Adəmin oğulları Qabil və Habil bir-birlərindən çox fərqlənirdilər. Habil, Allaha sadiq idi, o, Yaradanın günaha batmış nəslə ədalətli və rəhmdil münasibətini görürdü və bağışlanma ümidi şükranlıqla qəbul etdi. Lakin Kainin qəlbində Allaha qarşı üsyan yetişirdi və Adəmin günahına görə Onun bütün yeri və bəşəriyyəti lə`nətləməsai üçün narazılıq işkayəti susmurdu. Özünü yüksəltmək həsrətinə uyaraq və Ilahi ədaləti, Allah nüfuzunu şübhəyə mə`ruz qoyaraq o öz qəlbini o yola yönəltdi ki, iblisi günaha batmağa gətirmişdi.
Hər iki qardaşın Allah Sözünə inamı və itaəti sınandı, necə ki əvvəllər Adəm sınanmışdı. Onlar insanın bağışlanması planı haqqında bilirdilər və Allalh tərəfindən tə`yin edilən qurban gətirmə sistemi onlara aydın idi. Onlar bilirdilər ki, bu qurbanlar onların Xilaskara inamının izharıdır, qurban Onun timsalıdır və eyni zamanda onların şəxsi bağışlanmasının bütünlüklə Ondan asılı olmasının e`tirafıdır. Qardaşlar həm də bilirdilər ki, Ilahi əfv planı ilə hərəkət etməklə onlar Allah iradəsinə öz itaətlərini sübut edirlər. Qan tökülmədən günahlar bağışlanı bilməzdi. Buna görə də sürüdə ilk doğulan quzuları qurban gətirməklə onlar Məsihin qanının və`d olunmuş barışıq olduğuna öz inamlarını izhar edirdilər. Onlar həm də torpağın ilk bəhrələrini Allaha şükranlıq qurbanı kimi gətirməli idilər.
Hər iki qardaş eyni qurbangahlar tikdilər və onlardan hər biri qurban gətirdi. Habil Allahın tələbinə uyğun olaraq sürüdən qurban gətirdi. «Habil isə sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi (Yar.4:4). Göydən od düşdü və qurban uddu.
Lakin Qabil, Allahın bu hökmünə e`tinasızlıq göstərərək, qurban olaraq yalnız torpağın məhsullarını gətirdi. Göydən qurbanın qəbul edilməsinə dəlalət edən heç bir əlamət göndərilmədi. Habil qardaşına yalvardı ki, Allahın tələbinə tabe olsun, lakin onun xahişləri Qabili daha da qəzəbləndirdi. Bir böyük qardaş kimi öz üstünlüyünü hiss edərək, Qabil Habilin məsləhətlərini rədd etdi.
Qabil, Allah qarşısına şikayət, əhd olunmuş qurbana və onun gətirilməsini vacibliyinə inamsızlıq dolu ürəklə gəldi. Onun töhvəsi günah üçün heç bir peşmançılıq ifadə etmirdi. Bizim bir çoz müasirlərimiz kimi o hesab edirdi ki, Ilahi yazıları dəqiqliklə yerinə yetirmək zəiflik əlamətidir və öz xilasını bütünlüklə Xilaskarın əfv əhdinə e`tibar edə bilmədi. O qərara gəldi ki, müstəqil hərəkət etsin və Allah qarşısına öz xüsusi xidmətləri ilə gəlsin. O, quzu gətirmədi və öz gətirdiklərini onun qanına bulamadı, ancaq özünün becərdiyi məhsulları, öz zəhmətinin nəticələrini gətirdi. O öz qurbanını gətirdi və Allaha minnət qoyaraq Ilahi razılığı almağa ümid edirdi. Qabil itaətlə qurbangah tikdi, qurban gətirdi, lakin onun itaəti tam deyildi. O, ən əsas şeyə — özünün Bağışlayana ehtiyacı olduğunu e`tiraf etməyə e`tinasızlıq göstərdi.
Hər iki qardaş bir ailədə doğulmuşdular və eyni dini tərbiyə almışdılar, hər ikisi günahkar idilər və dərk edirdilər ki, Allahın tələblərini yerinə yetirmək, Ona tabe olmaq və Ona sitayiş etmək vacibdir. Ilk baxışdan elə görünürdü ki, qardaşlar Allaha da eynilə inanırlar, əslində isə onların arasında böyük fərq var idi.
