Əqrəb bürcünün xarakteri

Əqrəb bürcünün xarakteri

Əqrəb bürcünün ünsürü su, planeti Mars və Pluton, düşərli günü çərşənbə axşamı, düşərsiz günü bazar ertəsi, cümə, uğurlu rəngi sarı, tünd-qırmızı, al və moruğu, uğursuz rəngi boz, metalı dəmir və polad, uğurlu daşı akvamarin, rubin, Ay bülluru, topaz, enerji verən çiçəyi qərənfil, pion və xirozentema, uğurlu rəqəmi 4, 5, 8, 9, 10, 66, müxalif bürcü Buğa, talismanı əqrəb, ölüm işarəsi, şanslı ölkələri isə Almaniyanın Bavariya və Saksoniya hissəsi, Norveç, Əlcəzair, İsveç, Mərakeş və Seylondur.
Əqrəb işarəsi altında dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, iki sinfə bölünürlər: mistiklər və materialistlər. Birincilər hər şeyi ilahiyyatla bağlayır, ikincilər isə əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar süst və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər. "Əqrəb«lər daim narahatlıq hissi keçirən adamlardır. Bu işarə altında dünyaya gələnlər çatışmaz hərəkətlərini, o cümlədən hiyləgərliklərini çox ustalıqla gizlədə bilirlər. Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri deməsə, təyin etmək çətin olur. Yəqin elə bu səbəbdən də orta əsrlərdə „Əqrəb“ləri „əsl sifətini maska altında gizlədən adam“ adlandırırdılar.
Əqrəb bürcündə doğulanlar ətraflarında baş verən hadisələrdən tez nəticə çıxarır və özləri üçün ölçü götürməyi ustalıqla bacarırlar. Belələri ətrafda baş verən hadisələri taraz saxlamağa çalışan, xaraktercə qapalı və küskün adamlardır. Onların psixoloji dəyanəti və bol enerjisi imkan verir ki, dağı dağ üstünə qoysunlar. Buna baxmayaraq, „Əqrəb“lərin çatışmazlaqları da kifayət qədərdir. Belə ki, onların məsuliyyətsiz addımları ucbatından nəinki özləri, hətta ətrafındakılar da zaman-zaman əziyyət çəkirlər. Hisslərə qarşı həssas olan bu adamlara qarşı xəyanət olunarsa, stressdən ölə də bilərlər. Onların yaddaşı yalnız 30-35 yaşa qədər normal olur. Sonrakı dövrlərdəsə bəzən yarım saat əvvəl gördükləri işlər də yadlarından çıxır. Bu zodiakın xarakteri çox zəngindir. Belə ki, belələrində yüksək enerji, diribaşlıq, güc və diqqəti cəlb etmək bacarığı var. Amma onların amansızlığı, tündməcazlığı və bir qədər kobudluğu da olur.əqrəb bürcü (scorpio)
Bu şəxslər böyük enerjiyə malikdirlər. Digərləri ilə müqayisədə daha məhsuldar çalışırlar. Lakin başlanmış işi axıra çatdırmadan, nəticəni görmədən işi məhv etmək də onlara xas bir şeydir. „Əqrəb“lərdə psixiatr və cərrah, həmçinin hərbçi olmaq istedadı var. Onlar özlərinə qarşı səxavətli, digərlərinə qarşı xəsisdirlər. Həmişə özlərinə qarşı tələbkar olurlar. Bu adamlar hər zaman hədiyyələri qəbul edir, lakin eyni qaydada hərəkət etməyi — kiməsə hədiyyə almağı ağıllarına belə gətirmirlər. Pul onlar üçün hakimiyyət və nüfuz rəmzidir. Məhz buna görə „Əqrəb“lər pulu çox sevirlər.
 
Karmik astrologiyada „Əqrəb“ daima özünü və ətraf mühiti dəyişən, daxilənsə çox emosional şəxsiyyət kimi izah olunur. Onun içində güclü emosiyalarla müşaiyət olunan psixi dəyişikliklər baş verir. Lakin çox qapalı olduğundan bütün bunları hiss etdirmir. „Əqrəb“lərin hamısı qapalıdır, bu səbəbdən də az qala heç kəs onların daxili aləmindən, emosiyalarından, özünə hörmət və ləyaqət hisslərinin mahiyyətindən xəbər tutmur. Belələrinin gözəl ixtiraçılıq qabiliyyəti var və bacarıqlarından yararlanıb insanları idarə edə bilirlər. Amma onlar bütün bunları özləri üçün edirlər, yoxsa başqası üçün — bilinmir. „Əqrəb“lərin etikasının əsas xətti də məhz budur. Danılmaz bir həqiqət də var ki, şəxsi maraq güdən „Əqrəb“ çox asanlıqla məhrumiyyətlərə uğrayır. Karma dərəcəsinə görə, Ali Əqrəb hər cür şərdən uzaq olan fərddir. O, şərdən birbaşa Tanrı tərəfindən qorunur. Bu insanın ətrafında güclü magik sahə yaranır ki, bu sahəyə düşən ən pis adam belə günahlarını etiraf etmək, tövbə etmək istəyir. Bu zaman insan qəfil həyata daha ciddi yanaşmağa, həqiqətpərəst olmağa, xeyirxahlığa doğru güclü impuls hiss edir.
»Əqrəb«lər həm də şəri neytrallaşdırıb yerində xeyir cücərtmək istəyirlər.
Müasir astrologiyada bu adamların mənfi xüsusiyyətləri geniş şəkildə izah olunur. Qeyd olunur ki, öz ambisiyalarına nail olmaq üçün həmişə vəzifəyə can atan „Əqrəb“lərlə daimi ünsiyyət qurmaqdan çəkinmək lazımdır. Çünki hücum üçün onların silahları həmişə hazır vəziyyətdə olur. Zahiri görünüşdən çox cəlbedici, gözəl olmalarına baxmayaraq, qadın-Əqrəblər əsl cadugər olurlar. Onlar ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahirdirlər. Əgər avtomobil sürücüsü yolu keçən qoca piyadanı vurubsa, siz əmin ola bilərsiniz ki, bu sürücü Əqrəb bürcündədir.

