1. Fiziologiya fənni orqanizmin hansı xüsusiyyətlərini öyrənir?
A) Funksiyaları, uyğunlaşmanı və fəaliyyəti
B) Quruluşu, inkişafı və uyğunlaşmanı
C) İnkişafı, uyğunlaşmanı, hüjeyrəvi quruluşu
D) Prenatal və postnatal inkişafı
E) Morfoloji əlamətləri,uyğunlaşmanı və inkişafı.
2. Qan dövranını kəşf edən alim:
A) V. Harvey.
B) A. L. Lavuazye
C) Reno Dekart
D) İ. Müller
E) A.M.Filomofotski
3. Funksional sistem nəzəriyyəsi kim tərəfindən yaradılmışdır?
A) P. K. Anoxin
B) A. A. Uxtomski
C) L. A. Orbeli
D) İ. P. Pavlov
E) İ. M. Seçenov.
4. Canlı toxumada elektrik cərəyanının varlığı ilk dəfə kim tərəfindən sübut edilmişdir?
A) L. Qalvani
B) D. Reyman
C) A. Volt
D) L. German
E) Xoçkin.
5. Orqanizmin tamlığı və onun xarici mühitlə əlaqəsi hansı sistemlə təmin olunur?
A) Sinir və humoral sistemlə
B) Endokrin sistemi
C) Sinir və limfa sistemi
D) Endokrin və humoral sistem
E) Sinir sistemi
6. Hüceyrənin həyat xassələrini müəyyən edir:
1- DNT-nin sintezi
2- DNT-nin ikiləşməsi
3- hüceyrənin daxilində üzvi maddələrin parçalanması
4- hüceyrənin daxilində yeni üzvi maddələrin sintez olunması
5- hüceyrədə vitaminlərin saxlanılması
A) 3,4
B) 2,3
C) 1,2
D) 4,5
E) 1,3
7. Onurğalıların bədənində hansı maye tipləri dövr edir?
A) Qan, limfa və toxuma mayesi.
B) Qan və toxuma mayesi
C) Limfa və toxuma mayesi
D) Su, limfa və toxuma mayesi
E) Hemolimfa və toxuma mayesi
8. Qanın neçə %-i plazmadan və formalı elementlərdən ibarətdir?
A) Plazma 55-60%, formalı elementlər 40-45%
B) Plazma 50-55%, formalı elementlər 45-50
C) Plazma 45-50%, formalı elementlər 55-50%
D) Plazma 50-60%, formalı elementlər 50-40%
E) Plazma 40-60%, formalı elementlər 60-40%.
9. Plazmanın tərkibinin faiz göstəriciləri:
A) 90-92%-i sudan, 8-10%- zülal və digər maddələrdən
B) 92-94% sudan, 6-8%- zülal və digər maddələrdən
C) 88-90% sudan, 10-12%- zülal və digər maddələrdən
D) 94-96% sudan, 4-6%- zülal və digər maddələrdən
E) 91-93%-i sudan, 7-9%- zülal və digər maddələrdən.
10. Osmotik təzyiq nejə tənzim olunur?
A) Osmoreseptorlar vasitəsilə reflektor yolla
B) Baroreseptorlar vasitəsilə reflektor yolla
C) Sinapslar vasitəsilə reflektor yolla
D) Xemoreseptorlar vasitəsilə reflektor yolla
E) Termoreseptorlar vasitəsilə reflektor yolla.
11. Zülalların yaratdığı osmotik təzyiq necə adlanır?
A) Onkotik təzyiq
B) Barometrik təzyiq
C) Maksimal təzyiq
D) Minimal təzyiq
E) Təzyiq fərqi.
12. Toxuma mayesinin, qanın plazmasının, limfanın osmotik təzyiqinin yaranmasına səbəb nədir?
A) Mineral maddələr
B) Zülallar
C) Şəkərlər və zülallar
D) Şəkərlər
E) Vitaminlər
13. Qanın reaksiyasının dəyişilməsi hansı ionlardan asılıdır?
A) H+ və HO- ionlarının qatılığından
B) Cl+ və H- ionlarının qatılığından
C) H+ və Na- ionlarının qatılığından
D) Ca+ və HO+ ionlarının qatılığından
E) Ca+ və HO- ionlarının qatılığından.
14. Neçənci qan qrupu universal donor və hansı qan qrupu universal resipient adlanır?
A) İ və IV qan qrupları
B) İI və III qan qrupları
C) İ və III qan qr
D) İI və IV qan qrupları
E) İ, II və III qan qrupları.
15. Hansı hallarda qanda rezus amilləri uşağın ana bətnində ölümünə səbəb ola bilər?
A) Ata müsbət və ana mənfi rezus olduqda
B) Ata və ana müsbət rezus olduqda
C) Ata və ana mənfi rezus olduqda
D) Ana və döl müsbət rezus olduqda
E) Ata və döl mənfi rezus olduqda.
16. Qanda olan qranulositlər və yaxud dənəli leykositlər hansı variantda verilmişdir?
A) Neytrofillər, eozinofillər və bazofillər
B) Monositlər, eozinofillər və bazofillər
C) Limfositlər, neytrofillər və eozinofillər
D) Monositlər limfositlər və neytrofillər
E) T-limfositlər, monositlər və limfositlər.
