Günlərin bir günü gecə gördüyü yuxudan Firon dəhşətə gəldi. Röyasında Beytül Müqəddəs tərəfindən gələn bir alov gördü. Alov hər yeri yandırıb kül etdiyi halda, İsrail oğullarına toxunmadı. Gördüyü yuxunun təsiri altında uzun müddət özünə gələ bilməyən Firon, yuxu yozan kahinlərə müraciət etdi. Kahinlər: «Ey Firon, sənə böyük bəlalar üz verəcək. İsrail oğullarından birinin ailəsində bir oğlan uşağı dünyaya gələcək. O, sənin səltənətini və taxt-tacını dağıdacaq, səni də öldürəcək» — dedilər.
Bunu eşidən Firon dərhal İsrail oğullarının ailələrində doğulan bütün oğlan uşaqlarının öldürülməsi barədə əmr verdi. Lakin Uca Yaradanın himayə etdiyi gələcəyin peyğəmbəri Həzrəti Musa (ə.s.) Fironun sarayında onun arvadı Asiya tərəfindən himayə edilərək qorundu. Firon bundan xəbər tutanda artıq iş işdən keçmişdi. Həzrəti Musa Cənabi Haqdan gələn əmrləri xalqa çatdırmağa və Firona meydan oxumağa başlamışdı. Ömrü boyu yıxdığına aman verməyən, qılıncının qabağı və dalı da kəsən Firon nə edəcəyini bilmirdi. O, Həzrəti Musanı xalq içində biabır etmək, onu hörmətdən salmaq qərarına gəldi. Ölkədəki ən məşhur sehrbazları yanma çağıran Firon onlara Həzrəti Musanı rəzil etməyi tapşırdı.
Sehrbazların Həzrəti Musanı (ə.s.) pis günə qoyacaqlarını düşünərək, o, camaatı böyük bir meydana toplamışdı. Həzrəti Musa (ə.s.) Fironun məqsədini yaxşı anlayırdı və o, Uca Allaha sığınaraq çəkinmədən meydana gəldi. Xalqın gözü önündə bir-birinin ardınca insanları dəhşətə gətirən bir neçə qorxulu sehrlər nümayiş etdirən sehrbazlardan biri qəfildən meydana böyük bir ilan buraxdı. Və о anda Həzrəti Musaya (ə.s.) Uca Yaradandan əmr gəldi. «Qorxmadan əlindəki əsanı yerə at». Həzrəti Musa (ə.s.) əsanı yerə atdı. Əsa dərhal böyük bir əjdahaya çevrilərək ilanı diri-diri uddu. Buna cavab olaraq, sehrbazlar meydana buraxdıqları ilanların sayını artırdılar. Lakin əjdaha ilanların hamısını uddu. Sehrbazlar, Firon və camaat çaş-baş qalmışdılar. Çünki bu, bir möcüzə idi. Bunun yalnız Uca Allah tərəfindən göstərilən möcüzə olduğunu anlayan sehrbazlar dərhal iman gətirməyə, Uca Yaradana səcdə etməyə başladılar. Onlar Fironun gözləri qarşısında Həzrəti Musanın (ə.s.) peyğəmbərliyini qəbul etdilər.
Fironun əsəbdən gözləri hədəqəsindən çıxmaq dərəcəsinə gəlmişdi. O, sehrbazlara dönərək bağırdı: «Mən sizə icazə vermədən niyə Musaya iman gətirdiniz? Demək, siz də Musaya satıldınız. Bu saat əmr edəcəyəm sizi edam etsinlər». Sehrbazlardan biri: «Ey Firon, ürəkdən iman edənləri ölüm qorxutmaz. Biz sehrbazlığın bütün sirlərini bilirik. Musam rəzil etmək üçün bütün sehrlərdən istifadə etdik. Bundan о yana heç bir sehr yoxdur. Amma Musanın yerə atdığı əsa yalnız Uca Allahm əmrilə əjdaha ola və ilanları uda bilərdi. Bu, sehr deyil, Allahın möcüzəsidir. Ona görə də, biz Musanın doğruluğuna inanırıq və bizi yoxdan var edən Allaha iman gətirdik. Sən yalançısan və bizi istədiyin şəkildə öldürtdürə bilərsən. Amma axirət dünyamızı əlimizdən ala bilməzsən. Uca Allahın bizi əfv edəcəyinə inanırıq və Musaya inanmaqla fəxr edirik».
Firon aldığı cavabdan şoka düşmüşdü. 0, Həzrəti Musanı rəzil etmək istədiyi halda, özü rəzil vəziyyətə düşmüşdü. Firon başa düşürdü ki, Israil oğullarını və Musanı məhv etməsə, onun. özü məhv olacaq. Ona görə də, dərhal bütün İsrail oğullarının qılıncdan keçirilməsi barədə gizlicə əmr verdi. Əmrin yerinə yetirilməsinin vaxtı müəyyənləşdirildi və bunun üçün ordu hazır vəziyyətə gətirildi. Həzrəti Musa vəhy vasitəsilə Fironun onları məhvetmə əmrindən xəbər tutmuşdu. O, Israil oğullarmın başbilənlərini yanına çağıraraq: «Siz burada qalsanız, məhv olacaqsınız. Xilas olmağın isə bir yolu var, о da gizli şəkildə Misiri tərk etməkdir» — dedi. İsrail oğullarının bəziləri buna tərəddüd etdilər. Lakin Misirdə qalmaq ölüm demək idi. Ona görə də, gizlincə hazırlaşaraq gecə ikən Misiri tərk etdilər.
