Əgər elmin, “Biz Nəyik?”,”Haraya gedirik?”, “Kainatın Mənası nədir?” kimi suallara cavab verməsini gözləyirsinizsə, məncə asan şəkildə suallara cavab yerinə, daha sirli cavablara yönələ bilərsiz. Mümkün olduqca daha çox şeyi tapmaq üçün araşdırmaq lazımdır.
İnsanlar mənə “Fizikanın ən son, dəqiq qanunlarını tapmağa mı çalışırsınız?” deyə suallar ünvanlayırlar. Xeyr, sadəcə mən dünya haqqında daha çox şeyi anlamağa çalışıram və sonda hə rşeyi açıqlaya bilən tək bir qanuna əlimiz çatsa, onu kəşf etmək çox gözəl olar. Əgər milyonlarca qatı olan soğan kimi bir şey çıxarsa və bununla məşğul olmaqdan yorulsaq və sıxılsaqda, əlimizdə olan budur. Amma hansı şəkildə olursa olsun, təbiət orada və olduğu şəkliylə ortaya çıxacaqdır.
Buna görə də onu araşdırarkən daha çox şeyi öyrənmək xaricində, ön mühakimələr yürütməmək lazımdır. Yəni mən bu kainatla bağlı münasibətlərimiz haqqında uydurulmuş özəl hekayələrə inanmıram. Çünki mənə çox yerli, çox səthi gəlirlər. Dünyaya, dünyaya gəldi. Tanrının bir “Təsiri” dünyaya gəldi və xaricdə olanlara bir baxın, necə olurda… Yəni bu çox nisbətsizdir.
Bir digər şeydə, nəyin doğru olub, olmadığı anlamaq ilə əlaqəlidir və bütün bu dinlərin bir şey üçün fərqli-fərqli nəzəriyyələri varsa, marağa düşərək şübhə etməyə başlayarsınız. Şübhə etməyə başladınız ki, mənim fərdi xüsusiyyətlərimin ən önəmli xassələri şübhə etmək və sual verməkdir… Şübhə edib suallar verdikdə, inanmaq daha da çətinləşir.
Mən şübhəylə, qeyri-müəyyənliklə və bilməməklə yaşaya bilərəm. Məncə bilmədiyini qəbul edərək yaşamaq, yalnış cavabları qəbul etməkdən çox daha maraqlıdır. Mənim müəyyən cavablarım ehtimal daxilində inandıqlarım və fərqli şeylər haqqında fərqli dərəcədə bildiklərim var, amma heç bir şey üçün dəqiq əmin deyiləm və bilmədiyim çox şey var. Amma bir cavabı bilməm çox da vacib deyil, bir şeyləri bilməməkdən qorxmuram. Məqsədsiz bir şəkildə, sirli kainatda itmək ki, zənnimcə əsl olduğumuz nöqtə budur. Bu məni qorxutmur"
Professor Riçard Feynman
Fizika Nobel Laureatı-1995