1.Dini tərbiyə
2.Əxlaq tərbiyəsi
3.Vətənpərvərlik tərbiyəsi
4.Əmək tərbiyəsi
5.Estetik tərbiyə və s.
Yuxardakı vəzifələri həyatə keçirmək üçün tətbiqi kulturologiya mədəniyyətin və incəsənətin müxtəlif növlərindən daha effektli bədii-emosional vasitə kimi istifadə edir. Tətbiqi kulturologiyaının ifadə vasitəsi kimi mədəniyyət və incəsənətin növlərindən kompleks şəkildə istifadə olunur.Bu öz növbəsində təşkil olunmuş mədəni-kütləvi tədbirlərin daha möhtəşəm və təsiredici edir.
Tətbiqi kulturologiya elmin ən başlıca məqsədlərindən biri də milli mənəvi və dini dəyərlərin qorunması və eyni zamanda onların üstünlüklərini açmaqdır. Tətbiqi kulturologiyanın fəaliyyət istiqamətləri bir-biri ilə bağlı olan təcrübi iş sahələridir. Tətbiqi kulturologiya insanları asudə vatın təşkilində onların intellektuallaşmasında yeni metod vasitələr hazırlayır. Bu elm sosioloji tədqiqatlar vasitəsi ilə insanın mənəvi dünyasını öyrənir və insanın mənəvi ehtiyaclarını təmin edir.Və sosioloji tədqiqatlar nəticəsində tətbiqi kulturologiyanın fəaliyyət istiqamətləri stimullaşır.
Tətbiqi kulturologiya - insan və cəmiyyət , şəxsiyyətin formalaşması və inkişafı haqqında elm sahəsi olmaqla yanaşı , mədəniyyət nəzəriyyəsindən daha geniş anlayışları özündə ehtiva edir. Kulturologiya emi özlüyündə bir sıra sahələrə bölünur ki, onun elmi-nəzəri müddəalar ilə birlikdə həmdə emperik əlamətlərini özündə birləşdirən və cəmiyyət həyatına tətbiqini məhz tətbiqi kulturologiya araşdırır.
Beləliklə, tətbiqi kulturologiya mədəni fəaliyyətin nəzəri və təcrübi tərəflərini bir vəhdət halında öyrənir.
Müəllif:Rzayev Camal Kulturoloq