17. Qanın laxtalanmasının mahiyyətini izah edən cavab hansı variantda verilmişdir?
A) Fibrinogenin fibrinə çevrilməsi
B) Fibrinin fibrinogenə çevrilməsi
C) Trombinin protrombinə çevrilməsi
D) Tromboplastinin trombokinazaya çevrilməsi
E) Protrombinin protrombinazaya çevrilməsi
18. Qranulosit (I) Və aqranulositlərin (II) təsnifatı.
A) I-neytrofil, eozinofil, bazofillər, II-monosit, limfosit
B) I-monosit, eozinofil,bazofillər, II-monosit, limfosit
C) 1-neytrofil, limfosit, bazofillər, II-monosit, limfosit
D) I-neytrofil, eozinofil, bazofillər, II- eozinofil, limfosit
E) I-neytrofil, eozinofil,bazofillər, II- eozinofil, bazofil.
19. Orqanizmin müxtəlif zərərli təsirlərdən müdafiəsi hansı sistemlərlə rellaşır?
A) orqanizmin müqaviməti və immun sistem
B) immun sistem və spesifik faktorlar
C) orqanizmin müqaviməti, epiteli və immun sistem
D) immun sistem və səthi anatomik baryerlər
E) immun və limfosit sistemləri.
20. Heparin, protrombin, tromboplastin, natrium sitratı, fibrinogen, fibrin, kalsium ionu. Bunlardan hansı əks laxtalayıcı sistemə daxildir?
A) Heparin-natrium sitratı
B) Protrombin-fibrinogen
C) Tromboplastin-kalsium ionu
D) Fibrinogen-fibrin
E) Protrombin-tromboplastin.
21. Damar – trombosit hemostazı hansı mərhələlərdən ibarətdir?
1- Damarların ilkin spazmı
2- Trombosit tıxacın əmələ gəlməsi
3- Trombositlərin aqreqasiyası
4- Retraksiya
5-Protrombinazanın əmələ gəlməsi
A) 1,2,4
B) 1,2,5
C) 4,1,5
D) 1,3,5
E) 5,1 4
22. Qanın laxtalanması prosesi hansı mərhələlərdən ibarətdir?
1-Retraksiya
2- Trombositlrin aqreqasiyası
3- Fibrinoliz
4- Protrombinazanın əmələ gəlməsi
5- Fibrinogenin fibrinə çevrilməsi
6- Protrombinin trombinə çevrilməsi
A) 4, 6, 5
B) 2, 4, 6
C) 1, 3,5
D) 1, 6, 5
E) 3, 4, 6
23. Protrombin hansı vitaminin və ya ionun iştirakı ilə əmələ gəlir?
A) K+
B) Na+
C) Ca2+
D) K vitamini
E) A vitamini
24. Qanın laxtalanması prosesində Ca2+ ionlarının rolu nədir?
1- Fibrinolizi tormozlayır
2- Fibrinolizi stimullaşdırır
3- Trombosit tixajın retraksiyasında iştirak edir
4- Trombositlərin aqreqasiyasında iştirak edir
5- Protrombinin trombinə çevrilməsində iştirak edir
A) 1, 3, 4
B) 2, 4, 5
C) 1, 4, 5
D) 2, 5, 4
E) 3, 4, 5
25. Bu damarlardan hansı qanla toxumaarası mübadiləni təmin edir?
A) Kapilyar
B) Vena
C) Arteriya yolları
D) Aretriya
E) Aorta
26. Qanda hansı ion çatışmazlığı onun laxtalanma qabiliyyətinə təsir göstərir?
A) Ca+
B) K+
C) Na+
D) Mg+
E) Cl-
27. İnsanın arterial qanında Ph-ın qiymətini göstərin:
A) 7,4
B) 7
C) 7,2
D) 7,35%
E) 8
28. Qanın plazmasının tərkibində olan zülallardan hansı laxtalanmada iştirak edir?
A) Fibrinogen
B) Qlobulin
C) Albumin
D) Aktin
E) Miozin
29. Qanda O2 və CO2 qazlarının daşınmasını təmin edən, tərkibində tənəffüs piqmenti olan formalı elementi göstərin:
A) Eritrositlər
B) Leykositlər
C) Trombositlər
D) Qan lövhəjikləri
E) Qanın plazması
30. Orqanizmin q-spesifik müdafiəsi haqda aşağıda deyilənlərdən hansı doğrudur?
1- səthi anatomik baryerlər
2- faqositoz qabiliyyətli hüceyrələr
3- komplement
4- dəri epitelisi
5- təbii killerlər
6- təbii antitellər
7- selikli qişalar
A) 1,2,3,5,6
B) 1,3,4,5,7
C) 1,2,3,4,6
D) 2,35,6,7
E) 3,4, 5,6,7.
31. Danəsiz leykositləri (agranulositlər) müəyyənləşdirin:
A) Limfosit-monosit
B) Eyzonofil-aqranulosit
C) Bazofil-neytrofil
D) Agranulosit-neytrofil
E) Neytrofil-bazofil
32. Orqanizmin q-spesifik müdafiəsi komponenti olan komplement haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) komplement sistemi 26 zərdab zülallarından ibarətdir,əsas funksiyası faqositozun stimulyasiyası,miktoorqanizmlərin hüceyrə divarının tamlığının dağıtmaqdır
B) komplement sistemi 16 zərdab zülallarından ibarətdir,əsas funksiyası faqositozun stimulyasiyası,miktoorqanizmlərin hüceyrə divarının tamlığının dağıtmaqdır
C) komplement sistemi 16 zərdab zülallarından ibarətdir,miktoorqanizmlərin hüceyrə divarının tamlığının dağıtmaqdır
D) komplement sistemi 26 zərdab zülallarından ibarətdir,əsas funksiyası faqositozun stimulyasiyası və drenaj funksiyasıdır
E) komplement sistemi 26 zərdab zülallarından ibarətdir,əsas funksiyası drenaj funksiyasıdır.