«Habil imanla Allaha daha yaxşı qurban gətirdi, nəinki Qabil» (Ibranələrə 11:4). Habil bağışlanmanın böyük prinsiplərini başa düşdü; o özünün günahkar olduğunu dərk etdi, günahı və cinayət üçün öldürücü cəzanı onun canı ilə Allah arasında duran maneə kimi gördü. O, qurbanlıq heyvanı həyatdan məhrum etməklə və onu qurban gətirməklə, pozulmuş qanunun tələblərini tanıdı. Qan tökməklə o, gələcək qurbana — Qolqota
çarmıxında ölən Məsihə — nəzər yetirdi və yerinə yetməli olan barışığa inanmaqla özünün saleh olmasının və onun qurbanının qəbul edilməsinin təsdiqini aldı.
Qabiliin də Habil kimi həqiqətləri dərk etməyə və onları qəbul etməyə bu cür imkanları var idi. O, qabaqcadan müəyyən edilmiş hadisələrin qurbanı deyildi. Qardaşlardan birini Rəbbin qabaqcadan saleh, digərini isə rədd edilmiş mə`yin etməsini hesab etmək düz deyildir. Habil iman və itaəti, Qabil isə inamsızlıq və qəzəbi seçdi. Işin bütün mahiyyəti də bundadır.
Qabilin və Habilin simasında dünyanın axırına qədər mövcud olacaq insanların iki qrupu təmsil olunur. Bir qrup insanlar bağışlanmanı günah üçün qurban vasitəsilə alırlar; digərləri öz güclərinə güvənmyi üstün tütürlar, onla qurbanının Ilahi vasitəçiliyə ehtiyacı yoxdur və o, insanlar Allahla barışdıra bilməz. Bizim cinayətlərimiz yalnız Isanın xidmətləri sayəsində bağışlana bilər. Məsihin qanına ehtiyac hiss etməyənlər, Ilahi mərhəmət olmadan Rəbbin razılığını qazanmağa ümid edənlər Qabilin etdiyi həmin səhvi edirdilər. Təmizləyici qanı qəbul etmədən insanlar məhkumiyyət altındadırlar. Çünki günahın lə`nətindən azad ola bilmək üçün başqa yol yoxdur.
Dünyadakı məsihçilərin böyük hissəsi Qabilin nümunəsi ilə gedirlər, deməık olar ki hər bir yalançı din həmin bu prinsipə əsaslanır — insanın xilası onun şəxsi xidmətlərindən asılıdır. Bə`ziləıri təsdiq edirlər ki, bəşəriyyətin bağışlanmaya deyil, inkişafa ehtiyacı vardı, insanlar xüsusi sə`yləri ilə öz təbiətlərini aliləşdirə, yüksəldə və dəyişdirə bilərlər.
Bağışlayıcı qandan məhrum olan qurban vasitəsilə Allahın mərhəmətini əldə etməyə ümid edən Qabil kimi, bu adamlar Allahla barışıqdan asılı olmadan bəşəriyyəti Ilahi səviyyəyə yüksəltməyə ümid edirlər. Lakin Qabilin hekayəsi dəlalət edir ki, bu nəyə gətirib çıxarır. Bu onu təsdiq edir ki, insan Məsihsiz nə ola bilər. Bəşəriyyət özünü
dirçəltməkdə acizdir, çünki o, Ilahi yüksəkliyə deyil, şeytani alçaqlığa yönəlmişdir. Məsih -
bizim yeganə ümidimizdir. «Çünki göy altında olan insanlara verilmiş başqa bir isim yoxdur ki, onunla xilas ola bilək». «Və başqa heç kimdə xilas yoxdur» (Həvarilər 4:12).
