Atmosfer təzyiqinin ölçülməsi

Atmosfer təzyiqinin ölçülməsi

İlk dəfə dolayı yolla atmosfer təzyiqini XVII əsrdə yaşamış italyan alimi Evangelista Torriçelli ölçmüşdür. O, 1m uzunluqda, bir ucu lehimlənmiş (bağlı olan) şüşə borunu civə ilə doldurur. Borunun açıq ucunu barmağı ilə qapayıb çevirərək civə olan geniş qaba daxil edir. Civənin içərisində borunun ucundan barmağını götürür. Bu zaman borudakı civənin az hissəsi qaba tökülmüş, çox hissəsi isə boruda qalmışdır. Boruda qalan civə sütununun hündürlüyü təxminən 760 mm olmuşdur.
Atmosfer təzyiqinin ölçülməsi
Hadisə belə izah edilir: geniş qabdakı civənin səthinə atmosfer, əks tərəfdən isə boruda qalan civə sütunu təzyiq göstərir. Qabdakı civə daşmadığından və borudakı civə tam boşalmadığından – ümumi tarazlıq yaranır: atmosfer təzyiqi borudakı civə sütununun təzyiqinə bərabər olur (p = pciv ) .
Torriçeli təcrübəsiBeləliklə, atmosfer təzyiqi boruda qalan 760 mm civə sütununun təzyiqinə bərabər olub təqribən 105 Pa-a bərabərdir:
Hesablamaq olar ki, 1 mm civə sütununun təzyiqi təxminən 130 Pa-a bərabərdi.
test
Müşahidə olunmuşdur ki, civə sütununun səviyyəsi daim dəyişir. Deməli, atmosfer təzyiqi sabit deyil. O, hava şəraitindən asılı olaraq arta və ya azala bilər. Odur ki, boruya şaquli şkala bərkitməklə atmosfer təzyiqini ölçən sadə civəli barometr (yunanca “baros” – ağırlıq) hazırlanmışdır .
Aparılan çoxsaylı təcrübələrdən məlum olmuşdur ki, 0°C temperaturda dəniz səviyyəsində civəli barometr 760 mm c.süt. göstərir.
0°C temperaturda 760 mm c.sütununun yaratdığı təzyiq normal atmosfer təzyiqidir.
Atmosfer təzyiqi hündürlükdən necə asılıdır?
Barometrlə aparılan təcrübələr göstərmişdir ki, dəniz səviyyəsindən başlayaraq (h=0, p=760 mm c.süt.) yüksəklik artdıqca atmosfer təzyiqi təqribən hər 12 m-də 1 mm c.süt. qədər azalır. Dəniz səviyyəsindən aşağı düşdükdə isə, əksinə, atmosfer təzyiqi hər 12 m-də 1 mm c.süt. qədər artır.
 
 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
Top