33. Leykositlərin tərkibində monositlər neçə faizi təşkil edir?
A) 6 – 8%
B) 25 – 50%
C) 1 – 4%
D) 60 – 70%
E) 3 – 5%
34. Qanın formalı elementlərindən hansı damarların divarından xaricə keçə bilir?
A) Leykositlərin bütün növləri
B) Eritrositlər
C) Qan lövhəjikləri
D) Bəzi leykositlər
E) Monositlər
35. Qanın laxtalanmasında iştrak edən fermentin adını göstərin:
A) Tromboplastin;
B) Fibrinogen;
C) Fibrin sapları;
D) Tripsin ;
E) Lipaza ;
36. Kalsium – xlorid verilənlərdən hansı funksiyanın icrasında iştirak edir?
A) Qanın laxtalanmasında
B) Neyronların formalaşmasında
C) Zülalların sintezində
D) Fermentlərin aktivləşməsində
E) Daxili mühitin nisbi sabitliyinin təmin olunmasında
37. Hemoqlobinlə nəyin birləşməsini –karboksihemoqlobin hesab etmək olar?
A) CO2-ın
B) CO-in
C) O2-in
D) Azotun
E) Ammonyakın
38. Dəqiqədə 75 dəfə döyünən ürəyin fazalarına (sistola, diastola və pauza) neçə saniyə vaxt sərf olunur?
A) 0,8 saniyə
B) 0,6 saniyə
C) 0, 4 saniyə
D) 0,7 saniyə
E) 0,14 saniyə
39. Ürək mədəcikləri sistolasının dövrləri:
A) Gərginlik və mədəciklərdən qanın qovulma dövrləri
B) Protodiastolik və qanın qovulma dövrləri
C) İzometrik və mədəciklərdən qanın qovulma dövrləri
D) Sistolaönü və mədəciklərin qanla dolma dövrləri
E) Asinxron və mədəciklərin boşalma dövrləri.
40. Qanın sürətlə mədəciklərə qovulması zamanı onun divarlarının titrəməsi və qulaqcıqlar yığıldığı üçün mədəciklərə əlavə qanın vurulması ürəyin hansı tonlarının əmələ gəlməsinə səbəb olur?
A) III və IV
B) I və II
C) I və III
D) II və III
E) II-IV.
41. EKQ-da P dişjiyi nəyi əks etdirir?
A) Oyanmanın sağ və sol qulaqcıqlara yayılmasını
B) Oyanmanın sağ və sol mədəciklərə yayılmasını
C) Ləngimənin sağ və sol qulaqcıqlara yayılmasını
D) Oyanmanın sağ və sol qulaqcıqlarda toplanmasını
E) Oyanmanın sağ və sol mədəciklərdə toplanmasını.
42. Dəqiqədə 70-75 dəfə döyünən ürəyin sistolik və dəqiqəlik həcmi:
A) 65-70 ml, 6,5-7 l.
B) 70-80 ml, 5,5-6 l.
C) 65-70 ml, 4,5-5 l.
D) 60-90 ml, 4,5-5 l.
E) 50-70 ml, 5-6 l.
43. Ürəyin birinci tonu necə yaranır?
A) Taylı qapaqlar örtülərkən vətər tellərinin gərilməsindən
B) Taylı qapaqların açılmasından
C) Aypara qapaqların qapanmasından
D) Qulaqjıqların asinxron yığılmasından
E) Aypara qapaqların açılmasından.
44. Ürəyin ikinci tonu necə yaranır?
A) Aypara qapaqların qapanmasından.
B) Taylı qapaqların qapanmasından
C) Aypara qapaqların açılmasından
D) Taylı qapaqların açılmasından
E) Taylı qapaqların qapanmasından
45. Ürəyin üçüncü tonunu formalaşdıran əsas amil:
A) Mədəciklərin qanla sürətlə dolması
B) Qulaqcıq miokardının yığılması
C) Mədəcik miokardının boşalması
D) Mədəciklərin qanla yavaş dolması
E) Aypara qapaqların qapanması.
46. Ürəyin dördüncü tonunu törədən əsas səbəb:
A) Qulaqcıq miokardının yığılması;
B) Mədəcik miokardının yığılması;
C) Qulaqcıq miokardının boşalması;
D) Mədəcik miokardının boşalması;
E) Hər iki mədəciklərin yığılması.
47. Aortada (I), arteriyalarda (II), arteriollarda (III), kapilyarlarda (IV) Və venalarda (V) Qan təzyiqi neçə mm cs-u olur?
A) I-135-140, II-120-130, III-60-70, IV-25-30, V-8-12
B) I-115-130, II-110-120, III-50-60, IV-20-30, V-10-15
C) I-125-135, II-115-125, III-55-70, IV-25-35, V-8-18
D) I-130-145, II-125-140, III-70-80, IV-35-40, V-18-22
E) I-140-145, II-130-135, III-80-85, IV-15-30, V-28-32.