Bütünlüklə Məsihə arxalanan əsl iman özünü Allahın bütün tələblərinə itaətdə göstərir. Adəmin günlərindən ta müasir dövrə qədər Allah Qanununa itaət böyük mübarizənin səbəbi olmuşdur. Bütün dövrlərdə bu cür adamlar olmuşdurlar ki, Allahın tövsiyələrinə e`tinasızlıq etməklə bərabər Onun mərhəmətinə haqları olduqlarını «iman işlərlə kamilliyə çatmışdır» və iman «əməllərsiz özü-özlüyündə ölüdür» (Yaqub 2:22,17). «Kim deyirsə ki, Onu dərk etdim, amma Onun əmrlərinə əməl etmirsə, o, yalançıdır və onda həqiqət yoxdur» (1 Yəhha 2:4).
Qabil görəndə ki, onkn qurbanı rədd edilmişdir, o, Allaha və Habilə qəzəbləndi; Allaha ona görə qəzəbləndi ki, Rəbb tərəfindən müəyyən edilmiş qurbanı əvəzinə insan tərəfindən təklif olunan qurban qəbul edilməmşdir, qardaşına ona görə qəzəbləndi ki,
onun Allaha qarşı üsyanına tərəfdar çıxmaq əvəzinə, Allaha itaət etmişdir. Qabilin Allah hökmün e`tinasız münasibətinə baxmayaraq, Allah ondan üz döndərmədi. O o qədər
güzəştə getdi ki, dərrakəsizlik göstərək insani dərrakəyə çağırmağa cəhd etdi. Rəbb, Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaş-qabağını salmısan?» Rəbb Ilahi müjdəçi vasitəsilə ona xəbərdarlıq göndərdi: «Əgər yaxşı iş görürsənsə, Məni məqbul olmazdımı? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Indi Qabilin üzərinə düzgün seçki məs`uliyyəti düşürdü. Əgər o və`d olunmuş Xilaskarın xidmətlərinə e`tibar edərsə və
Allah tələblərinə itaət edərsə, onda Onun mərhəmətinə malik olacaqdır. Lakin əgər o öz
inamsızlığında və azğınlığında inadkarlıq göstərərsə, onda şikayət etməyə əsas yoxdur ki, Rəbb onu rədd etmişdir.
Lakin öz günahını e`tiraf etmək əvəzinə, Qabil Rəbbi ədalətsiz hesab etməkdə davam edirdi, Habilə paxıllıq və nifrət hissi keçerərək qəzəblənirdi. O acıqla öz qardaşına irad tutaraq onu Rəbbin işlərini müzakirə etməyə sövq edirdi. Habil həlimliklə, lakin möhkəm və cəsarətlə Allahın ədalətliliyini və mərhəmətini müdafiə edirdi. O, Kainə onun yanıldığını göstərirdi və inandırmağa çalışırdı ki, narazılığın səbəbi onun özündə gizlənmişdir. Habil ona Allahın onların valideynləri günah edərək ölümə layiq olsalar da, Allah onlara rəhm etdi. Habil Qabilini Allahın onlara olan Məhəbbətinə inandırırdı, çünki əks halda O Öz mə`sum günahsız Oğlunu iztirablara verməzdi, Onu onların layiq olduqları cəzaya mə`ruz qoymazdı. Lakin bunlar hamısı Qabilin qəzəbini yalnız daha da güclü alovlandırırdı. Şüuru və vicdanı ona deyirdi ki, Habil haqlıdır, lakin o ona görə qəzəblənirdi ki, indiyə qədər həmişə hər şeydə onunla razılaşan indi ona zidd getməyə cəsarət edir və ona tərəfdar çıxmır. Qəzəbinin həddini aşdığı anda Qabil öz qardaşını öldürdü.
Qabilin öz qardaşını nifrət etməsinə və onu öldürməsinə səbəb o deyildi ki, Habil nəsə bir pis iş görmüşdü, ancaq o idi ki, «onun işləri şər, qardaşının işlər isə saleh idi» (1 Yəhya 3:12).
Beləcə də bütün dövrlərdə qanunsuzlar onlardan yaxşı olanlara nifrət etmişlər. Habilin itaət və möhkəm imanla dolu olan həyatı Qabil üçün əbədi irad idi. «Çünki hər pislik edən Nura nifrət edər və işləri aşkara çıxmasın deyə Nura gəlməz» (Yəhya 3:20). Allahın sadiq qullarında əks olunan səmavi işıq nə qədər parlaq nur saçırsa, yolunu azanların günahları bir o qədər aydın görsənir və onlar öz rahatlıqlarını pozanları bir o qədər qətiyyətlə məhv etməyə çalışırlar.