»Əqrəb«lər özlərindən başqa heç kəsə inanmır, mühüm işlərin həllində kənardan kiminsə kömək edəcəyinə bel bağlamırlar. Heç vaxt cəfəng şeylərə baş qoşmur, boş xülyalarla yaşamırlar. Əgər övladlarınızdan bu bürcdə doğulanı varsa, onların müstəqilliyinə mane olmayın. Onsuz da onları öz yollarından döndərə bilməyəcəksiniz. Yüz illərin təcrübəsi göstərir ki, „Əqrəb“lərin bədbəxt olmasının əsas səbəbkarı məhz onların valideynləri olur. Bu səbəbdən də bəri başdan ciddi ölçü götürməyə dəyər.
Magiyaya ən yaxın ünsür Su, ən yaxın bürcsə Əqrəbdir. Onlar elə doğulduqları andan özlərində böyük magik enerji daşıyırlar. Buna görə də bu bürcün sakinləri öz enerjilərindən istifadə etməyi öyrənməlidirlər. Əks halda, ətraf mühit üçün böyük təhlükə törədə bilərlər. „Əqrəb“lər öz düşmənlərinə qarşı cadu, tilsim etməkdən çəkinməlidirlər. Onsuz da fövqəltəbii üsullarla onlara zərər yetirmək istəyən insanların bütün cəhədləri boşa çıxa, bəzən hətta özlərinə qarşı yönələ bilər. Magiyada „Əqrəb“lər o qədər güclüdürlər ki, onlara qarşı ehtiyatlı olmaq məsləhət görülür. Bundan başqa, onlar çox seksual və cəlbedici olur, öz ehtirasları ilə hər bir istəyə çatırlar. Lakin onlar öz bacarıqlarından çox istifadə etməli deyillər. Ümumiyyətlə, barəsində danışdığımız şəxslər peyğəmbərlik etməyi xoşlayırlar, lakin onların heç də hər məsləhətinə əməl etmək lazım deyil.
Antik dövrün münəccimləri „Əqrəb“ləri üç qismə bölürdülər: özünü sancan; həm özünü, həm başqasını sancan; yalnız başqalarını sancan. Onlar öz müsahiblərinin zəif yerini asanlıqla tutduqları üçün bəzən ciddi düşmənlər də qazanırlar.
 
»Əqrəb«lərin bioenergetik sahəsi də digər bürclərdən kəskin surətdə fərqlənir. „Qoç“da baş, „Şir“də ürək, „Balıqlar“da ayaq nahiyəsi olduğu halda, haqqında yazdığımız bürcdə həmin orqan yumurtalıqlara və cinsiyyət üzvlərinə düşür. Bu, daha çox ehtiras simvolu olan Marsın himayəçilik etməsilə bağlıdır.
»Əqrəb«lər hələ kiçik yaşlarından idmana, xüsusən də güləşə və yüngül atletikaya meylli olurlar. Amma bu sahədə şöhrət zirvəsinə nadir hallarda yetişirlər. Çünki ailə qayğıları, şəxsi problemləri həmişə onların arzularına sipər çəkir. Onlar fiziki cəhətdən güclü olduqlarından qan-damar sisteminin fəaliyyəti qənaətbəxş olur. Amma idmandan əl çəkən kimi orqanizmlərində — əsasən də böyrəklərində kəskin duzlaşma yaranır, sidik ifrazatında çətinlik çəkirlər.
Əqrəb bürcündən olan adamlar əksər hallarda balaca boya, cəldliyə və qaynayan gözlərə malik olurlar. Belələri heç vaxt yanılmırlar. Hətta dilucu və ya yersiz sözlərini də hansı məqsədlə dediklərini yaxşı bilirlər. Onları aldatmaq çətin və sadəcə olaraq mümkün deyil. Əgər „Əqrəb“ müsahibinizə yalan satıb ürəyinizdə „aldatdım“ deyə düşünürsünüzsə, yanılırsınız. Çünki belə adamlar üzdə sizə inanan kimi görünsələr də, əslində yalan danışdığınızı sizdən də yaxşı bilirlər. Yəqin ki, „çoxbilmişlikdən balaca qalıb“ qədim el məsəlini də məhz Əqrəb işarəsi altında doğulanlara şamil ediblər.
Əqrəb bürcü altında doğulan adamlar heç də başqaları kimi ən müxtəlif sahələrdə çalışmağı bacarmırlar. Amma onlarda bir müsbət keyfiyyət var ki, əgər fikirlərinə bir şey salıblarsa, mütləq axıra qədər gedirlər. Məsələn, əgər onlar həkim olmaq istəyirlərsə, nə valideynləri, nə dostları, nə də yaşadıqları mühit bu yolda sədd ola bilməz.
Orta əsrlərdə „Əqrəb“lərə diaqnostika həkimi, cərrah, müəllim, məhkəmə işçisi olmağı məsləhət görürdülər. Bununla yanaşı, sərkərdə, fəal mafiya üzvü, detektiv, psixoloq, siyasi xadim və başqa peşə sahibləri də yetişir.

Həmçinin bax:
Əqrəb bürcünün xüsusiyyətləri
Top