və o öz məktəbini əhli-sünnənin böyük alimi Əbu Hənifənin baxışları üzə- rində qurmuşdu. O, bu firqəni Mənsur Dəvaniqinin zamanında Bağ- dad şəhərində yaratdı. Sonralar Benyamin Nəhavəndi adlı şəxs bu fir- qəni o dövrün İran torpaqlarında yaymağa başladı, bu məktəbdə də- yişikliklər meydana çıxartdı və Qariun adını Enaniyyə adı ilə dəyiş- dirdi. Qaraim İbrani dilindədir və tərcümədə qiraət edənlər deməkdir. ötən əsrlərdə Qariunların əksəriyyəti müsəlman ölkələrində ya- şayırdılar. Hal-hazırda bu firqə davamçılarının sayı 10000 nəfərdir. Onların iki min nəfəri İsraildə və qalan səkkiz min nəfəri Rusiya, Ukrayna və digər ölkələrdə yaşayırlar. Ukraynada yerləşən Krım (Crimea) yarımadasının adı da “Qaraim” sözündən götürülmüşdür.
Onların arasında böyük alimlər olmuşdur və onların Yəhudi ilahiy- yatı sahəsindəki nəzərləri tədqiqatçıların geniş rəğbətilə üzləşmişdir. Qariunlarrın Ərəb dilində də kitabları vardır və onlar öz dini bəhslə- rində Hənəfi məzhəbinin Fiqhi terminlərindən istifadə edirlər.
 

13-6. Dunmə

Dunmə firqəsinin adı İstanbul Türkcəsindəki “Dönmə” sözün- dən götürülmüşdür. Bəzən onları “Şebbetien” adlandırırlar, yəni fir- qənin banisi olan Şabbetay Tsevinin (Shabbetai Tsevi) şərəfinə.
Şabbetay Tsevi 1626-cı ildə Türkiyənin Qərbindəki İzmir şəhə- rində dünyaya gəlmişdir və Yəhudi irfanı və ilahiyyatı barəsində mü- taliələr etdikdən, araşdırmalar apardıqdan sonra Yəhudilərin Məsihası olduğu və onlara nicat vermək üçün gəldiyi iddiasını irəli sürmüşdü. Yəhudilər onun müydana çıxmasından öncə çoxlu müsibətlər gör- müşdülər və onun Məsiha kimi qəbul edilməsi üçün bütün münbit şərait var idi. Elə bu səbəbdən də, Avropa, Türkiyə və Orta Şərq Yə- hudilərinin əksəriyyəti onun dəvətini qəbul etdilər və onun ətrafına çoxlu sayda insan toplaşdı.
O, özünü tanrının ilk övladı adlandırırdı və 1666-cı ildə çevriliş edəcəyini deyirdi. O qiyam vaxtının yaxınlaşmasından öncə Urşəlimə və Qahirəyə səfər etdi. Həmin dövürdə Yəhudilər sevincdən bayram edirdilər və “Yaşasın şahımız Məsih”, “Yaşasın sultanımız Tsevi” sözlərini təkrarlayırdılar.
Şabbetay Tsevi 1666-cı ildə Urşəlimə getmək əvəzinə İstanbula getdi və dərhal Osmanlı padşahları tərəfindən həbs olundu. 1666-cı ilin sentyabr ayının 16-da onu Osmanlı padşahının yanına gətirdilər və müsəlman olmasını istədilər. O, İslam dinini qəbul etdikdən sonra adını dəyişdirərək “Muhəmməd Əfəndi” etdi və müsəlman xanımla ailə qurdu.
O, öz davamçılarının əksəriyyətini İslam dinini qəbul etməyə həvəsləndirdi, amma buna baxmayaraq Yəhudilərin əksəriyyəti onun Məsiha olduğunu bildirirdilər. Yəhudilər bu məsələyə aydınlıq gətirə- rək bildirirdilər ki, onun oxşarlarından biri müsəlman olub və özü isə Bəni-İsrailin itmiş qəbiləsini tapmaq üçün göylərə qalxmış və tezliklə zühur edəcəkdir. Bu firqənin ən aktiv üzvlərindən biri belə deyirdi: “Musanın Fironun sarayında böyüyüb başa çatdığı kimi Məsihanın da Osmanlı padşahlarının sarayında böyüyüb başa çatması lazım buyu- rulmuşdur. Yəni, bu yolla o azmış müsəlmanları da düz yola hidayət edə bilər.”
Şabbetay Tsevi öz Məsiha obrazını qoruyub saxlaya bildi və beləliklə də, Yəhudilərin arasında İslam dinini yaymaq üçün onlarla təmasda ola bilirdi. Onun yaratdığı firqənin davamçıları müsəlman adət-ənənəsinə uyğun olaraq başlarına əmmamə qoydular, İslam adət-ənənəsinin davamçıları oldular və Bəni-İsrailin xilaskarı olan Şabbetay Tsevinin tezliklə qayıdacağı ümidi ilə yaşadılar.
O, 1676-cı ildə dünyasını dəyişdi. Onun qardaşı və digər yaxın şəxsləri davamçılarını öz ətraflarına toplayaraq bu hərəkatın aradan getməsinə icazə vermədilər. Sonralar bu firqənin davamçıları zahirdə özlərini müsəlman göstərmələrinə baxmayaraq batində Yəhudi adət- ənənəsinə sadiq qaldılar. Hal-hazırda onların bir hissəsi Türkiyədə yaşayır.
 
 
 
Müəllif: Hüseyn Tövfiqi
Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5
Top