Oxumuram, əl çəkin!

Oxumuram, əl çəkin!

Uşağın məktəbdəki uğuru və uğursuzluğuna heç kim etinasız yanaşmır.  Nəyə  görə bəzi uşaqlar asant və həvəslə oxuyur, digərləri çətin öyrənsədə çalışır, üçüncü tip isə  yaxşı qabiliyyəti var amma oxumaq istəmir, bütün bunlar uşağı məktəbə gedən hər bir valideyini düşündürür.  Ümumilikdə isə məktəbdə uğur əldə etməyən uşaqları 2 qrupa bölmək olar. Biri bacarmır, digəri isə oxumaq istəmir. Bu uşaqlarla işləmək üçün müxtəlif yanaşma və müxtəlif metoddan istifadə etmək lazımdır. Oxumaq istəyən lakin müəyyən səbəblərdən oxuya bilməyən uşaqlarla işləmək nisbətən asandır bununla bağlı mütəxəssislərin təcrübəsi  də var. Bəs oxumaq istəməyən uşaqlarla nə etməli? Bunun üçün valideyinlər müxtəlif metodlar düşünə bilər, onlardan bəziləri ilə sizi tanış edək.
Qədim öyrətmə üsulana görə oxumaq bayram, hədiyyə hesab olunurdu. Uşağa yalnız özünü yaxşı aparanda kitab oxumaq imkanı verilirdi. Özünü pis aparanda ona kitab oxumaq qadağan edilirdi.
Kasiliya metodu. təhsilOxumağı baçaran amma oxumaq istəməyən kiçik məktəblini  maraqlandırmaq üçün  valideyin bir hekayə  oxuyur və maraqlı yerində vaxtım yoxdur deyə kitabı atıb gedir. Uşaq məcbur olub arxasını özü oxumağa başlayır. Başqa bir metod uşaq yuxudan oyanır və yastığının altında sevimli nağıl qəhrəmanından məktub tapır, məktubda iki çümlə ilə qəhrəmanın  onunla dostluq etmək istəməsi və ona göndərdiyi hədiyyələrin yeri qeyd olunur. Uşaq hədiyyəni tapır. Səhərsi gün  bir qədər uzun mətinli məktub görür burda da nağıl qəhrəmanı onu nəyəsə dəvət edir. Tədricən məktublar böyüyür uşaq onu oxumağa çalışır beləcə onda həvəslə oxumaq assosiasiyası yaranır.
Savadsız ana metodu. Bu, anası savadsız olan xüsusi istedadlı bir uşağın tarıxçəsidir. Hansı ki, artıq öyrətmə metodu kimi istifadə olunur. Savadsız ana kartof təmizləyərək cüzi pul qazanırdı. Və oğlundan ona kömək etməsini xahiş edirdi. Mən kartof təmizləyəndə mənim üçün nə isə oxu , onda  əllərim yorulmur. Oğul çox həvəslə razılaşır beləliklə anası kartof təmizləməyə gedərkən oğul stulda oturub oxumağa başlayır. Beləcə uşaq hər dəfə soruşur, ana nə vaxt kortof təmizləməyə gedəcəksən  sənin əllərin ağrımasın deyə mən kitab oxuyaram. 5 ildən sonra onlar artıq böyük kitabxanalara üz tutdular və beləcə  savadsız ana xüsusi istedadlı övlad yetişdirdi.

Müəllif:   Psixologiya üzrə fəlsəfə doktoru  Ruhəngiz Mehmanqızı
Top