Bir çox yüzilliklər ərzində insanlar qütb ölkələrinə doğru irəliləmək, onları tədqiq etmək və mənimsəməyə çalışmışlar. Lakin mövcud texnika, sərt iqlim şəraiti uzun müddət bunu qeyri-mümkün etmişdir. Buna baxmayaraq cəsur tədqiqatçılar tədricən şimal dənizlərin mənimsənilməsini mümkün etmiş və mərhələ-mərhələ şimal qütbünə doğru irəliləmişdir. Misal olaraq Novqorod dənizçilərini, Skandinaviya ölkələri səyyahlarını, ruas Amudseni, Henri Hudzonu, Vitus Berixqi, Qeorqi Sedovu, Fitiof Nanseni və bir sıra XX əsrin tədqiqatçılarını göstərmək olar.
Qeorqi Yakovloviç Sedov (1877-1914) Azov dənizi sahillərində Krivaya Kosa, indiki Sedov kəndində balıqçı ailəsində anadan olmuşdur. O, coğrafiya tarixinə məşhur Arktika tədqiqatçısı kimi daxil olmuşdur. Sedov dənizçilik məktəbini bitirdikdən sonra, Qara və Xəzər dənizlərində üzməyə başlamış, bir müddətdən sonra isə Şimal Buzlu okeanda xidmət etməyə göndərilmişdir. Elə burada Sedov qütbü fəth etmək fikrinə düşür. Sibirin şimal sahillrini, Kolıma çayını, Novaya Zemlya (Yeni torpaq) adasının qərb sahillərini tədqiq etməklə Qütbə ekspedisiyanın layihəsini hazırlayır. La yihə 1912-ci ildə çar hökumətinə təqdim edilməsinə baxmayaraq ekspedisiya məqsədəuyğun sayılmır. Bundan sonra çarəsiz qalan Sedov «Novoe Vremya» (Yeni Zaman) qəzetinin xidmətinə müraciət etməyə məcbur olur. Qəzet vasitəsi ilə ekspedisiyanı maliyyə cəhətdən təmin etmək üçün könüllülərə müraciət etməklə ekspedisiyanı təmin etməyə müvəffəq olur və 27 avqust 1912-ci ildə «Müqəddəs Foka» gəmisində yola düşür. Arxanqelsk limanından gəmi çıxmaqla Ağ dəniz vasitəsilə şimala kurs götürür. Ağır bir şəraiti Barens dəni zində ekspedisiya üzvlərini qışlamağa məcbur edir. Qışlama dövründə Sedov Novaya Zemlyanın sahillərinin bir hissəsini xizəklə tədqiq edir. 1913-cü ilin sentyabrında buzdan azad olan gəmi, baza məqsədilə seçilmiş Frans-Iosif Torpağına istiqamət götürür. Keçilməz troslar ekspedisiya üzvlərin arxipelaqın cənubunda ikinci dəfə qışlamağa məcbur edir. 1913-cü ilin dekabrında heyətin cəmi yeddi nəfəri sağlam idi. Hətta Sedovun özündə də sinka xəstəliyinin əlamətləri görsənirdi. Buna baxmayaraq 15 fevral 1914-cü il tarixində o, xizəklə şimal qütbünə doğru hərəkət edir. Ilk dörd günü sutka ərzində 15 km irəliləyən Sedov sonrakı günlər xəstəliyin təsirini hiss etməyə başladı. Bəzi ekspedisiya üzvləri barmaqlarını dondurdu, bəzilərinin isə burunlarından tez-tez qan açılmağa başladı. Mart ayının 5-də ağır xəstəliyə davam gətirə bilməyən Sedov ömrünü başa vurur. Ek spedisiya üzvləri tərəfindən o, Rudolf adasının Auk burnunda dəfn edilir. Villem Barens (1550-1597) holland mənşəli qütb tədqiqatçısıdır. O, 1594-1597-ci illərdə Asiyanın şimalı ilə Çin və Hindistana dəniz yolu tapmağa üç dəfə cəhd göstərən dənizçi olmuşdur. Novaya Zemlya, Şpispergen, Ayı adalarını kəşf və tədqiq etmişdir. 1597-c ildə buzlaqlar arasında sıradan çıxmış gəmini tərk edərək geri qayıdarkən ölmüş və Novaya Zemlya adasında basdırılmışdır. Adı Barens dənizi ilə əbədiləşdirilmişdir. 1933-ü ildə rus qütb tədqiqatçıları ekspedisiyanın bəzi qalıqlarını tapmış və Petroqraddakı Arktika muzeyinə təhvil vermişlər. Frityof Nansen (1861-1930) Arktikanın mənimsənilməsində mühüm rol oynayan səyyahlardan biridir. Nansen 1861-ci ildə Oslo şəhəri yaxınlığında anadan olmuşdur. Norveçin paytaxtı ətrafında uşaqlığını keçirən Nansenlər ailəsində varlı olsalar da sadə həyat tərzi hökm sürmüşdür. Sadə yemək, sadə geyinmək, idmanla mə şğul olmaq onların gündəlik həyat tərzi olmuşdur. Nansen isə xizək sürmək və üzgüçülüyü daha çox sevirdi. Robert Piri (1856-1920) Şimal qütb tədqiqatçıları içərisində inadkarlığına və cəsurluğuna görə Robert Piriyə bərabər ikinci bir tədqiqatçı tapmaq çox çətindir. Ömrünün 23 ilini şimal qütbünə həsr etmiş Piri hər dəfə məcburi geri qayıtmasına baxmayaraq qütbü fəth etmək inamını itirməmişdir. O, Qrenlandiyanın şimalından iki dəfə keçməklə onun müstəqil ada olmasını müəyyənləşdirmişdir. Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
XVI əsrin birinci yarısında şimal-qərb istiqamətdə Çin və Hindistana dəniz yolunun açılması gündəmə gəldi.
