Ortaq daraqdan istifadə xəstəlik yarada bilər

Ortaq daraqdan istifadə xəstəlik yarada bilər

Mütəxəssislər yoluxucu xəstəliklər səbəbilə daraqların kimsə ilə paylaşılmaması ilə bağlı xəbərdarlıq edir.
Dermatoloq, dr. Ata Nejat Ertek yoluxa biləcək xəstəlik riskinə qarşı darağınızı heç kimlə paylaşmamanızı tövsiyə edir. Bədəndə meydana gələn göbələk xəstəliyinin dəri xəstəliyi olduğunu ifadə edən Ertekin fikrincə, xəstəlik üzərilərində çox tük olmayan dərilərin düz hissələrini təsiri altına alır. Adətən qırmızı pulcuqlu bir nöqtə ilə başlayır. Bu nöqtə zaman keçdikcə xaricə doğru yayılır. Yaranın mərkəzi yaxşılaşmağa başlayıb bir halqa şəklini ala bilər.Ortaq daraqdan istifadə olarmi?
Bu, saçlı dəridə, bədən, qol, ayaq dərisində, dırnaqda yarana bilər. Saçlı dəridə uşaqlıq dövründə pis gigiyenik şərtlərdə yaşayanlarda müşahidə olunur. Bədən, qol və ayaq dərisində yaranan göbələk infeksiyaları daha çox ev heyvanları, böyük-kiçik baş heyvanlar və torpaqdan keçir. Tək və çox sayda, dairəvi, qırmızı, kəpəkli formada özünü göstərir.
Göbələk yoluxucu xəstəlikdir. Daraq, dəsmal və yataq kimi şəxsi əşyalara təmas yolu ilə də yayıla bilir.
Uşaqlarda yetkinlərdən daha çox yayılıb. Dırnaq göbələyi daha çox ayaq dırnaqlarında uc və yan hissələrdən başlayan dırnaqda qalınlaşma və saralma ilə özünü büruzə verir. Göbələk xəstəliyində qaşınan yeri qaşımamaqda fayda var. Çünki qaşıma zamanı dərinizi zədələyə bilərsiniz. Bu da nəticədə başqa infeksiyaların yaranmasına səbəb ola bilər və ya barmaqlarınızdakı göbələk bədəninizə yayıla bilər. Bu xəstəlik zamanı müalicə xəstənin kliniki vəziyyətinə əsasən təyin olunur.


Mənbə: saglamolun.az
Top