Bəzən...

Bəzən...

Bəzən insanlar bütün həyatları boyu axtarırlar, bəzən isə bir günün içində tapırlar...
Bəzən biz gözləyirik, gözləyirik, gözləyirik, bəzən isə kimisə bizi gözləməyə vadar edirik...
Bəzən gülməkdən ağlayırıq, son zamanlar isə ağlamamaq üçün gülürük...
Bəzən qollarımızı geniş açıb küləyə doğru addımlayırıq, bəzən də paltomuza bürünüb şarfımızı bərk-bərk bağlayırıq...
Bəzən üzümüzü günəşin isti şüalarına doğru tutub ona gülümsəyirik, bəzən isə iri eynəklər taxıb nədənsə gizlənməyə və ya nəyisə gizlətməyə çalışırıq...
Bəzən həyatımızda kimisə qarşılayırıq və elə bilirik ki, bu əbədidir, bəzən isə yola salırq və sanırıq ki, belə də olmalıdır...
Bəzən ünsiyyət axtarırıq, ətrafımızı genişləndirirk, harasa, kiməsə tələsirik, bəzən isə sadəcə gözlərimizi yummaq istəyirik, heç nə lazım deyil, yalnız özün və ağlına, ürəyinə sakitlik gətirən sükut...
Bəzən biz bahalı hədiyyələr istəyirik adi yumşaq ayı oyuncaqlarına gülüşlə baxırıq, bəzən isə sadə bir söz, baxış sənin üçün daha qiymətli olur...
Bəzən biz damın altında, çətirin altında yağışdan gizlənirik, bəzən isə Allaha o yağışı göndərməyi üçün yalvarırıq və yalın ayaqla,sevinclə, insanlardan ayrı, sərbəst, təbiətin bir parçası olaraq o yağışın altında qaçmaq istəyirik...
Bəzən içində uzun müddət yığılıb qalanları bir andaca söyləmək istəyirsən, bəzən isə bir-birini başa düşmək üçün sadəcə susub baxmaq lazım olur...
Bəzən heç kimin bizi narahat etməməsi üçün telefonu söndürürük, bəzən isə yeganə bir zəng üçün nəfəs almadan içimiz titrəyərək telefonun başında otururub o zəngi gözləyirik...
Bəzən biz gözləyirik, gözləyirik, uzadırıq və bir zaman baxırıq ki, artıq gecdir. Ürək uçuruma doğru getməyə başlayır...
Bəzən danlaqdan, məzəmmətdən qorxuruq, bəzən isə bütün dünyaya meydan oxuyaraq öz haqlılığımızı sübut etməyə çalışırıq...
Bəzən məhəbbət romanlarında olduğu kimi çılğın ehtiras gözləyirik, bəzən isə adi gülüş, toxunuş bütün ehtiraslara bərabər olur...
Bəzən doqquzda yatmağa uzanırıq, bəzən isə sutkalarla yata bilmirik...
Bəzən gözəl geyinib, bəzənirik, bəzən isə günlərlə eyni köynəkdə gəzirik...
Bəzən ...
Bəzən...
Bəzən
kimisə qucaqlayıb, ondan" hər şey yaxşı olacaq" sözlərini eşitmək, ağlamaq, ürəyini boşaltmaq istəyirsən..
bəzən istəyirsən ki, kimsə səndən getməməyi, onunla daim qalmağı xahiş etsin...
Bəzən...
Bəzən...

Bəzən...


Tərcümə: Rzayeva Nailə

Top