Şir bürcü

Şir bürcü

Yayın oğlan çağı Günəş ŞİR bürcünə daxil olur. Misirlilər onu BÖYÜK ŞİR adlandırırdılar. Bu zaman bərk istilər düşür. Nil çayı daşmağa başlayırdı. Güman edilirdi ki, ŞİRLƏR ilahi qüvvə ilə əlaqədədirlər. Antik dövrün mədəni ənənəsinə görə padşaha, qəhrəmana ŞİR deyilirdi. Dişi ŞİR obrazı isə analığın simvolu, eyni zamanda şəhvətin, ehtirasın təcəssümü idi. Buddizmdə şir cəsurluğun, nəcibliyin, bütövlüyün təcəssümü kimi təsəvvür olunur. Buddizmə görə, şir insanlara uğur və səadət gətirir.

Göy qübbəsində ŞİR bürcü 947 kvadrat dərəcəlik sahəni tutur. Adi gözlə görünən 70 ulduzdan ibarətdir. Ərəb astronomları baş ulduzu Requl - «Şir ürəyi» adlandırmışlar. Requlun işıqlığı və temperaturu Günəşinkindən 150 dəfə çoxdur. Bu ağ ulduz öz diametrinə görə planetimizdən üç dəfə böyükdür. ŞİRİN «quyruğunda» ikinci ölçülü ulduz - Denebola («şir quyruğu») yerləşir. Qədim astroloqlar belə hesab edirdilər ki, ŞİRLƏR böyük cazibə qüvvəsinə malikdirlər. Onlar xeyirxah və təbiidirlər, süni həyəcanlardan uzaqdırlar, buna görə də ürəkləri fəth edirlər. Bu adamlar həmişə yardım göstərməyə və başqasını başa düşməyə hazırdırlar.

ŞİRLƏR tez qızışandırlar, hədsiz temperamentlidirlər, qadınlar isə çox səmimidirlər. Lakin ŞİR sadəlövhdür. Hərdəmxəyallığı da ona mane olur. ŞİRLƏR bütün peşələrin öhdəsindən gələ bilirlər, onlara rəhbər vəzifələr xüsusilə yarayır. münəccimlər şirə yaqut və beril ilə işlənmiş qızıl bəzək şeyləri taxmağı məsləhət görürdülər. Onun üçün ən uğurlu rəng sari rəngdir, ən uğurlu bitki isə pirkaldır. Ən uğurlu ittifaq QOÇ, uğursuz ittifaq isə BUĞA və ya ƏQRƏB ilə olan ittifaqdır.

Həmçinin bax: Şir bürcü haqqında məlumat

Top