Allaha inananlar dinlərə bölündüyü kimi, hətta bəzi dinlərdə Allahlara bölündüyü kimi, ateistlikdə də ateistlərə bölünür. Məna olaraq sonda eyni şeyi deyirlər, amma fərqli yollarla və fərqli şəkillərdə. Azərbaycanda ateistlik anlayışı belədi: «Allaha inanmram! Ateistəm!»
1. Mütləq Ateistlik
Bu doğuluşdan Allahın olmadığını dərk etməkdir. Yəni ümumiyyətlə Allahı yox bilirlər. İnkar etmirlər, inkar edəcək Allah yoxdur heç onlara görə. Bu tək insanların Allahı deyil hər bir şeyin yaradıcısı Allahı olmadığı deməkdir. Yəni bunu müdafiə edirlər. (Digər bir tərəfdən özlərini inkar etdiyi üçün bu düşüncə səhv sayılır)
2. Teorik Ateistlik
Allahı rədd edirlər. Mütləq ateistlərdən buna görə fərqlənirlər. 3. Praktik ateistlik
Bu tip ateistlər isə tanrı yoxmuş kimi davranırlar və ya tanrını həyatlarına qatmadan. Bir növ tanrısız dünya istəyirlər və bunu düşünüb yaşayırlar. Tanrısız həyatları olur. Bunlar özü belə 2 yerə bölünür; 1. Dindarlarla mübahisəyə girməyən öz qapalı həyatını yaşayanlar. 2. Digəri isə dindarla daim mübahisə edən öz fikirlərin yeridən və tanrını rədd edənlərdir. Ümumilikdə bu tip ateistlər əsasən günahlardan və din mövzularından qurtulmaq üçün bu yolu seçənlərdir.
4. Maraqsız ateistlik
Bu tip ateistlər dindarlara da, digər ateistlərə eyni baxar və heç vaxt mübahisə etməzlər. Onlara görə insan əlində olanla və gördüyü qədəriylə doymalıdır və dünyanın qalan hissəsi ilə maraqlanmamalıdır. Yəni nə ateistləri tam qəbul edir nə də dindarları tam qəbul edirlər. Sadəcə heç nəyə qarışmırlar. 5. İdeologiya ateistliyi
İdeologiya olaraq irəli sürülən ateistlikdir. Sovet vaxtında Marksist və Leninist düşüncələrdə daha çox olurdu. Bir növ də materializm ateistliyi də demək olar.
Bir çox insan özünə ateist deyir, amma heç mənasın bilmədən. Ateist olan kəs birinci ateistliyi dərindən öyrənməli, sonra öz fikrinin bu düşüncələrə uyğun olduğun görməli, sonra bunu qəbul etməlidi.