1.Diffuziya-bir maddə molekullarının digər maddə molekulları arasına nüfuzetmə hadisəsidir.
2.Broun hərəkəti-mayelərdə (və ya qazlarda) asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkətidir.
3.Nyutonun I qanunu-Cismə başqa cisimlər təsir etmirsə və ya ona edilən təsirlər bir0birini tarazlaşdırırsa, o sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
4.Nyutonun II qanunu-Cismin hərəkət təcili ona təsir edən qüvvə ilə düz, cismin kütləsi ilə tərs mütənasibdir.
5.Nyutonun III qanunu-İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri qiymətcə bərabər, istiqamətcə əksdir.
6.Huk qanunu-Elastik deformasiyalarda yaranan elastiklik qüvvəsi cismin uzanması ilə düz mütənasibdir.
7.Paskal qanunu-Qapalə qabdakı maye və qazlar xaricdən göstərilən təzyiqi dəyişmədən bütün istiqamətlərə bərabər ötürür.
8.Arximed qanunu-Arximed qüvvəsi mayeyə batırılmış cismin sıxışdırdığı mayenin çəkisinə bərabərdir.
9.Bernulli qanunu-Boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəyi kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur.
10.Ümumdünya qravitasiya (cazibə) qanunu-İstənilən iki maddi nöqtə bir-birini kütlələri hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edir.