Dinamikanın əsas məsələsi. Qüvvə. Əvəzləyici qüvvə. Kütlə

Dinamikanın əsas məsələsi. Qüvvə. Əvəzləyici qüvvə. Kütlə

Siz “Kinematika” fəslinin dərs materiallarını öyrənməklə bərabərsürətli hərəkəti bərabərtəcilli hərəkətdən fərqləndirməyi, bu hərəkətlərin tənliklərini yazmağı bacardınız. Lakin hərəkətin hansı səbəbdən bərabərsürətli, yaxud təcilli olduğunu araşdırmadınız. Bu sual mexanikanın dinamika bölməsində öyrənilir.
● Dinamika (yun. “dinamikos ” — qüvvətli, güclü) — hərəkətin xarakterini müəyyənləşdirən səbəbləri aşkar edən, bu səbəblərin hərəkətə necə təsir etdiyini öyrənən mexanika bölməsidir.
● Dinamikanin əsas məsələsi — qüvvənin təsirinə görə cismin hərəkətinin xarakterini, yaxud əksinə, cismin hərəkətinin xarakterinə görə ona hansı qüvvənin təsir etdiyini müəyyənləşdirməkdir.
Dinamikada “qüvvə” anlayışı başlıca anlayış olub cisimlərin qarşılıqlı təsirini xarakterizə edən vektorial fiziki kəmiyyətdir (bax: Fizika-7, s. 30 ). Qüvvə vektorunun istiqaməti bir cismin digərinə təsir istiqaməti ilə üst-üstə düşür, onun modulu isə bu təsiri miqdarca ifadə edir. Müəyyən bir qüvvədən danışıldıqda aydın təsəvvür olunmalıdır ki:
  •  bu qüvvə hansı cismə təsir edir, yaxud hansı cismə tətbiq olunur?
  •  əgər cisim müəyyən ölçüyə malikdirsə, qüvvə onun hansı nöqtəsinə tətbiq olunur?
  •  o hansı cismin təsirini xarakterizə edir?
  •  bu qüvvə hansı xətt boyunca və necə yönəlmişdir?
  •  onun modulu nəyə bərabərdir?
Cismə bir-neçə qüvvə təsir edirsə, bu qüvvələr bir yekun qüvvə ilə əvəzlənir.
Əvəzləyici qüvvə — cismə təsir edən bütün qüvvə vektorlarının cəminə bərabərdir.
cismə təsir edən bütün qüvvə vektorlarının cəminə bərabərdir
Məsələn, əgər maddi nöqtəyə iki F1 və F2 qüvvələri bir-birinə perpendikulyar istiqamətdə təsir edirsə, onlar qüvvə vektoru ilə əvəzlənə bilər (a). Bu qüvvənin modulu: Bu qüvvənin modulu: qüvvənin modulu
Əgər cismə təsir edən F1 və F2 qüvvə vektorları bir-biri ilə ixtiyari bucaq təşkil edərsə (b), əvəzləyici qüvvənin modulu kosinuslar teoremi əsasında təyin edilir: 1
Qüvvənin təsiri ilə cisim təcil aldığından dinamikada “təcil” anlayışı daha geniş məna kəsb edir.
• Cismin təcil alması — onun başqa cisimlərlə qarşılıqlı təsirdə olması deməkdir.
Məlumdur ki, qarşılıqlı təsirdə olan iki cismin təcillərinin modullarının nisbəti onların kütlələrinin tərs nisbətinə bərabərdir.
                                                             1
Cismin təcili ilə kütləsi arasındakı bu münasibət kütlənin təyini üsullarından biridir. Belə ki, ixtiyari cismin kütləsini təyin etmək üçün əvvəlcə kütlə vahidi — kütlə etalonu olaraq hər hansı bir cismin kütləsi seçilir. Sonra elə eksperiment qoyulur ki, həmin eksperimentdə kütləsi təyin olunan cisim etalon qəbul edilən cisimlə qarşılıqlı təsirdə olsun.
Bu halda həmin cisimlərin təcilləri ilə kütlələri arasındakı münasibətdən naməlum kütlə təyin edilir:
                                                            2e
 
Müəllif: Mirzəli Murquzov,Rasim Abdurazaqov,Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Fizika fənni üzrə DƏRSLİK
Top