İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur.
Yəhudiliyə nəzər salsaq «Tövratda İlahi varlılar» adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu «ilahi varlıqlar»ın qadınlarla əlaqəsindən
Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1-23).
İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında
Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə
Azazeldir. Müqəddəs kitabda Rəbbin peyğəmbər həzrət Musaya (ə.s) yəhudilərin 7-ci ayın 10-cu gününü günahlardan təmizlənmə günü kimi qeyd etmələrini buyurduğu yazılır. Qeyd edilən gün məbədə iki keçi gətirilir, baş kahin hər iki keçi üçün taxta yeşikdən püşk çəkirdi. Bu kağızların birinin üzərində «Rə
bb üçün», digərinin üzərində isə «Azazel üçün» yazılırdı. «Rəbb üçün» yazısı çıxmış keçini Tanrı üçün qurban gətirməli, «Azazel üçün» yazısı çıxmış keçini isə sağ saxlayıb Azazel üçün çölə buraxmalı idilər (Levililər 16/5-30). Azazel çöldə yaşayan və keçiyə bənzəyən cin hesab edilirdi. Azazel sözünün mənası
keçi-tanrı deməkdir. Təsadüfi deyildir ki, şeytan keçi ayaqlı və buynuzlu təsvir edilir. Tövratın təfsiri olan Talmudda verilən məlumata görə, şeytanlar bəzi insan və mələk xüsusiyyətlərinə malikdirlər. Belə ki, onlar insanlar kimi yeyir, içir, çoxalır və ölürlər. Mələklər kimi isə qanadlara malikdirlər, uça bilirlər. Bundan əlavə, onların gözəgörünməz olmaq qabiliyyəti var.
Şeytan haqqında daha bir məlumata VIII əsrdə yaşamış yəhudi kabbalist ədəbiyyatında («kabbala» dini-mistik təlim) rast gəlmək olar. Adı çəkilən ədəbiyyatda hər insanı on bir min cin əhatə etdiyi yazılır. Bu cinlərin mini adamı sağ, on mini isə sol tərəfdən əhatə edir. Onların içində dişi cinlər də mövcuddur. Dişi cinlərin başçılarının adı
Lilitdir. Ona tabe olan 480 dişi cin var. M.M.Şeynman «Dinlər tarixində iblisə inanc» adlı əsərində yəhudilərin şər qüvvələrdən qorunmaq üçün evlərindəki qapının çərçivəsinə içində Tövratdan ayələr yazılı olan kağız qoyulmuş balaca dəmir qutu bağladıqları barədə məlumat verir. Həmin qutunun üzərinə
Şaday (Tanrı) sözü cızırdılar. Bu qutuların yəhudi evlərini qara qüvvələrdən hifz etdiyinə inanılırdı. Yəhudi ruhaniləri şeytanların insan bədəninə girərək onlarda xəstəliklərin meydan gəlməsinə səbəb olduqlarını və onlardan dualar vasitəsilə xilas olmanın mümkünlüyünü deyirdilər.Şeytanların yaranması ilə əlaqədar b.e.ə II əsrdə yəhudilərin apokrif (qeyri-səhih) hesab etdikləri Yenoxun kitabında deyilir ki, bu şər qüvvələrin təmsilçiləri olan varlıqlar onların şahzadəsi Lilit ilə həzrət Adəmin (ə.s) əlaqəsindən meydana gəlmişlər.
Şeytan, əcinnələrlə bağlı İncildə də bir sıra ayələr vardır. Məs: bu müqəddəs kitabda şeytanın insan bədənindən çıxdıqdan sonra quraqlıqyerlərdə gəzdiyi, lakin özünə yer tapmadığı bildirilir. Bundan sonra, şeytan özündən də qəzəbli və pis 7 şeytan ilə qayıdaraq həmin adamın bədəninə yenidən daxil olur. Bunun nəticəsində insan özünü əvvəlkindən də pis hiss edir (Matfey 12/43-45). Həmçinin İncildə peyğəmbər Həzrət İsanın (ə.s) insanların bədənindən cinləri qovduğu bəyan edilir. Belə ki, burada yazılır ki, Həzrət İsa (ə.s) bədəninə çox sayda cin girmiş adamın daxilindən bu şər qüvvələri çıxartdı. Cinlər də Həzrət İsadan (ə.s) oradakı dağın yanında otlayan donuzların içinə girmələri üçün izn istədilər. Peyğəmbər cinlərə icazə verdikdə onlar donuzların daxilinə girdilər. Donuzlar da özlərini sıl
dırım qayadan gölə ataraq boğuldular. (Luka 8/26-33). Neçə əsrlərdir ki, kilsə xadimləri də İncildə Həzrət İsanın (ə.s) və onun həvarilərinin cinli insanlardan bu şər qüvvələri qovduqları məlumatına istinad edərək
ekzorsizmlə (insanın bədənindən cini qovmaqla) məşğuldurlar (Matfey10/1). Qara qüvvələrlə mübarizə məqsədilə xristian kilsəsi tərəfindən XIII əsrdə inkvizisiya yaradıldı. İnkvizisiya tərəfindən XIII-XVIII əsrlərdə iblisə xidmət edərək cadugərliklə və küfrdə təqsirkar hesab edilən minlərlə adam tonqallarda yandırıldı.
