«Göylər Rəbbin sözü ilə və Səma cisimləri Onun hökmü ilə yarandı». «Çünki nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu» (Zəbur 33:6,9). «Yer üzünün təməlini elə qurdun ki, əsla sarsılmasın» (Zəbur 104:5).
Yer, Yaradan tərəfindən xəlq olunanda, o qeyri-adi dərəcədə gözəl idi. Onu dağlar, təpələr və düzlər, sakit axan çaylar, qəşəng göllər bəzəyirdi; dağlar bz keçilməz sıldırımları və dəhşətli uçurumları ilə, bizim günlərdə olduğu kimi, qorxutmurdu. Şiş qayalar əsrarəngiz bitkilərlə, örtülmuş məhsuldar torpaq qatının altında rahatca uyuyurdular. Nə ikrah doğuran bataqlıqlar vardı, nə də bəhrəsiz səhralar, lakin hər yerdə büsatlı kolluqlar və zərif gülçiçəklər göz oxşayırdı. Bizim günlərimizdəkindən daha əzəmətli olan ağaclar təpələrin zirvələrini bəzəyirdi. Zərərli buxarlarla zəhərlənməyən hava təmiz və saf idi. Ən möhtəşəm sarayların bağları ilkin yaranan yerin gözlliyi ilə müqayisədə çox sönük görsənərdi. Səma orduları Allah işlərinin gözəl surətlərinə heyrətlə tamaşa edirdilər.
Çoxsaylı heyvanları və zəngin bitkiləri ilə yaranan yer insan üçün hazırlandıqdan sonra, Allah məxluqlarının tacı öz malikanəsinə daxil oldu. Ona bütün yer üzərində hakimiyyət verildi, çünki Allah demişdi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin. Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı; onları kişi və qadın olaraq yaratdı». Burada insan nəslinin mənşəyi haqqında ağdın deyilir, Rəbb bu haqda o qədər dəqiq xəbər vermişdir ki, mümkün ola bilən yanlış fərziyyələr istisna edilir. Allah insanı Öz surətində yatarmışdır. Burada dərkedilməz heç bir şey yoxdur. Insanın təkamül nəticəsində meydana çıxmasını fərz etməyə öeç bir əsas yoxdur; insanın heyvanlar və yaxud bitkilər aləminin bəsit formalarının tədrici inkişafının məhsulu olmasını fərz etmək əsassızdır. Bu cür teoriya Yaradanın böyük işini məhdud insan təsəvvürlərinin səviyyəsinə endirir. Adamlar Allahı bütün Kainat üzərində ali hakimiyyətdən məhrum etmək üçün öz sə`ylərində o qədər inadkardırlar ki, yalanla insanın mənşəyinin alicənablığın danaraq onu alçaltmışlar. Yüksəkliklərdəki ulduzlu dünyaları Yaradan, tarlaları gül-çiçəklərlə məharətlə Bəzəyən, yeri və göyü Öz qüdrətinin heyrətamiz əlamətləri ilə Dolduran Öz şanlı işlərinə tac qoymağı və bütün yer üzünə hökmdar qoymağı qərara alaraq, Öz həyat verən əlinə layiq olan varlığı yarada bilməzdimi? Insan nəslinin əcdadı, Allah Sözündə göstərildiyi kimi, Böyük Yaradandan gəlir, molyusklardan və dördayaqlılardan yox. Adəm «Allah oğlu» idi, baxmayaraq ki, torpaqdan yaradılmışdı.
Allahın nümayəndəsi kimi o, Rəbbin hakimiyyətini dərk edə bilməyən, laki insanı sevmək və ona xidmət etmək qabiliyyəti verilən aşağı səviyyəli varlıqlara hökmranlıq etmək üçün nəzərdə tutulmuşdu. Zəbur oxuyan deyir: «Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altında qoydun: bütün sürü və naxırlar,çöldə yaşayan heyvanları, göydəki quşları, dənizdəki balıqların, dəryalarda üzənlərin hamısını» (Zəbur 8:6-8).
