Bibliya

Bibliya

Bibliya (yunanca: kitablar) və ya Müqəddəs Kitab iudaizmə və xristianlığa aid müqəddəs mətnlərin külliyyatı. Xristianlıqda həmçinin Müqəddəs Yazı adlanır. Kitab iki hissəyə bölünür: Əhd-i ətiq və Əhd-i cədid. Bütövlükdə Bibliya 77 kitabdan ibarətdir. Bunlardan 50-si Əhd-i ətiqə, 27-si Əhd-i cədidə daxildir. 2003-cü ilə olan məlumata görə Bibliya və ya onun müxtəlif hissələri 2300-dən çox dilə tərcümə olunub.

Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir.

Əhd-i Ətiq - Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3-2 əsrlərdə tamamlanmışdır. İudaistlər və xristianlardan ötrü müqəddəs kanon hesab olunur.Bibliya yəhudi və xristian dinlərinin müqəddəs kitablarının toplusudur. Yəhudilik Bibliyanın yalnız birinci hissəsini- Əhdi-Ətiqi tanıyır. Bu da Bibliyanın beşdə dördünü təşkil edir. Yəhudilərin Müqəddəs kitab küliyyatıç Tanah (yazılı dini ədəbiyyat) və Talmud (şifahi dini ədəbiyyat) formasında iki yerə bölünür. Yəhudilərin Tanah adlandırdıqları müqəddəs kitaba xristianlar Əhdi- Ətiq deyirler.Tanah 3 hisseden ibarətdir:Tora(Tövrat)çNeviim və Ketvuim. Tanah adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana çıxan sözdür.

Əhd-i ətiq kitablar

Pravoslavlıq Katolisizm İudaizm
Təkvin həmçinin Genezis həmçinin Bereşit
Xüruc həmçinin Eksodus həmçinin Veele Şemot
Levi həmçinin Levitikus həmçinin Vayıkra
Ədad həmçinin Numeri həmçinin Bemidbar
Təsniyə həmçinin Deuteronomium həmçinin Elle-qadebarim
İsa Navin - -
Hakimlər - həmçinin Şofetim
Rut - -
1 Padşahlıqlar 1 Samuilin 1 Samuilin
2 Padşahlıqlar 2 Samuilin 2 Samuilin
3 Padşahlıqlar 1 Padşahların -
4 Padşahlıqlar 2 Padşahların -
1 Paralipomenon 1 Salnamələrin -
2 Paralipomenon 2 Salnamələrin -
1-ci Ezra 1-ci Ezranın Ezranın
Neyemiyə 2-ci Ezranın Nehemyanın
Ester - Ester
Əyyub - Əyyub
Zəbur - Texillim
Süleymanın məsəlləri - Mişle
Vaiz - Koxelet
Nəğmələr Nəğməsi - Şir-xa-şşirim
İsayya - -
Yeremiyanın ağlaması - -
Yezekiyıl - -
Daniyıl - -
Kiçik peyğəmbərlərin kitabları
(Huşə, Yoel, Avdiya, Yunus, Mikeya, Nahum,
Habbaqquq, Sefanya, Haqqay, Zəkəriyyə, Məlaki)
- -

Əhd-i cədid kitabları

  • Matfeydən incil
  • Markdan incil
  • Lukadan incil
  • Yühənnadan incil
  • Həvarilərin Əməlləri
  • Romalılara məktub
  • Korinflilərə 1-ci məktub
  • Korinflilərə 2-ci məktub
  • Qalatiyalılara məktub
  • Efeslilərə məktub
  • Filipililərə məktub
  • Koloslulara məktub
  • Saloniklilərə 1-ci məktub
  • Saloniklilərə 2-ci məktub
  • Timofeyə 1-ci məktub
  • Timofeyə 2-ci məktub
  • Titusa məktub
  • Filimona məktub
  • Yəhudilərə məktub
  • Yaqubun məktubları
  • Pyotrun 1-ci məktubu
  • Pyotrun 2-ci məktubu
  • Yühənnanın 1-ci məktubu
  • Yühənnanın 2-ci məktubu
  • Yühənnanın 3-cü məktubu
  • Yühənnanın vəhyi

Bibliyanın Azərbaycan dilində ilk tərcüməsi 1842-ci ilə aiddir. 1842-ci ildə İsveçrənin Bazel şəhərindəki missioner cəmiyyəti Mirzə Fərrux və Feliks Zarembanın tərcüməsində İncilin (Əhdi Cədid) bir kitabı olan Mattanın İncilini Londonda çap etmişdir. 1878-ci ildə İncil (Əhdi Cədid) tam şəkildə tərcümə edilmiş və Londonda nəşr olunmuşdur. 1975-ci ildə İsveçrənin paytaxtı Stokholmda yerləşən Bibliyanı Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Bibliyanı Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərin tərcüməsində İncilin yeni tam mətnini Zaqreb şəhərində çap etdirib. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib. Mirzə Xəzərin tərcüməsi bu gün də Azərbaycanda istifadə olunur.

Həmçinin bax:

Əhdi-Cədid (New Testament)

Əhdi-Ətiq (Old Testament)

Top