İslamda isə iblis və onun nəslindən gələnlər barədə məlumatlar aşağıdakılardan ibarətdir. Müfəssir Fəxrəddin Razinin təfsirində bildirilir ki, cinlər iki cür olur. Birinci qrupa daxil olanlar xeyirli olurlar, şər işlər görmürlər. Bunlara əməlisaleh cinlər deyilir. İkinci qrupa aid olan cinlər isə şərli və asi varlıqlardır ki, onlara şeytan deyilir. Cinlərin atası iblisdir. Onlar müxtəlif şəkillərə girə bilən, ağıla və insanlar üçün məşəqqətli işlərin öhdəsindən gələ bilmək qabiliyyətinə malik, maddi olmayan məxluqlardır. Cinin nə üçün bu adla adlanması haqqında iki görüş var.
1. “Cin” kəlməsi “örtünmək” mənasına gəlir.
2. İkinci versiyaya görə cinlər əvvəl cənnətin keşikçiləri idilər. Bununla əlaqədar olaraq onlara cin adı verilib. Fəxrəddin Razi birinci fərziyyəni daha məqbul sayır.
Cinlər atəşdən yaradılmış məxluqlardır. Buna sübut olaraq Qurani-Kərimdə aşağıdakı ayələr mövcuddur: “Cannı (cinlərin atası iblisi) da daha öncə çox zəhərləyici atəşdən yaratdıq” (Hicr, 15/27). “Məni atəşdən yaratdın, onu (Adəmi) qalçıqdan yaratdın” (Araf, 7/12). Qurani-Kərimdə şeytanın insana etdiyi pisliklər belə sadalanır: Şeytan insanı düz yoldan azdırır, puç xülyalarla aldadır, onları Allaha şükr etməməyə çağırır, pisliyi əmr edir. Bununla yanaşı, şeytan bəşər övladına “Allah yolunda pulunu, malını xərcləsən kasıblaşarsan” vəsvəsəsini edərək insanları zəkat və sədəqə verməkdən uzaqlaşdırmaq istəyir. (Nisa, 4/119; Araf, 7/16, 17; Bəqərə, 2/169, 268). Tövratda mövcud İblisin Həzrət Adəmlə (ə.s) Həvvanı aldadaraq cənnətdən çıxarması rəvayəti Quranda da var. Bəs Həzrət Adəm (ə.s)və Həvvadan öncə cənnətdən qovulmuş İblis bu iki insanı necə öz vəsvəsəsinə inadıra bilib? Bu məsələyə dair Fəxrəddin Razi öz təfsirində aşağıdakı görüşləri təqdim etmişdir:
1) İblis cənnətə girmək istədikdə bu məkanın keşikçiləri ona izn vermədilər. O dövrdə ilan dörd ayaqlı gözəl heyvan idi. İblis hansı heyvandan ona cənnətə girməsinə yardım etməsini xahiş etsə də heç biri istəyi qəbul etmədi. Sonunda iblis ilandan xahiş etdi, o da iblisin istəyini qəbul edərək bu bəşəriyyət düşmənini uddu və bədəninin içində həmin şər qüvvənin cənnətə girməsinə kömək etdi. Cənnət girdikdən sonra İblis Həzrət Adəm (ə.s) ilə Həvvaya vəsvəsə edə bildi. İlanın bu əməlinə görə o, lənətləndi, ayaqlarından məhrum edilərək qarnı üzərində sürünməyə məhkum edildi.
2) İblis heyvan şəklinə girərək cənnətə daxil ola bilib.
3) Hz. Adəm (ə.s) ilə Həvva cənnətin qapısına yaxınlaşmış, İblis də qapıya xaricdən yaxınlaşaraq vəsvəsə edə bilib.
4) İblis yer üzündə olaraq öz vəsvəsəsini Adəm (Ə.s) ilə Həvvaya çatdıra bilib.
Cinlərə aid məlumatlar İslam qaynaqlarında olan hədislər də mövcuddur. Malik ibn Ənəs “Muvatta” isimli əsəsrində bu hədisi qeyd etmişdir: “Peyğəmbər Həzrət Məhəmməd Merac hadisəsi zamanı gecə əlində məşəllə onu izləyən bir ifrit gördü”. Mələk Cəbrail (ə.s) ona belə buyurdu: “Sənə bəzi kəlmələr öyrədim ki, sən onları söylədiyin zaman onun (ifritin) məşəli sönər və o, üzü üstə yerə düşər. Belə de: Ey Rəhman, xeyirlərlə gələn xaric, gecə və gündüz gələnlərin şərindən, gecə və gündüzün fitnələrinin şərindən, yerə enən və ondan çıxanın şərindən, göyə yüksələnin və ondan çıxanın şərindən, göyə yüksələnin və ondan enənin şərindən, özündən heç bir günahkarla itaətkarın imtina edə bilməyəcəyi tam olan kəlmələrinə və Kərim olan Allahın zatına sığınıram” (Malik, “Muvatta” c. II, s. 233).
Mənbə:
Xalidə İslamzadə "İlahi dinlərdə iblis və şər qüvvələr" // Cəmiyyət və Din. İctimai fikir toplusu. dekabr 2008.