Insan həm zahiri, həm də xarakteri cəhətcə Allaha bənzəməlidir. Lakin yalnız Məsih «Onun mahiyyətinin tam surətidir» (Ibranilərə 1:3), ancaq insan da Allaha bənzər yaradılmaşdır. Əvvəlcə onun təbiəti, Allahın iradəsi ilə harmoniyada idi, ehtiras və həvəsləri oğlına tabe olurdu. Insan onunla müqəddəs və xoşbəxt idi ki, özündə Allahın surətini daşıyırdı və Onun iradəsinə tam itaətdə yaşayırdı.
Allahın yaratdığı insanın əzəmətli boyu mükəmməl dərəcədə mütənasib idi. Onun al yanaqlı üzü razılıq və sevinc saçırdı. Adəm yerin indiki sakinlərindən çox uca idi. Həvva isə bir qədər ondan kiçik, lakin zərif və gözəl idi. Bu pak cüt heç bir sün`i geyim daşımırdı; onlar da mələklər kimi işıq və şöhrət parıltısınabürünmuşdülər. Nə qədər ki onlar Allah iradəsinə itaətdə yaşayırdılar, bu işıq geyimləri onlarda qalırdı.
Adəmi yaratdıqdan sonra, Allah bütün heyvanları onun önündən keçirdi ki, Adəm onların hər birinə ad versin. Adəm gördü ki, onların hər birinin özünə bənzər dostu vardır, lakin onların arasında «insan üçün köməkçi tapılmadı». Allahın yer üzərində yaratdığı bütün varlıqlar içərisində insana bərabər olanı yox idi. Allah dedi: «Insanın tək qalması yaxşı deyildir; ona özünə uyğun köməçi yaradaq». Insanın qisməti tənhalıq olmamalıdır. Nə Adəmin e`cazkar təbiəti, nə də bağdakı sevinc gətirən iş həyat yoldaşı olmadan insanı tam xoşbəxt edə bilmədi. Hətta mələklərlə ünsiyyət də insan qəlbinin sirdaşa və dosta olan ehtiyacını ödəyə bilməzdi. Onu əhatə edən məxluqlar arasında elə bir varlıq yox idi ki, ona bənzəsin, onu sevsin və öz sevgisini ona verə bilsin.
Allah Özü Adəmə «onu uyğun», dostluğa, Məhəbbətə və xoşlanmağa layiq həyat dostu verdi. Həvvanı Adəmin qabırğasından yaratdılar. Bu o demək idi ki, Həvva nə ona ağalıq edəcəkdi, nə də onun qarşısında alçalacaqdı, lakin ona bərabər olaraq onun məhəbbətinə və müdafiəsinə haqqı vardır. Adəmin bir hissəsi, sümüyü sümüyündən və bədəni bədənindən, olaraq Həvva onun ikinci «mən»i idi. Bu onu göstərirdi ki, onların arasındakı bağlılıq necə yaxın və zərif olmalıdır. «Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin onu yedizdirir və isidir». (Efeslilərə 5:29). «Buna görə də insan öz atasını və anasını tərk edərək, öz arvadına yapışacaqdırl; və bir bədən olacaqlar» (Yaradılış 2:24).
Allah birinci nakaha xeyir-dua verdi. Beləliklə, ailə ocağı da Kainatın Yaradıcısı tərəfindən yaradılmışdır. Nikah mö`təbərdir, o, insana Allah tərəfindən verilən ən birinci bəxşlərdəndir. O, Adəmin günaha batdıqdan sonra cənnətin qapılarından kənara çıxartdığı iki qanundan biridir. Nikahda Ilahi prinsipləri rəhbər tutduqda və onlara tabe olduqda, nikah xoşbəxtliyə xidmət edir və mə`nəvi saflığı, insan nəslinin xoşbəxtliyini qorumağa kömək edir. Belə nikah ictimai tələbləri ödəyir və insanı hər cəhətdən ucaldır.