48. Ürək əzələsinin fəaliyyəti bunlardan hansı ilə tənzim olunur?
A) Hormonlar, simpatik və parasimpatik sinirlər
B) Somatik və vegetativ sinirlər
C) İradə, hormonlar
D) Somatik və simpatik sinirlər
E) İradə və simpatik sinirlər
49. Aypara qapaqlar ürəyin hansı hissəsində yerləşmişdir?
1- sol qulaqcq və mədəcik arasında
2- sağ mədəcik və ağciyər arasında
3- sağ qulaqcıq və mədəcik arasında
4- sol mədəcik və aorta arasında
5- sol qulaqcıq və aorta arasında
A) 2, 4
B) 1, 2
C) 3, 4
D) 1, 4
E) 3, 5
50. İnsanda ürək mədəciklərinin sistolası zamanı ağciyər arteriyası və aortaya vurulan qanın həcmini qeyd et:
A) 65 – 70 ml
B) 70 – 80 ml
C) 90 ml
D) 4,5 – 51 ml
E) 50 – 60 ml
51. İnsanda sinoartirol düyün ürəyin hansı sahəsində yerləşmişdir?
A) Sağ qulaqcıqla iki boş venalar arasında
B) Sağ qulaqcıqla, sağ mədəjik sərhəddində
C) Qulaqcıqlar və mədəjiklər arasında
D) Sol qulaqcıqla sol mədəjik arasında
E) Qulaqcıqlar arasında
52. Venalarda qanın hərəkətini təmin edən əsas və əlavə faktorlar:
A) Təzyiq fərqi, əzələ hərəkəti, vena qapaqları və döş qəfəsinin soruculuq qabiliyyəti
B) Təzyiq səviyyəsi, əzələ boşalması, venoz təzyiq və döş qəfəsinin soruculuq qabiliyyəti
C) Təzyiq yüksəkliyi, əzələ hərəkəti, vena qapaqları və döş qəfəsinin hərəkəti
D) Təzyiq qradiyenti, əzələ durğunluğu, vena qapaqları və döş qəfəsinin soruculuq qabiliyyəti
E) Arterial təzyiq, əzələ tonusu, vena qapaqları və döş qəfəsinin hərəkəti.
53. Ürəyin və damarların fəaliyyətini tənzim edən sinir mərkəzlərinin MSS-ə yerləşdiyi şöbə:
A) Uzunsov beyində, simpatik və parasimpatik mərkəzlər.
B) Orta beyində, simpatik və parasimpatik mərkəzlər
C) Ara beyində, simpatik və parasimpatik mərkəzlər
D) Arxa beyində, simpatik və parasimpatik mərkəzlər
E) Beyincikdə, simpatik və parasimpatik mərkəzlər
54. Hərəki damar mərkəzi beyin kötüyünün hansı nahiyəsində yerləşir?
A) Uzunsov beyində IV mədəjiyin dibində
B) Uzunsov beyinlə onurğa beyin arasında
C) Beyin körpüsündə Silviyev su yolunda
D) Orta beyin qapağında
E) Ara beynin spesifik nüvələrində.
55. Damar daraldıcı hormonlar:
A) Adrenalin, noradrenalin, vazopressin
B) Asetilxolin, noradrenalin, histamin
C) Vazopressin, histamin, asetilxolin
D) Histamin,adenozintrifosfat, noradrenalin
E) Asetilxolin, adenozintrifosfat, noradrenalin.
56. Azan (I) Və simpatik (II) Sinirlər ürək fəaliyyətinə necə təsir göstərir?
A) I-ləngidir, II sürətlərdirir.
B) I-sürətləndirir, II-ləngidir
C) I-sürətləndirir, II- zəiflədir
D) I-təsir etmir, II- sürətlərdirir
E) I-ləngidir, II- çox tsir edir
57. Ürək fəaliyyətinin ali tənzim mərkəzi harada yerləşir?
A) Hipotalamusda
B) Arxa beyində
C) Beyin yarımkürələrində
D) Orta beyində
E) Beyincikdə.
58. Damardaraldıcı (I) Və damar genəldici (II) Sinirlər və onların ifraz etdikləri mediatorlar:
A) I-simpatik: noradrenalin, II- parasimpatik: asetilxolin
B) I-parasimpatik: noradrenalin, II- simpatik asetilxolin
C) I-simpatik:asetilxolin, II- parasimpatik: noradrenalin
D) I-simpatik: serotanin, II- parasimpatik: asetilxolin
E) I-simpatik:noradrenalin, II- parasimpatik: tiroksin.
59. Ürəyin hansı hissəsindən kiçik qan dövranı başlayır?
