İnsanın eşidə bilmədiyi dalğalar, seysmik dalğalar

İnsanın eşidə bilmədiyi dalğalar, seysmik dalğalar

İnsan bütün səsləri eşidə bilirmi? İnsan qulağı ultra- və infrasəsləri bilmir.
Ultrasəs (latınca ‘‘ultra ” -yaxın) – tezliyi 20 000Hs-dən yüksək olan səs dalğalarıdır. Ultrasəsin istiqamətlənmiş səs dalğası olma xassəsi əks-səda lokasiyasında geniş istifadə olunur. Ultrasəsləri bir çox heyvan və həşəratlar çox yaxşı eşidir, yaxud da belə səslər yayırlar. İnsanın eşidə bilmədiyi dalğalar
Məsələn, müəyyən olunmuşdur ki, yarasalar tezliyi 45kHs ÷ 90kHs olan ultrasəs impulsları (siqnalları) yaymaqla qarşıdakı maneələri, həşəratların yerini dəqiq təyin edən səs lokasiyası yaradırlar ( a ).
Ultrasəs texnologiyaları bir çox sahələrdə geniş tətbiq olunur. Belə ki, ilk ultrasəs lokatoru I Dünya müharibəsi zamanı sualtı gəmilərin aşkar edilməsi məqsədilə hazırlanmışdır (b). Daxili orqanların xəstəliklərinin aşkarlanması da ultrasəslə işləyən aparatlar (USM) vasitəsilə həyata keçirilir ©. \İnfrasəs (latınca “infra” – aşağı) – tezliyi 16 Hs-dən kiçik olan səs dalğalarıdır. İnfrasəs mənbəyi kimi vulkan püskürməsi (d), sahilə çırpılan dalğalardakı, raket atəşindəki (e), atom bombasının partlayışındakı (f) səsləri göstərmək olar.
İnsanın eşidə bilmədiyi dalğalar
İnfrasəsin əsas xassəsi müxtəlif mühitlərdə zəif udulduğundan uzaq məsafələrə yayıla bilməsidir. Onun bu xassəsindən istifadə etməklə partlayışların, küləklərin okeanlarda yaratdıqları dalğaların, zəlzələnin episentrinin (mənbəyinin) və s. koordinatlarını təyin etmək olur.
Seysmik dalğalar. Zəlzələnin nəticəsində Yerdə yaranan dalğalar seysmik dalğalardır. Yer qabığında yayılan seysmik dalğaların rəqs amplitudu, sürəti, dalğa uzunluğu və rəqs tezliyi seysmoqraf (k) adlanan cihazla təyin olunur [müasir telefonlarda seysmoqrafın funksiyasını reallaşdıran proqram vardır (l)].
Seysmik dalğalar zəlzələ mənbəyindən (episentrdən) başlayaraq üç formada yayılır:
P-tip, S-tip və L-tip (m).
  • P-tip dalğa – uzununa dalğa olub Yer təbəqələrində sıxlaşma və seyrəkləşmə yaradır.
  • S-tip dalğa eninə dalğa olub Yer təbəqələrinin rəqsinə perpendikulyar istiqamətdə yayılır.
  • L-tip dalğa da eninə dalğadır, lakin o, Yer səthi boyunca yayılmaqla zəlzələnin dağıdıcı fəlakətini yaradır.
Seysmik dalğalar
 
 
 
 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
Top