Çevrə üzrə bərabərsürətli hərəkət

Çevrə üzrə bərabərsürətli hərəkət

Siz əvvəlki dərslərdə düzxətli bərabərsürətli və bərabərtəcilli hərəkətlər, onların xarakteristikaları ilə tanış oldunuz, bu xarakteristikaların zamana görə necə dəyişdiyini müəyyənləşdirdiniz.
  • Düzxətli bərabərsürətli, düzxətli yeyinləşən və düzxətli bərabəryavaşıyan hərəkət: bunların hansı təcilli hərəkətdir? Nə üçün?
  • Düzxətli irəliləmə hərəkətində təcil nəyi xarakterizə edir: sürətin modulunun, istiqamətinin, yoxsa hər ikisinin dəyişmə yeyinliyini?
  • Çevrə üzrə bərabərsürətli hərəkətdə təcil nəyi xarakterizə edir? Fərziyyənizi söyləyin.
Bilirsiniz ki, əyrixətli hərəkətin ən sadə növü təbiətdə geniş yayılan çevrə üzrə hərəkətdir. Öz oxu ətrafında fırlanan Yer səthinin nöqtələri, saat əqrəbindəki nöqtələr və s. çevrə üzrə hərəkət edir.
Çevrə üzrə hərəkətin öyrənilməsinin mühüm nəzəri-praktik əhəmiyyəti ondan ibarətdir ki, ixtiyari əyrixətli trayektoriya müxtəlif radiuslu çevrələrin qövslərinin cəmi kimi təsəvvür edilə bilər.
əyrixətli trayektoriya
Çevrə üzrə hərəkətin ən sadə növü bərabərsürətli hərəkətdir.
● Çevrə üzrə bərabərsürətli hərəkət — maddi nöqtənin sürətinin modulunun çevrənin bütün nöqtələrində eyni olduğu hərəkətdir. Belə hərəkət aşağıdakı kəmiyyətlərlə xarakterizə olunur:
Dövretmə periodu.
Dövretmə periodu — maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zamandır:
                                                             dövr etmə periodu
Burada T — dövretmə periodu, N — maddi nöqtənin t müddətindəki tam dövrlərinin sayıdır. Dövretmə periodunun BS-də vahidi saniyədir: [T ] = 1 san.
Dövretmə tezliyi. Dövretmə tezliyi — çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamandakı dövrlərinin sayıdır:
                                                             dövretmə tezliyi
Burada v — dövretmə tezliyidir (bəzən o, n hərfi ilə ifadə olunur). Dövretmə tezliyinin BS-də vahidi saniyədə birdir:
                                                           dövretmə tezliyi          
Dövretmə periodu ilə dövretmə tezliyi qarşılıqlı tərs kəmiyyətlərdir:
                                                          Dövretmə periodu ilə dövretmə tezliyi qarşılıqlı tərs kəmiyyətlərdir
Bu o deməkdir ki, dövretmə tezliyi nə qədər kiçikdirsə, dövretmə periodu bir o qədər dəfə böyükdür və ya əksinə.
Dönmə bucağı.
Dönmə bucağı — çevrə üzrə hərəkətdə radius-vektorun döndüyü bucaqdır. O, radiuslar arasındakı qövsün uzunluğunun çevrənin radiusuna nisbəti ilə ölçülən fiziki kəmiyyətdi:  φ = l
                                                                                                                    R
dönmə bucağı
Burada φ — dönmə bucağı, l — dönmə bucağına uyğun qövsün uzunluğu, R — çevrənin radiusudur. Çevrə üzrə bərabərsürətli hərəkət edən nöqtənin radius-vektorunun bərabər zaman fasilələrində dönmə bucaqları eyni olur. Dönmə bucağı skalyar kəmiyyət olub BS-də vahidi radiandır :
[φ] = 1 rad
● 1 rad elə dönmə bucağına deyilir ki, onun cızdığı qövsün uzunluğu çevrənin radiusuna bərabər olsun (l=R).
Bucaq sürəti.
Bucaq sürəti — dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
                                                                   ω = φ
                                                                           t
Burada ω — bucaq sürətidir. Çevrə üzrə bərabərsürətli hərəkət edən nöqtənin bucaq sürəti zaman keçdikcə dəyişməz qalır (ω = const). Bucaq sürətinin BS-də vahidi saniyədə radiandır.
                                                                Bucaq sürətinin BS-də vahidi saniyədə radiandır
Çevrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtə dövretmə perioduna bərabər müddətdə (t = T ) tam bir dövr edir və bu zaman radius-vektor φ = 2π radian bucaq qədər dönür. Ona görə də bərabərsürətli hərəkətdə bucaq sürəti ilə dövretmə periodu və ya tezliyi arasında aşağıdakı əlaqə yaranır:
                                                              bərabərsürətli hərəkətdə bucaq sürəti ilə dövretmə periodu və ya tezliyi arasında aşağıdakı əlaqə yaranır
Xətti sürət.
Xətti sürət — maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir. Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin modulu sabit olub (v = const ) istiqaməti isə daim dəyişir və trayektoriyanın istənilən nöqtəsində çevrəyə toxunan istiqamətdə yönəlir ©.
xətti sürət
Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət ədədi qiymətcə gedilən yolun bu yolu getməyə sərf olunan zamana nisbətinə bərabərdir.
                                                             Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət ədədi qiymətcə gedilən yolun bu yolu getməyə sərf olunan zamana nisbətinə bərabərdir.
Çevrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtə dövretmə perioduna bərabər müddətdə (t = T ) tam bir dövr edir və bu zaman maddi nöqtə çevrənin uzunluğuna bərabər yol gedir: l = 2πR. Bunu xətti sürətin ifadəsində nəzərə alsaq, xətti sürətlə bucaq sürəti arasında əlaqə düsturu alınar:
                                                                 xətti sürətlə bucaq sürəti arasında əlaqə düsturu
Mərkəzəqaçma təcili. Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin istiqamətinin dəyişmə yeyinliyi mərkəzəqaçma təcili və ya normal təcil adlanan fiziki kəmiyyətlə xarakterizə olunur. Mərkəzəqaçma təcili və ya normal təcil vektoru trayektoriyanın hər bir nöqtəsində radius boyunca çevrənin mərkəzinə doğru yönəlir (bax: c). Çevrə üzrə bərabərsürətli hərəkət edən madddi nöqtənin mərkəzəqaçma təcilinin modulu xətti sürət kvadratının çevrənin radiusuna nisbətinə bərabərdir.
                                                              merkezeqaçma təcili
Müəllif: Mirzəli Murquzov,Rasim Abdurazaqov,Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Fizika fənni üzrə DƏRSLİK
Top