Qapılarınız bağlı olmasın

Qapılarınız bağlı olmasın

Yəqin ki,məşhur sirk ustası Harri Hudininin adını(onun əsl adı Erik Vays idi) siz də eşitmisiniz.O özü ilə heç bir alət götürmür,yalnız əynindəki paltarla həbsxanaya girir və qapılar bağlı olmasına baxmayaraq, bir saat keçməmiş oradan çıxırdı.

Bir gün Böyük Britaniyadakı kiçik qəsəbələrdən biri Hudinini «qonaq» dəvət etdi.Onu qəsəbənin yeni həbsxanasına apararaq,kameralardan birinə salırlar.Hamıda böyük bir həyəcan var idi.Qapılar bağlananda heç kim onun kameradan çıxacağına inanmırdı.Ancaq Hudininin kəmərində polad bir çubuq var idi və məşhur sirk ustası göstərdiyi bütün nömrələri o çubuqla göstərirdi.

Aradan yarim saat keçmişdi.Artıq Hudininin üzündə əvvəlki ifadə yox idi.Əqrəblər altmışıncı dəqiqəni göstərəndə isə Hudininin üz-gözündən tər axmağa başlamışdı.İki saat başa çatandan sonra birdən Hudininin əlləri boşaldı.O özü də bilmədən qapınin üzərinə yıxıldı.Və qapı öz-özünə açıldı.Halbuki heç kim qapını bağlamamışdı.Qapı yalnız Hudininin beynində bağlı idi.Qapının bağlı olduğunu düşündüyü üçün ,sadəcə olaraq,ona toxunmaq lazım idi.Qapının bağlı olduğunu düşündüyü üçün bunu heç ağlına da gətirməmişdi.
 

Əslində «həyat qapıları» da belədir.Çox vaxt bu qapıların bağlı olduğunu düşünür,açmağa cəhd göstərmirik.Halbuki,bəzən bizdən tələb olunan yegannə şey qapını açmaq yox ,ona toxunmaqdır.Ancaq bir az diqqətli olsaq,özümüzə bir az çox vaxt ayırsaq,o qapıların əslində açıq olduğunu görərik.Qapılarınız bağlı olmasın!...dark room

Ailəm jurnalı

Top