Faydalı hazırlaşmaq!

Faydalı hazırlaşmaq!

Hazırlıq vaxtı-bir dəfə hazırlaşmaq üçün ayrılan vaxt ən az 45 dəqiqə ən çox isə 90 dəqiqə olmalıdır. Qısa aralar verərək edilən 1-2 saatlıq hazırlıq heç ara vermədən edilən 5 saatlıq hazırlıqdan daha faydalıdır. Əsas istifadə edilən vaxt deyil, o vaxtı necə dəyərləndirdiyindir. Hər gecə yatmamışdan əvvəl və hər səhər qalxdıqdan sonra 15-20 dəqiqə təkrar etməlisiniz. Bu, öyrəndiklərinizin möhkəmlənməsi üçün vacibdir.

tələbə qızlar,universitet məzunları

Diqqət! Sizin üçün ən faydalı olan saatlarınızı çətin qavradığınız dərslərə ayırmalısınız. Qalan saatlarınızı isə çətinlik çəkdiyiniz digər mövzulara ayırmağınız çox gərəklidir. Əvvəlcə çətin olana nail olun və özünüzü mükafatlandırın.

Oxumağa iş kimi baxmayın! Oxumağın sizi hədəfinizə aparacağını, oxuduqca öyrənənəcəyinizi, öyrəndikcə isə sevincli anlarınızı düşünün.

Məqsədinizi müəyyənləşdirin!
Hansı sənəti seçəcəyinə qərar verməmiş bir şagirdin, necə hazırlaşmalı olduğu mövzusunda heç bir cəhdi baş tutmaz.Müvəffəqiyyət əldə etmək üçün məqsədinizi açıq və dəqiq olaraq müəyyənləşdirməlisiniz. “Müəllim olmaq istəyirəm!” ya da “Mühəndis olmaq istəyirəm!” əvəzinə “Ədəbiyyat müəllimi olmaq istəyirəm!” ya da “Kompyuter mühəndisi olmaq istəyirəm!” deməlisiniz. Məqsədlər davranışların başlanğıcıdır. Siz də işə məqsədinizi müəyyənləşdirməklə başlayın.

  • Hansı universitetdə oxumaq istəyirsiniz?
  • Sənətiniz nə olacaq?
  • Məqsədinizə çatmaq üçün keçməli olduğunuz maneələrin olduğunu bilirsinizmi?

Öz vəziyyətinizi bir daha, bu sualların işığında dəyərləndirin, “Bu hazırlıq məni hədəfimə çatdıracaqmı?” deyə soruşun. Gücünüzü aşacaq hədəflər, sizi uğursuzluğa apara bilər. İnancınızı itirməyinizə, dərslərdən uzaqlaşmağınıza səbəb ola bilər. Real hədəf isə sizi uğura aparar. Özünü zəif görmə, amma çox da güclü hesab etmə!
Vaxtınızı dərsləri hazırlamaq üçün deyil, daha effektli hazırlayaraq, həqiqətən başa düşmək üçün istifadə edin!

Müəllif: Şəmil Sadiq

Top