Kvant Fizikasında Zaman

Kvant Fizikasında Zaman

İlk əvvəl «zaman nədir?» sualı ilə başlayaq. Klassik Fizika dili ilə cavab çox sadədir. Zaman Hadisələrin növbələşmə ardıcıllığıdır. Yəni deyəndə ki, mənim 19 yaşım var, doğulan andan etibarən indiki anınıza qədər keçən hadisələrin toplusunu demiş olursunuz. Günəş çıxır, batır və gün anlayışı ortaya çıxır. Saata görə indiki anımızın zamanını təyin edirik. Ancaq bunlar makrodünyada baş verən proseslərdir. İndi daha da dərinə enərək, mikrodünyada-subatomic səviyyədə bu işlər necə baş verir, ona nəzər salaq.

Bilirik ki, Albert Eynşteyn Nisbilik Nəzəriyyəsini elm dünyasına isbat etdikdən sonra, 3 ölçülü kainat modelinə 4-cü bir ölçü -zaman ölçüsünü gətirdi və artıq koordinat müstəvisində x,y,z və birdə t oxu təsvir olundu. Bildiyimiz kimi makrodünyada zaman irəliyə axır. Bu zaman məhfumu çox ciddi analizlərin başlangıcı olmuşdur. Belə ki, zaman hərəkətlə bağlıdır. Hərəkət varsa zamandan söhbət gedə bilər. Durğun və bütün sistemlərdən kənar cisim üçün zamandan söhbət gedə bilməz. Bir yerdəyişmə, ya da zamanı nəyəsə görə ölçə biləcəyimiz bir sistem olmalıdır. (Günəş, saat və s.).

Amma Kvant Dünyasında işlər heç də belə deyil. Kvant Fizikasına görə fizikanın təməl qanunları içərisində Zamanın Tərsinə Simmetriyası (T-Simmetirya) adı verilən qanun da öz yerini tapmış və möhkəmlətmiştir. Bu qanuna görə əgər zaman bir sistemdə irəli doğru axırsa, başqa bir sistemdə geriyə axa bilər. Çünki Kainaitın yaranması zamanı baş verən Kvant Dalğalanmaları (Fluktasiyaları) bir çox kainat ortaya çıxara bilər ki, bizim hal hazırda yaşadığımız kainat onlardan biridir. Deməli bu dalğalanmalar içərisində bizim sistem üçün keçərli zaman mövhumu başqa bir sistemdə tamamən əksinə ola bilər. Və heç də zaman həmişə irəliyə doğru axmaz. Termodinamikanın 2-ci qanun görə şeylər zamanla irəli doğru axır. Amma Kvant Fizikasına görə isə geri də axa bilər. Bu Zamanın Tərsinə Simmetriyasına misaldır. Zaman şüurlu varlıqlar üçün həmişə irəliə doğru axırmış kimi görsənir. Ancaq zamanda geriyə də gedilə bilər. Necə ki, keçmişin indi üzərində təsirinə inanarıqsa, gələcəyində indi üzərindəki təsirinədə inanmalıyıq. Çünki Kvant Fizikasında gələcək indiyə təsir edir. Çünki zaman bir mövhumdur.

Adicə beyində baş verən düşünmə prosesində belə gecikmələr olduğu təsdiqlənmişdir. Kaliforniya universitetində aparılan araşdırmalara görə beyində hissləri analiz edən bölgəyə edilən təsir beyin tərəfindən gecikdirilir. Belə ki, barmağınıza edilən təsir beyində cortexdə analiz edilir və sonra hiss kimi bizə yansıdılır. O zaman alimlər elə cortexin özünə təsir edək deyə düşündülər. Bu edilən təsir daha tez reaksiya verməli idi. Çünki barmağa təsir etdiyinizdə o təsirin barmaqdan beyinə gəlməsi üçün bir zaman lazımdır və bu təsir cortexə edilən təsirdən daha gec özünü biruzə etməli idi. Amma tam əksi oldu. Barmağa edilən təsir, cortexə edilən təsirdən daha tez özünü göstərdi. Sanki beyin Bu təsiri zamanda geriyə doğru sürüklədib sonra hiss etdirirdi. Bu həmçinin düşüncə üçün də keçərlidir.

Düşündüyüm şeyi və ya etmək istədiyimiz şey haqqında düşünən zaman, artıq bu beyində çoxdan düşünülmüş olur. Bu zaman isə düşüncənin gecikməsi ortaya çıxır. Çünki onsuz da düşündüyümüz şeylər beynimizdə bir müddət öncə düşünülümüşdür və biz bunu daha sonra düşünürük (daha sonra dediyimdə elə də böyük zamanlar yox, mikrosaniyələr və daha kiçik zaman dilimlərini nəzərdə tutmuşam). Deməli, zaman heç də düşündüyümüz kimi işləmir. Gecikmə hər zaman var. Bu da zamanın mütləq olmadığına dolayı yolla isbatdır ki, bunu Albert Eynşteyn Nisbilik nəzəriyyəsində isbat etmişdir.

Yenidən Kvant nöqteyi-nəzərdən yanaşaq məsələyə. Zərrəciklər üçün zaman heç də makrodünyadaki kimi deyil. Elə zərrəciklər var ki, onlar üçün zaman geriyə axır. Bu əsasən virtual zərrəciklərə xasdır. Necə ki süd fincandan yerə tökülür və Zamanın Tərsinə Simmetriyasına görə süd həm də fincana geri dolur, eynilə zərrəciklərin eləsi var ki onlarda zaman birbaşa geriyə doğru axır.

Kvantlanma zamanı, kvant generatorları ilə yaradılan kvant sahəsində zamanla oynamaq mümkündür. Yəni kvant məlumatlar zamanda ötürülərkən kəm keçmiş, həm də gələcəyin təsirləri özünü göstərir. Hər zərrəcik özü bir «Məlumat Dəyəri» daşıdığından, kvantlanma zamanı bu məlumatlar həm keçmişi, həm də gələcəyi özündə birləşdirir. Çünki, elə bir nöqtədə və elə bir anda bu məlumatlar birləşə bilər və birləşmə zamanı daha böyük kvant məlumatları əlavə oluna və ya silinə bilər.

Xülasə etsək, zaman nisbi bir qavramdır və Tərsinə Simmetriyaya görə zamanda mütləq gələcək yoxdur. Keçmiş necə ki indiyə təsir edir, gələcəkdə həmçinin öz təsirini indi üzərində qoyur. Kvant Dünyası yenə də işləri qarışdırır.

Rəqqas hansı istiqamətdə fırlanır? Zaman da bu rəqqas kimi hər iki istiqamətdə hərəkəti eyni olmalıdır (T-Simmetriya prinsipi)

Zamanınızı kimə hədiyyə etdiyinizə fikir verin. Çünki, o, bir çox şeylərin başında durur.



kvantdunya.blogspot.com 
Top