Qız bürcü

Qız bürcü

Bu dövr məhsul yığımı vaxtına təsadüf etdiyinə görə misirlilər QIZ bürcünü əlində dərz tutmuş gözəl qız şəklində təsvir edirdilər. Naqada tayfasının (Şərqi İndoneziya) miflərində QIZ baş ilahələrdən biri idi. Rəvayətə görə, hər il torpaq ilahəsi Nitanı yağışla isladırmış. Nepalda da QIZA sitayiş edirlər. Orada «qızı ucaltmaq» mərasimi vardır. Mərasim avqustun axırlarında Katmandu yaxınlığındakı məbəddə keçirilir. Xüsusi düzəldilmiş meydanda qırmızı çadır qurur, şeypurların və barabanların sədaları altında rahiblərin müşayiəti ilə 10-12 yaşlı qız uşağı gətirirlər. Bu andan o, baş ilahə, saflıq və bakirəlik mücəmməsəsi sayılır. Bir il ona səcdə edilir, ehtiram göstərilir, adamlar yanına gəlib tövbə edir, qurbanlar verirlər. Bir ildən sonra yenisi seçilir. QIZIN gücünə və qüdrətinə inam, onunla bağlı mərasimlər və ayinlər Tibetin və Hindistan yarımadasının bir çox xalqlarına xasdır. Onlar əmin idilər ki, bakirəlik QIZA bəsirət və gələcəyi görmək qabiliyyəti bəxş edir.
Sentyabrın 23-də düşən payız gecə-gündüz bərabərliyi nöqtəsi indi QIZ bürcündədir. QIZ bürcü səmada 1290 kvadrat dərəcəlik sahəni tutur. Adi gözlə görünən 95 ulduzdan ibarətdir. Göy qübbəsində ən parlaq ulduzlardan biri olan Spisk də həmin ulduzlar arasındadır. Səthinin temperaturu təqribən 20 min dərəcə olan birinci ölçülü bu göyümtül ulduz öz kütləsinə görə Günəşdən 15 dəfə böyükdür, işıqlığına görə 740 dəfə güclüdür. QIZ bürcündə müşahidə üçün maraqlı obyekt bir-birinə bənzər iki sarımtıl ulduzdan ibarət qoşa qamma ulduzu vardır. QIZ bürcünün şimal hissəsində Ağ yola (Kəhkəşana) bənzər çoxlu qalaktika yerləşmişdir. Qalaktikaların Yerə ən yaxın olan bu səpilmiş nəhəng toplusu QIZ bürcü ilə qonşu olan VERONİKANIN SAÇLARI bürcünü də əhatə edir. Həmin ulduzlar toplusunun mərkəzi Yerdən 35 milyon işıq ili məsafəsindədir.
Qədim Babil astroloqları belə hesab edirdilər ki, QIZ bürcü altında dünyaya gələn adamlar bəsirətlidirlər, analitik zəkaya malikdirlər, bundan əlavə, çox xırdaçıdırlar. Xəstəlik dərəcəsinə çatan səliqələri vardır. Lakin onlarda riyakarlığa və vasvasılığa da rast gəlmək olur. QIZLAR həddən artıq mürəkkəb və çox narahatdırlar, xırdaçılıq onları çox vaxt işin mahiyyətindən uzaqlaşdırır. Belə hesab edilirdi ki, bu adamlar əla katib, müəllim, bağban, sənətkar olurlar.
Astroloqlar QIZLARA abı və acıq sari paltar geyməyi məsləhət görürdülər. ad günündə onlara fındıq budağı, habelə sardoniks ilə işlənmiş bəzək şeyləri bağışlamaq daha yaxşıdır. Münəccimlər belə hesab edirdilər ki, QIZIN OĞLAQ ilə nikahı ən uğurlu, BALIQLAR ilə nikahı ən uğursuzdur.
Həmçinin bax:
Qız bürcü haqqında
Qız bürcünün xüsusiyyətləri

Top