«Rəbb Allah şərqə doğru Adəmdə bir bağça saldı və yaratdığı insanı orada yerləşdirdi». Allahın yaratdığı hər şey mükəmməl gözəllik mükəmməl mücəssəməsi idi və hesab etmək olardı ki, obu müqəddəs cütün xoşbəxtliyi üçün heç nə yaddan çıxmamışdı. Lakin Yaradan Öz məhəbbətinin daha bir sübutunu onlara bəxş etdi və onların evi olacaq cənnəti yaratdı. Bu bağda müxtəliy ağaclar bitirdi, onların ətirli meyvələrin ağırlığından budaqları əyilirdə, qəşəng üzüm tənəklərindən göz oxşayan ağır salxımlar sallanırdı. Sıx yarpaq və meyvələrlə örtülmüş budaqlardan Adəm və Həvva özlərinə yaşayış yeri düzəltdilər. Hər yerdə gözəl güllər ətir saçırdı. Cənətin ormasında öz gözlliyi ilə bağın bütün başqa ağaclarını kəlgədə qayan həyat ağacı dururdu. Onun qızılı-gümüşü meyvərəri uzunömürlülük qüvvəsi verirdi.
Yaradıcılıq işi qurmarsışdı. «Göylər və yer, onlarda olan hər şey beləcə tamamlandı».
«Allah gördü ki, yaratdığı hər şey çox gözəldir».Ədən bağı yerdə büsatla çiçəklənrirdi. Adəm və Həvva həyat ağacıqa sərbəst yaxıqlaşa bilirdilər. Heç bir günah ləkəsi və yaxud
heç bir ölüm kölgəsi Allahın gözəl məxluqunu tutqunlaşdırmırdı. «Dan ulduzlarının ümumi şənliyində bütün Allah övlaları sevinclə nida edmrdilər» (Əyyub 38:7).
Böyük Yaradan yerin təməlini qoydu, bütün dünyanı gözəlliyə qərq etdi və onu insan üçün xeyıirli olan bütün şeylərlə doldurdu. Yerin və dənizlərin bütün mö`cüzələri Onun tərəfindən yaradılmışdır. Böyük yaradıcılıq işi altı günə tamam oldu. «Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü tşlərdən ayrılıb istirahət etdi. Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki O gördüyü bütün yaratma işini qurtarıb həmin gün irstirahət etdi». Allah böyük məmnuniyyətlə Öz əllərinin işlərin nəzərdən keçirdi. Hər şey mükəmməl, öz Ilahi Yaradıcısının əllərinəı layiq idi və O ona görə istirahət etmədi ki, yorğunluq hiss edirdi, xeyr, ona görə istirahət etdi ki, Öz müdrikliyinin, xeyirxahlığının və şöhrətinin bəhrəsindən həzz alsın.
Allah yeddinci gün ləzzətlə itirahət etdikdən sonra, bu günü insanın istirahət günü kimi ayırdı və xeyir-dua verdi. Insan da Allahdan nümunə götürərək bu müqəddəs gündə istirahət etməlidir ki, yeri və göyü seyr edərək Yaradanın böyük işləri haqqında düşünsün, Ilahi müdrikliyin və xeyirxahlığın sübutlarını görərək onun qəlbi öz Yaradanına məhəbbət və şükranlıqla dolsun.
Allah yeddinci günə xeyir-dua verməklə, Ədəndə Öz yaradıcılıq işinə abidə qoydu. Şənbə Adəmə — bütün insan ailəsinin atasına və nümayəndəsinə verilmişdi. Şənbəyə riayət etməklə Adəmin nəsli Allaha — öz Yaradanlarına və əsl Hökmdarlarına onları — Öz Padşahlığının təbəələrini yaratdığına görə şükür etməli idilər. Olduqca aydın olan və bütün bəşəriyyətə verildi.