Habilin öldürülməsində Allahın dediyi düşmənçilik birinci dəfə özünü göstərdi; Allah demişdi ki, bu düşmənçilik ilinli qadını toxumu arasında, şeytan və onunla əlbir olanlarla Məsih və Onun ardıcılları arasında mövcud olacaqdır. Insanın günaha batması insanları şeytanın hakimiyyətinə verdi, lakin onlar Məsihdə olanda şeytanın əsarətini devirmək qüdrətinə malik olacaqlar. Hər dəfə qəlb Allah Quzusuna imanla günaha xidməti
tərgidəndə, şeytanın qəzəbi alovlanır. Habilin müqəddəs həyatı insanın Allah Qanununa riayət edə bilməsinin qeyri-mümkünlüyü haqqında şeytanın təsdiqləmələrini inkar etdi. Iblis tərəfindən təhrik edilən Qabil görəndə ki, Habil artıq ondan asılı deyildir, o elə qəzəbləndi ki, qardaşını həyatdan məhrum etdi. Allah Qanunun ədalətliliyinə şəhadət edənlər harada olsalar da, onlara qarşı həmin ruh mübarizəyə qalxır. Bu ruh bütün əsrlər boyunca Məsihin ardıcıllarının yandıqları tonqalları qızışdırır. Şeytan və onun mələkləri Isanın davamçılarını amansın tə`qiblərə mə`ruz qoyurlar, çünki o onları özünə tabe edə bilmir. Bu artıq məğlub edilmiş düşmənin qəzəbidir. Isanın bütün əzabkeşləri qalib olaraq ölmüşlər. Peyğəmbərin sözlərin görə, «iblis və şeytan adlanan böyük əjdahaya… onlar Quzunun qanı vasitəsilə və şəhadət etdikləri təbliğ ilə qalib gəldilər və öz canlarını elə sevmədilər ki, ölümdən çəkinsinlər» (Vəhy 12:9-11).
Qatil Qabil tezliklə öz cinayəti üçün cavab verməli oldu. «Rəbb Qabildən soruşdu:
«Qardaşın Habil haradadır? O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» Qabil günaha o qədər batlmışdı ki, Allahın daimi hüzurunu, Onun əzəmətini və hər şeyi görməsini hiss etmək qabiliyyəti itirmişdi, yalana əl atdı ki, öz cinayətini gizlətsin.
Rəbb yenidən Qabilə dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir». Allah ona baş vermiş cinayəti e`tiraf etmək imkanı vermişdi. Qabilin cavab üçün kifayət qədər vaxtı var idi. O etdiyi bəd əməlin və onu gizlətmək üçün əl atdığı yalanın iyrənciliyini dərk edirdi, lakin bütün bunlara baxmayaraq o inad göstərməkdə davam edirdi və tezliklə hökm çıxarıldı. Əvvəlcə xahiş edən və nəsihət verən Ilahi səs qəzəbli sözləri dedi: «Buna görə torpaq da sənə lə`nət oxuyacaq; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. Torpağı becərdiyini zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdən olacaqsan».
Baxmayaraq ki, Qabil etdiyi cinayət üçün ölümə layiq idi, canıyanıcıl Yaradan ona rəhm etdi və ona peşman olmaq imkanı verdi. Lakin Qabil öz qəlbini yalnız daha da qəddarlaşdırdı, Ilahi hakimiyyətə qarşı üsyana təhrik etməklə o, dikbaşların və düşkün günahkarların əcdadı oldu. Şeytan tərəfindən idarə olunan bu dönük başqalarını da yoldan çıxarırdı. Onun nümunəsi və tə`siri o qədər güclü popzucu fəaliyyət göstərirdi ki, yer zorakılıq altında qərq olaraq məhv haqqında fəryad edirdi.
Birinci qatilin həyatını saxlamaqla Allah bütün Qabiliata böyük mübarizə haqqında dərs verdi. Qabilin və onun törəmələrinin qaranlıq tarixi buna əyani nümunə oldu ki, günahkara əbədi yaşamağa və Allaha qarşı öz üsyan niyyətini həyata keçirməyə icazə verilməsi nəyə gətirib çıxarardı.
