Magellanın Cənubi Amerikanın cənubundan keçməklə odlu torpağı görməsi qarşıya belə bir sual çıxardı ki, görəsən bu torpaq Ptolomeyin cənub qütbündə göstərdiyi materikin yarımadası deyilmi. Sumatra, Yava, Borneo (Kalimantan), Çe-
Rusların Sibirə doğru irəliləməsi 1581-1584-cü illərdə Yermakın Asiyaya yürüşündən sonra başlamışdır. 35 il ərzində Uraldan Sakit okeana qədər 7 min km-dən yuxarı ərazini keçməklə Şimali Asiyanı zəbt edərək ərazicə böyük bir dövlət yaratdılar. 1586cı ildə xarabalıqlara çevirdikləri Çinqi-Tura şəhərinin yerində Tümen qalasını yaratdılar. 1598-ci ildə tatar xanı Kuçumanı məğlub etməklə Qərbi Sibir Rusiyaya birləşdirildi. Bu hadisə rusların şərqə doğru irəliləməsini bir daha sürətləndirdi. Qısa müddətdə Tatarıstan adlanan Qərbi, Şimali və Şərqi Sibir rus sənayeçiləri tərəfindən öyrənilməyə başlandı. Yenisey, Anqara çayları üzərində və Saxa ərazisində ostroq adlanan taxta qalalar tikilməyə başlandı. Ivan Moskvitinin başçılığı altında 1641-ci ildə rus kazakları Sakit okean sahillərinə çatdılar. Yakutsk, Yenisey, Sena çaylarının hövzəsi və Uzaq Şərqin tədqiqatında, həmçinin Rusiyaya birləşdirilməsində Yerofey Pavloviç Xabarovun böyük rolu olmuşdur. Indiqirka və Kolıma çaylarından şərqə doğru Sakit okean sahili rayonlarının mənimsənilməsi Semyon Dejnyovun adı ilə bağlıdır. 1638-ci ildə Yakutskidə kazak dəstəsinə xidmətə qəbul olunan Dejnyov Yana çayı vadisində məskunlaşmış əhalidən yasaq yığmaq kimi işlə fəaliyyətə başlayır. Qısa müddətdən sonra Mixail Staduxinin dəstəsində xidmət etmək üçün Oymyakona göndərilir. 1764-cü ildən başlayaraq Con Bayronun rəhbərliyi altında təşkil olunmuş bir sıra ekspedisiyalar Sakit okean haqqında biliklərin kifayət qədər zənginləşməsinə səbəb olmuşdur. Ekspedisiyalarının əhəmiyyəti nəzərə alınaraq Con Bayrona Folklend adalarının, Atlantik okeanında olan bir sıra adaların tədqiq olunması tapşırılmışdır. Bununla yanaşı, Afrikanın cənubunda Ümid burnu ilə Magellan boğazı arasında əlverişli naviqasiya yolunun və ticarət üçün münasib iqlim qurşağının öyrənilməsi göstərişi verilmişdir. Yeni Zelandiyanı tərk etməklə Kuk şimal-qərb istiqamətdə kurs götürməklə yeni bir torpaq kəşf edir. Bu torpaq Avstraliya materiki idi. York burnunun şimalında Torres boğazından keçməklə materikin müstəqil olduğunu müəyyən edir. Geri qayıdarkən Yava adasını tədqiq etməklə 1771-ci ildə Hind okeanına daxil olur və qərb istiqamətdə üzməklə Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Həmçinin bax: Yeni dövrün coğrafiyası
lebesa (Sulavesi) adalarının portuqallar tərəfindən kəşf edilməsi bu ərazilərin naməlum Cənub materikinin hissələri olması fikrini yaratmağa başlamışdır. Bu materik «Terra Avstralis Inkoqnita», yəni «Naməlum cənub torpağı» adlandırılırdı. Holland kartoqrafı Abraham Ortelinin (1524-1598) tərtib etdiyi xəritədə nəhəng materik kimi göstərilən bu torpaqda qızıl tapmaq arzusu yaranmışdır. 1568-ci ildə ispan dənizçisi Mendaniyanın Solomon adalarını kəşf etməsi Cənub materikinin axtarışını daha da sürətləndirdi.
1605-ci ildə Avstraliyanın kəşfi (sahəsi 7,7 mln.km2) üçün üç gəmidən ibarət ekspedisiya təşkil edilmişdir. Avstraliyanın Kolumbu adlandırılan Petro de-Kiros ekspedisiyanın rəisi təyin edilmişdir. Sakit okeana daxil olmaqla Santa-Krus adalar qrupuna çatır. Cənuba doğru üzməklə dağlıq relyefə malik olan sıx meşəli, qara dərili insanlarla məskunlaşmış böyük bir ada ilə üzləşir. Bu ada Kiros tərəfindən Müqəddəs Ruhlar Avstraliyası adlandırılır və Avstraliyanı kəşf etdiyini düşünərək, digər iki gəmidən gizli olaraq Peruya qayıdır. Məqsəd Avstraliyanın kəşfi haqqında ispan hakimiyyətinə birinci xəbər verməklə həmin torpaqlarda idarəetmə hüququ qazanmaq idi.
Ispan mənşəli Torres rəhbərliyi öz üzərinə götürməklə Yeni Qvineyanın cənub sahillərinə yanaşmaqla, sonradan 1606-cı ildə öz adına olan Torres boğazını kəşf edir. Torres boğazından cənubda yerləşmiş torpağın ucqar nöqtəsini, hazırki York burnunu görür. Bu çoxdan axtarılan həqiqi Avstraliya idi. Torreslə qısa vaxt fərqi olmaqla boğazdan keçən səyyah Villem Yanszon (Yanc) adlı Holland dənizçisi Keyp-York yarımadasının qərb sahillərini xəritə üzərinə köçürmüşdür.
Beləliklə, XVII əsrin əvvəllərində materikin şimal sahilləri müəyyən edildi. Lakin materikin cənubu haqqında hələ də dəqiq məlumat olmadığından tədqiqata ehtiyacı vardır.
1814-cü ildə ingilis dəniz səyyahı M.Flinders qitəyə Terra Avstralis «Cənub torpağı» adını verməyi təklif edir. Sonralar isə materik ikinci söz saxlanmaqla Avstraliya adlandırılmışdır.
Torres Flippin adalarında olarkən ispan hökumətinə bu haqda xəbər verməklə 1607-ci ildə hesabat yazır. Ispan hökuməti materikin kəşfini 150 il məxfi saxlayır. Lakin Flippinin hazırki paytaxtı Manila ingilislər tərəfindən tutulduqdan sonra arxivdən Torresin verdiyi məlumat tapılır və Ceyms Kuk boğazdan ikinci olaraq keçəndən sonra materik haqqında məlumatlar mətbuatda çap edilir.
Materik Avraam Ortelinin xəritəsində cənubdan cənub qütbü ilə birləşmiş şəkildə göstərildiyindən bunun həqiqətə uyğun olub-olmadığı məsələsi həll olunmamış qalmaqda idi. Qaranlıq qalmış bu problem isə 1642-ci ildə Hollandiyalı dənizçi Abel Tasman tərəfindən həll edildi. O, 1642-1643-cü illərdə Avstraliyanın cənubundan keçməklə Tasmaniya və Yeni Zelandiya adalarını kəşf etdi, materikin müstəqil olmasını müəyyənləşdirdi. Lakin, yeni Zelandiyanı Antraktidanın bir hissəsi kimi qəbul etməklə böyük bir səhvə yol verdi.
Abel Tasmanın tədqiqat işləri bununla da başa çatmış oldu. Çünki holland tacirlərini tədqiqat işləri deyil, əlverişli ticarət yolları maraqlandırırdı. Bu baxımdan tacirlər üçün ekspedisiyanın nəticələri əlverişli olmadığından ekspedisiyanın maliyyələşdirilməsi dayandırıldı.
Hollandlar Avstraliyadan heç bir gəlir əldə etməsələr də onunla əlaqələri davam etdirdilər. 1648-ci ildə Petradan Melvil adalarına qədər, 1678-ci ildə şimal-qərb sahillərini öyrənməklə xəritəyə köçürdülər.Asiya ilə Amerika arasında boğazın kəşfi
1648-ci ildə Şimal Buzlu okean dənizlərində şərq istiqamətdə üzən Dejnyov öz dəstəsi ilə birlikdə Asiyanın şərq qurtaracağından cənub istiqamətdə üzərək, ilk dəfə olaraq Asiyanı
Amerikadan ayıran boğazı kəşf etmişdir. Lakin, Dejnyovun əlyazmaları 80 ildən artıq bir müddətdə Yakutskda qalmaqla unuduldu. Ona görə də Dejnyov tərəfindən aşkar edilmiş boğaz XVIII əsrdə Vitus Berinqin şərəfinə adlandırıldı. Böyük Şimal ekspedisiyası dövründə Müller tərəfindən Yakuktskda Dejnyovun hesabatı tapılır və çap olunur. Adını əbədiləşdirmək üçün 1898-ci ildə Asiyanın ucqar şimal-şərq nöqtəsi, Çukot yarımadasında silsilə və Berinq dənizində körfəzə onun adı verilmişdir. Asiya ilə Amerikanın boğazla ikinci dəfə kəşf olunması Vitus Berinqin adı ilə bağlıdır.
1724-cü ildə I Pyotr Sibirin və Çinlə sərhəddi müəyyənləşdirmək üçün xəritələr tələb edərkən məlum olur ki, nəinki bu ərazilərin dəqiq xəritələri yoxdur, hətta Asiya ilə Amerika arasında boğazın olub-olmamasını özündə əsk etdirən xəritə belə mövcud deyil. Belə məlum olur ki, Semyon Ivanoviç Dejnyovun kəşfi çoxdan unudulmuşdur. 1719-cu ildə I Pyotrun Kamçatka və Kuril adalarına göndərdiyi Yevreinov və Lujin də bu məsələnin həllinə nail ola bilməmişlər. Məşhur alman alimi Lebniçin Pyotra Kamçatkaya ekspedisiya təşkil olunma təklifinə isə Rusiya ilə Isveç arasında müharibə mane olurdu. Müharibə qurtardıqdan sonra I Pyotrun göstərişi ilə ekspedisiya təşkil olundu və rus donanmasında xidmət edən danimarkalı Vitus Berinq (1680-1741) ekspedisiyanın rəisi təyin edilir. Berinq Asiya ilə Amerika arasındakı boğazdakı adanı kəşf etməklə Müqəddəs Lavrentiya adını verir. Daha sonra Ratman və Kruzonştern adalarını kəşf edir. 1730-cu ilin mart ayının əvvəllərində Birinci Kamçatka ekspedisiyası geri Peterburqa qayıdır.
1730-cu ildə Kamçatkadan qayıtmış Berinq yeni ekspedisiyanın təşkil olunmasını təklif edir. Təklifdə iki yerə ayırmaqla, bir hissənin Sakit okeanla Amerika və Yaponiyaya, digər hissəsinin isə Ob və Yenisey çaylarının mənsəbindən şərq istiqamətdə Şimal Buzlu okeanla üzməsi məsləhət görülür. Ikinci Kamçatka ekspedisiyası 1733-cü ilin fevralında başlamaqla 10 il uzandı. Bu ekspedisiya «Böyük Şimal ekspedisiyası» adı ilə coğrafiya tarixinə daxil oldu. Ekspedisiya 13 gəmi, 1000 nəfər heyətdən ibarət idi. Berinq 1741-ci ildə
Amerika sahillərinə istiqamət götürür. Sinka xəstəliyi onu geri qayıtmağa məcbur edir. Aleut adalarından keçməklə hazırda öz adına olan Berinq adasında dayanmağa məcbur olur. 1741-ci il dekabrın 8də vəfat etməsi ekspedisiya tapşırıqlarının yarımçıq qalmasına səbəb olur.
«Böyük Şimal ekspedisiyası»nın ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, Ağ dənizdən şərqdə Böyük Baranov burnuna qədər Şimal Buzlu okean sahilləri, navikasiyanın hərəkəti üçün müxtəlif dənizlərdəki dərinliklər, bir sıra adalar, Sakit okeanın qərb sahilləri, həmçinin Amerika ilə Asiya arasındakı boğazın (eni 35-86 km, dərinliyi 420 m) mövcud olması öyrənildi. Xariton Laptyev, Dmitri Laptyev və Çelyuskin «Böyük Şimal ekspedisiyası»nın fəal üzvləri olmaqla yanaşı bir sıra kəşflərin fəal iştirakçısı olmuşlar.Ceyms Kuk (1728-1779)
Folklend adalarına yanaşmaqla C.Bayron onu ingilis kralı III Qeorqun hakimiyyətinə məxsus torpaq olmasını rəsmi surətdə elan etdi. C.Bayronun Sakit okean istiqamətində üzməsi bir sıra kiçik adaların kəşfinə səbəb olsa da, cənubda guman edilən bir sıra torpaqların aşkarlanması məqsədinə çata bilmədi. Buna eyni zamanda kapitan Vollis və Karteretin başçılığı altında təşkil olunmuş ekspedisiyalar müəyyən dərəcədə maneçilik törədirdi.
Karter Yeni Irlandiya ilə Yeni Britaniya arasındakı boğazı kəşf etməklə Indoneziyaya çatmağa müvəffəq oldu. Bir sıra adaların kəşfinə və xəritələrdə dəqiqləşdirmə aparmasına baxmayaraq, Sakit okeanın cənubundakı bir sıra qaranlıq məsələlərə aydınlıq gətirmək Karterə də nəsib olmadı.
1763-1765-ci illərdə fransız donanmasında xidmət edən Lui-Antuan de Buqenvil iki dəfə Folklend adalarına ekspedisiya təşkil etdikdən sonra, 1767-ci ildə dünya səyahətinə çıxdı. Yeni Hibrit adalarında, Yeni Irlandiyada, Yeni Qvineyanın şimal sahillərində olmasına baxmayaraq Buqenvil də Sakit okeanın cənubuna aid problem məsələləri aradan qaldıra bilmədi.
Beləliklə, cənub materikinin tapılmasına nail ola bilməsə də, Buqenvil fransızların ilk dünya səyyahı oldu.
Lui-Antuan de- Buqenvildən sonra Sakit okeanın tədqiq olunmasında Cems Kukun rolu xüsusi əhəmiyyət kəsb etdi.
XVIII əsrin ikinci yarısında Avropanın bir sıra ölkələrində sənayenin sürətli inkişafı yeni-yeni müstəmləkələrin həyata keçirilməsini tələb edirdi. Ekspedisiyaların təşkili, elmi tədqiqat və kəşfiyyat xarakterli işlərin aparılması bilavasitə bu məqsədə xidmət edirdi. Həmin dövrdə Ingiltərə sənaye cəhətdən ən inkişaf etmiş ölkə idi. Ona görə də iqtisadiyyatı daha yüksək genişləndirməyə çalışırdılar. Ən böyük dəniz donanmasına malik olan ingilislərin Ceyms Kukun rəhbərliyi altında təşkil etdiyi dünya səyahəti də bu məqsədi daşıyırdı.
Ceyms Kuk nökər ailəsində anadan olmuş, 13 yaşında kənd məktəbinə daxil ola bilmişdir. 18 yaşında ikən yaxın məsafələrə üzən gəmiyə işə düzəlməklə həyatını dənizə bağlayır. Fransa ilə Ingiltərə arasında yeddiillik müharibədə bacarığı ilə seçilən Kuk 1759-cu ildə zabit rütbəsi alır. Kanadaya yollanmış Ceyms Kuk fransızlardan gizlin Müqəddəs Lavrentiya çayının gəmilərin hərəkəti üçün yararlı hissələrinin xəritəsini tərtib edə bilməsi gələcəyi üçün parlaq səhifələr açır.
1768-ci ildə Britaniya admirallığı cənub yarımkürəsində Sakit okeanı tədqiq etmək üçün ekspedisiya təşkil etməyi qərara alır. Ingilislər ekspedisiyanın məzmununu gizli saxlamaq məqsədilə 1769-cu ildə Veneranın Günəşin hərəkət diskindən keçməsini müşahidə etmək bəhanəsi gətirirdilər. Guya Veneranın bu hərəkətini ancaq Sakit okeanının cənubunda yerləşən adaların birindən müşahidə etmək olar.
Beləliklə, 1768-ci ildə təşkil olunmuş ekspedisiyaya Ceyms Kuk rəhbər təyin olunur və «Endevor» («Cəhd») gəmisində cənub-qərb istiqamətdə dünya səyahətinə başlayır(şəkil 8). Cənubi Amerikanın Horn burnundan keçməklə Sakit okeana daxil olur və tropik meşələrlə örtülmüş Taiti adalarında löbər salır. Veneranın tutulmasını müşahidə etməklə yanaşı, ekspedisiya bir ay müddətində adaların təbiətini və insanların həyat tərzini öyrənməklə məşğul olur. Taitini tərk edərək gəmi cənub-qərb istiqamətdə kurs götürür. 40 gün üzdükdən sonra dağ zirvələri qarla örtülmüş daha bir torpağa rast gəlirlər. Ceyms Kuk Hollandiyalı Abel Tasman (1642-ci ildə burada olmuşdur) kimi qurunu cənubda yerləşən materikin bir hissəsi kimi qəbul edir. Lakin 3 ay ətrafında üzməklə kəşf olunmuş torpağın iki müstəqil adadan ibarət olduğu müəyyən edilmişdir. Kəşf olunmuş torpaq hazırda Kuk boğazı ilə ayrılan Yeni Zelandiyadır. Beləliklə, Ceyms Kuk Yeni Zelandiyanı cənubda yerləşmiş materikin yarımadası olması fikrinə birdəfəlik son qoydu.