A) Sağ mədəcikdən
B) Sol mədəcikdən
C) Sağ qulaqcıqdan
D) Sol qulaqcıqdan
E) Aortadan
60. Limfa kapilyarları birləşərək hansı limfa axacaqlarını əmələ gətirir?
A) Sağ və sol limfa axacaqlarını
B) Sağ limfa axacağını
C) Sol limfa axacağını
D) Böyük limfa axacağını
E) Heç birini
61. Ürəyin quruluşuna daxildir:
A) Xaricdən –epikard, ortadan- miokard, daxildən -endokard
B) Xaricdən- perikard, ortadan- miokard, daxildən –endokard
C) Xaricdən-perikard, ortadan-endokard, daxildən-perikard
D) Xaricdən- endokard, ortadan- miokard, daxildən- perikard
E) Xaricdən- epikard, ortadan- miokard, daxildən- perikard
62. Normada sol mədəciyin sistolik və dəqiqəlik həcmi nə qədərdir?
A) Sistolik 70-130 ml, dəqiqəlik 5-6 l
B) Sistolik 50-60 ml, dəqiqəlik 3-4 l
C) Sistolik 40-70 ml, dəqiqəlik 2-3 l
D) Sistolik 30-40 ml, dəqiqəlik 4-5 l
E) Sistolik 40-60 ml, dəqiqəlik 3-5 l
63. Böyrəküstü vəzin hormonu – adrenalin ürək fəaliyyətinə necə təsir edir?
A) Simpatik sinir kimi
B) Azan sinir kimi
C) Kalsium ionu kimi
D) Parasimpatik sinir kimi
E) Heç biri
64. Hansı damarda qanın təzyiqi minimal olur?
A) Boş venalar və ağciyər venasında
B) Aortada
C) Kapilyarlarda
D) Ağciyər arteriyasında
E) Bazu arteriyasında
65. Qanın əsas funksiyaları hansılardır?
1-nəqliyyat funksiyası
2-tənəffüs funksiyası
3-ekskretor funksiyası
4-müdafiə funksiyası
5-humoral tənzim
6-sekretor funksiya
A) 1,2,3,4,5
B) 1,3,4,5,6
C) 2,3,4,5,6
D) 1,2,4,5,6
E) 1,2,3,5,6
66. İzotonik məhlullar haqda hansı varianda düzgün məlumat verilmişdir?
A) qanla eyni osmotik təzyiqə malik olan məhlullardır
B) osmotik təzyiqi qanın osmotik təzyiqindən yüksək olan məhlullardır
C) osmoyik təzyiqi qandın osmotik təzyiqindən aşağı olan mə
D) mineral maddələrinin miqdarı 0,09% təşkil edən məhlullardır
E) mineral maddələrinin miqdarı 0,09%-dən çox olan məhlullardır.
67. Qanın nisbi sıxlığı nə qədərdir nədən asılıdır?
A) 1,058-1,062; eritrosit tərkibindən asılıdır
B) 1,28- 1,381 ; eritrosit tərkibindən asılıdır
C) 1,058-1,062; trombosit tərkibindən asılıdır
D) 1,28- 1,381 ; trombosit tərkibindən asılıdır
E) 1,058-1,062; leykosit tərkibindən asılıdır.
68. İnsanın qanının PH-ı neçədir və PH-ın dəyişmələri orqanizm üçün hansı fəsadlar törədir?
A) normada PH=7,36; PH-6,95 olduqda şüur itir və tez bir zamzanda ölüm baş verir;PH-7,7 olduqda ağır sudoroqalar baş verir
B) normada PH=7,36; PH-6,95 olduqda ağır sudoroqalar baş verir;PH-7,7 olduqda şüur itir və tez bir zamanda ölüm baş verə bilər
C) normada PH=7,01; PH-6,5 olduqda şüur itir və tez bir zamzanda ölüm baş verir;PH-7,7 olduqda ağır qıcolmalar baş verir
D) normada PH=7,01; PH-6,95 olduqda şüur itir və tez bir zamzanda ölüm baş verir;PH-8,0 olduqda ağır qıcolmalar baş verir
E) normada PH=7,36; PH-6,5 olduqda şüur itir və tez bir zamzanda ölüm baş verir;PH-8,0 olduqda ağır qıcolmalar baş verir.
69. Qanın PH-nın sabtliyini təmin edən sistemlər hansı variantda düzgün ifadə edilib?
A) bufer sistemlərinin
B) fosfat sisteminin
C) karbonat sisteminin
D) plazma zülallarının
E) hemoqlobinin.
70. Qanın bufer sistemləri hansı variantda düzgün ifadə edilib ?
A) hemoqlobin,karbonat, fosfat və plazma zülalları
B) karbonat, fosfat və plazma zülalları
C) hemoqlobin, fosfat və plazma zülalları
D) hemoqlobin,karbonat və plazma zülalları
E) hemoqlobin,karbonat və fosfat.
71. Eritrositlərin çökmə sürəti normada nə qədərdir?
A) kişilərdə 6-12 mm/s ,qadınlarda 8-15mm/s
B) kişilərdə 5-10 mm/s ,qadınlarda 6-12mm/s
C) kişilərdə 8-15 mm/s ,qadınlarda 6-12mm/s
D) kişilərdə 6-12 mm/s, qadınlarda 5-10mm/s
E) kişilərdə 3-8 mm/s, qadınlarda 5-10mm/s.
72. Eritrositlərin əsas funksiyaları hansılardır?
1-nəqliyyat funksiyası
2- tənzimedici funksiya
3-ekskretor funksiyası
4-müdafiə funksiyası
5-humoral tənzim
6-sekretor funksiya
A) 1,2,4
B) 1,3,4
C) 1,2,6
D) 2,4,6
E) 1,4,6.