Hilbertin ideyalarını ilk dəfə həyata keçirməyə can atan Martin Frobişer oldu. 1576-cı il iyun ayının 7-də Temza çayının mənsəbindən «Qavriil» və «Mixail» gəmilərində səyahətə çıxan Frobişer iyunun 26-da Şotland adalarının yaxınlığından keçdilər. 1576-cı il iyulun 11-də isə Qrenlandiya sahillərindən keçməklə buzla örtülü olduğundan ancaq adanı müşahidə etdilər. 1577-ci il may ayının 26-da və 1578-ci ildə daha iki nkspedisiya təşkil edən Martin Frobişerin şimal-qərb istiqamətdə Çin və Hindistana dəniz yolu açma arzusu beləcə həyata keçirilməmiş qalır.
Frobişerin davamçısı olan Con Devis də 7.VI.1585, 7.V.1586, 19.V.1587-ci il tarixlərində Qrenlandiya sahillərini, Kanada arxepelaqının bir sıra adalarını tədqiq etməsinə baxmayaraq, şimal-qərb istiqamətdə Asiya ölkələrinə dəniz yolunu müəyyən edə bilmədi.
Bir müddət elmi-tədqiqat işlərini davam etdirən ekspedisiya üzvləri iyul ay ınını 30-da Frans-Iosif arxipelaqının cənubundakı Sakin buxtasından (kiçik körfəz) geri qayıdırlar.
Sedovun adı coğrafiya tarixinə Arktikanın mənimsənilməsində mühüm rol oynayan səyyahlardan biri kimi daxil oldu.
Universiteti qurtardıqdan sonra ilk dəfə mədənlərə gəmidə üzməsi onda dənizə məhəbbət, yeni torpaqlar kəşf etmək arzusu yaratmışdır. Zoologiya elmləri doktoru adı almasına baxmayaraq, başqa alimlərdən fərqli olaraq kabinet alimi olmaqdan uzaqlaşaraq, dövründə keçilməz sayılan Qrenlandiyanı şərqdən qərbə qədər səyahət etmək üçün plan hazırlayır.
17 iyul 1888-ci il tarixində özü ilə birlikdə yeddi nəfərlə Üzən buzların arası ilə dünyanın ən böyük adası olan Qrenlandiyaya üzürlər. Avqustun 16-da adaya çatmaqla qərb istiqamətdə xizəklə hərəkət edərək oktyabrın əvvəllərində adanın qərb sahillərinə çatırlar. Qotxob kəndində qışlayan heyət 1889cu il may ayının sonunda Norveçə qayıdır. Bu ekspedisiya ilə buzlaqlardan ibarət olan adanın şərqindən qərbinə keçmənin mümkünlüyünü isbat etmiş oldular. Bu ekspedisiyanın nəticələri öz əksini Nansenin «Xizəklə Qrenlandiyadan» və «Eskimosların həyatı» əsərlərində tapmışdır.
Birinci ekspedisiyajan sonra Nansendə qütbü əth etmək arzusu yaranır. Bu münasibətlə o yazır: « Mən əminəm ki, əgər biz təbiətin qüvvəsinə və onun özünəməxsus xüsusiyyətlərinə fikir versək, ona qarşı yox, eyni məqsəd üçün işləsək onda qütbə həqiqi və asan yolu taparıq.»
