Misir mifologiyasında bu bürc analığın, əbədi qadın incəliyinin və müdrikliyin təcəssümü sayılan İsida ilahəsi ilə əlaqələndirildi. Qədim misirlilər münbitlik, su və külək ilahəsi, ailənin və dənizçiliyin müdafiəçisi İsidaya sitayiş edirdilər. XƏRÇƏNG bürcü Ayın himayəsində olan yeganə bürcdür. Babillilər XƏRÇƏNGİN Ay ilə birləşməsinə müəmma kimi baxırdılar, buna görə də XƏRÇƏNG, işarəsi altında dünyaya gəlmiş adamları axirət dünyasının qüvvələri ilə bağlı hesab edirdilər.
Lap qədim zamanlardan XƏRÇƏNG insanın şüurunda Yerlə su arasında bir növ vasitəçi kimi təsəvvürə gətirilirdi. Belə hesab edilirdi ki, məhz buna görə XƏRÇƏNG iki mühitdə yaşayır. Vaxtilə bütün Yaponiya arxipelaqında, indi isə Xokkaydo adasında yaşayan aynlar şirin suda və dənizdə yaşayan «Xərçəng-yengəclərə» həsr edilmiş xüsusi bayramı indi də qeyd edirlər. Qədim Tibet risalələrində «iki qısqaclı xeyirxah ruh» haqqında sözlərə tez-tez təsadüf edilir. Nepalın bəzi dağ monastırlarında indi də hücrənin qapısından gil xərçənglər asılır və qoca rahiblər onlara səcdə edirlər.
Belə hesab edilirdi ki, XƏRÇƏNGLƏR xeyirxah, cazibəlidirlər, zəngin təxəyyül, qeyri-adi yaddaş və intuisiyaya malikdirlər. Ayın təsiri altında intuisiya daha da güclənmişdir. XƏRÇƏNGLƏR ev ocağının qoruyucularıdır. Onlar, xüsusən qadınlar ailəcanlıdırlar. XƏRÇƏNG emosionaldır, tez qızışandır, ovqatı tez-tez dəyişir, tərifi xoşlayır. Belə hesab edilirdi ki, bu işarə altında dünyaya gələn adamlar gözəl balıqçılar, pedaqoqlar, "tarixçilər və mahir aşpazlardir. Münəccimlər XƏRÇƏNGƏ mirvari və ya ay daşı ilə işlənmiş gümüş bəzək şeyləri taxmağı məsləhət görürdülər. Belə hesab edilirdi ki, XƏRÇƏNGƏ yaşil və sari rənglər, bitkilərdən isə yabani bitkilər daha çox yaraşır. Nikahda onun üçün ən uğurlu ittifaq ƏQRƏB və BALIQLAR ilə olan ittifaqdır. BUĞA ilə ittifaq uğursuzdur. Həmçinin bax: Xərçəng bürcü haqqında məlumat