73. Eritrositlərin tənzimedici funksiyasının mahiyyəti hansı variantda düzgün ifadə edilmişdir ?
1- qanın PH –nı
2- plazmanın ion tərkibini
3- su mübadiləsini
4- plazmanın zülal tərkibini
5 -əkslaxtalanma prosesini
6-eritropoezi tənzimləyir
A) Hamısı
B) 1,2,4.6
C) 1,3,4,6
D) 2,4,5,6
E) 3,4,5,6.
74. Eritrositlər öz inkişaf prosesində hansı mərhələləri keçir?
A) retikulosit, normosit və yetişmiş eritrosit
B) ferrosit,normosit və yetişmiş eritrosit
C) retikulosit, ferrosit və yetişmiş eritrosit
D) retikulosit, ferrosit və normosit
E) retikulosit, eritron və yetişmiş eritrosit.
75. Dəmirin bağırsaqda sorulmasını nə təmin edir?
A) askorbin turşusu
B) K vitamini
C) E vitamini
D) D vitamini
E) B qrupu vitaminləri.
76. Eritropoez prosesinin tənzimində hansı hormonlar iştiak edir?
A) somatotrop hormon,tiroksin, parathormon,tireokalsitonin,androgenlər və esterogenlər
B) somatotrop hormon,tiroksin, parathormon,tireokalsitonin
C) tiroksin, parathormon,tireokalsitonin,androgenlər və esterogenlər
D) somatotrop hormon, tireokalsitonin,androgenlər və esterogenlər
E) parathormon,tireokalsitonin,androgenlər və esterogenlər.
77. Cinsi hormonların eritropoezə təsiri hansı variantda düzgün ifadə edilmişdir?
A) androgenlər stimullaşdırır,estrogenlər tormozlayır
B) androgenlər tormozlayır,estrogenlər stimullaşdırır
C) həm androgenlər , həm də esterogenlər stimullaşdırır
D) həm androgenlər , həm də estrogenlər tormozlayır
E) nə androgenlər, nə də estrogenlər eritropoezə təsir etmir.
78. Fizioloji leykositozun hansı növləri ayırd edilir?
A) qida leykositozu, miogen leykositoz, emosional leykositoz və hamiləlik leykositozu
B) qida leykositozu, miogen leykositoz, psixoloji leykositoz və hamiləlik leykositozu
C) qida leykositozu, psixoloji leykositoz, emosional leykositoz və hamiləlik leykositozu
D) qida leykositozu, miogen leykositoz və hamiləlik leykositozu
E) qida leykositozu, emosional leykositoz və hamiləlik leykositozu.
79. Monositlər haqda məlumat hansı variantda düzgün verilmişdir?
A) monositlər qanda 70 saat dövr edib, sonra toxumaya miqrasiya edir və orada makrofaqları əmələ gətirir,monokinlər adlanan biloji aktiv maddələr əmələ gətirirlər,aktiv faqositlərdir
B) monositlər qanda 70 saat dövr edib, sonra toxumaya miqrasiya edir və orada bazofilləri əmələ gətirir,sitokinlər adlanan biloji aktiv maddələr əmələ gətirirlər, faqosit deyillər
C) monositlər qanda 20 saat dövr edib, sonra toxumaya miqrasiya edir və orada bazofilləri əmələ
gətirir,monokinlər adlanan biloji aktiv maddələr əmələ gətirirlər,aktiv faqositlərdir
D) monositlər qanda 70 saat dövr edib, sonra toxumaya miqrasiya edir və orada T-limfositləri əmələ gətirir,monokinlər adlanan biloji aktiv maddələr əmələ gətirirlər,aktiv faqositlərdir
E) monositlər qanda 20 saat dövr edib, sonra toxumaya miqrasiya edir və orada T-limfositləri əmələ gətirir,sitokinlər adlanan biloji aktiv maddələr əmələ gətirirlər, faqosit deyillər.
80. Limfositlər haqda məlumat hansı variantda düzgün verilmişdir?
A) T-limfosit, B -limfosit və 0-limfosit, T- və B- markerli ikli limfosit populyasiyalarını əmələ gətirir
B) T-limfosit və B -limfosit populyasiyalarını əmələ gətirir
C) T-limfosit və 0-limfosit, T- və B- markerli ikili limfosit populyasiyalarını əmələ gətirir
D) B -limfosit və 0-limfosit populyasiyalarını əmələ gətirir
E) T-limfosit, B -limfosit və 0-limfosit populyasiyalarını əmələ gətirir.
81. Faqositoz qabiliyyəti hansı leykositlərə xasdır?
A) neytrofillərə, eozinofillərə, monositlərə və makrofaqlara
B) neytrofillərə, bazofillərə, monositlərə və makrofaqlara
C) neytrofillərə, eozinofillərə, bazofillərə və makrofaqlara
D) neytrofillərə, limfositlərə, monositlərə və makrofaqlara
E) neytrofillərə, limfositlərə, bazofillərə və makrofaqlara.
82. İmmunitetdə iştirak edən orqanlar hansı qruplara bölünür?
A) mərkəzi, periferik, baryerdənkənar, baryerdaxili
B) ilkin, ikincili, baryerdənkənar, baryerdaxili
C) ilkin, periferik, baryerdənkənar, baryerdaxili ,
D) mərkəzi, priferik ,baryerdaxili
E) mərkəzi,periferik,baryerdənkənar.
83. İmmunitetin hansı növləri ayırd edilir və onların əmələ gəlməsində hansı hüceyrələr iştirak edir?
