Emmanuel Kant - dissertasiya işini bismillahla başlayan alim

Emmanuel Kant - dissertasiya işini bismillahla başlayan alim

Emmanuel Kant 1724-cü il aprelin 22-də Köniqsberq şəhərində kasıb yəhərçi ailəsində doğulmuşdur. Müqəddəs Emmanuelin şərəfinə ona bu ad qoyulmuşdur. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə İmmanuel «Fridrixs-Kolleqium» gimanziyasını bitirib Könniqsberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan verməmiş və İmmanuel 10 yaşı olarkən ev müəllimliyi etməyə başlamışdır.
1755-ci ildə Kant dissertasiya müdafiə etdiyi və doktorluq dərəcəsi aldığı üçün universitetdə müəllim kimi dərs demək ixtiyarı qazanmışdır. Emmanuel Kant
1770-1797-ci illərdə Kant universitetdə daha geniş sahədə — fəlsəfə, riyaziyyat, fizika elmləri sahəsində müəllimlik etmişdir.
Sağlamlığının qeydinə qalaraq özünü çox ciddi rejimdə işləməyə məcbur etmişdir. Buna görə də əksər dostlarından daha çox yaşamışdır. Onun fələsəfəsi haqqında çox danışmaq olar. Böyük bir məktəb yaradıb. Yalnız bir qəti imperativ var ki, o da Kanta görə aşağıdakı kimidir: «Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanun ola bilsin». Yaxud da «Elə hərəkət et ki, sənin iradənin əxlaq qaydası eyni zamanda ümumi qanunvericilik prinsipi qüvvəsinə malik olsun».
Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düzgün deyil. Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı mühakimələri də bununla əlaqədar idi.
Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət, yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə yaşamır.
Üzə çıxan fakt isə onun Kant öz doktorluq diplomunun yuxarısında öz xətti ilə ərəbcə «Bismillahir-rəhmanir-rəhim» sözünü yazmasıdır.
1755-ci ildə müdafiə edilmiş doktorluq dissertasiyasının qapağına yazılmış bu sözlər hələ də müəmalıdır. Qərb alimləri bunu inkar etməyə cəsarət etmirlər, lakin bu cavabı tapılmamış müəamma hələ də öz sirrini qoruyub saxlayır. Ərəbca əlyazma ora niyə yazılıb?
Təbii ki, biz Kant kimi nəhəngin Şərq -İslam fəlsəfəsindən xəbərsiz olduğunu söyləyə bilmərik. Onun bütün nəzəriyyələrdən xəbəri var idi. Əlbətdə ki, doktorluq dissetasiyasının üzərinə nə yazacağının fərqində ola biləcək qədər məlumatlı bir şəxs olub.
 
 
Mənbə: publika.az
Top