İngilis alimi İ.Nyuton 3 qanunu vahid bir sistem təşkil edir. I qanunun mahiyyəti: hər bir maddi nöqtə (cism) ona kənardan başqa bir maddi nöqtə təsir edənədək sükunətdədirsə, sükunət halını, düzxəttli və bərabərsürətli hərəkətdədirsə, bu hərəkət halını saxlayır. Cismin öz halını saxlamağa can atması meylliliyi onun ətalət xassəsi adlanır. Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.
Nyutonun II qanununu kəmiyyətcə formula etmək üçün A–təcil, m–kütlə və F–güc anlayışlarından istifadə edilir. Təcil – cismin hərəkət sürətinin dəyişməsi tezliyini xarakterizə edir. Kütlə - maddi obyektlərin əsas özəlliklərindən biri olub, ətalət halını göstərir. Güc – vektorial kəmiyyətdir, cismə kənardan başqa cismlərin, yaxud sahələrin mexaniki təsir ölçüsüdür. Cismdə hərəkət effekti yaradan amildir. Bu təsir sayəsində cism hərəkətə gəlir, yaxud öz forması və ölçülərini dəyişir. Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir.
Bu qanun yalnız inersial sistemlər üçün doğrudur. Qüvvələr cür-cüt təsir edirlər. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır. Təbiətdə “təsir” deyilən şey yoxdur, “qarşılıqlı təsir” var. Bu təsirlər qiymətcə bərabər, istiqamətcə əksdir. Nyutonun I qanununun ifadəsi belədir: elə hesablama sistemləri var ki, bu sistemlərə nəzərən hərəkətdə olan cismə başqa cisimlər təsir etmirsə, (və ya başqa cisimlərin təsiri bir-birini kompensasiya edirsə) onda o cisim öz sürətini sabit saxlayır. Müəllif: Arif Tağıyev
Ətalət qanununun mahiyyəti, yəni maddi nöqtənin aldığı təcil ona təsir edən güclə düz, onun kütləsi ilə tərs mütənasibdir.
I qanunu II-dən hasil etmək olar. Doğurdan da, əgər cismə kənardan heç bir təsir yoxdursa, onda onun təcili 0-ra bərabərdir. Deməli o, ətalətdə olacaq.
III qanunun mahiyyəti: Maddi nöqtələrin (cismlərin) qarşılıqlı təsiri Nyutonun III qanunu ilə müəyyən olunur. Bu qanuna görə maddi nöqtələrin bir-biri ilə hər cür təsiri qarşılıqlı təsirdir. Yəni,
Nyutonun qanunlar sistemi riyazi və digər təbii-elmi sahələrdə mürəkkəb mexaniki məsələləri həll etməyə imkan verir.
Nyutonun I qanununun ödəndiyi hesablama sisteminə inersial hesablama sistemi deyilir. Bir inersial hesablama sisteminə nəzərən düzxətli bərabərsürətli (təcilsiz) hərəkət edən istənilən başqa hesablama sistemi də inersial hesablama sistemidir.
Nyutonun II qanununun ifadəsi belədir: Cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin kütləsinin bu qüvvələrin cismə verdiyi təcillə hasilinə bərabərdir:
Fəv = m×a
Nyutonun III qanununun ifadəsi belədir: Cisimlər modulca bərabər, istiqamətcə əks olan qüvvələrlə bir-birinə təsir edir:
F1,2 = -F2,1
Ümumdünya cazibə qanununun ifadəsi belədir: cisimlər bir-birinə, modulu onların kütlələri hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb olunur:
Fcaz=G×m1m2/r2
Mənbə: Müasir təbiətşünaslığın konsepsiyaları