Allahın çoxsəbirliliyi şərəfsizlərin dikbaşlılıqlarına və azğınlıqlarına yalnız şərait yaradırdı. Qabil haqnda çıxarılan hökmdən on beş əsr sonra cinayətlər və murdarçılıq yeri bürüdü: bütün Qabiliata aydın oldu ki, bu onun əməlinin məhvedici tə`sirinin nəticəsidir. Onda tam aydın oldu ki, Allah tərəfindən Onun qanununun pozulması üçün günahkara
çıxarılan ölüm hökmü ədalətli və mərhəmətli olmuşdur. Insanlar günah içərisində nə qədər çox yaşayıdılarsa, bir o qədər də əxlaqsız olurdular. Qanunsuzluğun pozğunluğundan saxlayan və dünyanı usyanda qəddarlaşanların məhvedici tə`sindən azad edən Ilahi hökm tezliklə lə`nət deyil, xeyir-dua oldu.
Şeytan daim və yorulmaz enerji ilə Rəbbin mahiyyətini və Onun idarə prinsiplərini təhrif edir. Qeyri-adi çevikliklə, hər bir addımı dəqiqliklə götür-qoy edə-edə o, bütün dünyanı yalan içərisində saxlamağa çalışır. Nəhayətsiz və hər şeyi görən Allah sonu əvvəldən görür və Onun hərtərəflidir. Onun məqsəddi yalnız üsyana son qoymaq deyil, həm də şeytanın mahiyyətini bütün Qabiliata göstərməkdir. Allahın ədalətliliyini və mərhəmətini görməklə, həm də Onun şərə münasibətdə müdrikliyinə və salehliyinə tam haqq qazandırmaqla Allah planı açıldı.
Başqa dünyaların günaha batmayan sakinləri Yerdə baş verən bütün şeyləri dərin maraqla müşahidə edirdilər. Böyük daşqına qədərki dünyanın halı Lüsiferin idarəsinin nəticələrinə şəhadət edirdi, Məsihin hakimiyyətini devirməklə və Allah Qanununu kənarlaşdırmaqla o bu idarəni Səmada qurmaq nəyyətində idi. Böyük daşqına qədərki dünyanın özbaşına günahkarlarında onlar şeytan hakimiyyətinin təbəələrini görürdülər.
«Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər doğru yönəlmişdir (Yaradılış 6:5). Insanın bütün hissləri, istəkləri və təsəvvürləri Ilahi müqəddəslik, sülh və Məhəbbət prinsiplərinə qarşı düşmən kəsilmişdi. Bu, şeytanın Allah məxluqunu Onun müqəddəs qanununun tələblərindən azad etmək cəhdinin gətirdiyi dəhşətli pozğunluğun nümunəsi idi.
Böyük mübarizənin gedişində açılan faktlar vasitəsi ilə Allah Öz idarəsinin prinsiplərini nümayiş etdirir, bu prinsiplər şeytan və onun bütün yoldan çıxartdıqları tərəfindən saxtalaşdırılmışdı. Ən nəhayət Allahın ədalətliliyi bütün dünya tərəfindən tanınacaqdır, lakin üsyan edənləri xilas etmək üçün bu tanıma çox gec baş verəcəkdir. Bütün Kainatın razılıq duyğusu ilə Allah Öz böyük planını addım-addım tam sona — üsyanın kökündən tam məhv edilməsinə yaxınlaşdırır. Onda açılacaqdır ki, Ilahi göstərişlərə əməl etməyənlərin hamısı Məsihə qarşı mübarizədə şeytanın tərəfinə keçmişlər. Bu dünyanın rəisi məhkum olunanda və bütün ona qoşulanlar onun qismətinə şərik olanda, bütün səma sakinləri hökmün şahidləri kimi e`lan edəcəklər: «Ey müqəddəslərin Padşahı, Sənin yolların saleh və haqdır!» (Vəhy 15:3).
Mənbə: Əcdadlar və Peyğəmbərlər (Patriarchs and Prophets)
Müəllif: Ellen Uayt (Ellen Gould White), Adventist xristian cərəyanının islahatçısı, 7-ci gün Adventist Kilsəsinin yaradıcısı