Allah gördü ki, cənnətdə də şənbə insan üçün vacibdir, onun istirahətə ehtiyacı vardır və bu istirahət zamanı o, bütün işlərindən ayrılaraq Rəbbin işləri, gücü və xeyirxahlığı haqqında sərbəst düşünə bilməlidir. Insanın şənbəyə Allahı xatırladan və Yaradanın bəxşlərin şükranlıq hissi oyadan bir gün kimi ehtiyacı var idi.
Şənbəni istirahət günü kimi ayırmaqla Allah istəyirdi ki, insan bu gündə Onun yaradıcılıq işlərini dərk etməyə çalışsın. Təbiət insanın şüuruna müraciət edərək Yaşar Allahdan, Yaradan və Qadir Hökmdardan danışır. «Göylər Allahın şöhrətini bəyan edir və göy qübbəsi Onun əllərinin işini e`lan edir. Gündüz gündüzə söz söyləyir və gecə gecəyə bilik açır» (Zəbur 19:1,2). Yerin gözəlliyi Allah məhəbbətinin əlamətidir. Biz onu əbədi dağlarda, əzəmətli ağaclarda, açılan tumurcuqlarda, zərif güllərdə… görə bilərik. Ətrafda hər şey Allahdan danışır. Şənbə, Rəbbin bütün yaratdıqlarının əbədi əlaməti kimi, insanlara böyük təbiət kitabını açmağı və ondan Yaradanın müdrikliyi, qüdrəti və məhəbbəti haqqında oxumağı hökm edir.
Bizim əcdadlarımız mə`sum və müqəddəs yaradılsalar da, onların da günah etmək imkanı vardı. Allah onları mə`nəvi cəhətdən azad, Onun müdrikliyini və xeyirxahlığını,
Onun qanunlarının ədalətliyini dərk etməyə qadir insanlar yaramışdı. Onlara Allahın iradəsinə tabe olmaqda və yaxud onu pozmaqda tam azadlıq verilmişdi. Onlar Rəblə və müqəddəs mələklərlə ünsiyyətdən sevinc tapa bilirdilər, lakin bu sevinc əbədi şərik olmaq üçün onlar sadiqlik sınağından çıxmalı idilər. Artıq, öz mövcudluğunun lap əvvəlində insan iblisin günaha batmasına səbəb olan öldürücü ehtirasa yol vermək istəyinin olub- olmamasında sınağa çəkilmişdi. Bağın ortasındakı həyat ağacının yanında duran tanıma ağacı bizim əcdadlarımızın imanının, itaətinin və məhəbbətinin sınağa çəkilməı vasitəsi olmalı idi. Onlara bütün başqa ağacların meyvələrini dadmağa icazə verilmişdi, lakin tanıma ağacının meyvələrin dadmaq qadağan edilərək xəbərlarlıq edilmişdir ki, onları yesələr öləcəklər. Onları şeytanın şirnikləndirmələri gözləyirdi, lakin onlar onun hücumlarına mərdiklə dözsəydilər, onda Allahın əbədi məhəbbətindən həzz alaraq iblisin hökmranlığından həmişəlik qorunardılar.
Allah qanuna riayət etməyi mğvcud olmağın vacib şərti edərək insanı qanunun hakimiyyətinə tabe etdi. Insan — Rəbbin təbəəsidir, heç bir idarə isə qanunsuz mövcud ola bilməz. Allah insanı qanunu pozmağa qadir olmayan varlıq kimi də yarada bilərdi, O, Adəmin əlini qadağan olunmuş meyvədən çəkindirə də bilərdi, lakin bu cür hallarda insan azad varlıq deyil, robot olardı. Seçmək azadlığı olmadan insanın itaəti kənüllü deyil, məcburi olmuş olardı. Bu cür şəraitdə şəxsiyyətin təsdiq olunması baş vermir. Bu həm də başqa dünyaların sakinlərinə münasibətdə Allah planına zidd olardı. Nəhayət, bu insanın ləyaqətini bir şüurlu varlıq kimi kölgə altına alardı və iblisin Allahı despotizmdə günahlandırmasına təsdiqləyərdi.