Firon 600 min nəfər Israil oğlunun gizli şəkildə Misiri tərk etdiyini öyrəndikdə, əvvəlcə, buna inanmadı və bu xəbəri gətirənləri dərhal qətlə yetirtdi. Lakin ölkə hüdudlarına göndərdiyi atlılar İsrail oğullarının həqiqətən də Misiri tərk etmələri barədəki xəbəri təsdiqlədilər. Firon yenə dəli olmaq dərəcəsinə gəldi. O, dərhal orduya hazır olmaq əmri verdi. Ordu ilə birlikdə İsrail oğullarının ardınca Qırmızı dənizə doğru üz tutdu. Fironun ordusu İsrail oğullarına yaxınlaşdıqda onlar Qırmızı dənizin sahillərinə təzəcə çatmışdılar. İsrail oğulları təlasa düşərək Həzrəti Musadan (ə.s.) həyəcan içində soruşdular: «Ya Musa, hamımızı məhv etdirmək üçünmü bizi buraya gətirtdin?» Həzrəti Musanın üzündə zərrəcə belə təlaş yox idi. O: «Bizi Uca Yaradan hifz edir, qorxmayın» — deyə İsrail oğullarına ürək-dirək verməyə başladı. Həmin əsnada Cənabi Haqdan Həzrəti Musaya vəhy gəldi. «Ey Musa, əsanı dənizə vur». Həzrəti Musa (ə.s.) dərhal əsasını dənizin sularına vurdu.
Qırmızı dəniz iki yerə ayrıldı. Dənizin ortasında İsrail oğullarının hamısının rahatlıqla keçməsinə imkan verən 12 yol açıldı. Əvvəlcə, Israil oğulları qorxudan bu yolla о biri sahilə keçmək istəmədilər. Amma Firon ordusunun yaxınlaşdığını görüncə, özlərini dənizin ortası ilə açılan yola vurdular və sağ-salamat о biri sahilə keçdilər. Fironun ordusu sahilə yaxınlaşanda, İsrail oğulları dənizin о biri tərəfinə təzəcə keçmişdilər. Ordu gördüyündən dəhşətə gəlmişdi. Firon dənizin ortası ilə açılan yolla getməyi əmr etdi və özü də atını irəli sürdü. Firon və ordusu sağ-salamat dənizin ortasına çatanda о biri sahildə vəziyyəti izləyən İsrail oğulları yenə təlaşa düşdülər. «Ya Musa, niyə bu yolu qapatmadın, indi onlar sahilə çıxıb hamımızı qılıncdan keçırəcəklər» — dedilər. Həmin an görünməyən bir hadisə baş verdi. İkiyə bölünən dəniz hərəkətə gəldi. Şahə qalxan dalğalar bir andaca tüğyan etməyə başladı. Ordu atları ilə birlikdə nə irəliyə, nə də geriyə gedə bilirdi. Əsgərlər və atlar suda boğulur və xilas olmaq üçün özlərini ora-bura çırpırdılar. Lakin bu bəladan heç kim xilas ola bilmədi. Fironu dalğalar saman çöpü kimi atıb-tuturdu. Su boğazına, qarnına dolur, o, dəhşətli şəkildə boğulurdu. Amma xilas ola biləcəyini düşünərək, sahilə doğru üzməyə çalışdı. Yorulub əldən düşəndən sonra anladı ki, o, ölümdən qurtara bilməyəcək. Nəfəsi ağzından çıxmamışdan əvvəl, axirətdə özü üçün hazırlanan yeri görərək, dəhşətə gəldi. Dərhal da Uca Yaradana əl açdı: «Özündən başqa ibadətə layiq bir məbud olmayan və İsrail oğullarının iman gətirmiş olduqları Rəbbə mən də iman etdim» — dedi. Uca Yaradan ona Həzrəti Cəbrayıl (ə.s.) vasitəsilə bu sözləri çatdırdı: «İndimi ağlın başına gəldi, ey asi! Halbuki, sənin bütün həyatın insanlara zülm və üsyanlarla keçdi. Yer' üzünü fəsadlarına qurban verdin, zülmün ərşə yüksəldi. Artıq iman etməyinin heç bir faydası yoxdur. İman gətirməyin də qəbul deyil».
Qurani-Kərimdə işarə edilir: «...Səni, dəniz kənarında bir köşəyə atacağıq… Cəsədini tam, nöqsansız və pozulmamış halda, çılpaq və paltarsız olaraq, səndən əsrlər sonra gələcəklərə bir ibrət olmaq üçün qoruyacağıq».
Londondakı «British» muzeyinin Mumiyalar bölümündə diqqəti cəlb edən, səcdə vəziyyətində olan bir cəsəd var. Bu cəsədin bütün orqanları tamdır. Hətta başındakı saralmış saçları ilə saqqalı aydın görünür. Bu cəsədə əl vurulmamış və heç bir kimyəvi müamilə edilməmişdir.
...Tarix tarixdən ibrət götürənləri sevir. Bu dünyanı zülm içində idarə edənlərin, günahsız insanların qanlarını tökənlərin hamısının aqibəti Fironun aqibətinə oxşar olub. Internet və «Gerçeye Doğru» jurnalının (№ 1, Istanbul, 1983) materialları əsasında hazırlanmışdır.