Klassik mexanikanın əsas qanunlarını İsaak Nyuton (1642 – 1727 ) vermişdir.
Hər hansı bir cisim, ona başqa cisim təsir edənə qədər öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
Cisimlərin bu xassəsinə onların ətaləti deyilir. Müxtəlif cisimlərin ətaləti də müxtəlif olur. Cisim ətalətini xarakterizə edən fiziki kəmiyyət onun kütləsidir. Ona görə də “kütlə ətalər ölçüsüdür” deyirlər. Kütlə anlayışı ən mürəkkəb, ən mühüm anlayışlardan biridir. Nyutona görə kütlə — materiyanın sıxlığı və həcmini birlikdə ifadə edən ölçüsüdür.
1-ci qanundakı “və ya” sözünün mənası vardır. Bu sözlə düzxətli hərəkətlə sükunət arasıdakı fərqin olmadığı göstərilmişdir. Cisimlərin ətaləti ilə onların kütlələri arasındakı ətaləti belə bir sadə təcrübə ilə nümayiş etdirmək olar.
Altına qarmaq bərkidilmiş çəki daşı götürüb onu bir ipdən asaq. İpi elə qalınlıqda götürək ki, o ancaq çəki daşının ağırlığına davam gətirə bilsin. Ondan sonra həmin ipin iki-üç qatından halqa hazırlayıb, o halqanı daşın altındakı qarmaqdan asaq. Əgər indi o halqadan bir ling keçirib lingin üzərinə qəflətən çəkiclə zərbə endirsək, çəki daşının asıldığı birqatlı ipin qırılmayıb, çəki daşının altında olan çəxqatlı ipin qırıldığını görərik.
Çəki daşı sükunət halını saxlayaraq çəkicdən aldığı ani zərbəni asıldığı ipə verə bilmir və ona görə də çoxqatlı ip qırılır, asıldığı birqatlı ip icə qırılmır. Çəki daşını böyük götürdükdə iplərin qatının sayını da çox götürmək olar.
Nyutonun 1-ci qanundan belə nəticə çıxdı ki, cismin sükunət halı ilı düzxətli bərabərsürətli hərəkət halı arasında heç bir fərq yoxdur. Birinci qanuna görə cismin sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını dəyişdirmək üçün ona xaricdən təsir etmək lazımdır. Cismin sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını dəyişdirməsinə səbəb mexaniki qüvvədir. Mexanikada qüvvə anlayışı ən mühüm anlayışlardan biridir.
Dinamika, hərəkəti onu dəyişdirən səbəblə birlikdə öyrənir. Dinamikanın əsasını Nyutonun 3 qanunu təşkil edir. Bu qanunlara dinamikanın əsas qanunları deyilir. Nyuton qanunları məlum təcrübi faktların ümumiləşməsinin nəticəsidir.
Nyuton Qalileyin ətalət prinsipinə əsaslanaraq özünün məşhur birinci qanununu belə ifadə etmişdir: İstənilən cisim ona xarici qüvvə təsir etməyincə öz sükunət və yaxud bərabərsürətli hərəkət halını saxlayır.
Dinamikanın birinci qanununa nəzər salsaq, aşağıdakı iki nəticəni alarıq :
1) Sükunət və bərabərsürətli düzxətli hərəkət eyni mexaniki haldır
2) Sükunət və ya bərabərsürətli düzxətli hərəkət hallarını yalnız qüvvə dəyişdirə bilər.
İkinci nəticədən döründüyü kimi, qüvvə heç də Aristotelin düşündüyü kimi cismə sürət verən deyil, cismin sürətini dəyişdirən (yəni cismə təcil verən ) səbəbdir. Deməli, sükunət və bərabərsürətli düzxətli hərəkət halı xarici təsirlərə məruz qalmayan bütün cisimlərin təbii halıdır, başqa sözlə, ətalət cismin hərəkət səbəbi deyil, cismin öz xassəsidir.
Bu və ya digər hərəkət müəyyən hesabat sisteminə görə öyrənilir. Sadə mülahizələrə əsaslanaraq inanmaq olar ki, Nyuton birinci qanunu istənilən hesabat sistemində ödənilir. Biri digərinə nəzərən təcillə hərəkət edən iki hesabat sistemini nəzərdən keçirdək. Fərz edək ki, Nyutonun birinci qanunu bu hesabat sistemindən birinə, məsələn, birinciyə nəzərən doğrudur. İkinci hesabat sistemi birinciyə nəzərən müəyyən təcillə hərəkət etdiyindən, cismə təsir edərək heç bir yeni qüvvə meydana gəlmədiyinə baxmayaraq baxılan cisim ikinci hesabat sisteminə nəzərən müəyyən təcillə hərəkət edəcəkdir. Beləliklə, Nyutonun birinci qanunu eyni zamanda hər iki hesabat sisteminə nəzərən ödənilmir. Bu səbəbdən Nyuton birinci qanunu ödənilən və ödənilməyən hesabat sistemlərini müəyyən etməliyik.
Nyutonun birinci qanunu ödənilən hesabat sistemi ətalət sistemi adlanır.
Aydındır ki, sərbəst ( heç bir xarici qüvvənin təcirinə məruz qalmayan ) cisim ətalət hesabat sisteminə nəzərən sükunətdə, yaxud bərabərsürətli düzxətli hərəkət halında ola bilər.
Nyutonun birinci qanunu, aşkar şəkildə olmasada, ətalət hesabat sistemi olaraq «mütləq olan fəzanı qəbul etmişdir ».
Nyutonun birinci qanunu doğru olmayan ( ödənilməyən ) hesabat sistemini qeyri- ətalət sistemi adlandıracağıq.
Aparılan təcrübələr göstərmişdir ki, başlanğıcı Günəşdə və ya Qalaktikamızda olan ulduzlarda yerləşən hesabat sistemi ətalət hesabat sistemidir. Aparılan elementar hesablamaların köməyilə də buna inanmaq olar. Yer həm öz oxu ətrafında, həm də Günəş ətrafında (elliptik orbit üzrə ) fırlandığından Günəşə nəzərən təcillə hərəkət edir. Bu səbəbdən geosentrik (başlanğıcı Yerə bərkidilmiş ) hesabat sistemi qeyri-ətalət hesabat sistemidir. Doğrudanda şimal qütbündə uzun ipdən asılmış rəqqasa üfüqi istiqamətdə ilk təkan versək, zaman keçdikcə rəqs müstəvisinin ılmış rəqqasa üfüqi istiqamətdə ilk təkan versək, zaman keçdikcə rəqs müstəvisinin Yerə nəzərən döndüyü ( bir sutkada 2×3.14 radian qədər ) müşahidə olunur. Deməli, şaquli müstəvi üzrə rəqs edən rəqqas, onu bu vəziyyətdən çıxara biləcək real qüvvə təsir göstərmədiyinə baxmaya-yaraq, Yerə nəzərən rəqs müstəvisinin ilk vəziyyətini dəyişməz saxla-ya bilmir. Bundan fərqli olaraq, həmin rəqqas Günəş və ya ulduzlara nəzərən öz vəziyyətini ( rəqs müstəvisini ) dəyişməz saxlayır, başqa sözlə Günəş və ulduzlardan fərqli olaraq, Yer ətalət hesabat sistemi deyildir. Yerin ətalət hesabat sistemi olmamasına səbəb onun həm öz oxu, həm də Günəş ətrafında fırlanmasıdır.
Yerin Günəş ətrafında fırlanmas hesabına yaranan təcil, Yerin öz oxu ətrafında fırlanması hesabına yaranan təcildən kifayət qədər kişikdir. Deməli Yerin ətalət hesabat sistemi olmamasına əsas səbəb onun öz oxu ətrafında fırlanmamasıdır. Aparılan bir çox təcrübələr Yerin ətalət hesabat sistemi olmadığını aşkar edə bilmir. Onu aşkar etmək üçün çox dəqiq və həssas təcrübələr aparmaq lazım gəlir. Elə bu səbəblərə görə əksər hallarda Yeri praktik olaraq ətalət hesabat sistemi kimi qəbul edirlər.