Görkəmli alim və tədqiqatçı qütbü fəth etmək məqsədilə Şimal Buzlu okepnında axın istiqamətini öyrənməklə belə qərara gəlir ki, onun istiqaməti Sibir sahillərində qütbə doğrudur. Bunu nəzərə alaraq Nansen «Fram» (Irəli) gəmisində buzlarla birlikdə qütbə üzməyi qərara alır. 1893-cü ildə o, «Fram» gəmisində Norveç, Barens, Kara dənizlərini keçməklə Laptevlər dənizinə daxil olur, lakin Novosibirsk adalarının şimalında buzlaqlar arasında donaraq qalır. Gəminin buz sıxılmalarına dözümlü olması üçün dib hissəsi oval düzəldilmişdir. Üç qat tikişdən palıd ağacından olan yan hissələrin qalınlığı 1 m, uzunluğu 39 m, eni isə 11 m idi. Gəminin quruluşu və böyüklüyü elə dəqiqliklə nəzərə alınmışdır ki, özündən əvvəlki gəmilərdən dəfələrlə qütbə səyahət etmək üçün etibarlı idi. Gəminin ilk dözümlülük sınağı Nansen tərəfindən belə təsvir olunur: «Qulaqbatırıcı səs eşidildi, «Fram» bütövlükdə titrədi. Bu buzların ilk sıxması idi. Hamı göyərtəyə qaçdı, «Fram» mən gözlədiyim kimi əla tabb gətirdi. Buz fasiləsiz yaxınlaşsa da gəminin alt hissəsi oval olduğundan dibə yenir, gəmi isə tədricən yuxarı qalxırdı.»
Qütb gecələrinin başlaması gəminin birinci qışlamasına səbəb olur. Yayda xizəklə qütbü fəth etməyə çalışsa da mümkün olmur və heyət ikinci dəfə qışlamağa məcbur olur. 14 mart 1895-ci ildə gəmini tərk etməklə qütbü fəth etməyə çalışan Nansen bunun mümkün olmadığını görərək geri qayıtmağı üstün tutur. 1896-cı ilin iyulunda o, Frans-Iosif torpağının cənub qurtaracağına çatır. Burada Nansen ekspedisiyada olan ingilis Ceksonla təsadüfən görüşür. Cekson tərəfindən səmimiyyətlə qarşılanan səyyah bir aydan sonra gəmi ilə vətənə çatdırılır, bir həftədən sonra isə «Fram» gəmisi sağ-salamat geri qayıdır.
Ekspedisiyanın elmi nəticələri nədən ibarət olur. Mərkəzi Arktikada 3000 m-dən dərin dənizin olması müəyyən edildi, yuxarı enliklərin iqlimi, Şimal Buzlu okeanın sularının hərəkət istiqaməti mü əyyənləşdirildi, fauna və florası öyrənildi. Bunlarla yanaşı mühüm kə şflərdən biri də 200-800 m dərinlikdə Atlantik okeanından Şimal Buzlu okeana isti suların daxil olduğu müəyyən edildi.
1898-ci ildə şimal qütbünə ilk ekspedisiya Kanada Arktika arxipelaqının Qrant torpağından başlayır. Dörd dəfə qütbü fəth etməyə çalışan Piri ekspedisiyaların birində ayaq barmaqlarının yeddisi donduğundan özü tərəfindən kəsilmişdir.
Kəskin iqlim şəraiti qarşıya qoyduğu məqsədin yarımçıq qalmasına səbəb olmuşdur.
1905-ci ildə o, «Ruzvelt» gəmisində yenidən şimal qütbünə yola düşür. Qrant torpağının şimal hissəsindəki Şeridan burnunda qışladıqdan sonra yazda yoluna davam edir. Lakin sınmış buzlar onun irəliləməsinə mane olur. Buna baxmayaraq heç kimin çata bilmədiyi 87°067 şimal enliyinə çatmağa müvəffəq olur. Bundan sonra ekspedisiya heyəti vətənə qayıdır.
1908-ci ildə Piri yenidən «Ruzverlt» gəmisində ekspedisiyaya çıxır. Heyət 21 nəfərdən ibarət olsa da, o, belə qərara alır ki, qütbü ancaq eskimosların köməyinə əsaslanmaqla bir neçə eskimosu ekspedisiyaya cəlb edir. Irəlidə eskimoslar ərzaq məhslları üçün anbarlar düzəltməklə 50 dərəcə şaxtada irəliləyirdilər. Qütbə yaxınlaşdığını hiss edən Piri sonuncu yürüşə dörd nəfər eskimos və bir nəfər özü ilə ekspedisiyalarda daim iştirak edən zənci Xensonu götürür. Nəhayət 1909-cu il 6 apred tarixində şimal qütbü fəth edilir. Bu münasibətlə o yazır: «Nəhayət şimal qutbu fəth edildi. Mənim 20 illik arzum həqiqətə çevrildi.»
Şimal qütbü fəth edildikdən sonra Piri orada 30 saat qalmaqla bir daha qütbə çatdığını dəqiqləşdirməklə geri qayıdır. Robert Piri 1920-ci ildə 64 yaşında vəfat etmişdir.
Adını əbədiləşdirmək üçün Qrenlandiyanın şimalında yarımada, Kanada arxipelaqının şimalında boğaza Pirinin adı verilmişdir.
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu