Bir addım atın

Bir addım atın

Ən böyük uğurlara ilk addımla başlanılır. Siz də həyatdan və özünüzdən şikayət etməyin, bunun əvəzinə, özünüz üçün kiçik bir addım atın. Kiçik addımlar, böyük uğurlara gedən yolda ilk addımdır. Etmək istəyib, lakin edə bilməyəcəyiniz və ya cəsarət edə bilməyəcəyiniz bir şey edin. Gücünüz də, istedadınız da var. Pessimist insanlar "alınmaz" deyə düşündükləri halda, optimistlər "alına bilər" düşüncəsinə mailk olurlar. Hər zaman müsbət düşünən insan isə "etdim" deyər. Heç düşünmüsünüzmü ki, hər səhər sizi ruhlandıran mesajlar dinləsəydiniz, zehniniz, ürəyiniz, ruhunuz coşğu və həyəcanla dolsaydı, gününüz necə keçərdi?

Bir dostunuz, həyat yoldaşınız və ya partnyorunuz sizinlə ilham verən, enejinizi artıran, "bacara bilərsən" mesajları ilə dolu bir dialoq aparsaydı, içinizdəki gerçək potensialınızı ortaya çıxarmaq üçün daxili  gücünüzü necə istifadə edərdiniz?

Hər şeyi edə bilmək, hər şey ola bilmək, həyatınızın hər anını istədiyiniz şəkildə istədiyiniz yönlərə dəyişdirmək gücünüz var.

Bu yazı vasitəsilə düşüncələrinizə təkan vermək, stimullaşdırmaq, üzünüzdə təbəssüm yaratmağı, ürəyinizi ümidlə, ruhunuzu coşğu ilə doldurmağı güman edirik.

pul hər şeydir.Pul,pul...Bir turist ziyarət etdiyi qəsəbənin yaşlı dülgərindən soruşur: "Bu qəsəbə nəyi ilə məşhurdur?" Yaşlı cavab verir: "Bu qəsəbə, dünyada gedə biləcəyiniz hər bir yerin başlanğıc  nöqtəsidir. Buradan başlayaraq istədiyiniz hər yerə gedə bilərsiniz".
Yaşlı çox haqlı idi. Halbuki çoxumuz həyatın zənginliyinin həzzinə nail olmaq üçün başqa bir yerdə olmağımızın vacibliyini düşünürük. Öncə, bir nöqtəyə gələk, həsrətində olduğumuz şeylərə qovuşaq, ondan sonra xoşbəxtlikdən bəhs edə bilərik.

İndi buradayıq. Başqa bir məkanda və ya yerdə olmağımız imkansızdır. Elə isə, verəcəyimiz qərarları "əgər" sözü idarə edir. Əgər universiteti bitirsəm, xoşbəxt olaram. Əgər sevdiyim insanla ailə qursam, xoşbəxt olaram. Əgər çox pul qazana biləcəyim bir işə qəbul olsam xoşbəxt olaram... Sonsuz sayda belə "əgər"lər mövcuddur.
Bu "əgər"lər olduğumuz yerdən başlamağımızın qarşısına səddlər çəkir. Gücümüzü  və xoşbəxtliyimizi baltalayır. Hazırda başlanğıc nöqtədəsiniz. Kənardan qazanacağınızı düşündüyünüz enerji içinizdədir. Sizə düşən yalnız ondan düzgün istifadə etməkdir.

Heç fillərin necə tərbiyə olunduğunu bilirsinizmi? Hələ kiçik ikən, qalın bir zəncirlə heyvanın ayağı bir dirəyə bağlanır. Əvvəl heyvan qaçmağa çalışır, amma nə qədər cəhd göstərsə də, nə zənciri qopara bilir, nə də dirəyi yerindən tərpədə bilir. Fil balası ayağında zəncirlə böyüyür və qaça bilməyəcəyini qəbul edir. Azadlıq anlayışını itirir. Budur, bu nöqtədə ayağındakı zəncir qırılır və yerinə qoyulan incə bir halatla bir neçə santimetrə qədər taxtadan bir çubuğa bağlanır. Fil, bu şərtlərdə asanlıqla qaça biləcək səviyyədə olmasına baxmayaraq olduğu yerdə qalır. Çünki, hələ varlığını düşündüyü zənciri əsla qıra bilməyəcəyinə inanır.

Çoxumuzun həyatı da uşaqlıq düşüncələrimiz, hiss və inamlarımızın qalıqlarının əsarətində davam edir. Bacarıqlarınız, istedadınız var və istifadə olunmağı gözləyir. Əgər edə biləcəklərinizin hamısını edə bildiyinizi görsəydiniz çox təəccüblənərdiniz.

"Edə bilmərəm" deyib edə biləcəklərinizə mane olmayın. Tək bir insan belə etmək istədiyinizi bacarıbsa, eyni güc sizdə də var. Nə qədər sürətli edə biləcəyinizi bilmək istəyirsinizsə, olimpiadalarda ən sürətlə qaçan insanı gözləyin, küçədə gəzən insanı deyil. Olimpia çempionu da bu uğuru qazanmaq üçün uzun müddət  əzələlərini, bədənini, düşüncələrini hərəkətə gətirib. Və yarışdan əvvəl məşqçisi ruhlandırıcı sözlər söyləyib, elədirmi? Minlərcə tonu qaldıra biləcəyi halda, gücünü bilmədiyi üçün taxta çubuğun əsarətində yaşayan fil kimi özünüzü içərisinə saldığınız çərçivələrin fərqinə varın. Gücünüzün və bacarığınızın fərqində olduğunuzda, özünüzə olan inamınız da artacaq.

Hər şey olub bitdikdən sonra, "bunu mən də bacara bilərdim" deməyin. Halbuki, əvvəllər "edə bilmərəm" deyirdiniz. Sonra "bəlkə bacara bilərəm" deməyə başladınız. "Bir sınayım" nöqtəsinə gəldikdə, artıq bir nəfər etmişdi. Çünki, bacaran bir şəxs, əvvəlcədən görə biləcəyinə inanırdı. Uğurlu insan yaradıcı və məhsuldardır. Bir şeyi ancaq "görərək" edərsinizsə, edə biləcəyinizi düşünmək kifayət etməz.

Uğurlu insan uğurun bir gündə əldə olunmayacağını bilir. Addım-addım hədəfə yaxınlaşır və hədəfin arxasınca gedir. Sizi ola biləcəyinizin ən yaxşısı olmaqdan, istədiklərinizə sahib olmaqdan və edə biləcəklərinizdən ayıran nədir? Tənbəllikmi? Riskə getmək qorxusumu? Uğursuzluq yoxsa uğur qorxusumu? Bu gün hər şeyə mane olan da əslində bu qorxulardır. Cəsarətli olun! "Sabah hər şeyi yenidən başlayacam" deməyin. Unutmayın sabah artıq çox gec ola bilər!    

Mənbə Marketinq jurnalı
Həmçinin bax:
Top