Zahid Qədimli ilə müsahibə

Zahid Qədimli ilə müsahibə

“Azərbaycanda təhsilin vəziyyəti pisdir”, “Misir  təhsilimizin düşmənidir” və s. deyənlər nə qədər çox olsa da, o da həqiqətdir ki, istedadı olanlar özlərinə onsuz da yol açır.

Bacarıqlı və təhsili sayəsində uğur qazanmış gənclər arasında saytımzın aktiv istifadəçisi, ACCA-in F5 (Perfomance Management) istiqaməti üzrə 2012-ci ilin dekabr sessiyasında 76 bal yığmış Zahid Qədimlinin də adı var. Dünyada 21-ci, Azərbaycanda isə 1-ci yeri tutmuş Zahid bizim bəzi suallarımzı cavablandırır.

Qısa arayış: Qədimli Zahid Qəhrəman oğlu 1991-ci ildə doğulub, 2009-cu ildə Qafqaz Özəl Gimnaziyasını fərqlənmə attestatı ilə bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının BBA proqramında (Georgia State University-nin birgə layihəsi əsasında trəhsil verilir) menecment ixtisası üzrə təhsil alır. 2012-ci ilin iyul ayından başlayaraq GRBS-də mühasib kimi çalışır. İngilis və türk dillərini yaxşı bilir, tez əsəbiləşir)) Hobbiləri kitab oxumaq,  musiqiyə qulaq asmaq, İT sahəsində baş verən yeniliklər bardə məlumatlar toplamaq, Facebookda vaxt öldürmək və s.

 

 Zahid Gadimli

 

1. ACCA nədir, insanlara nə verir və onun karyerada rolu nədir?

Beynəlxalq Təşkilat olan ACCA artıq dünyanın əksər ölkəsində rəğbət qazanıb və onun imtahanlarını dünyada öndə gedən beynəlxalq şirkətlər tanıyır və işə qəbul zamanı yüksək qiymətləndirir. Universitet oxumaqla yanaşı adıgedən imtahanların verilməsi gələcəkdə karyerada yüksək pillələrə qalxmaqda nərdivan rolunu oynayır.

 ACCA(The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) — maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bunun üçün aşaıdakı 14 imtahandan keçmək lazımıdr

Fundamentals

  1. F1 Accountant in Business — Mühasib və biznes
  2. F2 Management Accounting — İdarəetmə uçotu
  3. F3 Financial Accounting — Maliyyə uçotu
  4. F4 Corporate and Business Law — Korporativ hüquq
  5. F5 Performance Management — Səmərəliliyin idarə edilməsi
  6. F6 Taxation — Vergilər
  7. F7 Financial Reporting — Maliyyə hesabatları
  8. F8 Audit and Assurance — Audit və onu maşaidə edən xidmətlər
  9. F9 Financial Management — Maliyyə menecmenti

 

Professional

  1. P1 Professional Accountant — Professional Mühasib
  2. P2 Corporate Reporting — Korporativ Hesabatlar
  3. P3 Business Analysis — Biznesin Təhlili
  4. P4 Advanced Financial Management — Maliyyə menecmenti
  5. P5 Advanced Performance Management — Səmərəliliyin idarə edilməsi
  6. P6 Advanced Taxation — Vergilər
  7. P7Advanced Audit and Assurance — Audit və onu maşaidə edən xidmətlər

 

Faith Pierce, Amerikanın Azərbaycandakı səfirinin həyat yoldaşıyla birgəQeyd:  Fundametals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Skills modulu (F4-F9) hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fəndən ibarətdir (hüquqşünaslıq, səmərəliliyin idərə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi).
Professional mərhələsi iki modula bölünür: Essentials (əsas fənlər) (P1-P3) və Options (əlavə, fakültativ fənlər) (P4-P7).

ACCA-nın dünyanın 17 ölkəsində 154000 üzvü var.

2. ACCA member olduqdan sonra gələcəyinizi necə görürsünüz?

ACCA-in 9-cu imtahından sonrakı 7 imtahanı vermək üçün artıq 3 ildən çox iş təcrübəsinin olması labüddür. Buna görə də artıq maliyyə sahəsində kifayət qədər təcrübəyə balik olursan və hamçinin ACCA-in köməyi ilə də karyerada yüksək pilləyə çıxmaq mümkün olur.

3. İmtahanlara hazırlaşarkən istifadə etdiyiniz xüsusi yol/metod varmı?İmtahanlar barədə hardan məlumat aldınız??

Dünyada bir çox nəşrlər evləri ACCA üçün dərs vəsaitləri çap edirlər. İstər BPP istərsə də Kaplan kifayət qədər anlaşılan izahlı dərsliklər nəşr edir. Adıgedən kitabların seçiləsi və ya Bakıda mümkün olan kurslarda ( məs: GRBS) iştirak etməklə ugur qazanmaq mümkün olur. Onu da qeyd edim ki, əsas imtahan girmədən əvvəl çoxlu məsələlər etmək də faydalıdır.

İkinci kursda oxuyarkən «Introduction to Accounting» dərsini tədris edən müəllimim ACCA haqqında məlumat vermişdi. Bununla yanaşı GRBS-in ACCA haqqında məlumat braşurunu bizə təqdim etdikdən sonra bu haqda geniş məlumat əldə etdim. Məktəbdə oxuyarkən riyaziyyat və həmçinin universitetdə mühasibatlıq fənlərinin tədrisi məni peşəkar mühasibatlıq sertifikatlarına marağımı artırdı və 2011-ci ildə GRBS-də ACCA F1 kursuna yazılaraq ACCA-dən qeydiyyatdan keçdim.

4. Yığdığınız yüksək balda (və ümumiyyələ, təhsilinizdə) kimlərə borclusunuz? Kimlər sizə yardım edib?

Əlbəttə ki, bir neçə imtahanı keçməyimin səbəbini müəllimlərimə və ailəmin dəstəyinə borcluyam.

 

Top