Allah insanı saleh yaratmışdır, ona heç bir şərə meyl etməyən alicənab xarakter vermişdir. O, insana parlaq əqli qabiliyyətlər bəxş etmişdir və insanın Allaha sadiq qala bilməsinə kömək olaraq bütün imkanları yaratmışdır. Kamil və əbədi itaət əbədi xoşbəxtliyin şərti idi. Yalnız bu şəraitdə insan həyat ağacına yaxınlaşa bilərdi.
Əcdadlarımızın yaşadığı yer, əgər onların övladları yerdə məskunlaşsa idilər, başqalarına nümunə olmalı idi. Rəbbin Özünün bəzədiyi birinci yurd heç də təmtəraqlı imarətlərə bənzəmirdi. Insanlar məğrurluqlarından dəbdəbəli və əzəmətli qurğularla, əllərinin işləri ilə öyünürlər. Lakin Allah Adəmi bağda məskunlaşdırdı. Bu onun evi idi. Mavi göylər onun örtüyü idi, zərif güllərlə bəzənmiş yer və əbədiyaşıl otlarla örtülmüş çəmənlər istirahətə çağırırdı, büsatlı ağacların yaşıl budaqları öz kölgəsini ona bəxş edirdi və hər yerdə Böyük Sənəmkarın heyrətamiz əsərləri görünürdü. Müqəddəs cütü əhatə edən hər şey öyrədiciliyini indi də itirməyən tövsiyyədir: əsl xoşbəxtlik məğrurluğa qapanmaqda və dəbdəbəyə can atmaqda deyil, Allahın yaratdıqları vasitəsilə Onunla ünsiyyətdir. Əgər insanlar sivizasiyanın nailiyyətlərinə bu qədər aludə olmayaraq özlərini sadə aparsaydılar, onda onların həyat tərzi Allahın ilkin planına daha uyğun gələrdi. Məğrurluq və şöhrətpərəstlik acgözdür, lakin əsl müdriklər Allahın hamıya təklif etdiyi sevinc mənbələrindən həqiqi və daha yüksək ləzzət tapacaqlar.
Ədəmin sakinləri bağa qulluq etməli idilər, «onu düzəltməli və qorumalı idilər». Onların məşğuliyyətləri yorucu deyil, xoş və möhkəmləndirici idi. Allah əməyi insana ağıla qida verən, bədəni məhkəmlədən və qabiliyyətləri inkişaf etdirən xeyir-dua kimi tə`yin etmişdi. Günaha batmazdan əvvəl Adəm fiziki və zehni əməkdən yüksək dərəcədə
zövq alırdı. Itaətsizlik nəticəsində öz gözəl yurdundan qovularda və öz çörəyini qazanmaq üçün tər tökərək torpaqda işlədikdə, onun əvvəllər Ədəm bağında gördüyü ağır olmayan işdən fərqlənən bu işi də onun xoşbəştlik mənbəyi və tamahkarlıqdan müdafiəsi oldu. Əmək yorğunluq və iztirab gətirsə də, əməyə lə`nət kimi baxanlar çox yanılırlar. Varlı insanlar çox vaxt zəhmətkeşlərə ikrahla yanaşırlar, lakin əməyə bu cür münasibət Allahın insanın yaradarkən nəzərdə tutduğu məqsədə tamamilə ziddir. Hətta, ən zəngin adamların var dövləti Adəmin aldığa mirasla müqayisədə nəyə dəyər? Adəm öz vaxtını yalnız şənliklərdə keçirməli deyildi. Bizi Yaradan çox gözəl bilirdi ki, insanın xoşbəxtliyi üçün nə vacibdir və buna görə də ona işləmək imkanı verdi. Yalnız zəhmət çəkən həyatın əsl sevincini dərk edir. Mələklər də çalışqan işçilərdilər. Onlar yer övladları üçün Allahın xilməmçiləridirlər. Yaradanın yanında tənbəllər üçün yer yoxdur.