Ingiltərəyə qayıdır. Beləliklə, iki il doqquz ay on beş gün davam edən ekspedisiyanın nəticələri Yeni Zelandiyanın iki müstəqil adadan ibarət olması, bir sıra adaların və Avstraliyanın kəşfi olmuşdur.
Sonrakı tədqiqatlar nəticəsində müəyyən edildi ki, Avstraliya ilk dəfə Kuk deyil, Torres tərəfindən kəşf olunmuş, lakin 150 ildən artıq bir vaxtda ispanlar tərəfindən gizli saxlanılmışdır. Manila ingilislər tərəfindən zəbt olunduqdan sonra Torresin arxiv materiallları araşdırılarkən bu məsələyə aydınlıq gətirilmişdir.
Birinci dünya ekspedisiyasında Ceyms Kuk Cənub materikini kəşf etməyə nail ola bilmədi. Ona görə də ingilislər Cənub materikinin kəşfi üçün daha bir ekspedisiya təşkil etdilər. Kukun komandanlığı ilə «Rezolyuşen» («Qərar») və «Andvençer» («Macəra») gəmiləri 1772-ci ildə Ingiltərədən çıxaraq Afrikanın cənubunda Ümid burnuna çatmaqla cənuba doğru istiqamət götürürlər. Ekspedisiya üzvləri 710 107 cənub enliyinə qədər ensələr də materikin kəşfinə dumanlı hava şəraiti və buz (aysberq) dağları mane olur. Buna baxmayaraq, Ceyms Kuk Cənub materiki haqqında fikrini belə ifadə edir: «Daha cənuba irəliləməyin mümkün olmadığını təsdiq etmək fikrində deyiləm. Mənim və mənim peyklərimin fikrinə görə buzlaqlar cənub qütbünə qədər davam edir. Cərəyanların təsiri altda şimal istiqamətdə hərəkət edən buzlaqlar gəmilərin hərəkəti üçün son dərəcə təhlükə yaradır. Buzlaqlara yaxınlaşmaqla pinqvinlərin səsini eşitməklə daha cənubda torpağın olmasını göstərir. Belə bir torpaq varsa o, bütövlükdə buzla örtülü olmalıdır.»
Göründüyü kimi rusların yazdıqları fikrin əksinə olaraq Ceyms Kuk cənubda materikin olması əleyhinə çıxmaqla onun kəşfinin yubadılmasına səbəb ola bilən heç bir fikir söyləməmişdir. Lakin 1772-1775-ci illəri əhatə edən ikinci ekspedisiya cənub materikini tapmaq kimi qarşıya qoyduğu məqsədinə də nail ola bilməmişdir.
1776-1779-cu illər ərəfəsində Kukun üçüncü ekspedisiyası şimal-qərb istiqamətdə Şimali Amerikanın şimalından Sakit okeana dəniz yolunun kəşf olunmasına həsr olunmuşdur. Hudzon körfəzindən yolun axtarılması nəticə vermədiyindən Ceyms Kuk bu yolun Sakit okean tərəfindən axtarılması göstərişini almışdır. 1776-cı ildə Pilmutdan ekspedisiyaya başlayan Kuk 1777-ci ildə Yeni Zelandiyaya çatır. 1778-ci ilin ilk ayında Havay adalarında olmaqla coğrafi mövqe baxımından yüksək qiymət verir. 1778-ci ilin əvvəllərində 440337 şimal enliyində Şimali Amerika sahillərinə çatmağa müvəffəq olur. Şahzadə Uels burnunu, Berinq boğazını, Çukot dənizini tədqiq edir. 1779-cu ildə buzlaqlardan keçə bilməyən Kuk geri qayıdarkən Havay adalarında fevralın 22-də yerli əhali tərəfindən öldürülür.
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu