İELTS-ə hazırlaşarkən bunları bilməlisiniz

İELTS-ə hazırlaşarkən bunları bilməlisiniz

1. Dinləmə (listening) bölməsində bəzi suallar üçün “2-dən və ya 3-dən artıq söz yazılmamalıdır” şərti varsa və cavabda müvafiq olaraq, 3 və ya 4 söz yazılırsa, cavab yanlış hesab olunur.

2. Yazılı tapşırıqların həcmi vacibdir, məsələn, esse üçün şərt maksimum 250, sxem/diaqramlar üçün isə 150 sözdürsə və hesablama zamanı sözlərin sayı göstərilən şərtdən az olarsa, bu, balı aşağı salır.

3. Essenin uzun olması heç də onun yaxşı qiymət alacağına zəmanət vermir. İELTS barəsində yanlış miflərdən biri də məhz budur. Essenin uzun yazılması səhvlərin də çox olmasına gətirib çıxara bilər.

4. Mövzudan kənara çıxmaq yolverilməzdir. Məsələn, bəzən tələbələr mövzunu başa düşməyəndə (xüsusilə yazı bölməsində) yeganə çıxış yolunu mövzunu dəyişməkdə görürlər. Dəyişdirmiş olduğunuz mövzuda nə qədər gözəl iş təqdim etmənizə baxmayaraq, yanlış mövzu ətrafında yazdığınız üçün sıfır bal ala bilərsiniz.

5. Bəzən mükəmməl yaddaşınız sizə problem yarada bilər. İmtahanda bəzi mövzuların təkrarlandığını nəzərə alaraq “ağıllı” tələbələr esseləri əzbərləməyə çalışırlar. Bu, dəhşətli səhvdir, çünki imtahançıların daha yaxşı yaddaşı olur, onlar təlim keçmiş şəxslərdirlər və əzbərlənmiş esseləri qəbul etməyəcəklər.

6. Aksent önəmli deyil, tələffüz önəmlidir. Problem ondadır ki, heç də hər kəs aksent və sözləri düzgün tələffüz etmək arasındakı fərqi bilmir.

7. Fikirlər önəmli deyil, fikirlərin nə dərəcədə çatdırıldığı və təsvir edildiyi önəmlidir. Bir çox tələbələr düşünür ki, yanlış fikirlər söyləsələr, balları aşağı düşəcək. Ancaq həqiqət bundadır ki, söylənilən heç bir fikir yanlış deyil.

8. Bağlayıcı sözlərdən çox istifadə etmək düzgün deyil. Həddən çox bağlayıcı sözlərin istifadəsi qulağa yorucu gələ və bu səbəbdən imtahançı balı aşağı sala bilər.
Top