Nə qədər ki Adəm və onun köməkçisi Həvva öz Allaha sədaqətlərini qoruyurdular, onlar bütün yer üzünün hökmdarı idilər. Onlar bütün canlıları idarə edirdilər. Aslan və quzu onların ətrafında sülhə dolanırdılar və ayaqları yanında uzanırdılar. Onların başı üzərində qorxusuz qanad çalan bəxtəvər quşcuğazlar öz nəqmələri ilə Yaradanı vəsf edirdilər, Ədəm və Həvva da Ataya və Oğula şükür nəğmələri ilə onlara qoşulurdular.
Müqəddəs cüt cənnətdə, uşaqlar həssas Atanın himayəsi altında yaşayan kimi, yaşayırdılar, lakin eyni zamanda onlar yorulmadan Yaradanın müdrikliyini dərk etməyə can atırdılar. Mələklər onların yanına gəlirdilər. Onlar öz Yaradanların görmək xoşbəxtliyinə malik idilər. Həyat ağacının meyvəsini dadaraq onlar həyat enerjisi ilə dolurdular və əqli inkişafda mələklərdən çox az dərəcədə geri qalırdılar. Onların Kainatını əhatə edən sirlər — «bilikdə Kamil Olanın heyrətamiz işi» (Əyyub 37:16) — onlar üçün hədsiz biliklər və sevinc mənbəyi idi. Altı min il müddətində insan şüurunu məşğul edən təbiət qanunları və hadisələri onların zəkasına böyük Me`mar və Yaradıcı tərəfindən açılmışdır. Onlar yarpaqların, güllərin, ağacların həyat sirlərinə daxil olaraq onların quruluşunu öyrənirdilər. Əzəmətli nəhənglərdən tutmuş günəş şüuaları altında güclə nəzərə çarpan varlığı Adəm çox yaxşı tanıyırdı. O onların hər birinə ad qoymuşdu və bütün heyvanların vərdiş və xarakterini yaxşı bilirdi. Göylərin Ilahi şöhrətini, saysız-hesabsız dünyaların dövr etməsini, «buludların tarazlığını» (Əyyub 37:16), işığın və səsin, günüzün və gecənin sirlərini — hər şeyi əcdadlarımız dərk edirdilər. Meşədəki hər bir yarpaq, hər bir qaya çıxıntısı, hər bir parlaq ulduz, yerdəki, havadakı, göydəki hər şey Rəbb haqqında şəhadət edirdi. Kainatda hökm sürən qayda və ahəngdarlıq onlara Onun hədsiz müdrikliyindən və qüdrətindən danışırdı. Onlar daim təbiətdə yeni-yeni gözəlliklər açırdılar ki, bunlar da hər dəfə Yaradana yenidən şükranlıq hissi doğuraraq onların qəlbini dərin məhəbbətlə doldururdu.
Əgər onlar Ilahi qanuna sadiq qaltış olsa idilər, onların dərk etmə, sevinmə, sevmə qabiliyyətləri daim artardı, onlar yeni bilik xəzinələri əldə edərdilər, yeni xoşbəxtlik mənbələri açardılar və Allahın hədsiz, tükənməz məhəbbətini daha aydın dərk edərdilər.
Mənbə: Əcdadlar və Peyğəmbərlər (Patriarchs and Prophets)
Müəllif: Ellen Uayt (Ellen Gould White), Adventist xristian cərəyanının islahatçısı, 7-ci gün Adventist Kilsəsinin yaradıcısı