A) hüceyrəvi immunitet-əmələ gəlməsində T- limfositlər və humoral immunitet -əmələ gəlməisində B-limfositlər
B) hüceyrəvi immunitet-əmələ gəlməsində B- limfositlər və humoral immunitet -əmələ gəlməisində
T-limfositlər
C) spesifik immunitet-əmələ gəlməsində T- limfositlər və q-spesifik immunitet -əmələ gəlməisində B-limfositlər
D) spesifik immunitet-əmələ gəlməsində B- limfositlər və q-spesifik immunitet -əmələ gəlməisində T-limfositlər
E) baryerdaxili immunitet-əmələ gəlməsində B-limfositlər,baryerxarici immunitet-əmələ gəlməsində T-limfositlər iştirak edrlər.
84. İnsanda immunoqlobulinlərin hansı sinifləri ayırd edilir?
A) İgA, İgG, İgM, İgE, İgD
B) İgA, İgG, İgM, İgE,
C) İgA, İgG, İgM, İgD
D) İgA, İgG, , İgE, İgD
E) İgA, İgM, İgE, İgD, İgF
85. Adqeziya nədir və hansı faktorun iştiakı ilə gedir?
A) trombositlərin zədələnmiş səthə yapışması prosesi olub,Villebrand faktorunun iştirakı ilə gedir
B) trombositlərin yapışması prosesi olub, Villebrand faktorunun iştirakı ilə gedir
C) trombositar tıxacın sıxaşması və yığılması prosesi olub,Villebrand faktorunun iştirakı ilə gedir
D) trombositlərin zədələnmiş səthə yapışması prosesi olub, Xaqeman faktorunun iştirakı ilə gedir
E) trombositlərin yapışması prosesi olub, Xaqeman faktorunun iştirakı ilə gedir.
86. İnsanın və ali heyvanların sinir hüceyrələrində 1 sinaptik ləngimə nə qədərdir?
A) 1ms.
B) 0,5 ms.
C) 0,1 ms.
D) 2 ms.
E) 1,5 ms.
87. Ca2+ ionlarının qanın laxtalanmasındakı rolu hansı variantda düzgün ifadə olunmuşdur?
1- protrombinazanın tərkibinə daxildir
2- trombositlərin aqreqasiyasında iştirak edir
3- heparini bağlayır
4- retraksiyada iştirak edir
5- toxumaların reparasiyasında iştirak edir
6- fibrinolizi tormozlayır
7-fibrinolizi stimullaşdırır
A) 1,2,3,4,5,6
B) 1,3,4,5,6,7
C) 1,2,4,5,6,7
D) 1,2,3,5,6,7
E) 2,3,4,5,6,7.
88. Villebrand faktorunun quruluşu necədir və qanın laxtalanmsında bu faktorun rolu nədən ibarətdir?
A) Villaebrand faktorunun 3 aktiv mərkəzi olur,bunlardan ikisi trombositlərin reseptorları ilə, biri isə subendoteli və kollagen liflərin reseptorlarına bağlanır, trombositlərin adqeziyasında iştirak edir.
B) Villebrand faktoru “inteqrinlər” adlanan zülali komplekslərə aiddir, trombositlərin adqeziyasında iştirak edir
C) Villaebrand faktorunun aktiv mərkəzi trombositlərin reseptorları ilə bağlanır, trombositlərin aqreqasiyasında iştirak edir
D) iki aktiv mərkəzindən biri trombositlərin,digəri isə subendotelinin reseptorları ilə birləşir, protrombinzanın əmələ gəlməsində iştirak edir,fibrinolizi tormozlayır
E) Villebrand faktoru “inteqrinlər” adlanan zülali komplekslərə aiddir, protrombinazanın əmələ gəlməsində iştirak edir,fibrinolizi tormozlatır .
89. Fibrini parçalayan ferment necə adlanır?
A) plazmin
B) kallikrein
C) kininogen
D) trombolizin
E) lizin.
90. Qeyri-fermentativ fibrinoliz hansı maddənin iştirakı ilə gedir?
A) heparin
B) lizin
C) trombolizin
D) kininogen
E) kallikrein.
91. Elektrokardioqramın P dişciyi nəyi ifadə edir?
A) oyanmanın qulaqcıqları əhatə etdiyini ifadə edir
B) oyanmanın mədəciklərin aparıcı sistemi üzrə yayılmasını ifadə edir
C) oyanmanın mədəcikləri əhatə etdiyini ifadə edir
D) miokard hüceyrələrinin normal membran potensialının bərpa olunmasını ifadə edir
E) ürək zirvəsinin oyanmasını ifadə edir.
92. Elektrokardioqramın S dişciyi nəyi ifadə edir?
A) oyanmanın mədəciklərin miokardını tamamilə əhatəetdiyini ifadə edir
B) oyanmanın qulaqcıqları əhatə etdiyini ifadə edir
C) oyanmanın mədəciklərin aparıcı sistemi üzrə yayılmasını ifadə edir
D) miokard hüceyrələrinin normal membran potensialının bərpa olunmasını ifadə edir
E) ürək zirvəsinin oyanmasını ifadə edir.
