Yanacağın yanma istiliyi

Yanacağın yanma istiliyi

Məişətdə, istehsalat və texnikada müxtəlif növ yanacaqlardan istifadə olunur. Şəkildə müxtəlif növ yanacağın hər birinin 1 kq-nın tam yanması zamanı ayrılan istilik miqdarları göstərilmişdir:
  • Niyə eyni kütləli müxtəlif növ yanacaq tam yandıqda onlardan fərqli miqdarda istilik ayrılır?
  • Bu yanacaqlardan ən perspektivlisi hansı növ yanacaq hesab edilir. Niyə?
Yanacağın yanma istiliyi
Yanacağın yanması zamanı ayrılan istilik miqdarı
Məsələ.
Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq benzinin tam yanmasından 44 · 106C, həmin kütləli quru odunun tam yanmasından 11 · 106C istilik miqdarı ayrılır. Kütləsi 2 kq olan benzinin tam yanmasından 88 · 106C, həmin kütləli quru odunun tam yanmasından isə 22 · 106C istilik miqdarı ayrılır.
Müxtəlif növ yanacağın tam yanması zamanı ayrılan istilik miqdarı nədən asılıdır?
Müxtəlif yanacaq növü mövcuddur: odun, torf, daş kömür, neft, təbii qaz, spirt, benzin, dizel yanacağı, barıt və s. Lakin məişətdə elə yanacaq növlərindən istifadə etmək əlverişlidir ki, onlar təbiətdə geniş yayılsın, asan əldə edilsin və daşınsın, yanma zamanı böyük miqdarda istilik ayrılsın, tullantısı az və zərərsiz olsun.
Yanacağın tam yanması zamanı ayrılan enerji yanacağın yanma istiliyi adlanır.
Araşdırmanın təhlilindən məlum olur ki, yanacağın yanma istiliyi yanacağın kütləsindən və növündən asılıdır:
                                                                    Q = qm.
Burada Q — yanacağın yanma istiliyi, m — yanacağın kütləsi, q — yanacağın xüsusi yanma istiliyidir.
Yanacağın xüsusi yanma istiliyi eyni kütləli müxtəlif növ yanacaqların tam yanması zamanı ayırdıqları istiliyi fərqləndirmək üçün istifadə olunan fiziki kəmiyyətdir:
Yanacağın yanma istiliyi
Yanacağın xüsusi yanma istiliyi yanacağın növündən asılıdır. Cədvəl 2.2-də bəzi yanacaq növlərinin təcrübədən təyin edilmiş xüsusi yanma istiliyi verilir.
Bəzi yanacaq növlərinin xüsusi yanma istiliyi.
İnsan orqanizmində maddələr mübadiləsi qəbul edilən qidanın “yanması” prosesində ayrılan enerji hesabına saxlanılır. Qidanın yanması dedikdə ondakı zülal, yağ və karbohidratların oksidləşməsi reaksiyaları nəzərdə tutulur. Beləliklə, insan orqanizmində yanacaq rolunu onun qəbul etdiyi qida oynayır. Qida məhsulları da yanacaqlar kimi müxtəlif xüsusi yanma istiliyinə malikdir.
İnsan orqanizmində maddələr mübadiləsi qəbul edilən qidanın “yanması” prosesində ayrılan enerji hesabına saxlanılır. Qidanın yanması dedikdə ondakı zülal, yağ və karbohidratların oksidləşməsi reaksiyaları nəzərdə tutulur. Beləliklə, insan orqanizmində yanacaq rolunu onun qəbul etdiyi qida oynayır. Qida məhsulları da yanacaqlar kimi müxtəlif xüsusi yanma istiliyinə malikdir
 
 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Fizika 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
Top