93. Elektrokardioqramın T dişciyi nəyi ifadə edir?
A) repolyarizasiya proseslərini,yəni miokard hüceyrələrinin normal membran potensialının bərpa olunmasını ifadə edir
B) oyanmanın mədəciklərin miokardını tamamilə əhatəetdiyini ifadə edir
C) oyanmanın qulaqcıqları əhatə etdiyini ifadə edir
D) oyanmanın mədəciklərin aparıcı sistemi üzrə yayılmasını ifadə edir
E) ürək zirvəsinin oyanmasını ifadə edir.
94. Ürəyin qanla dolmasının səbəbləri hansı variantda düzgün göstərilmişdir?
1- ürəyin əvvəlki təqəllüsünün yaratdığı hərəkətverici qüvvənin qalığı
2- skelet əzələləri yığılarkən ətrafların və gövdənin venalarının basılması nəticəsində qan ürəyə doğru itələnir
3- döş qəfəsinin , xüsusilə də nəfəsalma zamanı qanı sorma qüvvəsi nəticəsində
4- damaların diametrinin dəyişə bilmə xüsusiyyətindən
A) 1,2,3
B) 1, 2,4
C) 2,3,4
D) 1,3,4
E) 1,2,3,4.
95. Ürək mədəciklərinin sistolası hansı mərhələləridən ibarətdir?
1- gərilmə dövrü
2- qanın qovulması dövrü
3- protodiastolik dövr
4- izometrik boşalma dövrü
5- mədəciklərin qanla dolması dövrü
6- presistolk dövr
A) hamısı
B) 1,2,3,5
C) 1,3,5,6
D) 2,3,5,6
E) 3,4,5,6.
96. Mədəciklərin gərilmə dövrü neçə san. davam edir və hansı fazalardan ibarətdir?
A) 0,08 san. davam edir və iki fazadan: asinxron (0,05san.) və izometrik(0,03 san.) yığılma fazalarından ibarətdir
B) 0,03 san. davam edir və iki fazadan : asinxron (0,01san.) və izometrik yığılma (0,02san.) fazalarından ibarətdir
C) 0,08 san. davam edir və iki fazadan: protodiastolik (0,05san.) və presistolik(0,03 san.) yığılma fazalarından ibarətdir
D) 0,03 san. davam edir və iki fazadan : protodiostoik (0,01san.) və presistolik yığılma (0,02san.) fazalarından ibarətdir
E) 0,05 san. davam edir və iki fazadan: asinxron (0,03san.) və izometrik(0,02 san.) yığılma fazalarından ibarətdir.
97. Elektrokardioqramın Q dişciyi nəyi ifadə edir?
A) ürəyin zirvəsinin,sağ məməciyəbənzər əzələnin və mədəciklərin daxili səthinin oyanmasını ifadə edir
B) repolyarizasiya proseslərini,yəni miokard hüceyrələrinin normal membran potensialının bərpa olunmasını ifadə edir
C) oyanmanın mədəciklərin miokardını tamamilə əhatə etdiyini ifadə edir
D) oyanmanın qulaqcıqları əhatə etdiyini ifadə edir
E) oyanmanın mədəciklərin aparıcı sistemi üzrə yayılmasını ifadə edir.
98. Elektrokardioqramın R dişciyi nəyi ifadə edir?
A) ürəyin əsasının və mədəciklərin xarici səthinin oyanmasını ifadə edir.
B) repolyarizasiya proseslərini,yəni miokard hüceyrələrinin normal membran potensialının bərpa olunmasını ifadə edir
C) oyanmanın mədəciklərin miokardını tamamilə əhatə etdiyini ifadə edir
D) oyanmanın qulaqcıqları əhatə etdiyini ifadə edir
E) ürəyin zirvəsinin,sağ məməciyəbənzər əzələnin və mədəciklərin daxili səthinin oyanmasını ifadə edir
99. Ürəyin aparıcı sisteminin tərkib hissələri aşağıdakı variantlardan hansında düzgün ifadə edilib?
1- sinus-qulaqcıq düyünü
2- sinoatrial düyün
3- qulaqcıq-mədəcik düyünü
4- atrioventrikulyar düyün
5-qulaqcıq mədəcik dəstəsi
6- His dəstəsi
7- Purkinye lifləri
8-ürəyin aparıcı miositləri
A) 2,4,6,7
B) 1,2,5,6
C) 1,2,3,4
D) 3,4,5,6
E) 1,3,7,8.
100. Ürəyin sinoatrial düyünü hansı nahiyədə yerləşir?
A) boş venaların axacağı yaxınlığında qilağcığın divarında
B) sağ qulaqcığın aşağı hissəsində və mədəciklərarası arakəsmədə
C) qulaqcıq-mədəcik arakəsməsində
D) ürəyin zirvəsində
E) mədəciklərarası arakəsmədə.
101. Ürəyin atrioventrikulyar düyünü hansı nahiyədə yerləşir?
A) sağ qulaqcığın aşağı hissəsində və mədəciklərarası arakəsmədə
B) boş venaların axacağı yaxınlığında qilağcığın divarında
C) qulaqcıq-mədəcik arakəsməsində
D) ürəyin zirvəsində
E) ürəyin əsasında
102. Purkinye lifləri ürəyin hansı nahiyəsində yerləşir?
A) ürəyin zirvəsində
B) boş venaların axacağı yaxınlığında qilağcığın divarında
C) qulaqcıq-mədəcik arakəsməsində
D) sağ qulaqcığın aşağı hissəsində və mədəciklərarası arakəsmədə
E) ürəyin əsasında.
Həmçinin bax: Biologiya test sualları